Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə8/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

27
eh ti yac  yoxdur.  Əksinə,  məhkəmə,  diqqəti  mübahisənin 
həll  yolunun  mümkün  qədər  aydın  təsvir  olunmasına, 
eyni  zamanda, proses  iştirakçılarının dəlillərinə münasibət 
bildirməsinə (o, hətta həmin dəlilləri əhəmiyyətsiz saydıqda 
da) yönəltməlidir. 
Avropanın  məhkəmə  təcrübəsində  qərarların  əsaslan-
dırma  hissəsi  ilə  bağlı  onilliklər  ərzində  qismən  konsti-
tusiya  hüququ  əsasında  tələb  olunan  (xüsusilə  dinlənilmə 
hüququndan irəli gələn), qismən də əsaslandırma hissəsinin 
yuxarıda  qeyd  olunan  ikili  funksiyasından  irəli  gələn 
prinsiplər  inkişaf  etmişdir.  Belə  ki,  məsələn,  dinlənilmə 
hüququ  prinsipi  əsaslandırma  hissəsində  məhkəmənin 
pro ses  iştirakçılarının,  onun  (məhkəmənin)  fikrincə,  işin 
hüquqi həlli üçün mühüm olmayan dəlillərinə də münasibət 
bildirməsini tələb edir. Bu cür hallarda, məhkəmə maraqlı 
şəxsin hüquqi mövqeyinin və ya onun tərəfindən bildirilmiş 
faktın  hansı  dərəcədə  (hansı  baxımdan)  əhəmiyyət  kəsb 
etmədiyini  ən  azı  təsvir  etməlidir.  Əks  halda,  qərarın  ki-
fayət qədər əsaslandırıldığı hallarda istisna edilməsi müm-
kün olan bir şikayətin verilməsinə şərait yaradılmış olur. Bu 
cür  mülahizələri  qərarın  sonuna  aşağıdakı  şəkildə  yazmaq 
məqsədəuyğundur: “Təsvir olunan səbəblərə (əsaslara) görə 
...-nə  dair  iddiaçının  və  ya  cavabdehin  bildirdiyi  hüquqi 
mövqe əhəmiyyət kəsb etmir”.
Əsaslandırma  hissəsinin  üslubuna  gəlincə,  qeyd 
et mək  lazımdır  ki,  bu  hissə  qərar  üslubu  deyilən  üs-
lubda  tərtib  edildikdə,  hakimin  düşüncələr  yolunu  proses 
iştirakçılarına  ən  yaxşı  şəkildə  çatdıra  bilər.  Təcrübədə 
bu,  o  deməkdir  ki,  məhkəmə  əsaslandırmaya  qərarın  nəti-
cəsindən  çıxış  edərək  başlayır.  Yəni  o,  nəticəni  əsas lan-


28
dır madan  əvvələ  çəkir  və  bundan  sonra  həmin  nəticəni 
əsaslandırır.  Əksinə,  rəy  üslubu  adlanan  digər  üslub  isə, 
sual  verilməsindən  çıxış  edir  və  bu  sual  əsasında  lehinə 
və  əleyhinə  olan  qeydlərlə  nəticəni  yaradır  (inkişaf  etdi-
rir).  Qərar  üslubunda  tərtib  edilmiş  məhkəmə  qərarlarında 
tez-tez  “çünki”,  yaxud  “bu  ondan  irəli  gəlir  ki,  ...”  kimi 
ifadələrdən istifadə olunduğu halda, rəy üslubunda yazılmış 
qərarlarda “belə bir sual yaranır ki, ...” və ya “bu halların 
təhlilindən  sonra  məhkəmə  bu  nəticəyə  gəlir  ki,  ...”, 
“(lehinə və əleyhinə olan halların diqqətlə təsvirindən son-
ra)” kimi ifadələr yer alır.
Hər  halda,  məhkəmənin  qərarında  baxılan  işə  tətbiq 
edilməyən nəzəri biliklərini və ya başqa məhkəmələrin qə-
rarlarında istifadə olunan qeydlərə istinadlarını dərin biliyə 
malik  olmanın  sübutu  kimi  əks  etdirməsi  əsaslandırma 
hissəsinin funksiyası deyil. Əsaslandırma hissəsi bütün hal-
larda konkret işdən çıxış etməlidir. 
Əsaslandırma  hissəsi  zəruri  məsələlərlə  məhdud-
laşmalı  olduğu  hallarda  məhkəmə  mübahisəli  hüquqi 
məsələləri yalnız təsvir edə və sonda onları nəticə etibarilə 
açıq  saxlaya  bilər.  Məsələn,  2-ci  kazusda  olduğu  kimi, 
inzibati  aktın  hüquqi  əsası  qismində  həm  xüsusi  norma, 
həm də “İnzibati icraat haqqında” Qanun çıxış edərsə (bu-
nunla  bağlı  bax:  2-ci  kazus  üzrə  qərara  dair  qeyd)  və  hər 
iki  halda  nəticə  eyni  olarsa,  bu  zaman  məhkəmə  (əslində 
mühüm  olan)  bu  məsələni  açıq  saxlaya  bilər.  Bununla 
belə, məhkəmə qeyd olunan hallarda bu hüquqi məsələnin 
hansı  səbəblərə  görə  əhəmiyyətə  malik  olmadığını  təsvir 
etməlidir.  Hüquqi  problemlərə  bu  qaydada  münasibət  bil-
dirilməsi, xüsusilə iddiaçının, məhkəmənin fikrincə, qüsur-


29
lu  olan,  baxılan  işdə  onsuz  da  başqa  bir  nəticəyə  aparıb 
çıxarmayacaq  hüquqi  mövqeyə  malik  olduğu  hallarda 
məqsədəuyğun sayılır. Burada, iddiaçının hüquqi mövqeyi-
ni  yanlış  qisimdə  rədd  edən  məhkəmə  qərarı  iddiaçını 
apellyasiya  şikayəti  verməyə,  qərarın,  necə  deyərlər,  “iki 
ayaq üstündə durduğu” hallarda olduğundan daha çox sövq 
edir. 
Yeri  gəlmişkən,  baxılan  işin  əsaslandırma  his sə-
sin də  aparılan  hüquqi  yoxlamada  məhkəmə  proses 
işti rak  çılarının  bildirdikləri/toxunduqları  hüquqi  mə-
sə lələrlə  məhdudlaşmır.  Məsələn,  iddiaçı  qaldırdığı 
mübahisələndirmə  haqqında  iddiada  inzibati  aktın  qa-
nunsuz  olduğuna  dair  iki  hüquqi  dəlilə  istinad  etdikdə, 
məh kəmə  öz  qərarında  bu  dəlillərə  münasibət  bildirməli 
olsa  da  (xüsusilə  də  onun  həmin  dəlilləri  qəbul  etmə-
diyi  hallarda),  o,  inzibati  aktın  qanuni/qanunsuz  oldu-
ğunu  bütün  digər  hüquqi  mövqelərdən  də  (proses 
iştirakçılarının  toxunmadığı  mövqelər  də  daxil  olmaqla) 
araş dırmalıdır.  Bu  baxımdan,  inzibati  məhkəmə  təkcə 
işin faktiki hallarına deyil, hüquqi məsələlərə münasibətdə 
də  tamamilə  müstəqildir.  Məhkəmə,  məsələn,  inzibati 
aktın  qəbulu  zamanı  yol  verilmiş  icraat  pozuntusunu 
(bax: İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsi) özü müəy-
yən  edərsə,  bu,  iddiaçının  müvafiq  izahatı  olmadan  da 
iddianın  uğurlu  olması  ilə  nəticələnəcəkdir.  Belə  hal-
larda,  məhkəmə  dinlənilmə  hüququnun  təmin  edilməsi 
üçün yalnız şifahi məhkəmə baxışında bu “yeni” mövqeni 
proses  iştirakçılarının  nəzərinə  çatdırmış  olmalıdır  (bax: 
İPM-in  68.2-ci  maddəsi).  Lakin  əsaslandırma  hissəsinin 
məzmunu  təkcə  hüquqi  mövqelərdən  (təsviri  hissədə 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə