Peter yakob


Məcburetmə haqqında iddia



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

47
Məcburetmə haqqında iddia:
Cavabdehin 7 yanvar 2015-ci il tarixli (imtina) qərarı ləğv edilir. 
Cavabdehin  üzərinə  iddiaçıya  onun  …ilə  bağlı  ərizə  ilə 
müraciət etdiyi icazəni vermək öhdəliyi qoyulur. 
Prosessual xərclər cavabdeh tərəfindən ödənilir.
Hüquqi müdafiə vasitələri barədə məlumat.
Məhkəməyə  iddia  ilə  müraciət  olunmamışdan  qabaq 
“İnzibati icraat haqqında” Qanuna əsasən şikayət icraatı da 
həyata keçirildikdə, şikayət instansiyasının qərarı da (1 uyil 
2015-ci il tarixli) ləğv olunur.
3
 Qalan hissədə nəticəvi hissə 
olduğu kimi qalır. 

Burada  da  şikayət  instansiyasının  qərarının  nə  üçün 
ləğv  edilməsi  oxucuda  sual  yarada  bilər.  Ləğv  edilmənin  səbəbi 
mübahisələndirmə haqqında iddiada olduğu kimi, yenə də hüquqi 
vəziyyət  barədə  aydınlığın  yaradılması  ilə  bağlıdır.  Əslində, 
məcburetmə  haqqında  iddia  üzrə  qərarların  nəticəvi  hissəsində 
im tinaedici  qərar(lar)ı  ləğv  etmədən  də  keçinmək  olardı.  Çünki 
bu  iddiaların  predmetini  inzibati  orqanın/şikayət  instansiyasının 
imtinasının  haqlı  olub-olmadığı,  yəni  iddiaçının  tələb  hüququnun 
mövcud  olub-olmadığı  təşkil  edir.  Məcburetmə  haqqında  iddia 
təmin  edildikdə,  aşağı  inzibati  orqanın  və  həmçinin  şikayət  in-
stansiyasının  (iddia  qaldırılmamışdan  əvvəl  şikayət  icraatı  həyata 
keçirildikdə)  imtinaedici  qərarı  ləğv  olunur  (bununla  bağlı  ayrıca 
tələb  irəli  sürülməsinə  lüzum  yoxdur)  ki,  hüquqi  dövriyyədə 
sözügedən qərarların mövcud olmaqda davam etməsinə dair qeyri-
müəyyənlik  mövcud  olmasın. 


48
Müəyyən etmə haqqında iddia:
… (iddia tələbindən asılı olaraq) müəyyən edilir. 
Prosessual xərclər cavabdeh tərəfindən ödənilir.
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
Tanınma haqqında iddia:
Cavabdehin 7 yanvar 2015-ci il tarixli qərarının etibarsızlığı tanınır.
Prosessual xərclər cavabdeh tərəfindən ödənilir. 
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
Öhdəliyin icrası haqqında iddia:
Cavabdehin  üzərinə  (iddia  tələbindən  asılı  olaraq,  məsələn:
“iddiaçıya  400  AZN  ödəmək”,  yaxud  “bağlanmasından 
iddiaçının şikayət etdiyi XY küçəsini açmaq” öhdəliyi qoyulur.
Prosessual xərclər cavabdeh tərəfindən ödənilir. 
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
Xüsusi  hal:  İPM-in  69.6-cı  maddəsinə  əsasən  icra 
qaydasının müəyyən edilməsi 
Məhkəmə  qərarda  onun  icra  qaydasını  və  müddətini 
müəyyən  etdikdə,  bu  barədə  müvafiq  göstərişlər  qərarın 
nəticəvi  hissəsində  əksini  tapmalıdır.  Beləliklə,  sözügedən 
hallarda  qərarın  nəticəvi  hissəsində  növbəti  (digər)  bir 
yanakı  qərar  olur.  Praktiki  olaraq,  bu  halın  yaranması 
yalnız iddianın uğurlu olduğu hallarda mümkündür. 


49
3. İddianın qismən uğurlu olması
İddia  qismən  təmin  edildiyi  hallarda,  nəticəvi 
hissə  bir  qədər  mürəkkəb  olur  (bununla  bağlı,  həmçinin 
yuxarıda iddianın qismən mümkün sayılmadığı hallara dair 
hissəyə  bax). Amma  hər  bir  halda,  iddianın  hansı  hissədə 
uğurlu  olduğu  aydın  olmalı  və  “qalıq”  aşkar  surətdə  rədd 
edilməlidir. Əks halda, qərar natamam olardı. 
Mübahisələndirmə haqqında iddia:
Cavabdehin  7  yanvar  2015-ci  il  tarixli  qərarı  iddiaçıya  hesab-
lanmış  vergi  borcunun  1000  AZN-dən  artıq  hissəsində  ləğv 
olunur.  İddia  qalan  hissədə  (ödənilməli  verginin  1000  AZN 
məbləğində müəyyən olunduğu hissə) rədd edilir. 
Prosessual  xərclər  iddiaçı  və  cavabdeh  tərəfindən  yarıya 
bölünməklə ödənilir (udma hissəsinə uyğun olaraq, bax: İPM-
in 111.1-ci maddəsi).
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
Məcburetmə haqqında iddia:
Cavabdehin  7  yanvar  2015-ci  il  tarixli  qərarı  iddiaçının  …ilə 
bağlı  tələbinin  (ərizəsinin)  rədd  edildiyi  hissədə  ləğv  olunur. 
Qalan  hissədə  (iddiaçının  digər  tələbi)  cavabdehin  üzərinə, 
barəsində  iddiaçının  ərizə  ilə  müraciət  etdiyi  icazəni  (və  ya 
başqa bir istək) vermək öhdəliyi qoyulur. 
Prosessual  xərclər  iddiaçı  və  cavabdeh  arasında  1/3-in  2/3-
yə  nisbətində  (iddianın  uğurluluq  nisbətinə  uyğun  olaraq) 
bölüşdürülür.
Hüquqi müdafiə vasitələri barədə məlumat. 


50
Məcburetmə  haqqında  iddia  əsasında  İPM-in  
73.2-ci maddəsinə müvafiq olaraq qəbul edilən qərar 
Cavabdehin  7  yanvar  2015-ci  il  tarixli  imtina  qərarı  (məhkə-
məyə  iddia  ilə  müraciət  olunmamışdan  qabaq  şikayət  icraatı 
həyata  keçirildikdə,  həmçinin  şikayət  instansiyasının  qərarı) 
ləğv olunur. 
Cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə al-
maq la,  iddiaçının  ....  tələbinə  dair  yenidən  qərar  qəbul  etmək 
öh dəliyi qoyulur.
Prosessual xərclər iddiaçı və cavabdeh tərəfindən yarıya bö lün-
məklə  ödənilir  (müəyyən  hallarda,  belə  situasiyalarda  xərcləri 
tam şəkildə ödəmək vəzifəsi İPM-in 111.2-ci maddəsinə əsasən, 
cavabdehin üzərinə qoyula bilər).
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
Yalnız qismən uğurlu olan öhdəliyin icrası və müəy-
yən  etmə  haqqında  iddialarda  nəticəvi  hissə  iddianın 
uğurluluğuna və ya rədd olunmasına müvafiq olaraq tərtib 
olunmalıdır. 
III. Apellyasiya  instansiyası  məhkəməsinin  qərar-
larının nəticəvi hissəsinə dair misallar
Apellyasiya instansiyası məhkəmələrinin qərarlarında 
nəticəvi  hissə  ilə  bağlı  xüsusi  problemlər  yaranır.  Burada 
da,  daha  çox  sadə  və  daha  çox  mürəkkəb  situasiyalar 
mövcuddur.  Qanunda  bununla  bağlı  nəzərdə  tutulan 
müddəaya  əsasən  (bax:  İPM-in  87.6-cı  maddəsi),  birinci 
instansiya  məhkəməsinin  qərarı  dəyişdirilmədən  saxlanıla, 
yaxud dəyişdirilə və ya ləğv oluna bilər. Birinci instansiya 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə