Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə22/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

83
növlərinin  mülki  məsuliyyətinin  sığortalanmasını  təsdiq 
edən sənədin (sığorta şəhadətnaməsinin) surəti.
...
Qeyd: Nazirlər Kabinetinin 12 iyun 2013-cü il tarixli 
121  saylı  Qərarı  ilə  45-ci  bənddə  «Dövlət  standartlarına 
uyğun  olaraq,  I  və  II  məsuliyyət  səviyyəli  bina  və  qur-
ğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri 
istisna  olmaqla)»  sözləri  «Tikintisinə  icazə  tələb  olunma-
yan  və  məlumatlandırma  icraatı  istisna  olmaqla,  bina  və 
qurğuların» sözləri ilə əvəz edilmişdir.


84
İş №
  
 
         
Azərbaycan Respublikası adından
Q Ə R A R
 
   
şəhəri 
11 dekabr 2014-cü il
S İnzibati-İqtisadi Məhkəməsi
hakim H-nın sədrliyi,
iddiaçının nümayəndəsi O-nun (ünvanı: ...),
cavabdehin  nümayəndələri  T  və  R-in  (ünvanı:.., 
vəzifəsi:...) iştirakları ilə
iddiaçı  “U  MMC”  tikinti  firmasının  cavabdeh Azər-
bay can  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Ti-
kintidə  Təhlükəsizliyə  Nəzarət  Dövlət  Agentliyinə  qarşı 
«7  iyul  2014-cü  il  tarixli  lisenziyanın  fəaliyyətinin  da-
yandırılması haqqında qərarın ləğv edilməsi barədə» iddia 
tələbi  üzrə  inzibati  işə  şifahi  məhkəmə  iclasında  baxaraq 
aşağıdakı qərarı qəbul etdi. 
Təsviri hissə: 
İşə  baxan  məhkəmənin  yurisdiksiyasına  aid  olan 
ərazidə  fəaliyyət  göstərən  iddiaçıya  dövlət  standartlarına 
uyğun  olaraq,  I  və  II  məsuliyyət  səviyyəli  bina  və  qur-
ğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri 
istisna  olmaqla)  tikinti-quraşdırma  işlərinin  aparılması 
üçün  7  dekabr  2011-ci  ildə  cavabdeh  tərəfindən  lisenziya 
verilmişdir. 


85
2  iyul  2014-cü  il  tarixdə  cavabdehin  əməkdaşları 
iddiaçıya  verilmiş  lisenziyanın  qanunvericilikdə  təsbit 
edilmiş  tələblərinə  əməl  olunub-olunmamasını  yoxlamaq 
məqsədilə onun ofisində yoxlama keçirmişlər. Yoxlamanın 
predmeti  konkret  olaraq,  iddiaçının  Azərbaycan  Res-
publikası  Nazirlər  Kabinetinin  7  noyabr  2002-ci  il  tarixli, 
174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin 
xüsusiyyətindən  asılı  olaraq  xüsusi  razılıq  (lisenziya) 
verilməsi üçün tələb olunan əlavə Şərtlər”in 45-ci bəndinin 
tələblərinə  riayət  edib-etməməsi  ilə  bağlı  olmuşdur.  Belə 
ki,  yoxlamanın  keçirilməsinə  qədər  iddiaçı  cavabdehin 
mütəmadi  olaraq  etdiyi  xəbərdarlıqlara  baxmayaraq,  ildə 
bir  dəfə  müəyyən  olunmuş  formada  məlumat  təqdim  et-
mə sinə dair qanunvericilikdən irəli gələn vəzifəsini yeri nə 
yetirməmişdir.  Cavabdehin  yoxlaması  nəticəsində  iddia-
çının  ofisində  yalnız  2  mütəxəssisin  (5  mütəxəssis  olmalı 
olduğu halda) işlədiyi, onun istifadə etdiyi ölçü cihazlarının 
standartlara  uyğunluğunu  və  yararlılığını  təsdiq  edən 
kalibr ləmə  haqqında  şəhadətnamələrin  müddətinin  4  may 
2012-ci  il  tarixdə  bitdiyi,  habelə  mülki  məsuliyyətinin 
sığortalanması müddətinin 2 dekabr 2012-ci il tarixdə başa 
çatdığı müəyyən olunmuşdur. 
Yoxlamadan sonra cavabdeh 7 iyul 2014-cü il tarixdə 
iddia çının  lisenziyasının  fəaliyyətinin  dayandırılması  ba-
rədə  qərar  qəbul  etmişdir.  Qərarını  əsaslandırmaq  üçün 
o,  Azərbaycan  Respublikası  Prezidentinin  2  sentyabr 
2002-ci  il  tarixli,  782  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş 
“Azərbaycan  Respublikasında  bəzi  fəaliyyət  növlərinə 
xüsusi  razılıq  (lisenziya)  verilməsi  haqqında  Qaydalar”ın 
5.1.2-ci bəndinə istinad etmişdir. Eyni zamanda, cavabdeh 


86
qeyd  etmişdir  ki,  iddiaçının  normativ  aktların  tələblərini 
pozması,  habelə  xəbərdarlıqlara  baxmayaraq,  müvafiq 
məlumatların təqdim edilməməsi ilə bağlı bu vaxta qədərki 
davranışına görə ona verilmiş lisenziyanın fəaliyyətinin da-
vam etməsi mümkün deyil. 
İddiaçı  qanunla  nəzərdə  tutulmuş  30  gün  müddət 
ərzində cavabdehin 7 iyul 2014-cü il tarixli qərarına qarşı 
iddia  ərizəsi  ilə  əvvəlcə  R  İnzibati-İqtisadi  Məhkəməsinə 
müraciət  etmiş,  lakin  həmin  məhkəmə  26  avqust  2014-
cü  il  tarixli  qərardadı  ilə  mübahisə  ilə  bağlı  işi  ərazi 
aidiyyəti üzrə səlahiyyətli S İnzibati-İqtisadi Məhkəməsinə 
göndərmişdir.
İddianın  qaldırılmasından  sonra  iddiaçı  10  dekabr 
2014-cü  il  tarixdə  mülki  məsuliyyətin  sığortası  haq-
qında  yeni  müqavilə  bağlamış,  ofisində  müqavilə  üzrə 
çalışan  mütəxəssislərin  sayını  5-ə  çatdırmış,  habelə  ona 
cihazlarının  standartlara  uyğun  olması  barədə  2  sent-
yabr  2014-cü  il  tarixdə  Azərbaycan  Respublikası  Stan-
dartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 
tərəfindən müvafiq şəhadətnamə verilmişdir. 
İddiaçı  cavabdehin  lisenziyanın  fəaliyyətinin  da-
yan dırılması  haqqında  7  iyul  2014-cü  il  tarixli  qərarının 
ləğv  olunmasını  tələb  edir.  Onun  fikrincə,  həmin  qərar, 
həmçinin cavabdehin onun qəbulu barədə iddiaçıya xəbər-
darlıq  etmədiyinə  və  çatışmazlıqların  aradan  qaldırılması 
üçün  ona  vaxt  vermədiyinə  görə  qanunsuzdur.  Bundan 
başqa,  o,  qeyd  edir  ki,  Firma  son  3  il  ərzində  onsuz  da 
fəaliy yət  göstərməmişdir.  Nəhayət,  o,  bildirir  ki,  hal-ha-
zırda yuxarıda qeyd olunan, “Fəaliyyət növlərinin xü susiy-
yətindən  asılı  olaraq  xüsusi  razılıq  (lisenziya)  verilməsi 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə