Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə12/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

42
Oxuculara təqdim olunan bu kitabda məhkəmə qərar-
larının (yəni həm qərarların, həm də qərardadların) nəticəvi 
hissələrində,  hazırda  məhkəmə  təcrübəsində  (həm  də 
təkcə  inzibati  işlər  üzrə  deyil,  həmçinin  cinayət  işləri  və 
mülki işlər üzrə) istifadə olunan “öhdəliyi qoyulsun”, “ləğv 
edilsin”  “mümkün  sayılmasın”  və  s.  deyil,  gələcək  üçün 
tövsiyə  qismində  Almaniya  məhkəmə  təcrübəsinə  uyğun 
olaraq, eləcə də aşağıda qeyd olunan səbəblərdən “öhdəliyi 
qoyulur”, “ləğv edilir”, “mümkün sayılmır” və s. kimi ifadə 
üslubu (tərzi) seçilmişdir.
Hazırda  məhkəmələr  tərəfindən  istifadə  olunun  üs-
lubun  (ifadə  tərzinin),  ola  bilsin  ki,  hələ  SSRİ  dövründə 
təşəkkül  tapmış  təcrübəyə  əsaslandığını  və  rus  dilində 
olan  qərarların  nəticəvi  hissələrinin  bilavasitə  tərcüməsi 
olduğunu  güman  etmək  mümkündür  (məsələn,  “иск 
удовлетворить”,  “отказать”,  “приговорить”,  “взыскать” 
və s.). Lakin müəlliflərin fikrincə, “ləğv edilsin”, “öhdəliyi 
qoyulsun”  və  s.  ifadə  üslubu,  sanki  göndəriş  xarakterlidir 
və oxucuda belə təəssürat yarada bilər ki, məhkəmə təsviri 
və əsaslandırma hissələrini tərtib etməklə qərarla bağlı “öz 
əsas  işini”  görülmüş  hesab  edir.  Nəticəvi  hissədə  isə,  o, 
sanki  qərarın  icrasını  naməlum  bir  subyektdən  tələb  edir 
(yəni,  məsələn,  “mümkün  sayılmasın”,  “öhdəliyi  qoy-
ulsun”,  “ləğv  edilsin”in  kim  tərəfindən  (?!)  icra  edilməli 
olması  aydın  olmur).  Əksinə,  kitabda  tövsiyə  qismində 
təklif  olunan  ifadə  tərzi  bütün  bunların  məhkəmənin  özü 
tərəfindən, “burada və indi” edildiyinin daha aşkar şəkildə 
ifadə  olunmasına  imkan  yaradır.  Bundan  başqa,  hazırda 
istifadə olunan üslub məhkəmə qərarının nəticəvi hissəsini 
qərarın  icrası  aspekti  ilə  (əgər  “ləğv  edilsin”,  “öhdəliyi 


43
qoyulsun”,  “mümkün  sayılmasın”  və  s.  ilə,  ümumiyyətlə 
icra  aspekti  ehtiva  edilirsə)  sanki  qarışdırır.  Halbuki, 
qərarların  nəticəvi  hissəsi  və  qərarların  icrası  iki  ayrı-ayrı 
məsələdir. Belə ki, məhkəmə qərarlarında prinsip onsuz da 
bundan ibarətdir ki, onlar hər bir halda icra edilməlidir. 
Aşağıda  ayrı-ayrı  iddia  növləri  və  təcrübədə  daha 
tez-tez  rast  gəlinə  bilən  nəticələr  üzrə  nümunəvi  misallar 
əsasında  fərqləndirmə  aparılır.  Söhbət  inzibati  aktlardan 
getdikdə,  inzibati  orqanın  A  olduğu  və  inzibati  aktın  
7 yanvar 2015-ci il tarixdə qəbul edildiyi, eləcə də şikayət 
instansiyasının  B  olduğu  və  şikayət  instansiyası  qərarının  
1 iyul 2015-ci il tarixdə qəbul olunduğu güman edilir. 


44
II.  Birinci instansiya məhkəməsi qərarlarının 
nəticəvi hissəsinə dair misallar
1. İddianın rədd edilməsi/mümkün sayılmaması
İddia  (söhbətin  hansı  iddia  növündən  getməsindən 
asılı  olmayaraq)  tam  həcmdə  rədd  edildikdə,  nəticəvi 
hissənin ifadə tərzi sadə olur.
İddia  mümkün  sayılmadıqda,  İPM-in  35.3-cü 
maddəsinə  müvafiq  olaraq  qərardad  qəbul  olunur.  Həmin 
qərardadın nəticəvi hissəsi aşağıdakı kimi ola bilər:
İddia mümkün sayılmır. 
Prosessual xərclər iddiaçı tərəfindən ödənilir.
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
Xüsusi  hal:  İddia  qismən  mümkün  sayılmadıqda, 
qismən isə əsaslı olmadıqda (yaxud ola bilsin ki, 3-cü ka-
zusda olduğu kimi, hətta tam və ya qismən əsaslı olduqda), 
Azərbaycanın  məhkəmə  təcrübəsinə  uyğun  olaraq,  2  ayrı 
qərar  (yəni  İPM-in  35.3-cü  maddəsinə  əsasən  iddianın  bir 
hissəsinin  mümkün  sayılmaması  haqqında  qərardad  və 
iddianın qalan hissəsi barədə qərar) qəbul olunur. Kimin nə 
barədə və necə qərar qəbul etdiyi hər bir halda tam aydın 
olmalıdır.  Məsələn,  1-ci  inzibati  akta  qarşı  iddia  mümkün 
olmadıqda, 2-ci inzibati akta qarşı iddia isə əsaslı olduqda, 
nəticəvi hissə aşağıdakı kimi ola bilər:
Qərardad: 
İddia  cavabdehin  ...  tarixli  inzibati  aktının  ləğv  edilməsinin 
tələb olunduğu hissədə mümkün sayılmır.


45
Bu  hissədə  bütün  xərclərin  1/2  hissəsi  iddiaçı  tərəfindən 
ödə nilir. 
Hüquqi müdafiə vasitələri barədə məlumat.
Qərar:
Cavabdehin ... tarixli inzibati akt ləğv edilir. 
Bu  hissədə  bütün  xərclərin  1/2  hissəsi  cavabdeh  tərəfindən 
ödə nilir.
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
İddia (tamamilə) əsassız olduqda, nəticəvi hissə aşağı-
dakı kimi tərtib edilir:
İddia rədd edilir.
Prosessual xərclər iddiaçı tərəfindən ödənilir. 
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
2. İddianın tam uğurlu olması
İddia  tam  həcmdə  uğurlu  olduqda,  qərarın  nəticəvi 
hissəsi iddianın növündən və konkret iddia tələbindən asılı 
olaraq  fərqlənir.  Bu  zaman  “İddia  təmin  edilir”  kimi  giriş 
cümləsindən  istifadə  tövsiyə  edilmir.  Çünki  o,  konkret 
iddianın uğurluluğu barədə onsuz da heç nə demir. 
Mübahisələndirmə haqqında iddia: 
Cavabdehin 7 yanvar 2015-ci il tarixli inzibati aktı (inzibati akt/
onun nə barədə olması konkret göstərilməklə) ləğv edilir.
Prosessual xərclər cavabdeh tərəfindən ödənilir.
Hüquqi müdafiə vasitələri barədə məlumat.


46
Məhkəmədə  iddianın  qaldırılmasından  əvvəl  şikayət 
instansiyasına  müraciət  olunduğu  və  onun  qərar  qəbul  et-
diyi hallarda nəticəvi hissə aşağıdakı məzmunda olur:
Cavabdehin  (inzibati  orqan  A-nın)  7  yanvar  2015-ci  il  tarixli 
inzibati aktı və şikayət instansiyası B-nin 1 iyul 2015-ci il tarix-
li  qərarı  ləğv  edilir
2
  (yaxud  şikayət  instansiyası  ilkin  inzibati 
aktı dəyişdirdikdə: Cavabdehin (inzibati orqan A-nın) 7 yanvar 
2015-ci  il  tarixli inzibati aktı  şikayət  instansiyası  B-nin  1  iyul 
2015-ci il tarixli qərarı ilə dəyişdirilmiş redaksiyada ləğv edilir).
Prosessual  xərclər  cavabdeh  (inzibati  orqan  A)  tərəfindən 
ödənilir (burada cavabdeh olmadığı üçün göstərilmir). 
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
2
 Burada,  şikayət  instansiyasının  qərarının  da  nə  üçün  ləğv 
edilməsi oxucuda sual yarada bilər. Belə ki, şikayət instansiyasının 
qərarı  yalnız  İPM-in  32.2.3-cü  maddəsinə  müvafiq  olaraq 
(həmin  qərar  ilk  dəfə  üçüncü  şəxs  üçün  öhdəlik  yaratdıqda) 
mübahisələndirilə  bilər.  Digər  hallarda,  mübahisənin  predmetini 
birinci  (aşağı)  inzibati  orqanın  aktı  təşkil  edir.  Nəticəvi  hissənin 
yuxarıda  göstərilən  qaydada  ifadə  edilməsi  zamanı  Almaniyada 
mövcud  olan  yanaşma  əsas  götürülmüşdür.  Həmin  yanaşmaya 
əsasən  də  “normal”  mübahisələndirmə  haqqında  iddialarda 
mübahisənin predmeti qismində şikayət instansiyasının qərarı yox, 
inzibati  akt  çıxış  edir.  Bu  zaman  şikayət  instansiyasının  qərarı 
ayrıca  olaraq  yoxlanılmır.  Bununla  belə,  iddia  təmin  edildikdə, 
məhkəmə  qərarının  nəticəvi  hissəsində  aydınlıq  yaranması  üçün 
şikayət  instansiyasının  qərarı  da  ləğv  edilir  ki,  ortada  heç  bir 
qeyri-müəyyənlik  qalmasın  və  inzibati  orqan,  misal  üçün,  şikayət 
instansiyasının qərarının hələ də qüvvədə olduğunu iddia etməsin.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə