P L a n: Ümumi, peşə və məktəbdənkənar təhsil


Azərbaycan Müəllimlərinin I və II qurultayları



Yüklə 43,24 Kb.
səhifə8/10
tarix18.01.2022
ölçüsü43,24 Kb.
#82955
1   2   3   4   5   6   7   8   9   10
movzu 10

3.Azərbaycan Müəllimlərinin I və II qurultayları.

Azərbaycan məktəbinin çoxəsrlik tarixində müəllimlərin bu günə qədər sayca 14 qurultay olmuşdur. Müəllimlərin ilk iki qurultayı müstəmləkəçilik dövrünə təsadüf etmişdir. Müəllimlərin III qurultayı Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur. Sovetlər hakimiyyəti illərində müəllimlərin sayca 7 qurultayı (IV-X) olmuşdur. Sonuncu 4 qurultay Müstəqillik dövrünün nailiyyətləri kimi tarixə daxil olmuşdur.

Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilən ilk qurultayıtarixə Qafqaz Müsəlman Müəllimlərinin birinci qurultayı adı ilə daxil olmuşdur.

1905-1907-ci illərdə azərbaycanlı xalq müəllimlərinin çar hökumətinə verdikləri kollektiv ərizədə təlimin ana dilində aparılması, azərbaycanlı uşaqlar üçün ümumi icbari pulsuz ibtidai tıhsil, azərbaycanlı müəllimlərin hüququnun başqa müəllimlərdən olan müəllimlərin hüququ ilə bərabərləşdiriməsi, azərbaycanlı müəllimlər hazırlamaq üçün xüsusi müəllimlər seminariyası açılması və s. tələb olunurdu.

Bu tələblərin həyata keçirilməsində “Nicat” cəmiyyətinin və bu cəmiyyətin sədr müavini N.Nərimanovun xüsusi rolu olmuşdur. Göstərilən məsələləri həll etmək üçün 1906-cı ildə “Nicat” cəmiyyəti tərəfindən müəllimlərin I qurultayı çağırıldı.

Azərbaycan müəllimlərinin I qurultayına hazırlıq aparmaq üçün xüsusi komissiya təşkil edilmişdir. Komissiyanın tərkibinə N.Nərimanov (sədr), H.Zərdabi, Ə.Cəfərzadə, F.Ağayev (üzvlər) və Y.Əfəndiyev (katib) daxil idilər. Komissiya qurultaya böyük hazırlıq işləri aparmışdır. Komissiyanın üzvləri ayrı-ayrı şəhərlərə gedərək qurultayın çağrılması və keçirilməsi ilə əlaqədar olan məsələləri müəyyənləşdirir, yerli mətbuat vasitəsilə qurultayın məqsəd və vəzifələrinə aid məqalələrlə çıxış edirdilər. Qurultayı hazırlayan və onun keçirilməsinə rəhbərlik edən müəllimlərin və maarif xadimlərinin, xüsusilə bu qurultayın təşəbbüskarları olan N.Nərimanovun, H.Zərdabinin, F.Ağayevin, A.Şaiqin, Ü.Hacıbəyovun, S.S.Axundovun, Ə.Hüseynovun və bir çox digər tərəqqipərvər ziyalıların apardığı hazırlıq işlərini və xidmətlərini qısa da olsa göstərmək lazımdır.

N.Nərimanovun sədirliyi ilə işləyən qurultaya hazırlıq komissiyası hələ may ayından başlayaraq qurultaya qədər II dəfə iclas keçirilmiş və burada bir sıra vacib məsələlər üzrə geniş hazırlıq tədbirləri görmüşdü. Qurultayın proqramını və gündəliyini də komissiya hazırlamışdı.

Qurultay 1906-cı il avqust ayının 15-də Bakı şəhərində çağrılmışdır. Qurultayın çağrılmasini və onun gündəliyini xəbər verən bir məlumatda deyilir; “Qafqaz müsəlman müəllimləri məclisinin mərəmnaməsi (proqramı)”.



  1. Qafqaz müsəlman müəllimləri məclisi (syezdi) bu il Bakıda ayının 15-dən başlanıb axırına qədər davam edəcəkdir.

  2. Məclisə dəvətolunur: “Qafqaz qitəsindən cəmi şəhər və kənd müsəlman müəllimləri (elmi-ilahi müəllimləri dəxi buraya daxildirlər), həmçinin o şəxslər ki, təlim və tərbiyəyə məhəbbətləri vardır, onlar dəximəclisə dəvət olunurlar”.

Qurultay gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

  1. Mövcud proqramları nəzərdən keçirib zəmanəyə görə təzə proqramlar tərtib etmk;

  2. Təzə tərtib olunan proqramlara müvafiq tədris vəsaiti hazırlamaq;

  3. Oxumaq və yazmaq üsulunu asanlaşmaq üçün ümumi bir tədris üsulu müəyyən etmək;

  4. Kənd müəllimlıərinin məişətinə və güzəranlarına dair məsələlərə baxmaq;

  5. Daqülmüəllimlərin proqramına müzakirə edib dövrün tələblərinə uyğun dəyişdirmək;

  6. Üzvlər tərəfindən təqdim olunan məsələləri həll etmək.

Ehtiyacı olan müəllimlərin yol xərcinin, mümkün qədər ödənilməsi də gündəlikdə nəzərdə tutulurdu.

Qurultay şəhər iki sinifli müsəlman məktəbinin binasında keçirilmişdir. Qurultayda Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstandan 60 nümayəndə iştirak etmişdir. Bunlardan 30 nəfəri Bakı şəhərindən, 20 nəfəri digər yerlərdən, 10 nəfəri isə maariflə maraqlanan şəxslər idi. Başqa yerlərdən gələnlərin çoxu elm-ilahi və şəriət müəllimləri idi.

Qurultayda müəllimlərdən başqa, təlim-tərbiyə ilə maraqlananlar və yerli mətbuat nümayəndələri də iştirak etmişlər. Qurultay Bakının 1 rus-tatar məktəbinin şəriət müəllimi Molla Ruhulla Axund Məmmədzadənin nitqi ilə açılmışdı. O, qısaca olaraq islamın elmə olan münasibətindən danışmış və qurultayı təbrik etmişdir. Sonra H.Zərdabi, N.Nərimanov və başqaları nitq söyləmişlər, qurultay hazırlıq komisssiyası qurultayın hazırlığı və məqsədi haqqında geniş məruzə etmişdir. Qurultayın sədrliyinə H.Zərdabi, onun müavinliyinə isə N.Nərimanov, ona köməkçi sifəti ilə isə S.Acalov, katibliyinə isə F.Ağayev seçilmişdi. Qurultayın gündə iki iclası olmuşdur.

Qurultay avqustun 15-dən 28-nə qədər 13 gün davam etmişdir. Ayrı-ayrı təşkilatlar, cəmiyyətlər və şəxslər, o cümlədən Tiflisdən Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin inspertoru S.M.Qənizadə, Şuşa şəhərindən Ə.Ağayev və doktor Mehmandarov, Pyatiqorskidən məşhur müsəlman yazıçısı Talıbov, Ağdamdan M.Behbudov, Zaqatalanın Qax kəndindən müəllim H.Sultanov, Qazaxdan Nəsib Qiyasbəyov, Kazan müəllimlərindən Zaburov, Şərifov, Hənəfiyev, Erməni Müəllimlər İttifaqı Mərkəzi İdarəsi teleqram göndərərək qurultayı təbrik təbrik etmişlər.

Qurultayda əlifbanın islahı, imla, proqram və dərsliklər tərtibi, yeni mütərəqqi tədris üsulları axtarmaq, tədrisin ana dilində aparılması, müəllim hazırlığı, “kənd məktəb müəllimlərinin maddi və mənəvi ehtiyacı” kimi məsələlər müzakirə obyekti idi.

Müzakirə zamanı kənd müəllimlərinin olduqca az maaş alması, onlara verilən məvacibin müəllimlərin ehtiyacının yarısını ödəmədiyi qeyd edilirdi.

Kənd müəllimlərinin ağır mənzil şəraitində yaşadığı da qurultayda göstərildi. Bir çox kənd müəllimi yararsız mənzillərdə yaşayırdı ki, bununda nəticəsində onlar ağır xəstəliklərə tutulurdular. Müzakirə olunan məsələlərdən biri də müəllim hazırlığı idi. Bu məsələ bütün ziyalıların qabaqcıl dəstəsini düşündürürdü. Məşhur maarifçi F.Köçərlinin Zaqafqaziya Müəllimlər Seminari-yası haqqında qurultayda etdiyi məruzədə deyilir ki, bu seminariyanın 1874-cü ildə açılmasına baxmayaraq burada azərbaycanlı şöbəsi ancaq 1879-cu ildə yaradılmışdır. Bu seminariya Zaqafqaziyada olan azərbaycanlı məktəblərin tələbini ödəmirdi. Ona görədə müəllimlər seminariyanın Azərbaycan şöbəsini Azərbaycan şəhərlərindən birinə köçürmək təklif edilirdi. Lakin qurultayın bu sahədəki bütün nəticəsiz qaldı.

Qurultayda müzakirə olunan məsələlərdən biri də Qori seminariyasında oxuyan azərbaycanlıtələbələrin ana dilini mükəmməl bilməməsi idi. Bu məsələ ətrafında müzakirələrdə aşağıdakı cəhətlər xüsusi ilə göstərilmişdir:

1 . Tədris planında ana dilinə az yer verilməsi.

2 . Məktəbə qəbul edilənlərin ana dili üzrə savad dəstəsinin aşağı olması.



  1. Ruslar ilə bir sinifdə azərbaycanlılara ana dilinin keçirilməsı.

  2. İstər məktəb işçilərinin və istərsə də nazirliyin Azərbaycan dilinə əhəmiyyət verməməsi.

Qurultay tədris üsulları məsələsini müzakirə edərkən o zamanlar “rus-tatar” məktəblərində rus dilinin tədrisində tətbiq edilən lal üsul üzərində geniş dayanmış, bu kobud üsulun ləğv olunmasını bir səslə qərara almışdır. Qurultayın avqustun 21-dəki iclasında Qafqaz canişininə bu haqda teleqram göndərmək və həmin üsul üzrə tərtib edilmiş kitabın məktəblərdən götürülməsi üçün göstəriş verməsini ondan xahiş etmək qərar alınmışdı.

Qurultayın müzakirə etdiyi məsələlərin mərkəzində təlim-tərbiyə məsələlərinin həlli, qüsurların islahı, proqram tərtibi dururdu. Bu məsələlərin müzakirəsində qurultay nümayəndələri çox diqqətli və ehtiyatlı olmaqla vaxtının çoxunu da bu məsələlərə sərf etmişlər.

Qurultay nümayəndələinin tutduğu yol bir daha göstərirdi ki, bizim müəllimlərimiz, maarif xadimlərimiz, tərbiyə verənlərimiz, işıq və nicat yolu göstərənlərimiz bir növ ayılmaqla, xalqın maarifi. Uşaqlarımızın təlim və tərbiyəsi uğrunda, vətənimizin tərəqqisi uğrunda var qüvvələrini sərf etməyə, imkan daxilində mümkün olan hər bir əlverişli şəraitdən istifadə etməyə çalışırdılar.

Beləliklə, Azərbaycan müəllimlərinin 1906-cı ildə olmuş birinci Qurultayı Azərbaycan mədəniyyət tarixinə, Azərbaycan pedaqoji fikir tarixinə Azərbaycan müəllimlərinin ilk qurultayı kimi daxil olmuşdur.

Azərbaycan müəllimlərinin II qurultayı 1907-ci ildə Cəncə şəhərində çağrılmalı idi. Qurultaya hazılıq komissiyasına rəhbərlik Bakıda H.Zərdabiyə, Gəncədə isə Gəncə gimnaziyasının müəllimi Mirzə Məhəmməd Mirzə Kazım oğlu Axundzadəyə (1875-1923) tapşırılmışdı. Gəncə ziyalıları qurultaya hazırlıq komissiyasına hartərəfli kömək edirdilər. Lakin mürtəce görüşlü burjua ziyalılar və canlı ruhanilər buna razı olmadılar, maneçilik törətməyə başladılar. Odur ki, Çar hökuməti Qurultayın Gəncədə keçirilməsinə icazə vermədi.

M.M.Axundzadə “İrşad” qəzetidə dərc etdiyi məqalələrdən qurultayın Gəncədə çağrılmasına maneçilik törədənləri, o cümlədən çarizmin xalq maarifi sahəsində mürtəce siyasətini kəskin tənqid və ifşa edirdi.

Beləliklə, bütövlükdə Azərbaycan müəllimlərinin deyil, Bakı quberniyası xalq müəllimlərinin II qurultayı adı ilə Gəncədə deyil 1907-ci ildə Bakıda çağrıldı. Qurultayda Həsən bəy Zərdabi, N.Nərimanov, Fərhad Ağazadə, Süleyman bəy Axundov və Abdulla bəy Əfəndiyev iştirak etmişdir. Qurultay ruhani məktəbinin proqramı və nizamnaməsi, ərəb əlifbasının islahatına aid layihə, qızların təhsili ilə bağlı qzlardan müəllimlər hazırlayan pedaqoji kursun açılması, tədris proqramları və dərslərlə bağlı məsələləri müzakirə etmiş, müəllimlər ittifaqının nizamnaməsini qəbul etmişdir.


Yüklə 43,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə