Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə6/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   2   3   4   5   6   7   8   9   ...   76

20
özlüyündə  sadəcə  bir  ünsür  olması  faktı  o  deməkdir  ki, 
məhkəmənin  qərarında  bu  izahatlara  mülki  prosesdə 
olduğu  kimi  eyni  yer  verilməli  deyil.  Əksər  hallarda  bu-
nunla əlaqədar proses iştirakçılarının hüquqi mövqelərinin 
əks  etdirilməsi  ilə  məhdudlaşmaq  yetərlidir.  Lakin  pro-
ses  iştirakçılarının  izahatlarından  əvvəl  işin  məhkəmə 
tərəfindən  müəyyən  edilmiş  faktiki  hallarının  məhkəmə 
qərarının əsası kimi götürüldüyü vəziyyətdə təsvir edilməsi 
vacibdir. İşin müəyyən edilmiş bu faktiki halları qərarın 
təsviri  hissəsinin  girişini  təşkil  edir  və  inzibati  məhkəmə 
icraatından əvvəl baş tutmuş inzibati icraatı da əhatə edir. 
Misal  üçün,  məcburetmə  haqqında  iddia  üzrə  qərarın 
təsviri hissəsində iddiaçının arzu etdiyi inzibati aktla bağlı 
inzibati  orqana  nə  vaxt  ərizə  ilə  müraciət  etdiyi,  inzibati 
orqanın həmin ərizəyə dair nə vaxt və necə qərar qəbul et-
diyi, qərarın nə vaxt təqdim edildiyi və nəhayət, iddianın nə 
vaxt qaldırıldığı və s. təsvir olunmalıdır. Həmçinin inzibati 
aktda  hüquqi  müdafiə  vasitələri  barədə  məlumatın  olub-
olmaması da qeyd edilməlidir. Bu faktların göstərilməsinin 
səbəbi onunla bağlıdır ki, onlar iddianın vaxtında qaldırılıb-
qaldırılmadığı,  yaxud  inzibati  aktdan  şikayət  verilməsinin 
mümkün  olub-olmadığı  məsələsi  baxımından  əhəmiyyət 
kəsb  edə  bilərlər.  Qərarın  təsviri  hissəsinin  müvafiq  his-
səsində  inzibati  orqanın  qəbul  etdiyi  qərarı  necə  əsas lan-
dırdığının  da  qeyd  edilməsi  tövsiyə  olunur.  Bu,  xü su silə 
inzibati orqanın diskresion səlahiyyət əsasında qə rar qəbul 
etdiyi  hallarda  zəruridir.  Çünki  bu  cür  hallarda  inzibati 
orqanın söykəndiyi əsasların hüquqi cəhətdən yoxlanılması 
məhkəmənin  vəzifəsidir  (bax:  İPM-in  74-cü  maddəsi). 
Qərarın  oxucuları,  həmçinin  potensial  növbəti  instan-
siya  məhkəmələri  işin  materiallarını  oxumadan  da  qərarın 


21
təsviri hissəsindən mühüm məsələlər (işin müəyyən edilmiş 
halları)  barədə  zəruri  məlumatlar  almaq  imkanına  malik 
olmalıdırlar.
Artıq  yuxarıda  qeyd  olunduğu  kimi,  məhkəmənin 
icraatın  gedişində  İPM-in  58-ci  maddəsinə  əsasən  yerində 
baxış  keçirmə,  sənədlərin  öyrənilməsi  və  s.  sübutlar 
vasi tə silə  araşdırdığı  məsələlər  təsviri  hissənin  girişini 
təşkil  edən  işin  müəyyən  edilmiş  faktiki  hallarına  aid 
deyil.  Bu  kimi  hallarda  təsviri  hissədə  yalnız  sübutların 
araşdırıldığı, konkret hansı sübutun (ekspert rəyi, şahidlərin 
dindirilməsi)  araşdırıldığı  və  bu  araşdırmanın  nəticəsi  çox 
qısa  və  ümumi  şəkildə  (məsələn,  bir  cümlə  ilə)  təsvir 
olunur. Sübutların araşdırılmasının nəticəsinə ayrı-ayrılıqda 
qiymət  vermə  isə  (sübutların  qiymətləndirilməsi),  qərarın 
əsaslandırma  hissəsində  göstərilməli  olan  bir  məsələdir 
(bax: İPM-in 68.1-ci və 68.2-ci maddələri).
Ümumiyyətlə, qanun təsviri hissənin həm işin faktiki 
halları,  həm  də  proses  iştirakçılarının  hüquqi  məsələlərə 
dair  izahatları  baxımından  yığcam  şəkildə  olmasından 
çıxış  edir.  Xüsusilə  işin  faktiki  hallarının  təkrarlanmasına 
mütləq  surətdə  yol  verilməməlidir.  Məsələn,  əgər  işin 
müəy yən  edilmiş  faktiki  hallarında  (yəni  təsviri  hissənin 
birinci  hissəsində)  hər  hansı  bir  firmada  hansı  müddət 
ərzində neçə işçi çalışdığı (bax: 3-cü kazus) artıq göstəril-
mişdirsə, bu faktın iddiaçının və ya cavabdehin izahatında 
yenidən  təkrarlanmaması  tövsiyə  olunur.  Yəni  qeyd  olu-
nan  məsələlər  işin  müəyyən  edilmiş  faktiki  hallarının  bir 
hissəsini  təşkil  edirsə,  proses  iştirakçılarının  izahatlarında 
onların  bununla  bağlı  müvafiq  olaraq  bildirdikləri  hüquqi 
mövqelərlə məhdudlaşmaq kifayətdir. 
Proses  iştirakçılarının  mümkün  qədər  konkret 


22
və  düzgün  əks  etdirilməli  olan  tələbləri  də,  təbii  ola-
raq  təsviri  hissənin  bir  hissəsidir.  Əgər  məhkəmə,  mü-
vafiq  yardımetmədən  sonra  proses  iştirakçılarının  tələb-
lərini  aydınlaşdırarsa  (bax:  İPM-in  48.1,  52  və  64.1-ci 
maddələri),  işin  faktiki  hallarına  artıq  “təmizlənmiş” 
tələb  daxil  edilə  bilər  (İPM-in  52-ci  maddəsinə  əsasən, 
məhkəmə tələbin ifadə tərzi ilə deyil, yalnız onun hədləri 
ilə  bağlıdır!).  İddiaçı,  məsələn,  inzibati  orqanın  im-
tina etdiyi müəyyən bir tikintiyə, yaxud istismara icazənin 
verilməsini tələb edirsə, bu tələb özlüyündə həddindən artıq 
qeyri-müəyyəndir. Belə olan halda, məhkəmə tələbin ifadə 
formasını  elə  dəyişəcəkdir  ki,  iddiaçı  (həmçinin)  inzibati 
orqanın imtinaedici qərarının (qərarın tarixi göstərilməklə) 
ləğvini və inzibati orqanın üzərinə ona, barəsində müvafiq 
ərizə  ilə  müraciət  etdiyi  icazənin  verilməsi  öhdəliyinin 
qoyulmasını tələb etsin. Söhbət iddianın dəyişdirilməsindən 
(bax:  İPM-in  54-cü  maddəsi)  getdikdə,  təsviri  hissədə 
iddiaçının  əvvəlcə  hansı  tələblə  (ilkin  iddia  tələbi)  çıxış 
etdiyinin  göstərilməsi  və  bundan  sonra  yeni  tələbin  qeyd 
olunması  məqsədəuyğun  olardı.  Bununla  əlaqədar  ola-
raq,  cavabdehin  iddianın  dəyişdirilməsinə  razılıq  verib-
vermədiyinin təsvir olunması da zəruridir. 
Təsviri  hissədə  proses  iştirakçılarının  tələblərinin 
və  onların  izahatlarının  ardınca  prosesin  xronologiyası 
gəlir.  Burada  söhbət,  xüsusilə  məhkəmənin  başladığı  və 
onun  qərarı  üçün  əhəmiyyət  kəsb  edən  prosessual  ha di-
sə lərdən  gedir.  Birinci  instansiya  məhkəməsində  icraat 
zamanı  bununla  bağlı  məhkəmə  tərəfindən  sübutların 
araş dırılması  (bax:  İPM-in  58-ci  maddəsi)  imkanı  nəzərə 
çarpır.  Məhkəmə,  artıq  təsviri  hissədə  sübutu  (və  hansı 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə