Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə3/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   2   3   4   5   6   7   8   9   ...   76

9
MÜƏLLİFLƏRİN ÖN SÖZÜ
1  yanvar  2011-ci  il,  o  vaxta  qədər  sovet  hüquq  dü-
şüncəsinin hələ çox üstün rol oynadığı Azərbaycan hüquq 
sistemi  üçün  böyük  gün  idi.  Belə  ki,  həmin  gün  eyni 
vaxtda  (və  ilk  dəfə  olaraq!)  inzibati  orqanlar  üçün  va-
hid  məcburi  icraat  qaydalarını  müəyyən  edən  “İnzibati 
icraat  haqqında”  Qanun,  eləcə  də  bu  Qanuna  əsaslanan 
və  inzibati  məhkəmələrin  fəaliyyətini  tənzimləyən  İnzi-
bati  Prosessual  Məcəllə  qüvvəyə  mindi.  Həmin  vaxtdan 
etibarən  Azərbaycanda  inzibati  məhkəmələr  inzibati 
orqanların  publik  hüquq  sahəsindəki  fəaliyyətini  yox-
layırlar.  Həmçinin  qeyd  olunan  tarixdən  başlayaraq,  inzi-
bati orqanlar həmin vaxtadək Azərbaycanda belə ardıcıl və 
aydın  şəkildə  mövcud  olmamış  icraatla  bağlı  müddəalara 
riayət  etməlidirlər.  Bu  situasiyaya  rəğmən,  hüquqi  dövlət 
ruhunda  işlənib  hazırlanmış  müvafiq  müddəaların  tətbiqi 
üzrə  ilkin  təcrübələrin,  əksər  hallarda  məhkəmələrdə 
müsbət  qərarların  qəbulu  ilə  nəticələndiyi,  yəni  inzibati 
orqanların  fəaliyyətinin  tez-tez  məhkəmə  qaydasında  mü-
bahisələndirildiyi təəccüblü deyil. Eyni zamanda, ay dındır 
ki, yeni prosessual hüquq məhkəmələr üçün də bir çağırış 
idi və bu qisimdə qalmaqda davam edir. Bununla əlaqədar, 
həmçinin  qeyd  olunmalıdır  ki,  inzibati  hüquq  sahəsi  ilə 
bağlı  müvafiq  “özül”,  yəni  universitet  səviyyəsində  və 
hakimlərin  təkmilləşdirilməsi  sahəsində  təhsil/tədris  ilk 
əvvəl (hələ) yox idi. 
Bundan başqa, praktiki iş zamanı Azərbaycanda ehti-
ya cın  təkcə  nəzəriyyəyə  dair  dərslər  və  İnzibati  Proses-
sual  Məcəllənin  kommentariyası  xarakterli  ədəbiyyatla 


10
(məsələn,  www.inzibati.az  saytının  “Sual-cavab”  rubri-
ka sında  yerləşdirilmiş  onlayn  kommentariya  kimi)  bağlı 
olmadığı  da  özünü  büruzə  verdi.  Başqa  sözlə,  inziba-
ti  məhkəmələrin  hakimlərinə,  əsasında  konkret  inzi-
bati  məhkəmə  qərarlarının  strukturu  və  məzmununun 
təs vir  edilə  biləcəyi  qərar  nümunələri  formasında  ak-
tual  və  real  kazus  misalları  təqdim  etmək  faydalı  hesab 
olunur.  Çünki  bu  məsələlərlə  bağlı  Azərbaycan  İnzibati 
Prosessual  Məcəlləsinin  Almaniya  İnzibati  Prosessual 
Məcəlləsinə  əsaslanan  həlledici  müddəaları  Azərbaycanın 
Mülki  Prosessual  Məcəlləsindən,  bununla  da  mülki  və 
iqtisadi  mübahisələr  üzrə  məhkəmə  icraatlarında  prose-
sin  gedişatından  əhəmiyyətli  dərəcədə  fərqlənir.  Belə  ki, 
müəlliflərin  nəzər  yetirdiyi  inzibati  məhkəmə  qərarlarının 
əksəriyyətində  məhkəmələrin  hələ  də  qərarlarında  təsviri 
hissə  ilə  bağlı  olan  məsələləri  hüquqi  məsələlərdən 
ayırmamağa,  iş  materiallarında  olan  sənədləri,  həmin  iş 
üçün  əhəmiyyət  kəsb  edib-etmədikləri  nəzərə  alınmadan 
sadalamağa  və  onların  məzmununu  açıqlamağa,  yaxud 
qərarın əsaslandırma hissəsində iddianın uğurluluğuna dair 
mühüm  mülahizələri,  əksər  hallarda,  ötəri  və  müəyyən 
mənada  elə-belə  (sözgəlişi)  ifadə  etməyə  daha  çox  meyl 
etmələri müşahidə olunur. İşin hallarının araşdırılması prin-
sipi də, inzibati məhkəmə hakimlərinin hüquq düşüncəsinə 
hələ tam həcmdə sirayət etməmişdir. Bu, həmin prinsipdən 
doğan  nəticələrə,  xüsusilə  proses  iştirakçılarından  heç 
birinin  xatırlatmadığı  (lakin  hüquqi  baxımdan  mühüm 
olan) hüquqi məsələlərə də toxunmaq və onları həll etmək 
zərurətinə  aiddir.  Qeyd  olunan  bu  məsələ  də,  artıq  təhsil/
tədris  zamanı  əsas  diqqətin,  mücərrəd  hüquqi  prinsiplərin 


11
əks  etdirilməsindən  daha  çox  konkret  kazusların  həllinə 
yönəldilməsinin nə qədər məqsədəuyğun olduğunu göstərir. 
Oxuculara  təqdim  olunan  bu  kitabda  müəlliflər  bi-
rinci  və  apellyasiya  instansiyası  məhkəmələrinin  (inzi-
bati-iqtisadi  məhkəmələrin  və  apellyasiya  instansiyası 
məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarının) 11 qərarı 
və  4  qərardadı  əsasında  inzibati  məhkəmə  qərarlarının 
quruluşunu  və  orada  əksini  tapmış  düşüncələr  gedişatını 
nümunələr  qismində  təsvir  etmək  məqsədi  güdürlər.  Bu 
qərarların  və  qərardadların  hazırlanması  üçün  bazis  mate-
rial qismində Azərbaycanın inzibati məhkəmələri tərəfindən 
baxılmış real işlər çıxış etmişdir. 
Biz,  kitabda  istifadə  olunmaq  üçün  təkcə  qərarlar 
deyil,  eləcə  də  Azərbaycanın  məhkəmə  təcrübəsində 
əhə  miy yətləri  getdikcə  artdığına  görə  müvəqqəti  xarak-
terli  müdafiə  icraatı  üzrə  qərardadlar  da  seçdik.  Burada, 
kazusların müvafiq həlli (“düzgün” və ya “səhv”) həlledici 
amil  deyil.  Məqsəd  daha  çox Azərbaycanın  inzibati  məh-
kə mələrinin  hakimlərinə,  yalnız  İnzibati  Prosessual  Mə-
cəlləyə müvafiq surətdə qərar və qərardadların quruluşunun 
və  təsvirinin  necə  olmalı  olduğunu,  oxucuya  (istər  proses 
iştirakçısına,  istərsə  də  yuxarı  instansiya  məhkəməsinə) 
məhkəmənin  apardığı  müvafiq  yoxlama  proqramını  aydın 
izah etməyə ən yaxşı şəkildə necə nail ola bilməni tövsiyə 
şəklində  göstərməkdir.  Kitabda  əksini  tapmış  təsvir  Al-
ma niyanın  hüquq  və  məhkəmə  təcrübəsinə  əsaslanır.  Bu 
təcrübə isə, öz növbəsində Azərbaycan İnzibati Prosessual 
Məcəlləsinin  qaynaqlandığı  Almaniya  İnzibati  Prosessual 
Məcəlləsinə  söykənir.  Kitabda  təsvir  olunan  kazuslarda 
proses  iştirakçıları,  onların  nümayəndələri,  işə  baxan 


12
məhkəmə və hakimlər, ərazilər və s. hərflərlə (məsələn, A, 
B,  M,  D  və  s.)  verilmişdir.  Cavabdeh  dövlət  orqanlarının 
(yerli  icra  hakimiyyəti  orqanları  istisna  olmaqla,  onların 
adları  da  hərflərlə  verilmişdir)  və  digər  qurumların  adları 
isə  olduğu  kimi  saxlanmışdır.  Hər  bir  kazus  işin  fak-
tiki hallarının təsviri və müvafiq işdə tətbiqi nəzərə çarpan 
hüquq normalarının göstərilməsi ilə başlayır. Bundan sonra 
isə,  məhkəmənin  müvafiq  iş  üzrə  qərarı  və  həmin  qərar 
üzrə  mühüm  hüquqi  məqamların,  eləcə  də  tövsiyələrin 
əksini tapdığı qeyd gəlir. 
Almaniyada  İnzibati  Prosessual  Məcəllənin  artıq 
1960-cı ildən qüvvədə olduğu və bunun inzibati orqanların 
fəaliyyətinin  məhkəmələr  tərəfindən  yoxlanılması  ilə 
bağlı  zəngin  ilkin  tarixə  əsaslandığı  nəzərə  alındıqda 
Azərbaycanın inzibati məhkəmə hakimlərinin 2011-ci ildən 
etibarən  bu  vaxta  qədər,  eləcə  də  hazırda  necə  böyük  bir 
novator  işi  həyata  keçirdiklərini  görmək  olur.  Bu  kitabın 
məqsədi Azərbaycanın məhkəmə təcrübəsindən olan kazus 
nümunələri əsasında onlara kiçik yardım etməkdir. 
 Dr. Peter Yakob 
İlqar Hüseynov  Dr. Müşfiq Məmmədov
      Karlsruhe 
Bakı 
Berlin
2015-ci il, iyul 
2015-ci il, iyul 
2015-ci il, iyul


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə