Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə20/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

75
iddia  qaldırılması  üçün  qanunvericilikdə  nəzərdə  tutulmuş 
müddət  (müraciətin  edildiyi  vaxtdan  35  günlük  müddətin 
keçməsi) açıq-aşkar gözlənilmişdir. 
İddia  mahiyyət  üzrə  də  uğurludur,  yəni  əsaslıdır. 
İddiaçının  ona  yaşa  görə  əmək  pensiyasının  təyin  olun-
masını tələb etmək hüququ vardır. Bu baxımdan, cavabde-
hin üzərinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi 
qoyulmalıdır.  (İPM-in  73.1-ci  maddəsi).  İddiaçının  yaşa 
görə  əmək  pensiyasının  təyin  olunmasını  tələb  etmək 
hüququ  “Əmək  pensiyaları  haqqında”  28  noyabr  2006-
cı  il  tarixli  184-IIIQD  nömrəli  Azərbaycan  Respublikası 
Qanununun  1  yanvar  2010-cu  ilədək  qüvvədə  olan  redak-
si yasına  əsasən,  onun  51  yaşının  tamam  olduğu  vaxtdan, 
yəni  1  yanvar  2010-cu  il  tarixdən  əvvəl  yaranmış  (bu-
nunla  bağlı  aşağıda  bax:  (1))  və  “Əmək  pensiyaları  haq-
qında”  Qanuna  27  oktyabr  2009-cu  il  tarixdə  edilmiş,  
1 yanvar 2010-cu il tarixdən qüvvəyə minmiş dəyişikliklər 
bu  hüququn  yaranması  ilə  bağlı  heç  nəyi  dəyişməmişdir 
(bununla bağlı aşağıda bax: (2)).
(1)  Məhkəmənin  qənaətinə  görə,  iddiaçı  təqdim  olunmuş 
sənədlərə əsasən, “Əmək pensiyaları haqqında” Qanu - 
nun  1  yanvar  2010-cu  ilədək  qüvvədə  olmuş  redak-
siyasında yaşa görə əmək pensiyasının təyin olunması 
üçün  nəzərdə  tutulan  şərtləri  tam  olaraq  yerinə 
yetirmişdir.  Bu,  proses  iştirakçıları  tərəfindən  də 
mübahisələndirilmir.  Buna  əsasən,  iddiaçı  2009-cu  il 
dekabr  ayının  sonunda  yaşa  görə  əmək  pensiyasının  
təyin  edilməsi  üçün  tələb  olunan  yaş  həddinə  (51) 
çatmış  və  həmin  vaxtda  (27  dekabr  2009-cu  il)  əmək 


76
pensiyasının  təyin  edilməsi  üçün  qanunla  nəzərdə 
tutulmuş digər şərtlər də (3 uşaq, onların 8 yaşınadək 
tərbiyə edilməsi və 5 il sığorta stajı) mövcud olmuşdur.
(2)  İddiaçı üçün əlverişli olan bu hüquqi vəziyyət “Əmək 
pensiyaları  haqqında”  Qanuna  edilmiş  dəyişikliklərin 
1  yanvar  2010-cu  il  tarixdən  qüvvəyə  minməsi  ilə  də 
dəyişməmişdir  (bu  zaman  iddiaçının  ərizəsinin  ca-
vab dehə  2009-cu,  yaxud  2010-cu  ildə  təqdim  edil-
məsi  əhəmiyyət  kəsb  etmir).  Bu  nəticə,  aşağıdakı 
mülahizələrdən irəli gəlir:
“Əmək  pensiyaları  haqqında”  Qanuna  edilmiş,  1 
yanvar 2010-cu ildən qüvvəyə minmiş və yaşa görə əmək 
pensiyasının  təyin  olunmasına  dair  bu  vaxta  qədərki 
şərtləri  ağırlaşdıran  dəyişikliklərin  özündə  geriyə  qüvvə 
ilə bağlı (onların qüvvəyə minməsinə qədər yaranmış tələb 
hüquqlarına  münasibətdə)  hər  hansı  bir  qayda  nəzərdə 
tutulmamışdır.  Sözügedən  dəyişikliklərin  mətnlərinin 
ifadə  tərzi  də  fərqli  nəticəyə  gəlməyə  əsas  vermir.  Digər 
tərəfdən,  barəsində  söhbət  gedən  dəyişikliklərin  geriyə 
qüv vəsi  Azərbaycan  Respublikası  Konstitusiyasının 
149-cu  maddəsinin  VII  hissəsi  (21  dekabr  2010-cu  il  ta-
rixli  “Normativ  hüquqi  aktlar  haqqında”  Azərbaycan 
Res publikası  Konstitusiya  Qanununun  85.1,  87.1  və 
88.2-ci  maddələri  ilə  birlikdə)  baxımından  da  yolverilən 
sayılmazdı.  Həmin  normanın  tələbinə  əsasən,  qanunların, 
kiçik  istisnalarla  (bax:  Konstitusiyanın  149-cu  maddəsi), 
geriyə qüvvəsi yoxdur. Baxılan işdə də vəziyyət bu cürdür, 
çünki  sözügedən  dəyişikliklərin  geriyə  qüvvəsinə  dair  qa-
nunda istisna nəzərdə tutulmamışdır. 


77
Qeyd  olunan  nəticə  öz  təsdiqini  “Əmək  pensiyaları 
haqqında”  Qanunun  31.1,  32.1  və  37.7-ci  maddələrində 
də  tapır.  Həmin  müddəalara  əsasən,  əmək  pensiyası 
hüququ  olan  şəxslər  (baxılan  işdəki  iddiaçı  kimi)  əmək 
pensiyası  hüququnun yarandığı  gündən  heç  bir  müddət 
məhdudiyyəti  olmadan  istənilən  vaxt  əmək  pensiyasının 
təyin  olunması  üçün  müraciət  edə  bilərlər.  Bu  zaman 
pensiya  müvafiq  hüququn  yarandığı  gündən  təyin  edilir 
və  keçmiş  müddət  üçün  alınmamış  əmək  pensiyasının 
məbləği  müddətindən  asılı  olmayaraq  ödənilir.  Buradan 
isə belə bir nəticə hasil olur ki, ərizənin 2010-cu ilin əv-
vəlində verildiyi halda da, pensiya bu hüququn yarandığı 
andan  təyin  edilir  və  keçmiş  müddət  üçün  alınmamış 
pensiya ödənilir. Yəni pensiya hüququnun yaranmasından 
sonra şərtlərin dəyişdirilməsi və ya qanunda yeni şərtlərin 
nəzərdə  tutulması  iddiaçının  hüququna  təsir  etmir.  Başqa 
sözlə, ona bir dəfə məxsus olan tələb hüququ mövcud ola-
raq qalmaqda davam edir.
İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 
110.1-ci maddəsinə əsasən həll olunur. 
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 73.1, 81.1, 
85.1, 110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: 
Cavabdehin  üzərinə  “Əmək  pensiyaları  haqqında” 
Qanunun  1  yanvar  2010-cu  il  tarixədək  qüvvədə  olan 
redaksiyasının  8.1-ci  maddəsinə  əsasən  iddiaçıya  27  de-
kabr 2009-cu il tarixdən (cavabdeh tərəfindən hesablanmalı 
olan)  yaşa  görə  əmək  pensiyası  təyin  edilməsi  və  ödənil-
məsi öhdəliyi qoyulur.


78
Prosessual xərclər cavabdeh tərəfindən ödənilir. 
Qərardan, onun tam formada təqdim olunduğu gündən 
30  (otuz)  gün  müddətində  N  İnzibati-İqtisadi  Məhkəməsi 
(ünvan:  ...)  vasitəsilə  N  Apellyasiya  Məhkəməsinin 
İnzibati-İqtisadi  Kollegiyasına  (ünvan:  ...)  apellyasiya 
şikayəti verilə bilər.
Sədrlik edən:   
imza 
 
1-ci kazus üzrə qərarla bağlı qeyd:
Burada söhbət hərəkətsizliyə qarşı iddiadan və bunun-
la əlaqədar məhkəmənin inzibati orqana formal qərar qəbul 
etməsi  üçün  müddət  təyin  etməsindən  gedir  (bax:  İPM-in 
33.2 və 33.3-cü maddələri). Qərarda, məzmun baxımından 
əsasən  yaşa  görə  əmək  pensiyası  hüququnun  nə  vaxtdan 
yaranması və bu cür hallara, müvafiq olaraq hansı hüququn 
tətbiq edilməsi ilə bağlı məsələlər əhəmiyyət kəsb edir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə