P L a n: Ümumi, peşə və məktəbdənkənar təhsil


Əhmədov H.M. Sovet məktəbi yeni inkişaf mərhələsində. Bakı:1985



Yüklə 43,24 Kb.
səhifə2/10
tarix18.01.2022
ölçüsü43,24 Kb.
#82955
1   2   3   4   5   6   7   8   9   10
movzu 10

Əhmədov H.M. Sovet məktəbi yeni inkişaf mərhələsində. Bakı:1985.

  • F.Rüstəmov “Pedaqogika tarixi”. Bakı 2006.

  • F.Rüstəmov “Qərb pedaqogika tarixi”. Bakı 2003.

  • F.Rüstəmov “Şərqdə pedaqogika tarixi”. Bakı 2002.

  • Ə.Seyidov “Pedaqogika tarixi”. Bakı 1968.

    Ümumi, peşə və məktəbdənkənar təhsil. XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycanda məktəb və professional təhsilin inkişaf etməsi tendensiyası özünü büruzə verirdi. Məktəb şəbəkələrinin inkişafı, şagirdlərin saylarının artması Rusiyada, xüsusilı Rusiyada, xüsusilə Azərbaycandakı iqtisadi və ictimai-siyası yüksəlişlə bağlı idi. Bakı şəhəri Rusiyanın iri sənayə və iqtisadi mərkəzlərindən birinə çevrildi. Bu ilk məvbədə neft sənayesi, gəmişilik və ticarətin inkişafı ilə bağlı idi. Kənd təsərrüfatı, xüsusən pambıqçılıq və ipəkçilik inkişaf edirdi. Yüngül sənayə müəssisələri nəinki Bakıda, həm də digər şəhərlərdə-Gəncədə, Şəkidə və Şuşada yaradılırdı. Savadlı adamlara xüsusi ehtiyac duyulurdu. Sahibkarlar, əsasən, Bakı neft sənayəçiləri maarifçiliyin inkişafına maddi vəsait ayırmağa başlayırdılar. XX əsrin əvvəlində Bakı və Gəncədə yaranmış maarifçilik cəmiyyətləri də məktəbə maddi kömək edirdilər. Ayrı – ayrı məktəblərin, əsasən isə peşə məktəblərinin hesabına vəsaitlər qoyulur, köməklik edilirdi.

    Rus təlimli məktəb işinin inkişafında əsas rol Azərbaycan proletariatına məxsus idi. 1904 – cü ilin dekabrında olan geniş Bakı tətilində 50 minə yaxın adam iştirak etmiş və xeyli tələblər irəli sürmüş, tətil fəhlələrin qələbəsi ilə qurtarmışdır. Tətil tələblərinin 34-cü bəndi sahibkarlardan hər sənayə rayonunda pulsuz məktəblər açılmasını tələb edirdi.

    Azərbaycanda xalq təhsilinin inkişafına 1905-1907-ci illər inqilabı böyük təsir göstərdi. O, xalqın təhsil hüquqlarını müdafiə etməklə Azərbaycan proletariatının siyasi və iqtisadi tələblərlə yanaşı, həm də fəhlə uşaqları üçün ana dilində açılan məktəblərin saylarının, onlara lazımi biliklər verilməsi, fəhlələr üçün nəzərdə tutulan bütün mədəni müəssisələrin proletar təsirinə tabe edilməsini tələb edirdi. “Qudok” qəzeti yazırdı: “Neft sənayesi proletariatı kimlərin varlanması üçün əsr boyu belini əyir, öz sağlamlığını, qüvvə və hətta həyatını itirirsə, onlardan istədikləri sayda həm özləri, həm də uşaqları məktələr alacaqlar”.

    Ana dilində məktəblər yaradılması, rus-Azərbaycan məktəb şəbəkələrinin genişlənməsi, Azərbaycanlılardan müəllim kadrlarının hazırlanması, rus məktəb-lərində Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması uğrunda Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələri mübarizə aparırdılar ki, onların sırasında maarifçi-pedaqoq Həsən bəy Zərdabi, ictimai-siyasi xadim Nəriman Nərimanov, görkəmli şair Mirsə Ələkbər Sabir, məşhur pedaqoq Mahmudbəy Mahmudbəyov, dramaturq-pedaqoq Cəlil Məmmədquluzadə, yazıçı-pedaqoq Sultan Məcid Qənizadə, tanınmış pedaqoqlar-Rəşidbəy Əfəndiyev, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyov, istedadlı şair Abbas Səhhət və digərləri var idi. Demokratik ziyalılar qeyri-rus xalqlarından olanlara qarşı çarizmin siyasətini, məktəblərdə hökm sürən sxolastikanı, yerli konservativ ziyalıların məktəb fəaliyyətini tənqib atəşinə tuturdular.

    Çarizmin məktəb siyasətini həm də “Təkamül”, “Yoldaş” bolşevik qəzetlərindən başqa, “Bakinski raboçi”, “Hümmət” və digərləri də sərt tənqid atəşinə tuturdu. Məsələn, “Təkamül” qəzeti yazırdı ki, hökumət zavod və fabriklərdə fəhlə uşaqları üçün məktəblərin açılmasına çox çətinliklə icarəverir, açılmış məktəbləri isə çox tez-tez olur ki, bağlayırlar, gimnaziyalar, realnı məktəblərdə təlim üçün elə böyük məbləğdə ödəniş müəyyənləşdirilir ki, əhalinin kasıb təbəqəsi bu tədris müəssisələrində təhsil almaq barədə belə heç düşünə də bilmirlər.

    İctimai – pedaqoji hərəkat, Azərbaycan maarifçi pedaqoqlarının məktəb təhsilinin demokratikləşdirilməsi və uşaqların düzgün tərbiyə olunması uğrunda apardıqları ardıcıl və məqsədyönlü mübarizə ibtidai və professional təhsilin inkişafına sıçrayış verməklə, məktəb şəbəkəsinin və məktəbdənkənar təhsilin genişlənməsinə kömək edirdi.




    Yüklə 43,24 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə