Peter yakob

Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə76/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   68   69   70   71   72   73   74   75   76

307
məlumat  daxil  olduqda,  qeydiyyat  məhkəmədə  iş  həll 
olunanadək dayandırılır. Belə bir məlumat isə, artıq İdarəyə 
daxil  olmuşdur  və  həmin  əmlaka  dair  onsuz  da  hər  hansı 
qeydiyyat aparılmır. 
L İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2011-ci 
il  tarixli  qərardadına  uyğun  olaraq,  L  və  H  Bələdiyyələri, 
habelə V, J, N üçüncü şəxslər qismində müvəqqəti xarak-
terli müdafiə icraatına cəlb olunmuşlar. 
Məhkəmənin  10  noyabr  2011-ci  il  tarixli  qərardadı 
ilə  ərizə  qismən  təmin  edilmiş,  müvəqqəti  xarakterli 
müdafiə  tədbiri  olaraq  yekun  qərar  qəbul  olunanadək 
mübahisəli  torpaq  sahəsi  barəsində  sərəncam  verilməsi 
üçün  zəruri  olan  sənədlərin  verilməsi  qarşı  tərəfə,  habelə 
mübahisəli  torpaq  sahəsində  hər  hansı  tikinti  işlərinin 
aparılması  icraata  cəlb  olunmuş  üçüncü  şəxslərə  qadağan 
edilmişdir.  Ərizə  qalan  hissədə  rədd  edilmişdir.  Məhkəmə 
hesab  etmişdir  ki,  «Daşınmaz  əmlakın  dövlət  reyestri 
haqqında»  Qanunun  14.5-ci  maddəsində  nəzərdə  tutulmuş 
əsasla  qeydiyyatın  dayandırılması  artıq  reyestrdə  qeydə 
alınmış  hüquq  sahibinin  müvafiq  daşınmaz  əmlakın 
özgəninkiləşdirilməsi üçün  zəruri  olan  sənədləri (məsələn, 
əmlakın  özgəninkiləşdirilməsi  barədə  əqdin  notariatda 
təsdiqi üçün zəruri olan “əmlakın yüklülüyünə dair” 1 №-li 
formada arayışı) almasını istisna etmir. 
Müvəqqəti xarakterli müdafiə icraatına cəlb olunmuş 
üçüncü şəxs J birinci instansiya məhkəməsinin müvəqqəti 
xarakterli  müdafiə  barədə  bu  qərardadından  18  noyabr 
2011-ci  il  tarixdə  apellyasiya  şikayəti  vermişdir.  O, 
qərardadın ləğv olunmasını və ərizəçinin müvəqqəti xarak-
terli müdafiəyə dair ərizəsinin tam həcmdə rədd edilməsini 

308
tələb  edir.  O,  apellyasiya  şikayətini  əsas lan dırmaq  üçün 
bildirmişdir  ki,  qanunun  tələbinə  görə,  torpaq  sahəsi 
üzərində  hüquqlar  daşınmaz  əmlakın  dövlət  reyestrində 
qeydə  alınmalıdır.  Lakin  müvəqqəti  xarakterli  müdafiə 
icraatı üzrə ərizəçinin torpaq sahəsinə hüququnun daşınmaz 
əmlakın dövlət reyestrində qeydə alındığını təsdiq edən hər 
hansı sənədi yoxdur. Eyni zamanda, məhkə mənin qərardadı 
onun  və  digər  üçüncü  şəxslərin  mülkiyyət  hüquqlarını 
məhdudlaşdırır. 
Müvəqqəti  xarakterli  müdafiə  icraatı  üzrə  ərizəçi 
birinci instansiya məhkəməsi qərardadının dəyişdirilmədən 
saxlanılmasını tələb edir.
Müvəqqəti  xarakterli  müdafiə  icraatı  üzrə  qarşı  tərəf 
apellyasiya şikayəti ilə bağlı fikrini bildirməmişdir.
İcraat materialları L Apellyasiya Məhkəməsinin İnzi-
bati-İqtisadi  Kollegiyasına  təqdim  olunmuşdur.  Həmin 
materialların  məzmununa  istinad  edilir.  Onlar  məhkəmə 
araşdırmasının predmetini təşkil etmişlər. 
Əsaslandırma hissəsi:
Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya 
məhkəməsinin  qərardadının  təqdim  olunduğu  gündən  10 
gün  müddətində  (Azərbaycan  Respublikasının  İnzibati 
Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 85.1-
ci  maddəsi)  verilmiş,  formal  baxımdan  lazımi  qaydada 
əsaslandırılmış  və  orada  şikayətçinin  tələbi  göstərilmişdir 
(İPM-in  85.2-ci  və  85.3-cü  maddələri).  Lakin  apellyasi-
ya  şikayəti  əsaslı  deyil.  L  İnzibati-İqtisadi  Məhkəməsi 
ərizəçinin  müvəqqəti  xarakterli  müdafiə  barədə  ərizəsini 

309
haqlı olaraq təmin etmişdir və ona görə də onun 10 noyabr 
2011-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 
Ərizəçi  tərəfindən  verilmiş  müvəqqəti  xarakterli 
müdafiə  barədə  ərizə  İPM-in  43-cü  maddəsinə  əsasən 
müvəqqəti  xarakterli  müdafiə  barədə  qərardadın  qəbulu 
üçün verilmiş ərizə qismində mümkündür. O, İPM-in 40.1-
ci  maddəsində  nəzərdə  tutulmuş  mənada  iddia  ilə  təqib 
edilən  və  müvəqqəti  xarakterli  müdafiə  icraatında  kifayət 
qədər əsaslı və inandırıcı surətdə təsvir olunan hüquqların 
təmin edilməsinə yönəlmiş tədbirlərin görülməsi məqsədinə 
xidmət edir. Bundan başqa, o, İPM-in 40.2-ci maddəsində 
nəzərdə  tutulmuş  zaman  kəsimində,  yəni  iddianın  qal-
dırılması ilə eyni vaxtda verilmişdir. 
Ərizə  həm  də  əsaslıdır.  Belə  ki,  İPM-in  43.1-ci 
mad  dəsinə  görə,  mövcud  vəziyyətin  dəyişəcəyi  təqdirdə 
ərizəçinin  (iddiaçının)  hüquqlarının  qorunmasının  (tə-
min  və  ya  bərpa  edilməsinin)  mümkün  olmayacağı  və 
ya  xeyli  dərəcədə  çətinləşəcəyi  səbəbindən  ilkin  təcili 
tənzimləmənin  zəruri  olması,  habelə  ilkin  məhkəmə  araş-
dırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması 
ehtimalının müəyyən edilməsi məhkəmə tərəfindən mü vəq-
qəti  xarakterli  müdafiə  barədə  qərardadın  qəbul  edilməsi 
üçün əsas sayılır. Bu şərtlərin birincisi hazırkı mübahisədə 
açıq-aşkar mövcuddur. 
İddianın  uğurluluq  ehtimalı  məsələsinə  gəlincə,  bu 
iddia üzrə qəti qərar əsas iş üzrə icraat çərçivəsində qəbul 
ediləcəkdir.  Məhkəmənin  fikrincə,  ərizəçi  mülkiyyəti  əldə 
etməsi barədə müvafiq sənəd (ərizəçinin adına verilmiş 17 
mart  2006-cı  il  tarixli  «Torpağa  mülkiyyət  hüququna  dair 
Dövlət aktı») təqdim etdiyindən, habelə mübahisəli torpaq 

310
sahəsinin  inzibati  baxımdan  L,  yaxud  H  Bələdiyyəsinin 
ərazisinə  aid  olması  ən  azından  sual  doğurduğu  üçün 
əsas  iş  üzrə  icraatda  aydınlaşdırılmalı  məsələ  hesab 
olunduğundan,  mülkiyyət  hüququnun  qeydə  alınmasına 
yönəlmiş  iddia  icraatının  ərizəçi  üçün  uğurlu  olacağı, 
prinsip  etibarilə  mümkün  görünür.  Belə  olan  halda,  J-nin 
xeyrinə  ona  məxsus  torpaq  sahəsi  üzərində  sərəncam 
vermək  üçün  sənədlərin  verilməsi  və  torpaq  sahəsində 
tikinti  işlərinin  həyata  keçirilməsi  ərizəçinin  mülkiyyət 
hüququnun  qorunmasını  xeyli  dərəcədə  çətinləşdirə  bilər. 
Ona  görə  də  mülkiyyət  hüququ  baxımından  status  qəti 
olaraq  məhkəmə  tərəfindən  həll  edilməyincə,  bu,  mövcud 
vəziyyətin dəyişməsi və bununla da ərizəçinin hüquqlarının 
qorunmasının  xeyli  dərəcədə  çətinləşməsi  ilə  nəticələnə 
biləcəyindən,  ilkin  təcili  tənzimləmə  zəruri  olmuşdur. 
Ərizəçinin  xeyrinə  olan  müsbət  müvəqqəti  xarakterli 
müdafiə  tədbirləri  şikayətçi  J-nin  hüquqlarını  da  pozmur. 
O,  ərizəçinin  xeyrinə  çıxarılması  mümkün  olan  yekun 
məhkəmə  qərarının  yalnız  gələcəkdə  icrasını  təmin  etmək 
məqsədilə  görülən  prosessual  tədbirdir.  İPM-in  44.4-cü 
maddəsinə  əsasən,  müvəqqəti  xarakterli  müdafiə  barədə 
qərardad  ən  geci  inzibati  aktın  artıq  mübahisələndirilə 
bilmədiyi  gün  və  ya  iş  üzrə  qəbul  edilmiş  qərarın  qanuni 
qüv vəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır.
Beləliklə,  məhkəmə  kollegiyası  birinci  instan-
siya  məhkəməsinin  qərardadının  ləğv  edilməsi  üçün  hər 
hansı  əsas  müəyyən  etməmiş  və  bu  nəticəyə  gəlmişdir  ki, 
apellyasiya şikayəti təmin edilməməli, İPM-in 87.6-cı mad-
dəsinə əsasən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 
Müvəqqəti  xarakterli  müdafiə  üzrə  icraata  dair 

311
proses sual  xərclər  məsələsi  İPM-in  110.4-cü  maddəsinə 
əsasən həll olunur.
Nəticəvi hissə:
Yuxarıda  göstərilənlərə  və  İPM-in  80,  87.6,  90.1, 
90.4, 110.4-cü maddələrinə əsasən, məhkəmə  qərara aldı:
L İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2011-ci il 
tarixli ... №-li qərardadı dəyişdirilmədən saxlanılır. 
Apellyasiya  məhkəmə  icraatı  üzrə  prosessual  xərclər 
üçüncü şəxs tərəfindən ödənilir. 
Qərardaddan,  onun  təqdim  olunduğu  gündən  10  gün 
müddətində  L Apellyasiya  Məhkəməsinin  İnzibati-İqtisadi 
Kollegiyası (ünvan: ...) vasitəsilə Azərbaycan Res pub likası 
Ali  Məhkəməsinin  İnzibati-İqtisadi  Kollegiyasına  (ünvan: 
...) kassasiya şikayəti verilə bilər. 
Sədrlik edən:   
imza
Hakimlər: 
 
imzalar
4-cü kazus üzrə qərardadla bağlı qeyd:
Burada  söhbət  torpaq  sahəsi  ilə  bağlı  mübahisə 
üzrə  birinci  instansiya  məhkəməsində  icraata  cəlb  edil-
miş  üçüncü  şəxsin,  həmin  məhkəmənin  İPM-in  43-cü 
maddəsinə  əsasən  qəbul  etdiyi  və  ən  azı  qismən  müsbət 
olan  qərardadından verdiyi  apellyasiya şikayətindən gedir. 
Sözügedən  işdə  də  apellyasiya  instansiyası  məhkəməsi 

312
ilkin  müsbət  qərardadın  əsaslı  (düzgün)  olub-olmadığını 
yoxlamalıdır.  Yəni  o,  birinci  instansiya  məhkəməsi  ki mi 
İPM-in  43-cü  maddəsində  təsbit  edilmiş  şərtlərin  möv-
cud  olub-olmadığını  yoxlamalıdır.  Lakin  apellyasiya  ins-
tan siyası  məhkəməsi  birinci  instansiya  məhkəməsinin 
qərardadından  kənara  çıxa  bilməz.  Çünki  həmin  qərardad 
yalnız “apellyasiya tələbi həddində” dəyişdirilə bilər (bax: 
İPM-in 87.6-cı maddəsinin 2-ci cümləsi). 
Birinci  instansiya  məhkəməsi  qərardadının  nəticəvi 
hissəsi  maraqlıdır.  Belə  ki,  o,  əsas  iş  (iddia  icraatı)  üzrə 
yekun  qərar  qəbul  olunanadək  müvəqqəti  xarakterli 
müdafiə  barədə  ərizəni  qismən  təmin  etmiş,  qalan  hissədə 
isə  rədd  etmişdir.  Ona  görə  də  müvəqqəti  xarakterli 
müdafiə barədə qərardad əsas iş (iddia icraatı) üzrə qərarın 
qanuni  qüvvəyə  mindiyi  gün  deyil  (müqayisə  et:  İPM-
in  44.4-cü  maddəsi),  onun  qəbul  edildiyi  gün  qüvvəsini 
itirəcəkdir.  Yəni  vaxt  baxımından  bu,  İPM-in  44.4-cü 
maddəsində  nəzərdə  tutulan  andan  əvvəl  deməkdir.  Başqa 
sözlə,  məhkəmə  burada  zaman  baxımından  daha  tez  vaxt 
müəyyən  etmişdir  (və  o,  bunu  edə  bilər).  İPM-də  inzibati 
aktın  icrasının  hansı  vaxta  qədər  dayandırılması  ilə  bağlı 
yalnız bir müddət imkanının birbaşa (bax: İPM-in 41.4-cü 
maddəsi)  nəzərdə  tutulmasına  baxmayaraq,  digər  müddət 
imkanlarının da yolverilənliyi güman edilə bilən olmalıdır. 
İnzibati  aktın  icrasının  tamamilə  dayandırılmasını  istəyən 
ərizəçinin nöqteyi-nəzərindən, bu kimi halda söhbət yalnız 
qismən uğurdan gedir. 

QEYD ÜÇÜN
___________________________________________________

315

____________________________________________________

316

__________________________________________________

317

318

319

320
PETER YAKOB 
İLQAR HÜSEYNOV
MÜŞFİQ MƏMMƏDOV
İNZİBATİ  HÜQUQ  ÜZRƏ KAZUSLAR   
VƏ  QƏRAR NÜMUNƏLƏRİ
Bakı – 2015
Format 60×90 
1
/
16
.
Çap vərəqi 20. Sifariş 71. Tiraj 1000.
"Letterpress" MMC-də  nəşrə hazırlanmış və çap olunmuşdur. 
e-mail: office@letterpress.az

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə