Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə5/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   2   3   4   5   6   7   8   9   ...   76

17
haqqında  iddialara  dair  qərarların  giriş  hissəsində  isə, 
iddiaçının bu iddia ilə nəyə nail olmaq istəməsinin qısaca 
göstərilməsi  tövsiyə  olunur.  Bu  cür  qısa  məlumat  artıq 
oxucunun  diqqətini  giriş  hissəsinin  ardınca  gələn  təsviri 
hissəyə yönəldir. 
B. Təsviri hissə
Qanunvericinin Avropa ölkələrinin bənzər məcəllələri 
ilə  zaman  baxımından  ayaqlaşan  mühüm  qərarlarından 
biri  də  onun  İPM-də  işin  faktiki  halları  ilə  əsaslandırma 
hissəsini, yəni hüquqi məsələlərin izah edildiyi hissəni biri-
birindən  qəti  şəkildə  ayırmasıdır.  Başqa  sözlə,  işin  faktiki 
halları  ilə  bağlı  məsələlər  qərarın  təsviri  hissəsinə  aiddir. 
Onlar,  yalnız  söhbətin  məhkəmə  tərəfindən  sübutların 
araş   dırılması  və  qiymətləndirilməsindən  getdiyi  hallar-
da  qərarın  əsaslandırma  hissəsində  qeyd  edilirlər  (bu-
nunla bağlı daha ətraflı: aşağıda). Bununla belə, təcrübədə 
sözügedən  məsələ  ilə  əlaqədar  problemlərə  elə  də  az-az 
rast gəlinmir. Belə ki, Azərbaycan inzibati məhkəmələrinin 
qərarlarında işin faktiki hallarının məhkəmənin qərarı qəbul 
edərkən əsaslandığı (yaxud onun qərarının əsasında duran) 
işin  faktiki  halları  kimi  deyil,  iddiaçı  və  ya  cavabdehin 
izahatı kimi təsvir edildiyi tez-tez müşahidə olunur. 
Bununla  bağlı  həlledici  məqam  ondan  ibarətdir 
ki,  mülki  məhkəmə  icraatından  fərqli  olaraq,  inzibati 
məhkəmə  icraatında  təkcə  bütün  proses  (ayrı-ayrı  icraat 
mərhələləri  ilə)  deyil,  həm  də  qərarın  təsviri  hissəsinin 
özü inzibati prosesdə hökmran prinsip olan işin hallarının 
araşdırılması  prinsipinin  (bax:  İPM-in  12-ci  maddəsi) 
təsiri  altındadır.  Azərbaycan  inzibati  məhkəmələrinin 


18
hakimləri  bu  məsələ  ilə  bağlı,  ən  azı  hazırda,  xüsusilə 
çətin  vəziyyətdədirlər.  Belə  ki,  onlar  həm  də  iqtisad 
məhkəmələrinin  (kollegiyalarının)  hakimləridirlər  və  bu 
qisimdə MPM-i tətbiq edirlər. MPM-də isə, məlum olduğu 
kimi, proses iştirakçılarının izahatları tamamilə başqa məna 
(əhəmiyyət) daşıyır və inzibati məhkəmə icraatının mühüm 
prinsipi  olan  işin  hallarının  araşdırılması  prinsipi  mülki 
məhkəmə  icraatında  tətbiq  olunmur.  Ona  görə  də  inzibati 
məhkəmə  hakimlərinə,  onların  hansı  prosessual  məcəllə 
əsasında  qərar  qəbul  etdiklərinə  xüsusi  diqqət  yetirmələri 
tövsiyə  olunur.  Çünki  inzibati  məhkəmə  icraatında  onlar, 
belə  demək  mümkünsə,  mülki  prosesdən  tamamilə  fərqli 
olan  bir  “eynək  daşıyırlar”.  İnzibati  məhkəmə  icraatında 
(bunu kifayət qədər tez-tez söyləmək olar) qərarın əsasında 
duran işin faktiki halları baxımından proses iştirakçılarının 
izahatları  və  müəyyən  bir  məsələdə  onların  fikirlərinin 
üst-üstə düşüb-düşmədiyi, biri-biri ilə ziddiyyət təşkil edib-
etmədiyi, yaxud konkret halda sübut təklif edib-etmədikləri 
həlledici  əhəmiyyət  kəsb  etmir.  Proses  iştirakçılarının 
mübahisənin mahiyyəti üzrə izahatları yalnız məhkəmənin 
(özü  sübutları  araşdırmadan)  həmin  izahatı  qəbul  et-
diyi  təqdirdə  əhəmiyyət  kəsb  edir.  Məsələn,  iddiaçı  və 
ca vab deh  iddiaçının  müəyyən  dövr  ərzində  müəyyən  bir 
mənzildə  yaşamasına  dair  eyni  fikirdədirlərsə  (bax:  9-cu 
kazus), məhkəmənin öz təşəbbüsü ilə bu təsvirlə bağlı hər 
hansı  şübhəsi  olmayacaq  və  o,  xüsusilə  də  bununla  bağlı 
sübutları  araşdırmayacaqdır.  Yəni  məhkəmə,  işin  bu  fak-
tiki halından çıxış edəcəkdir. Bunun səbəbi, təkcə (əlahiddə 
olaraq) sözügedən məsələnin mübahisəsiz olması ilə deyil, 
həm  də  (və  eyni  zamanda)  məhkəmənin  işin  bu  faktiki 


19
halından  şübhələnməyə  və  bu  baxımdan  onu  araşdırmağa 
lüzum görməməsi ilə əlaqədardır. Əksinə, mülki məhkəmə 
icraatında eyni situasiyada məhkəmə proses iştirakçılarının 
təsvir etdikləri mübahisəsiz halla bağlı olardı. Bu məsələdə 
mülki  məhkəmə  icraatı  və  inzibati  məhkəmə  icraatı  biri-
birindən fundamental şəkildə fərqlənirlər. 
İnzibati  məhkəmə  icraatında  qərar  üçün  lazım  olan 
işin  faktiki  hallarının  araşdırılması  məhkəmənin  və-
zifəsidir.  Bunun  üçün  onun  sərəncamında  müxtəlif  in-
ten sivliyə  malik  bir  çox  vasitələr  vardır.  Bunlardan 
biri  məhkəmə  tərəfindən  tələb  olunan  sənədlərin  və  ya 
aktların  təqdim  edilməsidir  (bax:  İPM-in  60-cı  maddəsi). 
Yeri  gəlmişkən,  həmin  sənədlərdə  və  ya  aktlarda  olan 
məlumatlardan  “istifadə”,  hələ  İPM-in  58-ci  maddəsinin 
tələbləri  baxımından  sübutların  araşdırılması  demək 
deyil.  Burada  söhbət,  sadəcə  olaraq  işin  faktiki  hallarının 
müəyyən  edilməsindən  gedir.  Bundan  əlavə,  İPM-in  58-ci 
maddəsinə əsasən, sübutların araşdırılmasına dair məhkəmə 
tərəfindən formal qərardad qəbul etmək imkanı mövcuddur 
və bu araşdırmanın nəticəsi (sübutların qiymətləndirilməsi) 
qərarın əsaslandırma hissəsində təsvir olunur. 
Yuxarıda  qeyd  olunanlara  əsasən,  işin  hansı  fak-
tiki  hallarının  əsas  götürülməsi  məsələsi  baxımından 
proses  iştirakçılarının  izahatı  həlledici  əhəmiyyətə  ma-
lik  olmasa  da,  qərarın  anlaşılması  üçün  təsviri  hissədə 
iddiaçı  və  cavabdehin  bildirdikləri  yığcam  şəkildə  və 
mahiyyəti  üzrə  ifadə  olunmalıdır.  Bu  zaman  müvafiq 
sənədlərə  istinad  etmək  zəruridir  (bax:  İPM-in  69.3-cü 
maddəsi).  Proses  iştirakçılarının  izahatlarının  işin  faktiki 
hallarının  müəyyən  edilməsi  üçün  digər  ünsürlərlə  yanaşı, 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə