Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə11/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

38
məqsədəuyğun  ola  bilər.  Bu,  misal  üçün,  o  hallara  aiddir 
ki, hər hansı bir inzibati akt yalnız formal-hüquqi əsaslara 
görə  ləğv  edilsin  və  inzibati  aktın  yenidən  (bu  zaman 
hüquqi  qüsurlar  olmadan)  qəbul  ediləcəyi  gözlənilsin 
(bununla  bağlı  bax:  11-ci  kazus  üzrə  qərar),  yaxud 
müəyyən  səbəblərdən  (məsələn,  təkrarlanma  təhlükəsi 
mövcud  olduqda  və  ya  müvafiq  hal  nümunə  qismində 
nəzərdən  keçirildikdə)  bu  cür  məsələlərin  izah  edilməsinə 
(aydınlaşdırılmasına) xüsusi maraq olsun. 
Aydındır ki, qərarın əsaslandırma hissəsi onun təsviri 
və nəticəvi hissələri ilə məzmun baxımından uzlaşmalıdır. 
Yəni əgər hər hansı bir iddia nəticəvi hissədə yalnız qismən 
təmin, qalan hissədə rədd olunursa, bu zaman əsaslandırma 
hissəsi də müvafiq qaydada təsvir edilməli və qurulmalıdır 
(bununla bağlı bax: 3-cü kazus üzrə qərar).
Təsviri  və  əsaslandırma  hissələrinin  ayrılmasından 
irəli gələn digər bir məsələ ondan ibarətdir ki, əsaslandırma 
hissəsində  işin  faktiki  hallarına  dair  qeydlərin  edilməsi 
(işin  faktiki  hallarına  istinad  olunması)  yalnız  sübutların 
İPM-in 58-ci maddəsinin tələbləri baxımından araşdırılması 
zamanı  zəruri  sayılır.  Digər  bütün  hallarda  belə  gü-
man  edilir  ki,  təsviri  hissədə  işin  müəyyən  edilmiş  fak-
tiki  halları  hələ  oxucunun  yadındadır.  Ümumiyyətlə,  bu 
cür  lazımsız  təkrarçılığa  bütövlükdə  və  mütləq  şəkildə 
yol  verilməməlidir.  Eyni  zamanda,  faktları  ilk  dəfə  əsas-
landırma  hissəsində  göstərmək  olmaz.  Əgər  həmin  faktlar 
mühümdürsə, onları təsviri hissədə qeyd etmək lazımdır. 
Əsaslandırma  hissəsi  yanakı  qərarların  (xüsusilə, 
xərclər məsələsinə dair qərarların) əsaslandırılması ilə başa 
çatır.  Burada,  bir  qayda  olaraq,  yanakı  qərarın  əsasında 


39
dayanan  normanın  qeyd  olunması  kifayət  edir.  Bu  zaman 
İPM-in  28-ci  maddəsinə  əsasən,  üçüncü  şəxs  qismində 
məhkəmə icraatına cəlb olunmuş şəxslərin daşıdığı xərclər 
məsələsinin İPM-in 110.4 və 108.4-cü maddələrinə əsasən 
həll edilməsinə diqqət yetirilməlidir.
III. Xüsusi hal: Apellyasiya instansiyası məhkəməsi 
qərarlarının əsaslandırma hissəsi
Apellyasiya  instansiyası  məhkəməsində  „yoxlama 
proqramı“ və buna müvafiq olaraq qərarların əsaslandırma 
hissəsi  ilə  bağlı  vəziyyət  bir  qədər  fərqlidir.  Həmin 
qərarların  əsaslandırma  hissəsində,  iddialarda  mümkün-
lüyün  yoxlanıldığı  kimi,  əvvəlcə  apellyasiya  şikayəti 
ver miş  şəxsin  həmin  şikayətdə  ifadə  olunan  tələbinin 
müm künlüyü,  yəni  yol  verilənliyi  (bax:  İPM-in  81.1  və 
83.1-ci  maddələri),  vaxtında  verilməsi  (bax:  İPM-in  85.1-
ci  maddəsi)  və  şikayətin,  daha  dəqiq  desək,  şikayətin 
əsaslandırılmasının  konkretliyi  (bax:  İPM-in  85.2-ci 
maddəsi) yoxlanılmalıdır. 
Əgər  apellyasiya  şikayəti  mümkündürsə,  növbəti 
olaraq  onun  əsaslılığı,  yəni  birinci  instansiya  məhkəməsi 
qərarının  düzgün  olub-olmadığı,  onun  dəyişdirilmədən 
saxlanıla bilməsi, yaxud dəyişdirilməli və ya ləğv edilməli 
olması  yoxlanılır.  Lakin  bu  zaman,  təkcə  şikayətin 
əsaslandırılması  ilə  bağlı  konkret  izahat  deyil,  həm  də 
əvvəlcə  iddianın  özünün  mümkün  olması  əsas  götürülür 
(yəni iddianın bütün mümkünlük şərtlərinin mövcud olub-
olmadığı yoxlanılır). Apellyasiya şikayətinin mümkünlüyü 


40
ilə  eyni  olmayan  bu  məsələ  bütün  hallarda  məhkəmənin 
xidməti vəzifəsinə görə və proses iştirakçılarının hər hansı 
izahatı  nəzərə  alınmadan  yoxlanılmalıdır.  Yalnız  iddia 
mümkün  sayıldığı  halda,  iddianın  əsaslılığı,  yəni  birinci 
instansiya  məhkəməsi  qərarının  dəyişdirilməli  və  ya  ləğv 
edilməli  olması,  yaxud  dəyişdirilmədən  saxlanıla  bilməsi 
sualı  yaranır.  Bununla  əlaqədar  olaraq,  təkcə  şikayətin 
əsaslandırılmasına  dair  verilmiş  izahat  əhəmiyyət  kəsb 
etmir.  Belə  ki,  hər  hansı  bir  qərar  apellyasiya  instan-
siyası  məhkəməsi  tərəfindən  yoxlanılarkən,  misal  üçün, 
şikayətçinin,  ümumiyyətlə  fikir  bildirmədiyi  bir  əsasa 
görə  də  qüsurlu  hesab  oluna  bilər.  Başqa  sözlə,  belə  bir 
qüsur  bu  vaxta  qədər  şikayət  icraatının  predmetini  təşkil 
etmədikdə  də  nəzərə  alınmalıdır.  Çünki  apellyasiya 
instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsinin 
qərarını  məzmun  baxımından  müstəqil  surətdə  yoxlayır. 
Yalnız  qərarın  həcmi  baxımından  apellyasiya  instansiyası 
məhkəməsi  apellyasiya  tələbi  ilə  bağlıdır  (bax:  İPM-in 
87.6-cı maddəsinin 2-ci cümləsi).
Apellyasiya  instansiyası  məhkəməsi  qərarının  əsas-
lan dırılmasına  dair  İPM-in  87.8-ci  maddəsində  əlavə 
olaraq  xüsusi  bir  müddəa  nəzərdə  tutulmuşdur.  Həmin 
müddəaya  əsasən,  apellyasiya  instansiyası  məhkəməsi  öz 
qərarını  əsaslandırmağa  borcludur.  Məzmun  baxımından 
burada yeni heç nə deyilmir. Lakin apellyasiya instansiyası 
məhkəməsi  birinci  instansiya  məhkəməsinin  qərarını 
dəyişdirmədən saxladıqda, həmin qərardakı əsaslara istinad 
edə bilər. Bu zaman o, öz qərarında apellyasiya şikayətinin 
dəlillərinə hər bir halda münasibət bildirməlidir (bax: İPM-
in 87.8-ci maddəsinin 2-ci və 3-cü cümlələri).


41
Ç. Nəticəvi hissə
I. Ümumi qeydlər
İPM-in  69.5-ci  maddəsinə  əsasən,  qərarın  nəticəvi 
hissəsində  məhkəmənin  gəldiyi  nəticə,  prosessual  xərclər 
və  qərara  qarşı  hüquqi  müdafiə  vasitələri,  həmin  hüquqi 
müdafiə vasitələrindən istifadə qaydası və müddəti barədə 
məlumat göstərilməlidir. 
Qərarın  nəticəvi  hissəsində  əsas  məsələ  prosesin 
nəticəsinin  məzmun  baxımından  birmənalı  təsviridir. 
Bu,  qərarın  formal  qaydada  icra  edilməli  olması  zamanı 
(İPM-in  117.1.1-ci  maddəsi)  həlledici  əsas  qismində  çıxış 
edir.  Nəticəvi  hissənin  “əsas  qərar”  adlanan  bu  hissəsində 
(xərclərlə bağlı qərar yanakı qərar adlanır) söhbət müəyyən 
mənada  prosesin  “vizit  kartı”ndan  gedir.  Belə  ki,  hər  şey 
(hüquqi  müdafiə  vasitələri  məsələsi  də)  məhz  bundan 
asılıdır.  Odur  ki,  burada  hansısa  səhvlər  və  ya  müəyyən 
bir məsələnin qeyd edilməməsi baş verməli deyil. Hüquqi 
müdafiə vasitələri barədə məcburi olaraq göstərilməli olan 
məlumata  gəlincə,  bununla  bağlı,  bir  qayda  olaraq,  çətin 
ki,  problem  yaransın.  Belə  ki,  məhkəmə  müvafiq  hissədə 
sadəcə  hüquqi  müdafiə  vasitələrinə  dair  normalara  əsasən 
müəyyən  müddət  ərzində  yol  verilən  hüquqi  müdafiə 
vasitəsini  qeyd  etməli  və  həmin  hüquqi  müdafiə  vasitəsi 
üzrə səlahiyyətli məhkəməni göstərməlidir.
Hər bir halda, nəticəvi hissədə müvafiq nəticə müm-
kün  qədər  dəqiq  şəkildə  əks  etdirilməlidir.  Çünki  qərarın 
icrası  mərhələsində  heç  bir  anlaşılmazlıq  və  ya  qeyri-
dəqiqlik  olmamalıdır.  Əks  halda,  məhkəmənin  işi  praktiki 
olaraq lazımsız olardı. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə