Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə14/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

51
məhkəməsinin  qərarı  ləğv  olunduqda,  apellyasiya  instan-
siya  məhkəməsi  mübahisənin  mahiyyəti  üzrə  yeni  qərar 
qəbul  edir  (bununla  bağlı  bax:  8-ci  kazus  üzrə  qərarın 
nəticəvi  hissəsi).  Nəticəvi  hissədə  “...-in  apellyasiya 
şikayətinə  əsasən”  əlavəsinin  qeyd  olunub-olunmaması 
zövq məsələsidir. Hər halda, belə bir əlavənin heç bir ziyanı 
yoxdur. 
1. Uğursuz apellyasiya şikayəti
X  İnzibati-İqtisadi  Məhkəməsinin  …  tarixli  qərarı  də yiş-
dirilmədən saxlanılır. 
Apellyasiya məhkəmə icraatı üzrə prosessual xərclər apellyasi-
ya şikayətini verən şəxs (yaxud şikayətçi (bu, birinci instansiya 
məhkəməsinin qərarından asılı olaraq, iddiaçı və ya cavabdeh 
ola bilər)) tərəfindən ödənilir (Birinci instansiya məhkəməsində 
icraatla  bağlı  prosessual  xərclər  həmin  məhkəmənin  qərarına 
əsasən müəyyən edilir ki, bu da qüvvədə qalır). 
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
2. Uğurlu apellyasiya şikayəti
Apellyasiya  şikayəti  uğurlu  olduqda,  birinci  instan-
siya məhkəməsinin qərarı ləğv edilir və ya dəyişdirilir. Hər 
iki  halda,  apellyasiya  instansiyası  məhkəməsi  mübahisəni 
mahiyyəti üzrə həll edir. Yəni o, özü iddiaya dair yeni qərar 
qəbul edir. 
Məsələn:
Cavabdehin  apellyasiya  şikayəti  əsasında  X  İnzibati-İqtisadi 
Məhkəməsinin … tarixli qərarı iddianın təmin olunduğu hissədə 
ləğv olunur və iddia rədd edilir. 


52
Prosessual  xərclər  iddiaçı  tərəfindən  ödənilir  (burada,  hər  iki 
instansiyada icraatla bağlı prosessual xərclər nəzərdə tutulur).
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
Yaxud  məcburetmə  haqqında  iddialarda  iddianın 
qal dırılmasından  əvvəl  şikayət  instansiyasına  müraciət 
edildikdə, nəticəvi hissə aşağıdakı kimi tərtib olunur:
İddiaçının  apellyasiya  şikayəti  əsasında  X  İnzibati-İqtisadi 
Məhkəməsinin … tarixli qərarı ləğv edilir. Cavabdehin … tarix-
li imtina qərarı və bununla bağlı şikayət instansiyası B-nin … 
tarixli  qərarı  ləğv  edilir.  Cavabdehin  üzərinə  iddiaçının  …  ilə 
bağlı ərizə ilə müraciət etdiyi icazəni vermək öhdəliyi qoyulur.
Prosessual xərclər cavabdeh tərəfindən ödənilir. 
Hüquqi müdafiə vasitələri barədə məlumat.
 
D. İmzalar
Bu,  məhkəmə  qərarlarının  qeyri-problematik  his-
sə sidir.  İşə  hakim  tərəfindən  təkbaşına  baxıldıqda,  qərar 
onun  tərəfindən,  kollegial  qaydada  baxıldıqda  isə,  şifahi 
məhkəmə baxışında iştirak etmiş bütün hakimlər tərəfindən 
imzalanmalıdır (bax: İPM-in 68.3-cü maddəsi). 


53
İkinci hissə: Qərardadlar
A. Birinci instansiya məhkəməsinin qərardadları
Qərardadlar,  barəsində  şikayət  verilə  bilən  və 
şikayət  verilə  bilməyən  (bax:  İPM-in  83.3-cü  maddəsi) 
qərardadlara  bölünür.  Barəsində  məhkəmə  qaydasında 
şikayət verilə bilən, eləcə də hüquqi müdafiə vasitələrindən 
istifadə  qaydasını  və  müddətini  müəyyən  edən  məhkəmə 
qərardadları  (bax:  İPM-in  80.1-ci  maddəsi),  həmçinin 
İPM-in  40-cı  və  ondan  sonra  gələn  maddələrinə  əsasən 
mü vəqqəti  xarakterli  müdafiə  icraatı  çərçivəsində  qəbul 
olunan,  habelə  hüquqi  mübahisənin  mahiyyəti  üzrə  ni-
zama  salınmasından  sonra  qəbul  edilən  qərardadlar 
əsaslandırılmalıdır (bax: İPM-in 80.2 və 80.3-cü, eləcə də 
110.6-cı maddələri). Bu, o deməkdir ki, məsələn, sübutlar 
haqqında  qərardad  (belə  bir  qərardada  əsasən,  məhkəmə 
sübutların  araşdırılmasını  təmin  edir)  əsaslandırılmalı 
deyil  (bax:  İPM-in  83.3.3-cü  maddəsi).  Əksinə,  məhkəmə 
icraatına cəlbetmə barədə vəsatətin təmin edilməsindən im-
tina haqqında məhkəmə qərardadı əsaslandırılmalıdır (bax: 
İPM-in 28.5-ci maddəsinin 3-cü cümləsi). 
Proses  iştirakçıları  üçün  məzmun  baxımından  əhə-
miy yət  kəsb  etdikləri  hallarda,  barəsində  şikayət  verilə 
bil məyən  məhkəmə  qərardadlarının  da  əsaslandırılması 
tövsiyə olunur. 
Qərardadların  təsviri  və  əsaslandırma  hissələrinə 
bö  lünməsinə  dair  tələb  mövcud  deyil.  Xüsusilə  İPM-
in  məhkəmə  qərarlarının  forması  və  məzmununu  tən-
zimləyən  69-cu  maddəsi  qərardadlara  şamil  olunmur 


54
(bax:  İPM-in  80.3-cü  maddəsi).  Buna  baxmayaraq,  hər 
halda  əsaslandırılmalı  olan  qərardadların  quruluşu  ilə 
bağlı  İPM-in  69-cu  maddəsinə  istinad  üçün  çoxlu  əsaslar 
var.  Yəni  qərardadlarda  da  giriş  hissəsi  (İPM-in  69.1.1-ci 
maddəsinə uyğun olaraq), işin faktiki halları hissəsi (İPM-
in 69.1.2-ci maddəsinə uyğun olaraq), əsaslandırma hissəsi 
(İPM-in  69.1.3-cü  maddəsinə  uyğun  olaraq)  və  nəhayət, 
nəticəvi  hissə,  hüquqi  müdafiə  vasitələri  barədə  məlumat 
və imza (imzalar) (müqayisə et: İPM-in 69.1.4-cü maddəsi) 
olur. 
Qərardadların əsaslandırma hissəsindəki hüquqi qeyd-
lər müvafiq ərizənin/tələbin mümkünlüyü və bundan sonra 
əsaslılığı ilə bağlı qeydlərə bölünür. 
Nəticəvi  hissənin  müvafiq  olaraq  necə  olması  qərar-
dad  icraatının  növündən  və  təbii  ki,  müvafiq  ərizədən/
tələbdən asılıdır. 
Xüsusi  hal:  Müvəqqəti  xarakterli  müdafiə  icraatı 
çərçivəsində qəbul olunan qərardadlar
Müvəqqəti  xarakterli  müdafiə  icraatında  proses 
iştirak çılarının  adlandırılması  ilə  bağlı:  Müvəqqəti 
xarak terli  müdafiə  icraatı  çərçivəsində  qəbul  edilmiş 
qərardadlara  ayrıca  iş  nömrəsi  verildiyi  və  bu  icraatlar 
texniki/praktiki  baxımdan  ayrıca  icraat  olduqları  (yəni  id-
dia icraatı olmadıqları) üçün həmin icraatın iştirakçılarının 
“iddiaçı”  və  ya  “cavabdeh”  deyil,  “ərizəçi”  və  “qarşı 
tərəf”  adlandırılması  tövsiyə  olunur.  Müvəqqəti  xarak-
terli  müdafiə  icraatında  proses  iştirakçısı  qismində 
üçüncü  şəxslər  də  iştirak  edə  bilər  (xüsusilə  İPM-in  42-ci 
maddəsində  nəzərdə  tutulmuş  hallarda,  yaxud  məhkəmə 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə