64
43-cü maddəsinə əsasən mümkün deyil. Çünki ərizəçinin
müvəqqəti xarakterli müdafiəyə ehtiyacı yoxdur.
– ərizəçi əsas iş üzrə iddianın uğurluluğunu kifayət
qədər əsaslı və inandırıcı surətdə təsvir edibmi (bax: İPM-
in 43.1.2-ci və 42-ci maddələri)? Bu zaman aşağıdakı
müh-
üm prinsip tətbiq olunur: İPM-in 43-cü maddəsinə əsasən
həyata keçirilən müvəqqəti xarakterli müdafiə icraatında
əldə edilən uğur əsas iş üzrə icraatda iddianın özünün
uğurlu olmasına nə qədər yaxın olarsa, iddianın uğurluluq
ehtimalı bir o qədər ciddi yoxlanılır;
– Mühüm qeyd: Əsas iş üzrə iddianın uğurluluq
ehti malının yoxlanılmasına, artıq qaldırılmış, yaxud
hələ qaldırılmalı olan məcburetmə və ya öhdəliyin icrası
haqqında iddianın mümkünlük şərtlərinin və əsaslılığının
yoxlanılması da aiddir.
Ərizəçi yuxarıda qeyd olunan şərtləri yerinə yetir-
dikdə, yaxud onlar mövcud olduqda məhkəmə müsbət (hər
bir halda, yalnız müvəqqəti xarakter daşıyan, yəni iddia
icraatı üzrə qərarı əvvəlcədən müəyyən etməyən) qərardad
qəbul edir. Şərtlər yerinə yetirilmədikdə və ya mövcud
olmadıqda ərizə rədd edilir.
İPM-in 43-cü maddəsinə əsasən qəbul edilmiş
müsbət qərardadın
nəticəvi hissəsi aşağıdakı kimi olur:
Qarşı tərəfin üzərinə ərizəçiyə müvəqqəti olaraq ... mənzildən
istifadəyə icazə verməsi öhdəliyi qoyulur.
Müvəqqəti xarakterli müdafiə üzrə icraata dair prosessual
xərcləri qarşı tərəf ödəyir.
Hüquqi müdafiə vasitələri barədə məlumat.