Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə10/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

34
işə  onun  iştirakı  olmadan  baxılmasının  və  iş  üzrə  qərar 
qəbul  edilməsinin  mümkünlüyü  barədə  xəbərdarlıq  edil-
mədiyi halda, məhkəmə mübahisəni (hələ) qərar vasitəsilə 
həll  edə  bilməz.  Proses  iştirakçılarından  hər  hansı  biri 
şifahi  məhkəmə  baxışında  iştirak  etmədikdə,  qərarın 
əsas landırma  hissəsinin  başlanğıcında  müvafiq  qaydada 
məhkəmə  bildirişi  göndərilərkən  məhkəməyə  çağırılan 
şəxsin  şifahi  məhkəmə  baxışı  ilə  bağlı  iclasa  gəlmədiyi 
halda da, onun iştirakı olmadan işə baxılmasının və iş üzrə 
qərar  qəbul  edilməsinin  mümkünlüyünün  göstərilməsi 
tövsiyə edilir (bax: İPM-in 62.3-cü maddəsi). Qərar şifahi 
məhkəmə  baxışı  keçirilmədən  qəbul  edildiyi  hallarda  isə, 
əsaslandırma hissəsinin başlanğıcında müvafiq qeydin (yəni 
şifahi məhkəmə baxışının keçirilmədiyinin) əksini tapması 
tövsiyə olunur. 
Əsaslandırma  hissəsinin  ilk  cümlələri  (qərarın  tər-
tibi zamanı qərar üslubundan istifadə olunduqda) nəti cəni 
əks  etdirir.  Yəni  müvafiq  hissədə,  məsələn,  aşağıdakılar 
qeyd  olunur:  “İddia  mümkün  və  əsaslıdır”,  yaxud  “İddia 
mümkün  olsa  da,  mahiyyət  baxımından  uğurlu  deyil” 
və  ya  “İddia,  artıq  prosessual  səbəblərdən  mümkün  de-
yil”.  Bundan  sonra  əsaslandırma  qismində  İPM-in 
müvafiq  iddia  növünün  yoxlanılması  üçün  istifadə  etdiyi, 
Məcəllədə  əksini  tapmış  ifadə  tərzi  gəlir.  Ona  görə  də 
uğursuz  mübahisələndirmə  haqqında  iddia  üzrə  qərarın 
əsaslandırma  hissəsinin  növbəti  cümləsi  belə  yazılır: 
“Çünki  mübahisələndirilən  inzibati  akt  qanuna  zidd 
deyil  və  iddiaçının  hüquqlarını  pozmur  (İPM-in  70.1-ci 
maddəsi)”.  Uğursuz  məcburetmə  haqqında  iddiaya  dair 
qərarda  isə  müvafiq  hissə,  misal  üçün,  belə  ifadə  edilir: 


35
“İnzibati  aktın  qəbulundan  imtina  olunması  və  ya  cavab-
dehin  hərəkətsizliyi  nəticəsində  inzibati  aktın  qəbul 
edilməməsi  qanuna  zidd  deyil  və  iddiaçının  hüquqlarını 
pozmur  (İPM-in  73.1-ci  maddəsi)”.  Yaxud:  “İddiaçı 
irəli  sürdüyü  ...  tələb  hüququna  malik  deyil.”  Qeyd 
olunanlardan  belə  bir  nəticə  hasil  olur  ki,  əsaslandırma 
hissəsinin  əvvəlində  söhbətin  hansı  iddia  növündən  get-
diyi  aydınlaşdırılmış  olmalıdır.  Bu  da  məhkəmənin  “yox-
lama  proqramı”nın  təsvirinə  aiddir,  çünki  müvafiq  olaraq 
əhəmiyyət  kəsb  edən  hüquqi  məsələlər  iddia  növündən 
həlledici şəkildə asılıdır.
İddianın  növü  məsələsi  aydınlaşdırıldıqdan  sonra, 
əvvəlcə,  ayrı-ayrı  iddia  növlərindən  asılı  olaraq,  iddianın 
mümkünlüyü  məsələlərinə  toxunulur.  Belə  məsələlər 
həmişə  iddianın  əsaslılığı  ilə  bağlı  məsələlərdən  qa-
baq  yoxlanılmalıdır.  Bu,  həmçinin  ondan  irəli  gəlir  ki, 
iddianın  mümkün  olmadığı  halda  qəbul  edilən  qərarın 
forması (İPM-in 35.3-cü maddəsinə əsasən iddianın müm-
kün  sayılmaması  haqqında  qərardad)  iddianın  əsassız 
olduğuna  görə  rədd  edildiyi  zaman  qəbul  edilən  qərarın 
formasından  fərqli  olur  (bax:  3-cü  kazus  üzrə  qərardad 
və  qərar).  Mümkünlüklə  bağlı  məsələlərin  bütün  hallarda 
məhkəmənin xidməti vəzifəsinə görə yoxlanılmalı olması 
(proses iştirakçılarının heç biri buna toxunmasa da) həm də 
qərarın  təsviri  hissəsində  inzibati  orqana  verilmiş  ərizəyə, 
yaxud inzibati orqanın qərarının təqdim (elan) olunmasına 
dair  məlumatların  nə  üçün  göstərilməli  olması  məsələsini 
izah edir. Belə ki, iddianın mümkün olub-olmaması həmin 
məsələlərdən  asılıdır  (xüsusilə  iddianın  vaxtında  verilib-
verilməməsi. Bax: İPM-in 38-ci maddəsi). Əvvəlcə inzibati 


36
orqana  müvafiq  ərizə  verilmədən  qaldırılan  məcburetmə 
haqqında iddia da mümkün sayılmır. 
Bundan  başqa,  artıq  mümkünlüyün  yoxlanılması 
mərhələsində  iddianın,  ümumiyyətlə,  nəyə  qarşı,  yaxud 
nəyə  yönəldiyi  məsələsi  aydınlaşdırılmalıdır.  Yəni  inzi-
bati  orqanın  bir  neçə  qərarı  mövcud  olduqda,  məhkəmə 
iddiaçının  hansı  inzibati  akta  qarşı  iddia  qaldırdığını 
və  bu  baxımdan,  hüquqi  vəziyyətin  necə  fərqləndiyini 
təsvir  etməlidir.  Belə  ki,  iki  inzibati  akta  qarşı  yönəlmiş 
mübahisələndirmə  haqqında  iddia  həmin  aktlardan  birinə 
münasibətdə mümkün sayılmaya, digərinə münasibətdə isə, 
əsaslı ola bilər (bax: 3-cü kazus üzrə qərardad və qərar). 
3. Əsaslılığın yoxlanılması
Əsaslılıq  mərhələsində  müvafiq  olaraq  nəyin  yox-
lanılmalı  olması  iddianın  növündən  asılıdır.  Müba-
hisələndirmə  haqqında  iddia  üçün  uyğun  və  həlledici 
baş  cümlələr  İPM-in  70.1-ci  (“İnzibati  icraat  haqqında” 
Qanunun  67-ci  maddəsində  yox!),  məcburetmə  haqqında 
iddia üçün isə İPM-in 73-cü maddəsində təsbit edilmişdir. 
Bununla  belə,  öhdəliyin  icrası,  müəyyən  etmə  və  ya 
tanınma haqqında iddialara dair müvafiq qaydalar nəzərdə 
tutulmamışdır.  Baş  cümlələr  qanunda  təsbit  edilmiş  ol-
duqda,  onların  “yoxlama  proqramı”  qismində  nəzərdən 
keçirilməsi və hətta onlardan birbaşa istifadə olunması çox 
tövsiyə edilir. 
Məsələn,  İPM-in  70.1-ci  maddəsindən  baş  cümlə 
qismində  istifadə  etdikdə  (onu  birbaşa  sitat  gətirdikdə), 
tövsif,  yəni  müddəanın  konkret  hala  tətbiqi  müəyyən 


37
mənada  özü-özünə  irəli  gəlir.  Bu  halda,  misal  üçün, 
mübahisələndirmə  haqqında  iddialarda  formal-hüquqi 
tərəfin  də  daim  yoxlanılmalı  olması  unudulmayacaqdır. 
Belə  ki,  mübahisələndirmə  haqqında  iddia  artıq  inzibati 
aktın  inzibati  icraatla  bağlı  müddəaların  (“İnzibati  icraat 
haqqında” Qanun) pozulması ilə qəbul edilməsi və bu po-
zuntunun inzibati orqanın qərarına təsir etməsi (bax: İPM-
in  70.1-ci  maddəsinin  2-ci  cümləsi)  səbəbindən  əsaslı  ola 
bilər.  Əgər  burada  heç  bir  problem  olmazsa,  bunu  budaq 
cümləsi vasitəsilə də əlavə etmək olar (məsələn: “Formal-
hüquqi  baxımdan,  xüsusilə  səlahiyyət,  forma  və  inzibati 
icraat  baxımından  mübahisələndirilməli  olmayan  inzibati 
akt maddi-hüquqi baxımdan da qüsursuzdur, çünki...”). 
Əsaslandırma  hissəsinin  sonunda,  iddianın  əsaslı-
lı ğının  yoxlanılması  mərhələsində  təkcə  baxılan  işlə 
bağlı  qanundan  irəli  gələn  məsələlərə  toxunulmur.  Bu-
rada,  həmçinin  proses  iştirakçılarının  izahatlarında  həll-
edici  əhəmiyyət  kəsb  edən  qisimdə  bildirdikləri,  lakin 
məhkəmənin  mühüm  hesab  etmədiyi  hüquqi  mövqelərə 
münasibət  bildirilir  (onlara  dinlənilmə  hüququnun  tə-
min  edilməsi  baxımından  hər  bir  halda  münasibət  bil-
dirilməlidir!). Bu hissədə məhkəmə müvafiq halların hansı 
səbəblərdən  əhəmiyyət  kəsb  etməməsi  barədə  məlumat 
verməlidir.  Belə  köməkçi  qeydlər  də,  yalnız  heç  bir  uğur 
vəd etməyən hüquqi müdafiə vasitələrindən istifadədən yan 
keçilməsinə xidmət edir. 
Eyni  zamanda,  növbəti  hüquqi  mübahisədən  yan 
keçmək  məqsədi  ilə  məhkəmənin  qərarında  gəldiyi 
nəticəyə  təsir  etməyən,  lakin  proses  iştirakçıları  üçün  ma-
raq doğuran aspektlərə və məsələlərə dair fikir bildirilməsi 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə