Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə7/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   2   3   4   5   6   7   8   9   10   ...   76

23
sübutu)  araşdırdığını  və  bunun  ümumiləşdirilmiş  və  çox 
qısa şəkildə nə ilə nəticələndiyini (lakin burada sübutların 
qiymətləndirilməsinə  başlamadan)  bildirir.  Prosesin  xro-
no  logiyası  hissəsində  göstərilən  məsələlərə  növbəti  mi sal 
icraata  cəlb  etmə  haqqında  qərardadlardır.  Sonda  məh-
kəmənin  malik  olduğu  (ona  təqdim  edilmiş)  sənədlər  və 
onların məzmununa ümumi istinad barədə qeyd əksini tapır.
Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 
prosesin  xronologiyası,  təbii  ki,  daha  uzun  olur.  Belə 
ki,  apellyasiya  instansiyası  məhkəməsinin  qərarlarının 
təsviri  hissəsinin  müvafiq  hissəsində  birinci  instansiya 
məhkəməsinin  nə  vaxt  və  necə  (və  hansı  əsaslandırma 
ilə)  qərar  qəbul  etdiyi,  qərarın  nə  vaxt  təqdim  olunduğu, 
apellyasiya  şikayətinin  nə  vaxt,  kim  tərəfindən  və  hansı 
əsaslandırma  ilə  verildiyi  göstərilməlidir.  Bundan  sonra 
apellyasiya  instansiyası  məhkəməsində  icraatda  tələblər 
və  yekun  olaraq,  məhkəmənin  malik  olduğu  (ona  təqdim 
edilmiş)  sənədlər  və  onların  məzmununa  ümumi  istinad 
barədə qeyd əksini tapır. 
Məhkəmə  qərarının  təsviri  hissəsinin  quruluşu  ümu-
mi ləşdirilmiş şəkildə aşağıdakı kimi təsvir oluna bilər:
•  Birinci instansiya məhkəməsində icraat
İşin müəyyən edilmiş faktiki halları 
(inzibati  icraat  da  daxil  olmaqla,  sübutlar  araş dırıl-
madan)
İddiaçının izahatı 
(yığcam şəkildə, təkrarçılığa yol vermədən, müəy yən 
hallarda, həmçinin qısa hüquqi mövqelər)


24
İddiaçının tələbi 
(orijinaldakı kimi və ya məhkəmənin tövsiyə et diyi 
redaksiyada „təmizlənmiş“ şəkildə)
Cavabdehin tələbi
(bir qayda olaraq, iddianın rədd olunması)
Cavabdehin izahatı 
(bir  qayda  olaraq,  yalnız  hüquqi  mövqelər.  Müəy-
yən hallarda işin faktiki hallarının fərqli təsviri, işin 
faktiki hallarını təkrarlamadan)
Prosesin xronologiyası 
(sübutların  araşdırılması,  məhkəmə  icraatına  cəl b-
etmələr, cəlb edilmiş şəxslərin izahatları və tələbləri, 
iddianın  dəyişdirilməsi,  mübahisənin  nizamlanması 
barədə müştərək bəyanat və s.)
-  İş materiallarına və sənədlərə dair ümumiləşdirilmiş 
formada qeyd. 
•  Apellyasiya instansiyası məhkəməsində icraat
İşin müəyyən edilmiş faktiki halları
(inzibati  icraat  da  daxil  olmaqla,  sübutlar  araş-
dırılmadan)
İddiaçının izahatı 
(yığcam şəkildə, təkrarçılığa yol vermədən, müəyyən 
hallarda, həmçinin qısa hüquqi mövqelər)
İddiaçının tələbi 
(orijinaldakı kimi və ya məhkəmənin tövsiyə etdiyi 
redaksiyada „təmizlənmiş“ şəkildə)
Cavabdehin tələbi 
(bir qayda olaraq, iddianın rədd olunması)


25
Cavabdehin izahatı 
(bir qayda olaraq, yalnız hüquqi mövqelər. Müəyyən 
hallarda  işin  faktiki  hallarının  fərqli  təsviri,  işin 
faktiki hallarını təkrarlamadan)
Prosesin xronologiyası 
(sübutların araşdırılması, məhkəmə icraatına cəlbet-
mələr,  cəlb  edilmiş  şəxslərin  izahatları  və  tələbləri, 
iddianın  dəyişdirilməsi,  mübahisənin  ni zamlanması 
barədə müştərək bəyanat və s.)
-  Birinci instansiya məhkəməsi qərarının nəticəsi və 
tarixi. Qərarın təqdim olunma tarixi. 
-  Apellyasiya  şikayətinin  verilməsi  tarixi  və  şika-
yətin əsaslandırılması 
-  Apellyasiya instansiyası məhkəməsində icraat za-
manı apellyasiya şikayətinə qarşı etiraz və onun 
əsaslandırılması 
-  müəyyən  hallarda  apellyasiya  instansiyası  məh-
kəməsində icraat zamanı prosesin xronologiyası 
(məsələn,  apellyasiya  instansiyası  məhkəməsi  tərə-
findən sübutların araşdırılması)
-  Apellyasiya  instansiyası  məhkəməsinə  təqdim  edil-
miş sənədlərə dair
 əlavə qeyd.
C. Əsaslandırma hissəsi
I. İlkin qeyd
Əsaslandırma  hissəsinin  funksiyası  “məhkəmənin 
möv qeyi  üçün  əsas  olmuş  səbəbləri  göstərməkdir”  (bax: 
İPM-in 68.1-ci maddəsinin 2-ci cümləsi). Əsaslandırılması 
zə ruri  olan  qərarın  əsaslandırılmaması  kassasiya  in  s tan-


26
siyası  məhkəməsində  mütləq  qaydada  ləğv  olunma  üçün 
əsaslardan  birini  təşkil  edir  (bax:  İPM-in  92.06-cı  mad-
dəsi).  Belə  vəziyyət  (hər  halda Almaniyada  möv cud  olan 
ya naşmaya  görə)  təkcə  qərarda  əsaslandırma  his səsinin 
ümu miyyətlə  olmadığı  hallarda  deyil,  əsaslandırma 
hissəsi  proses  iştirakçılarına,  eləcə  də  növbəti  instansi-
ya  məhkəməsinə  qəbul  edilmiş  qərarı  yoxlamaq  imkanı 
vermədikdə  də  mövcud  olur.  Belə  ki,  əsaslandırma  his-
səsinin  mənası  təkcə  proses  iştirakçılarını  həlledici  faktiki 
və hüquqi mülahizələr barədə məlumatlandırmaq və onlara 
qərarın  hansı  müəyyənetmələrə,  dərketmələrə  və  hüquqi 
fikirlərə  söykəndiyinə  dair  bilgi  vermək  deyil.  O,  həm  də 
qərarın  növbəti  instansiya  məhkəməsində  yoxlanılmasını 
mümkün  etməlidir.  Yəni  əgər  əsaslandırma  hissəsində 
göstərilən  əsaslar  qərarın  nəticəvi  hissəsini  əsaslandırmaq 
üçün  münasib  olmayan  qədər  lazımsızdırlarsa  (məsələn, 
əsaslandırma,  barəsində  qərar  qəbul  edilən  işlə  heç  bir 
bağ lılığa  malik  olmadıqda  və  yalnız  qanun  normalarının 
mətn lərindən  ibarət  olduqda),  bu  halda,  məhkəmə  öz 
qərarını  əsaslandırmaq  vəzifəsini  pozmuş  olur.  Bu-
nunla  yanaşı,  heç  də  istənilən  natamam  və  ya  özlüyündə 
ziddiyyətli olan əsaslandırma qərarın kassasiya qaydasında 
ləğvi  üçün  mütləq  şərt  hesab  edilmir.  Bu  cür  hallarda, 
bütövlükdə əsaslandırma hissəsindən kifayət qədər konkret 
əsaslandırmanın irəli gəlib-gəlmədiyi əsas götürülür. 
Əsaslandırma  hissəsinin  quruluşu  və  üslu bu  ilə 
bağlı ən ali prinsip kimi “AYDINLIQ  HƏR ŞEY DİR!” 
prinsipi  tətbiq  olunur.  Əsaslandırma  hissəsində  məh kə-
mənin  dərin  biliyə  malik  olduğunu  göstərməsinə  və  ya 
nəticəyə  aidiyyəti  olmayan  problemləri  izah  etməsinə 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə