Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə15/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

55
üçüncü  şəxslərin  üzərinə  müəyyən  vəzifələr  qoymaq 
istədikdə (bax: İPM-in 40.3-cü maddəsinin 2-ci cümləsi)).
İPM-in  40-cı  və  ondan  sonrakı  maddələri  ilə  tən-
zimlənən  qərardad  icraatları  iddia  icraatından  (yaxud  əsas 
iş  üzrə  icraatdan)  onunla  fərqlənirlər  ki,  həmin  icraat-
lar  çərçivəsində  qərardadlar,  bir  qayda  olaraq,  (ayrıca) 
şifahi  məhkəmə  baxışı  keçirilmədən  qəbul  olunur.  Bu 
icraatlarda  sübutların  araşdırılması  da  baş  vermir.  Belə 
ki,  sözügedən  icraatlar  çərçivəsində  qərarlar  tez  qəbul 
olunmalıdır. Yox, əgər məhkəmə sübutların araşdırılmasını 
zəruri hesab edərsə, o, bunu İPM-in 41.2, yaxud 43.1.2-ci 
maddəsinə  əsasən  iddianın  uğurluluq  ehtimalına  dair  ver-
diyi proqnozunda nəzərə ala bilər. Belə hallarda, uğurluluq 
ehtimalı  açıq  olur  və  müvəqqəti  xarakterli  müdafiə  icraatı 
üzrə qərar bu əsas üzərində qəbul edilməlidir.
Müvəqqəti  xarakterli  müdafiə  icraatlarının  mə-
nası,  müvafiq  olaraq  proses  iştirakçılarının  subyektiv 
hü  quq larının  qorunması  naminə  faktlar  yaradılmasının 
qar  şısını  almaqdır  (bax:  Azərbaycan  Respublikası  Kon-
sti tusiya  Məhkəməsinin  İPM-in  44-cü  maddəsinin  bəzi 
müddəalarının şərh edilməsinə dair 20 aprel 2015-ci il ta-
rix li qərarı). 
Müvəqqəti xarakterli müdafiə icraatlarında ərizələrin/
tələblərin  mümkünlüyü  və  əsaslılığı  hissəsində  hansı 
məsələlərin  yoxlanılmalı  olması  həmin  icraatın  növündən 
asılıdır.  Bununla  bağlı,  bir  tərəfdən  İPM-in  41  və  42-ci 
maddələri,  digər  tərəfdən  İPM-in  43-cü  maddəsinə  əsasən 
həyata  keçirilən  müvəqqəti  xarakterli  müdafiə  icraatları 
biri-birindən fərqləndirilməlidir. Hər iki icraat növünə, bir 
növ əvvəlcədən işə salınmış qayda qismində İPM-in 40-cı 
maddəsi şamil olunur. 


56
I.  Müvəqqəti  xarakterli  müdafiə  icraatlarının 
fərqləndirilməsi ilə bağlı
İPM-in  41-ci  və  42-ci  maddələrinə  əsasən  inzi-
bati aktların icrasının dayandırılmasına dair müvəqqəti 
xarakterli  müdafiə  icraatlarında  ərizəçi  “İnzibati  icraat 
haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş 
mə nada  əlverişsiz  (yükləyici)  inzibati  akt  vasitəsilə  (“İn-
zibati  icraat  haqqında”  Qanunun  1.2-ci  maddəsinə  əsasən, 
sadəcə  faktiki  xarakterli  hərəkətlər  vasitəsilə  deyil!),  artıq 
onun  hüququna  edilmiş  müdaxiləni  müvəqqəti  olaraq 
da yandırmaq  məqsədi  güdür.  Bu  müvəqqəti  xarakterli 
müdafiə  icraatına  “uyğun  gələn”  iddia  növü  İPM-in  32-ci 
maddəsində  tənzimlənən  mübahisələndirmə  haqqında  id-
diadır. Əgər ərizəçi müvəqqəti xarakterli müdafiə icraatında 
onun  üçün  müsbət  olan  qərardadın  qəbuluna  nail  olarsa, 
bu,  o  deməkdir  ki,  inzibati  orqan  əlverişsiz  inzibati  aktı 
müvəqqəti  olaraq  icra  edə  bilməz.  Məhkəmə,  hətta  inzi-
bati  aktın  icrasının  dayandırılması  barədə  ərizə  ilə  bağlı 
qərar qəbul edilənədək, bu barədə inzibati orqanın üzərinə 
birbaşa öhdəlik qoya bilər (bax: İPM-in 41.3-cü maddəsi). 
Bununla,  ərizəçinin  hüquqi  müdafiə  marağı  ilkin  olaraq 
kifayət  qədər  nəzərə  alınmış  olur.  Məzmun  baxımından 
isə  məhkəmə  (artıq  qaldırılmış  və  ya  qaldırılmalı  olan, 
lakin hər bir halda, hələ mümkün olan) mübahisələndirmə 
haqqında  iddianın  uğurluluq  perspektivini  yoxlayır  (bax: 
İPM-in 41.2-ci maddəsi). 
İPM-in  43-cü  maddəsinə  əsasən  həyata  keçirilən 
müvəqqəti  xarakterli  müdafiə  icraatında  isə  vəziyyət 
fərqlidir. Belə ki, bu icraat çərçivəsində ərizəçi onun üçün 


57
müsbət olan bir şeyə yenidən nail olmaq, yəni özünün bu 
vaxta  qədərki  hüquqi  vəziyyətini  yaxşılaşdırmaq  istəyir. 
Başqa sözlə, ərizəçi burada təkcə əvvəlki hüquqi vəziyyəti 
bərpa etmək məqsədi güdmür. Buradan isə belə bir nəticə 
hasil  olur  ki,  İPM-in  43-cü  maddəsinə  əsasən  həyata 
keçirilən  müvəqqəti  xarakterli  müdafiə  icraatlarında 
müvafiq iddia növü (əsas iş üzrə iddia) məcburetmə, yaxud 
öhdəliyin  icrası  haqqında  iddiadır.  Sözügedən  müvəqqəti 
xarakterli  müdafiə  icraatı  növü  çərçivəsində  ərizəçi  in-
zibati  orqandan  onun  müəyyən  hərəkətləri  etməkdən 
çəkinməsini  də  tələb  edə  bilər  (məsələn,  “İnzibati  icraat 
haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən faktiki xarak-
terli  hərəkətlər  vasitəsilə  müdaxilə  edilməsi  təhlükəsi 
mövcud  olduqda).  Müvafiq  icraatda  ərizəçinin  daim  öz 
hüququ  vəziyyətinin  yaxşılaşdırılmasını  tələb  etməsindən 
belə  bir  nəticə  hasil  olur  ki,  İPM-in  43-cü  maddəsinə 
əsasən  qəbul  edilən  müvəqqəti  xarakterli  müdafiə  barədə 
müsbət qərardadlarda hüquqi tələblər İPM-in 41-ci və 42-
ci  maddələrinə  əsasən  həyata  keçirilən  müvəqqəti  xarak-
terli  müdafiə  icraatındakılardan  daha  yüksəkdir  (sərtdir). 
Belə ki, ərizəçi müvafiq icraatda iddianın uğurlu olacağını 
kifayət  qədər  əsaslı  və  inandırıcı  surətdə  təsvir  etməlidir 
(bax: İPM-in 43.1.2-ci və 43.2-ci maddələri). 
İPM-in  44-cü  maddəsinə  əsasən  həyata  keçirilən 
icraatlar  xüsusi  rola  malikdir.  Həmin  icraatlar  İPM-in  41, 
42  və  43-cü  maddələrinə  əsasən  qəbul  edilmiş  müvəqqəti 
xarakterli  müdafiə  barədə  qərardadların  dəyişdirilməsinə 
və  ya  ləğvinə  yönəlir.  Bu  qərardadlar,  ya  məhkəmə 
tərəfindən onun xidməti vəzifəsinə görə, ya da prosesin hər 
bir  iştirakçısının  vəsatəti  əsasında  dəyişdirilə  və  ya  ləğv 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə