Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə16/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

58
oluna bilərlər (bununla bağlı daha ətraflı bax: Azərbaycan 
Respublikası  Konstitusiya  Məhkəməsinin  İPM-in  44-cü 
maddəsinin  bəzi  müddəalarının  şərh  edilməsinə  dair  20 
aprel 2015-ci il tarixli qərarı). 
Müvəqqəti  xarakterli  müdafiə  barədə  qərardadlara 
qarşı  hüquqi  müdafiə  vasitələrinə  gəlincə,  qeyd  etmək 
lazımdır  ki,  əlbəttə,  İPM-in  41.5-ci  maddəsinə  əsasən 
qəbul  edilmiş,  ərizəçi  üçün  müsbət  olan  qərardadlardan 
şikayət  verilə  bilməz.  Lakin  Azərbaycan  Respublikasının 
Konstitusiya Məhkəməsi özünün 20 aprel 2015-ci il tarixli 
qərarında buna qoşulmamışdır. Həmin qərara əsasən, inzi-
bati  məhkəmə  icraatında  proses  iştirakçılarının  bərabərliyi 
prinsipi, prosesin hər bir iştirakçısının müvəqqəti xarak-
terli müdafiə icraatında onun üçün mənfi olan qərardaddan 
(İPM-in  41,  42,  43  və  ya  44-cü  maddəsi  əsasında  qəbul 
olun masından  asılı  olmayaraq)  şikayət  verə  bilmək  im-
ka nına  malik  olmasını  tələb  edir  (bax:  İPM-in  81.1-ci 
mad dəsi). 
İPM-in  41-ci  və  43-cü  maddələri  üzrə  icraatların 
“bi ri-birinin  ardınca  gəlməsi”  ilə  bağlı  xüsusi  hal  baş 
verə  bilər.  Bu  maddələr  üzrə  icraatların  konkret  halda 
biri-biri  ilə  birləşdirilməsi  heç  də  tamamilə  istisna  deyil 
(yəni  bu  kimi  hallarda,  müvəqqəti  xarakterli  müdafiə 
barədə  2  qərardad  hazırlanmalıdır).  Misal:  Vergi  orqanı 
A-nın  barəsində  əlverişsiz  inzibati  akt  qəbul  edir.  A  İPM-
in  41-ci  maddəsinə  əsasən  həmin  inzibati  aktın  icrasının 
dayandırılması  məqsədilə  müvəqqəti  xarakterli  müdafiəyə 
dair  ərizə  ilə  məhkəməyə  müraciət  edir  və  aktın  icrasının 
dayandırılmasına  (İPM-in  41.5-ci  maddəsinə  əsasən 
mübahisələndirilə  bilməyən)  nail  olur.  Buna  baxmayaraq, 


59
inzibati  orqan  icranı  A-nın  əmlakına  yönəltmək  istəyir. 
Bu  zaman  A  İPM-in  43-cü  maddəsinə  əsasən  müvəqqəti 
xarakterli  müdafiə  barədə  qərardadın  qəbulu  üçün  icra 
hərəkətlərinin  edilməsindən  çəkinməyə  dair  ərizə  ilə 
məhkəməyə  müraciət  edəcəkdir.  Bu  ərizə  uğurlu  olacaq, 
çünki  İPM-in  41-ci  maddəsinə  əsasən  qəbul  edilmiş  və 
qanuni  qüvvəyə  minmiş  qərardada  əsasən,  inzibati  orqan 
müvəqqəti olaraq icranı həyata keçirə bilməz. 
Əgər məhkəmə İPM-in 41-ci maddəsinə əsasən qəbul 
etdiyi  və  ərizəçi  üçün  müsbət  olan  qərardadın  nəticəvi 
hissəsində  ümumi  şəkildə  müvafiq  inzibati  aktın  icrasını 
da yandırmaqla  yanaşı,  əlavə  olaraq  inzibati  orqanın  üzə-
rinə  konkret  vəzifələr  (məsələn,  icra  tədbirlərinin  gö rül-
məsindən  çəkinmək  vəzifəsi)  qoyarsa  (bax:  İPM-in  40.3-
cü  maddəsi  və  aşağıda  II  başlıq),  yuxarıda  təsvir  olunan 
və  daha  çox  mürəkkəb  xarakter  daşıyan  situasiyaların 
yaranmasından  yan  keçmək  olar. Ayrı-ayrı  hallarda,  bunu 
tövsiyə  etmək  çox  məqsədəuyğun  ola  bilər.  Lakin  ərizəçi, 
hər  bir  halda  bunu  tələb  etmiş  olmalıdır.  Çünki  İPM-in 
80.3-cü  maddəsinə  əsasən,  Məcəllənin  52-ci  maddəsi 
qərardad icraatlarında da tətbiq olunur.
II.  İPM-in  41-ci  maddəsinə  əsasən  qəbul  edilən 
qərar dadın təsviri
Artıq  qeyd  olunduğu  kimi,  belə  qərardadlarda 
(eləcə  də  İPM-in  43-cü  maddəsinə  əsasən  qəbul  edilmiş 
qərardadlarda)  proses  iştirakçıları  iddiaçı  və  ya  cavabdeh 
deyil (iddia artıq qaldırılmış olsa da), ərizəçi və qarşı tərəf 
adlandırılır.


60
Bu  cür  qərardadda,  ilkin  olaraq  işin  faktiki  halları 
barədə  qısa  məlumat  verilir  (məhkəmə  qərarının  təsviri 
hissəsində  olduğu  kimi).  Lakin  qərardadın  təsviri  hissəsi 
məhkəmə  qərarında  olduğundan  daha  qısa  şəkildə  ifadə 
oluna bilər.
Belə bir qərardadın əsaslandırma hissəsi məhkəmənin 
yoxlama proqramını və gəldiyi nəticəni əks etdirir. Bu za-
man, aşağıdakı məsələlər yoxlanılmalıdır: 
–  söhbət,  ümumiyyətlə  İPM-in  41-ci  maddəsində 
nəzərdə tutulmuş müvəqqəti xarakterli müdafiə icraatından 
gedirmi  (İPM-in  43-cü  maddəsində  təsbit  edilmiş 
müvəqqəti xarakteri müdafiə icraatından fərqləndirmə)?
–  ərizəçi  mübahisələndirmə  haqqında  iddianı  artıq 
qaldırıbmı,  yaxud  belə  bir  iddia  hələ  mümkündürmü 
(məsələn, iddianın qaldırılması üçün müddət ötürülübmü)?
–  iddianın  İPM-in  41.2-ci  maddəsində  nəzərdə 
tutulmuş mənada uğurlu olması üçün kifayət qədər ehtimal 
varmı  (yəni  iddia  mümkündürmü  və  ehtimala  görə  əsaslı 
olacaqmı? Bununla bağlı proqnoz verilməsi)?
Əgər iddia mümkündürsə və ehtimala görə əsaslı ola-
caqsa, bu zaman əlverişsiz inzibati aktın icrası dayandırılır. 
Əgər iddianın uğurluluq ehtimalı məsələsi açıq olarsa, 
bu zaman, aşağıdakı suala cavab verilməlidir: ərizəçinin in-
zibati aktın icrasının dayandırılmasına olan marağı inzibati 
orqanın  inzibati  aktın  icra  edilməsi  üzrə  əks  marağından 
üstündürmü (yaxud əksinə)?
İddia  uğurluluq  ehtimalına  malik  olmadıqda,  ərizə 
rədd edilir.
İPM-in 41-ci maddəsinə əsasən qəbul edilmiş müsbət 
qərardadın nəticəvi hissəsi aşağıdakı kimi olur:


61
Qarşı tərəfin 7 yanvar 2015-ci il tarixli qərarının icrası (müəy-
yən  hallarda:  şifahi  məhkəmə  baxışına,  yaxud  məhkəmə 
tərə findən  müəyyən  olunan  başqa  vaxta  qədər  (bax:  İPM-in 
41.4-cü  mad dəsi))  dayandırılır  (müəyyən  hallarda  əlavə  ola-
raq (əgər ərizəçi bunu tələb edibsə), qarşı tərəfin üzərinə icra 
tədbirlərinin  görülməsindən  çəkinmək  vəzifəsi  qoyula  bilər. 
Bax: İPM-in 40.3-cü maddəsi və yuxarıda I başlıq).
Müvəqqəti xarakterli müdafiə icraatına dair prosessual xərcləri 
qarşı tərəf ödəyir.
Hüquqi  müdafiə  vasitələri  barədə  məlumat  (Azərbaycan  Res-
publikası Konstitusiya Məhkəməsinin İPM-in 44-cü maddəsinin 
bəzi müddəalarının şərh edilməsinə dair 20 aprel 2015-ci il ta-
rix li qərarı). 
İPM-in  41-ci  maddəsinə  əsasən  qəbul  edilmiş 
mənfi qərardadın nəticəvi hissəsi aşağıdakı kimi olur:
Ərizə rədd edilir (yaxud ərizə mümkün olmadıqda: Ərizə müm-
kün sayılmır).
Müvəqqəti  xarakterli  müdafiə  icraatına  dair  prosessual  xərclər 
ərizəçi tərəfindən ödənilir.
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
İPM-in  41-ci  maddəsi  əsasında  verilmiş  ərizənin 
yalnız qismən mümkün və əsaslı olduğu hallarda, mü-
vafiq qərardadın nəticəvi hissəsi aşağıdakı kimi olacaq:
Qarşı  tərəfin  7  yanvar  2015-ci  il  tarixli  qərarının  icrası  onun 
ərizəçidən  1000 AZN-dən  çox  vergi  ödənilməsini  tələb  etdiyi 
hissədə dayandırılır. Qalan hissədə ərizə rədd edilir. 
Müvəqqəti  xarakterli  müdafiə  icraatına  dair  prosessual  xərclər 
qarşı tərəf və ərizəçi tərəfindən yarıya bölünməklə ödənilir. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə