P L a n: Ümumi, peşə və məktəbdənkənar təhsil


Qərbi Azərbaycan və Gürcüstan ərazisində yaşayan azərbaycanlılar arasında təhsilin vəziyyəti



Yüklə 43,24 Kb.
səhifə10/10
tarix18.01.2022
ölçüsü43,24 Kb.
#82955
1   2   3   4   5   6   7   8   9   10
movzu 10

5.Qərbi Azərbaycan və Gürcüstan ərazisində yaşayan azərbaycanlılar arasında təhsilin vəziyyəti.

Məktəb təhsili ləng də olsa İrəvan və Tiflis quberniyalarında yaşayan azərbaycanlılar arasında da inkişaf edirdi. Məlum olduğu kimi XIX əsr və XX əsrin əvvəlində İrəvan quberniyası, o cümlədən İrəvan şəhərinin əhalisinin çoxu azərbaycanlılardan ibarət idi. Maraqlıdır ki, 1740 –cı ildən 1827-ci ilə qədər İrəvan xanlığı ancaq və ancaq azərbaycanlılar tərəfindən idarə olunurdu. Bu faktın özü bir daha təsdiq edir ki, azərbaycanlılar bu yerlərin yerli əhalisi olmaqla, buranın əsl sahibləri idilər. 1897- ci ildə keçirilmiş Ümumrusiya əhalini siyahıya almanın məlumatına görə İrəvan quberniyasında 333178 nəfər azərbaycanlı yaşayırdı. Erməni tarixçilərinin özlərinin verdiyi məlumata görə İrəvanda 1827-ci ildə 2400 ailə yaşayırdı. Lakin rus imperiyası şəhəri ələ keçirdikdən sonra İrəvan azərbaycanlılarının imkanlıları İrana köşmüş, Zaqafqaziyaya isə İrandan 40 min nəfər və Türkiyədən 84600 nəfər erməni köçürülərək əsasən Gəncə və İrəvan quberniyalarının torpaqlarında yerləşdirilmişdi.

1828-ci il Türkmənçay sülh sazişindən sonra İrəvanda 9710 nəfər yaşayırdı ki, onlardan 7331 nəfəri azərbaycanlılar idi. Hələ o zamanlar İrəvan quberniya-sında yaşayan azərbaycanlılar bütün Qafqazda yaşayan azərbaycanlıların ümumi sayına görə Bakı və Gəncə quberniyasında sonra üçüncü yeri tuturdu. Bunun da burada qeyd etməyi lazım bilirik ki, hələ XIX əsrin 20-ci illərindən 1988-ci ilə qədər müxtəlif dövrlərdə Ermənistandan 1,5 milyon azərbaycanlı deportasiya edilmiş, 0,5 milyon azərbaycanlı isə Ermənistan ərazisində edam edilmiş, öldürülmüşdür.

İrəvan şəhərindən başqa, azərbaycanlılar Zəngibasar və Vedibasar mahallarında, Zəngəzur qəzasının Qafan, Gorus, Sisyan, Meğri bölgələrində, Dərələyəz, Göyçə, Ağbaba, Pəmbək, Gərnibasar, Qırxbulaq, Sərdarabad, Şərur, Sürməli, Dərəkənd, Saatlı, Seyidli əyalət və dairələrində də sıx yaşayırdılar. Bu yerlərdə az qala hər bir iri kənddə yerləşən ənənəvi məktəblərlə bərabər, həm də rus dili təlimli və ana dilində səsləndirmə metodu ilə işləyən məktəblər açılmışdı. Yerli maarifçilərin səyləri nəticəsində 1898-ci ildə İrəvan şəhərində və Böyük Vedidə “rus-Azərbaycan” məktəbləri açılmış, 1901-ci ildə isə İrəvan şəhərində qadın rus-tatar məktəbi fəaliyyətə başlamışdır.

Yerli əhali, xüsusən onun varlı təbəqəsi məktəblərin hesabına müəyyən məbləğ keçirirdi. Keçirilən hesablar siyahılarından birində İrəvan xanı Abbasqu-luxan və Manili Pənah Xan İrəvan rus-tatar məktəbinin hesabına hər il 50 rubl keçirdikləri göstərilir. Xeyriyyəçilik cəmiyyətinin 17 nəfərindən hər biri 25 rubl, 31 nəfərin hər biri 15 rubl, 54 nəfərdən hər biri 10 rubl bu məktəbin hesabına pul keçirirdi. Onların sırasında məşhur Azərbaycan publisisti, yazışı və ictimai xadimi Eynəlibəy Sultanov da var idi.

İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların qədim mədəniyyəti, inkişaf etmiş memarlığı və heykəltaraşlığı olmuşdur. Onların arasında torpaq becərmədə də məşhur olan tanınmış adamlar vardı. Onlar xalq maarifinin inkişafında, yeni məktəblərin təsis olunmasında, tədris proqramları və dərsliklərin tərtib edilməsində, teatr sənətinin inkişafında, nəşriyyat işinin təşkil olunmasında, qəzet və jurnalların nəşr olunmasında xeyli müvəffəqiyyət qazanmışdılar.

Əhali arasında savadın yayılmasında M.Q.İrəvanlı, İ.Sultanov, Əbülfət və Məhəmməd Şaxtaxtinski qardaşları, F.İrəvanlı, M.Qəmərlinski, M.Ə.Elxanov, F.Köçərli, C.Məmmədquluzadə, İ.Novruzov, H.Nərimanbəyov, A.İrəvanlı, P.Manili, İ.Şəfibəyov, E.Sultanov, Ə.Məmmədzadə, M.Məmmədzadə və b. kimi qabaqcıl adamlar, pedaqoq və maarifçilər böyük rol oynamışlar.

“Müqqəddəs Ripsime” İrəvan qadın xeyriyyəçilik cəmiyyətinin fəaliyyətində general-leytenant Ehsanxanın qızı Sonabəyim, general-mayor Kəlbəlixanın qızı Sarabəyim, stabs-kapitan İsmayıl xanın arvadı Cahan xanım, kapitan Hüseyn Sultanovun arvadı Tovuzbəyim, Mahmud ağanın arvadı Xırda xanım, Nəcəf ağanın arvadı Bəyimcan xanım, Cavad ağanın arvadı Xırda xanım kimi məşhur adamların qızları və arvadları fəal iştirak edirdilər.

Qeyd etmək lazımdır ki, ilk dərs vəsaiti olan “Ana dili” K.D.Uşinskinin dərsliyinə analoji olaraq Uluxanlı kənd sakini İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi M.Ə.Elxanov tərəfindən səsləndirmə metodu ilə tərtib edilmişdir. Azərbaycan ziyalıları orijinal bədii əsərlər tərtib edilmiş, ana dilinə qabaqcıl rus, Avropa və Şərq şair və yazıçılarının əsərlərindən nümunələr tərcümə edilmişdir.

Qafqazda azərbaycanlıların sıx yaşadıqları ərazilərdən biri də Gürcüstan idi. Azərbaycanlılar Tiflisin Lori-Pəmbək mahalında, Borçalı, Axalkələk və Telavi qəzalarında daha sıx yaşayırdılar. 1916-cı ilin məlumatlarına görə Gürcüstanda azərbaycanlı əhalinin sayı 155.509 nəfər idi. Gürcüstanın paytaxtı Tiflis Zaqafqaziyanın inzibati və mədəni mərkəzi olmaqla Azərbaycan elmi-pedaqoji fikrinin inkişafında böyük rol oynamışdır. Azərbaycanın ən görkəmli maarif və mədəniyyət xadimləri, o cümlədən A.Bakıxanov, M.F.Axundzadə, C.Məmmədqu-luzadə, N.Nərimanov, R.Əfəndiyev, F.Köçərli, E.Sultanov, M.Şaxtaxtinski, Zaqafqaziya şeyxülislamı M.H.Tahirov ilə Ə.Axundzadə, Q.Qaibov, H.Minasazov, S.M.Qənizadə və başqaları burada fəaliyyət göstərmişlər. Onlar xalq maarifinin inkişafında böyük rol oynamış, milli mədəniyyət tariximizdə silinməz izlər qoymuşlar. Bəhz etdiyimiz dövrdə Gürcüstanda 76 məscid və 133 məscid məktəbi fəaliyyət göstərirdi. Tiflisdə müsəlman məktəbi (“Əli və Ömər təlimli”) fəaliyyət göstərirdi. Bu məktəbin məzunları əhali arasında savadın yayılmasında müəyyən rol oynamışlar.

XX əsrin əvvələrində Gürcüstan ərazisində rus dili təlimli 21 kənd məktəbi fəaliyyət göstərirdi. Burada Azərbaycan dilində qəzet və jurnallar nəşr olunurdu. 1879-cu ildən 1918-ci ilə qədər Qoridə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şəbəsi fəaliyyət göstərirdi ki, onun azərbaycanlı müəllim kadrlarının hazırlanmasında tarixi rolu danılmazdır.

Bunu da qeyd etmək zəruridir ki, XIX əsrin 80-ci illərində edilmiş və getdikcə inkişaf etmiş kənd məktəbləri xalqın ümumi təhsil və savad almasında nəzərə çarpacaq rol oynamışdır. Yuxarıda deyildiyi kimi A.O.Çernyayevski məqalələrindən birində (“Qafqaz müsəlmanlarının xalq təhsilinin nəticələri”) Rusiya imperiyası daxilində 300 il əvvəl keçmiş Qazan müsəlmanları (tatarlar) ilə Qafqaz müsəlmanlarını müqayisə edərkən Qafqaz müsəlmanlarının Rusiyaya tabe olan bütün müsəlmanlardan təhsil səviyyəsinə görə öndə getdiyini qeyd edir və bunu sevindirici hal hesab edirdi.

Xalq məktəblərinin yaradılması azərbaycanlıların orta və natamam orta məktəblərdə sayının artmasına xeyli təsir göstərmişdir. 1894-cü ildə Qafqazda yaşayan 2.886.000 bütün müsəlmanlardan 438 nəfəri (onlardan 9-u qız) orta məktəblərdə, 578-i şəhər, 2336-sı isə xalq məktəblərində təhsil alırdı. Bundan savayı 23900 nəfər (o cümlədən 2199 nəfər qız) öz təhsillərini məktəblərdə və mədrəsələrdə davam etdirirdi. Bu dövrdə 27252 nəfər yaşlı uşaq bu və ya digər məktəblərdə təhsil alırdılar. Orta hesabla əhalinin 106 nəfərinə bir şagird düşürdü. XIX əsrin sonlarından etibarən inkişaf edən xalq məktəblərini də bura əlavə etsək, o zaman xalq təhsilinin müqayisəli inkişafında əhalinin dünyəvi təhsilə və rus dilinə olan böyük marağının artığını görə bilərik. Xalq məktəbləri nəinki kəmiyyətcə, həm də keyfiyyətcə inkişaf edirdi.

XIX ərsin 80-ci illərində təşkil edilmiş xalq məktəbləri əhali arasında rus dilinə və dünyəvi təhsili yayan yeganə ümumtəhsil məktəbləri idi. Bu məktəblərin yaradılması Azərbaycan dili və ədəbiyyatının inkişafında vacib rol oynamaqla, mədəniyyət və teatrımızın inkişafına da xeyli təsir göstərmişdir. Kənd məktəblərinin xalq müəllimləri bu sahədə son dərəcə böyük xidmətlərə malik olmuşlar. Onlar öz çoxşaxəli fəaliyyətləri ilə xalq maarifini, məktəbi və mədəniyyəti inkişaf etdirə bilmişdilər.



1905-ci ildə Rusiyada başlamış ictimai hərəkət Rusiya imperiyasının digər regionlarında yaşayan türk dilli xalqlar arasında yeniləşmə və inkişaf üçün məktəb və məktəb və mədrəsələrdə mütərəqqi islahatların həyata keçirilməsi üçün şərait yaratdı. 1905-ci il hadisələrindən istifadə edən Rusiyada yaşayan müsəlman türkləri öz problemlərini həll etmək üçün 15 avqust 1905-ci ildə Nijni Norqorodda qurultaylarını çağırdılar. Bu qurultayda əsas diqqət müsəlman məktəblərinin açılmasına, xeyriyyə cəmiyyətlərinin yaradılmasına, Rusiya imperiyasında yaşayan bütün türk xalqları üçün müsəlman məktəbləri və dini əlaqələrini idarə etmək və tənzimləmək üçün xüsusi mərkəz yaradılmasına yönəldilmişdi. Bu qurultay türkdilli xalqların, o cümlədən azərbaycanlıların milli xüsusiyyətlərinin inkişaf etməsinə müəyyən təsir göstərdi. Bu qurultayın işində A.Topçubaşov, Ə.Ağaoğlu və İ.Qasprinski fəal iştirak etmişdir.
Yüklə 43,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə