P L a n: Ümumi, peşə və məktəbdənkənar təhsil



Yüklə 43,24 Kb.
səhifə5/10
tarix18.01.2022
ölçüsü43,24 Kb.
#82955
1   2   3   4   5   6   7   8   9   10
movzu 10

Peşə təhsili. Azərbaycanda əsasən Bakıda cəmləşmişdi. XX əsrin əvvəllərində şəhərdə texniki vəzifələrdə çalışanların 70% xüsusi hazırlığı olmayan adamlar idi. Texniki mütəxəssislərin çatışmazlığı, təbii ki, işin texnikasının inkişafında və həm də bütün fabrik, zavod həyatının iqtisadi quruluşuna özünü ziyanlı cəhətdən göstərirdi. Bakı neft sənayesinə mühəndislər, texniklər lazım idi. Mühəndis heyəti isə əsasən mərkəzi Rusiyanın institut və politexnikum məzunlarından formalaşırdı. Fəhlə kadrları əsasən şəyirdlik yolu ilə hazırlanırdı. Ümumiyyətlə, texniki kadrların hazırlığı o dövrlərdə çox çətin idi, onlar daha çox Rusiyasının daxilində olduğu kimi, xüsusən isə Türküstanda və Qafqazda da çatışmırdı.

1896-cı ildə açılmış aşağı dərəcəli Bakı texniki sənət məktəbi şəhəri zəruri sayda mütəxəssislərlə təmin edə bilmirdi. Məhz bu söhbətdən də 1905-ci ilin yanvarında bu məktəb iki-mexaniki və inşaat-şöbəli orta texniki məktəbə çevrildi. 1914-cü ildə burada 423 nəfər təhsil alırdı ki, onlardan yalnız 20 nəfəri azərbaycanlı idi. Məktəbin dörd əsas, iki hazırlıq sinfi var idi ki, bunlara şəhər və kənd ibtidai məktəblərinin məzunları qəbul olunurdu. Məktəbdə çilingər, xarrat və dəmirçi şöbələri, memar, daşyonan tədris emalatxanası, aşağı pilləli sənət məktəbi, çilingər, dülgər, tökməçi, dəmirçi və döymə işləri üzrə təlim verən təcrübə kursları da var idi. 1912-1913-cü illərdə, bu məktəbdə daha yeni kurslar fəaliyyət göstərirdi.

1901-ci ildə Bakıda Ticarət və Sənayə Nazirliyi tabeliyində kommersiya məktəbi təsis edilmişdi. Məktəbin (hazırlıq sinfindən başqa)şəhər ibtidai məktəblərinin məzunları qəbul edilən 6 sinifi var idi. 1908-ci ildən 1914-cü ilə qədər bu kommersiya məktəbini 245 nəfər qurtarmışdı ki, onların cəmi 11 nəfəri azərbaycanlı idi.

Hələ 1881-ci ildə Bakıda dənizçilik sinifləri əsasında müxtəlif peşə verən orta dənizçilik məktəbi yaradılmışdir. XIX əsrin 90-cı illərində Bakıda yaranmış biçmə-tikmə, rəsmxət, hesablama üzrə ödənişli kurslarda fəaliyyət göstərirdi.

XIX əsrin sonlarından Bakı və Gəncədə meyvəçilik, bağçılıq, ipəkçilik və s. üzrə kənd təsərrüfatına aid biliklər verən sənət məktəbləri fəaliyyət göstərməyə başladı. Onların arasında Gəncə sənət məktəbi daha çox fərqlənirdi. Burada, şagirdlərin təhsil alması üçün müvafiq maddi-tədris bazası var idi.

Azərbaycan müəllimlərin ümumi sayı 2,6 min nəfərdən artıq deyildi. Onların əksəriyyəti Qoridəki Zaqafqaziya müəllimlər Seminariyasının və Gəncə adlı ibtidai məktəbini bitirənlər və iki illik müəllimlər kurslarının məzunları idi. Mütərəqqi ictimayyətin təzyiqi altında 1914-cü ildə Gəncədə Müəllim Seminariyası təsis olundu. Seminariya Gəncə quberniyasına daxil olan qəzaların azərbaycanlı əhalisi üçün ibtidai məktəb müəllimləri hazırlayırdı.

Sovet hakimiyyəti qurulana qədər Bakıda və Qazaxda da müəllimlər seminariyası fəaliyyət göstərdi.


Yüklə 43,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə