P L a n: Ümumi, peşə və məktəbdənkənar təhsil



Yüklə 43,24 Kb.
səhifə4/10
tarix18.01.2022
ölçüsü43,24 Kb.
#82955
1   2   3   4   5   6   7   8   9   10
movzu 10

Orta təhsil. 1914-1915-ci tədris ilində Azərbaycanda 15 orta məktəb-gimnaziya və realnı məktəbləri var idi (onlardan 9-u Bakıda, qalanları isə Gəncə, Şuşa, Şamaxı və Lənkəranda idi). Bu tədris müəssisələrində hər iki cinsdən 7,2 min şagird təhsil alırdı ki, onlardan yalnız 700 nəfəri azərbaycanlı uşaqlar idi.

Dövlət orta məktəblərindən başqa, 60 nəfər uşağın təhsil aldığı 3 xüsusi orta məktəb də fəaliyyət göstərirdi.

Zəhmətkeş balaları orta məktəbdə təhsil və təlim almaqdan praktik olaraq məhrum idilər. Təhsil üçün tələb edilən son dərəcədə yüksək ödəniş (bir il üçün 75 manatdan 125 manata qədər) hətta çar məmurlarının etirafına görə “çoxlarında öz uşaqlarını ortaməktəblərəvermək həvəsini öldürürdü”.

Lakin orta məktəblər hətta imkanlı adamların balaları üçün də çatışmırdı: məsələn, boş yerlər olmadığı üçün 1908-ci ildə Bakıda 150 nəfər uşağın orta məktəblərə qəbul edilməsinə razılıq verilməmişdi.

Azərbaycan orta məktəblərindəki təhsil sistemi Rusiya imperiyasındakı ümumi qəbul olunmuş qaydalardan heç nə ilə fərqlənmirdi. Həm təhsilin məzmunu (yalnız yerli xalqlardan olan şagirdlərin ana dilini qeyri-məcburi öyrənmələrindən başqa), həm tədris üsulları, həm də şagirdlərə olan münasibət-hər şey eyni idi. Orta məktəblərin pedaqoji heyətinin əsas hissəsi monarxik əhvaliruhiyyəli formalist məmurlardan ibarət idi. Yalnız ortaməktəblərdəki bəzi mütərəqqi əhvali-ruhiyyəli və demokratik fikirli müəllimlər öz qüvvə və biliklərini maarifə həsr edirdilər.

Buməktəblərdəki tərbiyə sistemi də şagirdlərin mənəvi təşəkkül və inkişafına pis təsir etməklə, xırda nəzarətə, sistematik bəhanələrə əsaslanır, bəzi hallarda isə, xüsusən, 1905-1907-ci illər inqilabı dövründə, müəllimlər özləri şagirdlər arasında milli hissləri qızışdırır, milli və dini zəmində dağıntı, talanlar və s. təşkil edir və buna şərait yaradılar. Belə vəziyyət gənclərin şüurlu hissəsində mövcud qaydalara və onu yaradan ictimai-siyasi quruluşa nifrət yaradırdı. 1905-1907-ci illər inqilabı dövründə Bakı, Gənc, Şuşa gənclərinin qabaqcıl hissəsi inqilabi hərəkatın ümumi axınına qoşularaq nümayiş və mitinqlər təşkil edir, bütün məktəb təhsili sisteminin demokratikləşdirilməsi, sərt qaydaların qabağasının götürülməsini tələb edir, pedaqoji şuralarda iştirak etməyə icazə verilməsini tələb edirdi. Çar üsul-idarəsinə qarşı yönəldilmiş bəyannamələrdən birində yazılırdı: “Hökumət bizim məktəbi kazarmaya çevirib. Biz burada əsl bilikdən başqa hər şey alırıq ki, burada bizlərdən... kütbaş nökərlər hazırlayırlar”.




Yüklə 43,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə