Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə9/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

30
əksini  tapan  işin  faktiki  halları  əsasında  bildirilən)  ibarət 
deyil.  Əksinə,  məhkəmənin  əsaslandırma  hissəsində  işin 
faktiki halları ilə bağlı məsələlərə toxunması və onları həll 
etməsi  tamamilə  mümkündür.  Bu,  məhkəmə  icraatında 
sübutların  araşdırılmış  olduğu  hallarda  baş  verir  (burada, 
aktların  məzmunundan  və  təqdim  olunmuş  sənədlərdən 
istifadə edilməsi deyil, ekspert rəyinin alınması, şahidlərin 
dindirilməsi  nəzərdə  tutulur).  Belə  hallarda,  məhkəmə 
qərarın  mübahisəli  faktlarla  bağlı  məsələnin  əhəmiyyət 
daşıdığı  bu  hissəsində  sübutları  necə  qiymətləndirdiyini 
(bax: İPM-in 58.7, 68.1 və 68.2-ci maddələri), yaxud qərarı 
sübutetmə vəzifəsi ilə bağlı qaydalara (bax: İPM-in 14-cü 
maddəsi) əsasən qəbul edib-etmədiyini təsvir etməlidir. 
II. Əsaslandırma hissəsinin quruluşu
1. Qərarlar necə yazılır?
Məhkəmənin  “yoxlama  proqramı”nın  bütün  hal-
larında  və  mərhələlərində  istər  iddianın  mümkünlüyü, 
istərsə  də  əsaslılığı  ilə  bağlı  məhkəmənin  müvafiq  qanun 
normalarını  (söhbət  həm  hər  hansı  bir  inzibati  akt  üçün 
səlahiyyətverici əsaslardan, həm də məcburetmə və ya öh-
dəliyin  icrası  haqqında  iddialarda  iddia  tələbinin  qanuni 
əsaslarından  getdikdə)  konkret  işə  münasibətdə  diqqətlə 
“tövsif  etməsi”  həlledici  əhəmiyyət  daşıyır.  Yalnız  belə 
olan  təqdirdə  məhkəmə  qərarı  proses  iştirakçılarını,  ən 
yaxşı  halda  məzmun  baxımından  da  inandırmaq  funk-
siyasını  yerinə  yetirə  bilər.  Bununla  əlaqədar,  həmçinin 
nəzərə  almaq  lazımdır  ki,  xüsusilə  uğurlu  iddialarda 


31
inzibati məhkəmələr inzibati orqanlara münasibətdə nəzarət 
etmək  və  müəyyən  mənada,  təlim  keçmək  (öyrətmək) 
funksiyasına  malik  olur.  Belə  ki,  inzibati  orqanlar  da 
(məhkəmə  qarşısında  duruş  gətirə  bilmək  üçün)  bənzər 
situasiyalarda  necə  davranmalı  olduqlarını  bilməlidirlər. 
Məsələn,  məhkəmə  məcburetmə  haqqında  iddiada  diskre-
sion  səlahiyyətin  həyata  keçirilməsinin  yoxlanılması  (bax: 
İPM-in  74-cü  maddəsi)  çərçivəsində  inzibati  aktı  ləğv 
etdikdə  və  inzibati  orqanın  üzərinə  məhkəmənin  hüquqi 
mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə yeni inzibati 
akt  qəbul  etmək  öhdəliyi  qoyduqda  (bax:  İPM-in  73.2-ci 
maddəsi),  qəbul  etdiyi  qərarın  əsaslandırma  hissəsində 
təkcə inzibati orqanın konkret diskresion səlahiyyəti həyata 
keçirməsinin  hansı  səbəblərdən  səhv  olduğunu  deyil,  həm 
də  inzibati  orqanın  yeni  qərar  qəbul  edərkən  nəyi  əsas 
götürməli olmasını təsvir etməyə borcludur. Əks halda, in-
zibati orqan qərarı icra edə bilməyəcək və bununla da, yeni 
proseslər yaranacaqdır. 
Çətin  və  mürəkkəb  hüquq,  yaxud  tövsif  problemləri 
möv cud  olan  zaman  əsaslandırma  hissəsinin  ayrı-
ayrı  hissələrə  bölünməsi  vasitəsilə  oxucuya  bir  növ 
“bələdçilik”  edilməsi  tövsiyə  olunur.  Məsələn:  “A  şərti 
ye rinə yetirilib, çünki B və C şərtləri mövcuddur (bununla 
bağlı aşağıda 1-ə bax). Və D şərti bununla ziddiyyət təşkil 
etmir (bununla bağlı aşağıda 2-yə bax). D-nin də mövcud 
olub-olmaması  isə,  əhəmiyyət  kəsb  etmir  (bununla  bağlı 
aşağıda 3-ə bax).” Bundan sonra 1-lə əsaslandırma başlayır. 
Belə  bölgü,  oxucunun  hakim  tərəfindən  aparılan  inan-
dırmanı başa düşməsini əhəmiyyətli dərəcədə asanlaşdırır. 
Qərarı aydın və anlaşıqlı etmək üçün həlledici vasitə 


32
“baş  cümlələr”dir  (almanca:  Obersatz  –  hərfi  tərcümədə 
„yuxarı  cümlə“;  burada,  tabeli  mürəkkəb  cümlələrdəki 
„baş  cümlə“  nəzərdə  tutulmur).  Almaniya  məhkəmə 
təcrübəsində  artıq  uzun  müddətdir  ki,  təşəkkül  tapmış 
belə  baş  cümlələrin  funksiyası,  sual  cümləsindən  istifadə 
etmədən  oxucuya  hazırda  hansı  məsələnin  araşdırıldığını/
yoxlanıldığını  göstərməkdir.  Onlar,  belə  demək  müm-
kündürsə, qərarın sümükləri və ya dayağıdır
Mümkünlük  mərhələsində  baş  cümlələrə  misal 
qismində aşağıdakıları göstərmək olar:
“İddia mümkündür. İddiaçı İPM-in 38-ci maddəsində 
nəzərdə  tutulmuş  iddia  müddətini  ötürmüş  olsa  da  (...), 
bunun  hüquqi  baxımdan  ziyanı  yoxdur.  Çünki  müba-
hisələndirilən  inzibati  aktda  hüquqi  müdafiə  vasitələri 
barədə  məlumat  verilməmişdir.  Bu  cür  halda  “İnzibati 
icraat haqqında” Qanunun 73.2-ci maddəsinin müvafiq qay-
dada tətbiqi əsasında belə bir nəticə hasil olur ki, ....”
Əsaslılıq mərhələsində baş cümlələrə misal qismində 
aşağıdakıları göstərmək olar:
“İnzibati  akt  formal-hüquqi  baxımdan  qüsurlu  olsa 
da  (...),  bu,  onun  məhkəmə  tərəfindən  ləğv  olunmasına 
aparıb  çıxartmır.  Çünki  qüsur  İPM-in  70.1-ci  maddəsinin 
2-ci  cümləsində  nəzərdə  tutulmuş  mənada  nəticəyə  təsir 
etməmişdir (...).”
Yaxud:
“Mübahisələndirilən  inzibati  aktın  qəbulu  üçün 
səlahiyyətverici  əsasın  dispozisiya  şərtləri  mövcuddur 
(...).  Bununla  belə,  iddia  uğurlu  olmalıdır,  çünki  inzi-
bati orqan ona məxsus olan diskresion səlahiyyəti qüsurlu 
həyata keçirmişdir (İPM-in 74-cü maddəsi, “İnzibati icraat 
haqqında” Qanunun 14-cü maddəsi). Belə ki, o, ...”. 


33
Qərar belə bir skelet olmadan dayana bilməz!
2. Mümkünlüyün yoxlanılması
İnzibati  məhkəmənin  cavablandırmalı  olduğu  ilk 
sual  mübahisənin  inzibati  məhkəmənin  səlahiyyətinə 
aid  olub-olmamasıdır.  Çünki  məhkəmənin,  ümumiyyətlə, 
mübahisəni  həll  etmək  səlahiyyətinə  malik  olması,  yaxud 
mübahisə ilə bağlı işin aidiyyəti üzrə müvafiq səlahiyyətli 
məhkəməyə göndərilməsi barədə qərardad qəbul etməsi bu 
sualın cavabından asılıdır. Bu zaman, fərqləndirmə ilə bağlı 
çətin suallar yarana bilər. 
Əgər  mübahisəyə  baxılması  inzibati  məhkəmənin 
səlahiyyətinə  aiddirsə  və  bununla  da  İPM-in  tətbiqi  qəti 
olaraq müəyyən edilmişdirsə, əsaslandırma hissəsi iddianın 
İPM-də  nəzərdə  tutulmuş  minimal  şərtlərə  cavab  verib-
vermədiyi  sualı  ilə  başlayır.  Əsaslandırma  hissəsinin  əv-
vəlində  (baxılan  işdən  asılı  olaraq)  iddianın  İPM-in  45 
və  46-cı  maddələrində  nəzərdə  tutulmuş  mənada  etibarlı 
şəkildə  qaldırılıb-qaldırılmadığı,  yaxud  əslində  bir  neçə 
iddianın  verilib-verilmədiyi  məsələsinə  də  toxunula  bilər. 
Müəyyən  hallarda  iddianın  dəyişdirilməsinin,  yaxud  id-
diadan  imtinanın  və  ya  iddianın  geri  götürülməsinin 
(bax:  İPM-in  54-cü  və  55-ci  maddələri)  təfsilatı  ilə  bağlı 
məsələlər  də  əsaslandırma  hissəsinin  başlanğıcında  ək-
sini  tapa  bilər.  Çünki  hakimin  “yoxlama  proqramı”,  ümu -
miyyətlə, hansı məsələnin həll edilməli (hansı mə  sələyə dair 
qərar qəbul edilməli) olması əsasında müəy  yənləşdirilir. 
Nəzərə  alınmalıdır  ki,  şifahi  məhkəmə  baxışında 
iştirak  etməyən  proses  iştirakçısına  məhkəmə  bildirişində 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə