Peter yakob


İnzibati məhkəmə qərarlarının



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   2   3   4   5   6   7   8   9   ...   76

13
İnzibati məhkəmə qərarlarının  
və qərardadlarının quruluşu və təsviri
Birinci hissə: Qərarlar
Normativ əsaslar
İnzibati  məhkəmə  qərarlarının  və  qərardadlarının 
quruluşu  və  təsviri  ilə  bağlı  Azərbaycan  Respublikasının 
İnzibati  Prosessual  Məcəlləsi  (bundan  sonra  mətndə 
İPM)  yalnız  cüzi  sayda  müddəalar  nəzərdə  tutur.  Həmin 
Məcəlləyə  əsasən,  məhkəmə  mübahisə  ilə  bağlı  iş  üzrə 
inzibati  məhkəmə  icraatı  nəticəsində  onda  yaranmış  daxi-
li  inam  əsasında  qərar  qəbul  edir.  Qərarda  məhkəmənin 
mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan 
başqa,  məhkəmə  qərarı  yalnız  məhkəmə  icraatında 
tədqiq  olunmuş  və  barələrində  proses  iştirakçılarının  öz 
mülahizələrini  bildirmək  imkanına  malik  olduqları  fakt-
lar  və  sübutlarla  əsaslandırılmalıdır  (bax:  İPM-in  68.1 
və  68.2-ci  maddələri).  Məsələ  ilə  bağlı  İPM-in  69-cu 
mad dəsində  daha  ətraflı  tənzimetmə  əksini  tapmışdır. 
Bu  normaya  müvafiq  olaraq,  məhkəmə  qərarı  aşağıdakı 
hissələrdən  ibarət  olmalıdır:  giriş  hissəsi,  təsviri  hissə, 
əsaslandırma  hissəsi  və  nəticəvi  hissə.  Bunun  ardınca, 
qərar  imzalanmalıdır.  Məhkəmə  qərarı  yalnız  mübahisə 
ilə  bağlı  iş  üzrə  məhkəmə  icraatında  (şifahi  məhkəmə 
baxışında)  iştirak  etmiş  hakimlər  (hakim)  tərəfindən  im-
zalana bilər (bax: İPM-in 68.3-cü maddəsi). Qərarın giriş, 
təsviri,  əsaslandırma  və  nəticəvi  hissələrinə  dair  daha 
konkret müddəalar İPM-in 69.2-69.6-cı maddələrində təsbit 
edilmişdir. 


14
Bu qaydalarla İPM-də məhkəmə qərarları ilə əlaqədar 
Avropa  ölkələrinin  məhkəmə  təcrübəsində  ümumi  olaraq 
qəbul  edilmiş  prinsiplərə  əsas  etibarilə  riayət  olunmuşdur. 
Lakin məsələyə təfsilatı ilə yanaşdıqda, Avropa ölkələrinin 
öz aralarında da bununla bağlı əhəmiyyətli fərqlərin möv-
cudluğunu  müşahidə  etmək  mümkündür  (məsələn,  Fransa 
məhkəmələrinin  qərarlarının  böyük  hissəsini  preambula-
lar  və  ilkin  xatırlatmalar  təşkil  edir.  Onların  əsaslandırma 
hissəsi isə bir neçə cümlə ilə məhdudlaşır. Əksinə, xüsusilə 
Avropa  İttifaqı  Məhkəməsinin  və Av ropa  İnsan  Hüquqları 
Məhkəməsinin  oxşar  qərarlarının  əsaslandırma  hissəsi  isə, 
əksər hallarda çox iri həcmli olur).
Oxuculara  təqdim  olunan  bu  kitabda  inzibati-iqtisadi 
məhkəmələr  və  apellyasiya  instansiyası  məhkəmələri 
tərəfindən  qəbul  edilmiş  11  qərar  və  4  qərardad  əsasında 
inzibati məhkəmə qərarlarının və qərardadlarının quruluşu 
tövsiyə  xarakterli  nümunələr  şəklində  təsvir  olunur.  Lakin 
əvvəlcə  ümumi  olaraq  və  eyni  zamanda,  kitabda  bəhs 
olunan bir neçə qərar nümunəsinə istinadən İPM-in 69.1-ci 
maddəsində nəzərdə tutulmuş mənada “məhkəmə qərarının 
hissələri” dedikdə, konkret olaraq nəyin nəzərdə tutulduğu 
izah edilməlidir.
A. Giriş hissəsi 
İPM-in  69.1.1-ci  maddəsinə  müvafiq  olaraq,  “Azər-
baycan  Respublikası  adından”  (bax:  Azərbaycan  Res pub-
likası  Konstitusiyasının  129-cu  maddəsinin  1-ci  hissəsi) 
qəbul  edilən  qərar  giriş  hissəsi  ilə  başlayır.  Bununla  bağlı 
İPM-in  69.2-ci  maddəsində  nəzərdə  tutulmuşdur  ki,  məh-
kəmə  qərarının  giriş  hissəsində  onun  qəbul  edildiyi  tarix 


15
və  yer,  qərarı  qəbul  edən  məhkəmənin  adı,  qərarın  qəbul 
edilməsində  iştirak  edən  hakimlərin  (hakimin)  soyadı, 
adı,  atasının  adı,  proses  iştirakçılarının,  onların  qanuni  və 
(və ya) səlahiyyətli nümayəndələrinin adı, soyadı, atasının 
adı,  ixtisası  və  vəzifəsi,  yaşayış  yeri,  habelə  məhkəmə 
icraatında  onların  statusu  göstərilməlidir.  Rubrum
1
  da  ad-
lanan  giriş  hissəsinin  yuxarıda  sadalanan  tərkib  hissələri 
praktiki  baxımdan  heç  bir  problem  yaratmır.  Məsələn, 
proses  iştirakçılarının  hüquqi  dövlət  prinsiplərindən  irəli 
gələn,  onların  işinə  baxılmasında  iştirak  etmiş  hakimin 
(hakimlərin)  soyadlarını  öyrənmək  hüququna  malik  olma-
ları Avropa məhkəmə təcrübəsində çoxdan qəbul edilmişdir 
və  buna  Azərbaycan  məhkəmə  təcrübəsində  də  riayət 
olunur. İPM-in 69.2-ci maddəsində “proses iştirakçılarının 
məhkəmə  icraatındakı  statusu”  anlayışına  gəlincə,  burada 
onların iddiaçı, cavabdeh və ya cəlb edilmiş şəxs (“üçüncü 
şəxs”)  qismində  statusları  nəzərdə  tutulur.  Söhbət  ikinci 
(apellyasiya) instansiya məhkəməsində icraatdan getdikdə, 
prosessual “rollar” təbii olaraq dəyişə bilər. Məsələn, 9-cu 
kazusda  birinci  instansiya  məhkəməsində  icraata  cəlb 
edilmiş üçüncü şəxs apellyasiya instansiyası məhkəməsində 
icraat  zamanı  apellyasiya  şikayətini  verən  şəxs  qismində 
çıxış  edir.  Belə  hallarda  giriş  hissəsində  hər  iki  rolun 
göstərilməsi tövsiyə oluna bilər (məsələn, cəlb edilmiş şəxs 
(yaxud üçüncü şəxs), şikayəti verən şəxs). 
Giriş  hissəsində  proses  iştirakçıları  yuxarıda  gös  tə-
rilən qaydada təsvir olunubsa, qərarın növbəti his  sələrində 
1
  Latın dilindən tərcüməsi “qırmızı” olan bu sözün istifadəsi 
onunla bağlıdır ki, əvvəllər məhkəmə qərarlarının müvafiq hissəsi 
qırmızı  rəngli  mürəkkəblə  yazılırdı.


16
(xüsusilə  təsviri  və  əsaslandırma  his sə lərində)  proses 
iştirak çılarına  dair  şəxsi  məlumatların  təkrar lan masına, 
yaxud  adın  (məsələn,  cavabdehin)  dəqiq  gös tərilməsinə 
daha lüzum yoxdur. Yəni sonrakı hissələrdə yalnız proses-
sual  rolların  göstərilməsi  tamamilə  kifayətdir.  Deyilənlər, 
qərarların  nəticəvi  hissəsinə  də  aiddir.  Belə  ki,  məsələn, 
iddianı  təmin  edən  bir  qərarda  inzibati  orqanın  dəqiq 
adını  göstərmədən  “cavabdeh”in  üzərinə  müəyyən  bir  in-
zibati  aktın  qəbul  edilməsi  öhdəliyinin  qoyulması  yetərli 
sayılmalıdır  (bununla  belə,  müəyyən  hallarda  belə  bir 
qərarın  nəticəvi  hissəsində  cavabdehin  bir  daha  “adla” 
göstərilməsi qərarın icrasını asanlaşdıra bilər). 
Giriş hissədə məhkəmə iclas katibinin göstərilməsinə 
ehtiyac  yoxdur.  Bu,  artıq  şifahi  məhkəmə  baxışının  pro-
tokoluna  aid  olan  məsələdir  (bax:  İPM-in  65-ci  mad-
dəsindən göndərişlə Mülki Prosessual Məcəllənin /bundan 
sonra  mətndə  MPM/  271.2,  271.2.3-cü  maddələri).  Digər 
tərəfdən,  məhkəmə  iclas  katibinin  qərarda  göstərilməsini 
İPM-in 69.2-ci maddəsi də tələb etmir.
Qərarın  şifahi  məhkəmə  baxışı,  yaxud  yazılı  icraat 
qay dasında  qəbul  edildiyinin,  İPM-in  69.1-ci  maddəsinə 
əsa sən,  artıq  giriş  hissəsində  göstərilməsi  məqsədəuyğun 
ola bilər. Lakin Almaniyada, bir qayda olaraq istifadə olu-
nan bu əlavə, qanunla imperativ şəkildə nəzərdə tutul mayıb. 
Qərarın  giriş  hissəsində  mübahisə  predmetinin  də 
qısaca  olaraq  göstərilməsi  məqsədəuyğunluqla  bağlı  olsa 
da,  həm  də  təkidlə  tövsiyə  edilən  bir  məsələdir.  Məsələn, 
mübahisələndirmə  haqqında  iddia  üzrə  qərarın  giriş  his-
səsində  söhbətin  inzibati  orqanın  müəyyən  bir  qərarının 
ləğv edilməsindən getdiyini qeyd etmək olar. Məcburetmə 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə