P L a n: Ümumi, peşə və məktəbdənkənar təhsil



Yüklə 43,24 Kb.
səhifə7/10
tarix18.01.2022
ölçüsü43,24 Kb.
#82955
1   2   3   4   5   6   7   8   9   10
movzu 10

2. Xeyriyyə cəmiyyətləri.

“Nicat cəmiyyəti”. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətində müəyyən irəliləyiş və tərəqqi baş verirdi.

Çarizmin müstəmləkə siyasəti maarifçilik sahəsində daha qabarıq görünməkdə idi.

Savadsızlıq və cəhalətə qarşı mübarizəyə ehtiyac duyulmaqdaydı. Bakının Azərbaycanlı əhalisinin yalnız 19,3% -i savadlı hesab olunurdu. Buna baxmayaraq Azərbaycan burjuaziyasının və imkanlı ziyalılarının dövlət dumalarında olan nümayəndələrinin məktəblər açmaq tələbləri əsasən eşidilməz qalırdı.

Ümumiyyətlə, xeyriyyə cəmiyyətlərinin yaradılmasına ehtiyac get-gedə artırdı. Elə həmin vaxt Azərbaycanın tanınmış ziyalıları, xalqının savadlanmasına çalışan imkanlı Bakı kapitalistlərinin səyi ilə xeyriyyə cəmiyyətləri yaradılmağa başladı.

Bakı quberniyasında müsəlmanlar arasında savadı yaymaq üçün birinci dəfə 1906-cı ildə “Nicat” cəmiyyəti” yaradıldı. Mart ayının 9-da cəmiyyətin təşkil edilməsi elan olundu.

1906 – cı ilin avqustunda hökumət “Nicat” cəmiyyətinin rəsmi açılışına icazə vermişdir. Görkəmli maarifçi H.Zərdabi cəmiyyətin işində fəal iştirak etmişdir. H.M.Mahmudbəyov, N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev “Nicat” cəmiyyətinin fəal üzvləri, M.Ə.Rəsulzadə isə sədri idi.

1906-cı il avqustunun 22-də “Nicat” cəmiyyətinın nizamnaməsi təsdiq edildi.

Nizamnamədə cəmiyyətin məqsədi aşağıdakı kimi açıqlanır:



  1. Müsəlmanlar arasında maarifi, savadı yaymaq və müsəlman uşaqlarına ibtidai, orta və ali təhsil vermək;

  2. Ana dili və ədəbiyyatın inkişafına kömək etmək;

  3. Müsəlman tayfasının qaranlığa uymuş avam hissəsinin giriftar olduğu fəlakətdən qurtarmasına müxtəlif yolla və tədbirlərlə maddi və mənəvi kömək etmək.

İlk vaxtlar cəmiyyətin sədri M.Muxtarov, İ.Aşurbəyov, katibi isə M.B.Hacıbabəyov idi. Cəmiyyətin teatr, ədəbiyyat və pedaqoji bölmələri vardı.

Millətin maariflənməsinə çalışan “Nicat” cəmiyyəti bəzi hallarda imkansızlıqdan, bəzən isə digər xeyriyyə cəmiyyətləri ilə yerli-yersiz çəkişmələr-dən öz qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilmirdi.

Başqa cəmiyyətlər kimi “Nicat” da xalq tərəfindən toplanmış ianə ilə maliyyələşdirilirdi.

Müxtəlif səbəblərdən “Nicat” cəmiyyəti H.Ərəblinski və M.Əliyevi Moskvaya təhsil almağa göndərə bilmədi. Ü.Hacıbəyov isə təqaüddən mərhum edildi.

Buna baxmayaraq “Nicat” cəmiyyətinin təşəbbüsü ilə 1906-1910-cu illərdə Gəncədə “Mədrəseyi-ruhani”, Şamaxıda “Üxüvvət”, Ağdamda “Darülfənn”, Nuxada “Həqiqətü-sibyan”, Lənkəranda “Behcət” məktəbləri açılmışdı.

“Nicat” cəmiyyətinin kitabxanasında çoxlu mühazirələr söylənirdi. 1906-cı ilin 11 martından 11 aprelinə kimi cəmiyyət tərəfindən təşkil olunmuş mühazirələrdə 1129 azərbaycanlı, 172 rus, 43 gürcü iştirak etmişdi.

“Nicat” cəmiyyəti müsəlmanlar arasında savadın yayılmasında axşam kurslarına böyük əhəmiyyət verir və bu sahədə çox iş görürdü. Cəmiyyət 1907-ci ildə yeni axşam kursları açdı. 1909- cu ildə bu kurslarda 280-ə yaxın adam oxuyurdu.

“Nicat” xeyriyyə cəmiyyətinin nəzdində pedaqoji ədəbiyyat şöbəsi də fəaliyyət göstərmişdir. Şöbənin məqsədi Azərbaycan dilinin orfoqrafiyasını, orfoepiyasını hazırlamaq, xalq müəllimlərinə bu sahədə kömək etmək idi. Şöbənin işində görkəmli pedaqoq, ədəbiyyatşünas Ə.Hüseynzadə, Ə.Kamalbəy iştirak etmişdir. Orfoqrafiya ilə bağlı təkliflər “Nicat” qəzetində çap olunmuşdur.

“Nicat” cəmiyyətinin orqanı olan “Nicat” qəzeti 14 noyabr 1910-cu ildən İ.Aşurbəyovun redaktorluğu ilə çıxmağa başlamış və son 86-cı nömrəsinə (30 iyun 1912-ci il) qədər xalqın maariflənməsini əsas qayə hesab etmiş və bu istiqamətdə fəaliyyət göstərmişdir. Qəzet Bakıda “Kaspı” mətbəəsində nəşr olunmuşdur.

Səfa” cəmiyyəti. XX əsrin əvvəllərində yaradılmış xeyriyyə cəmiy-yətlərindən biri də “Səfa”dır. “Səfa” cəmiyyəti 12 dekabr 1910-cu ildə təsis edilmişdir. Cəmiyyətin təşkilində K.D.Zeynalov, H.Həsənov, M.Pavlodopova, M.Həsənov fəal iştirak etmişlər. Cəmiyyətin əsas qayəsi maarifçilik idi. 1914-cü ilə qədər Bakıda bircə məktəb aça bilən “Şəfa” cəmiyyəti həmin fəaliyyətini genişləndirərək Biləcəri, Binə, Qobu kəndlərində məktəb, Quba qəzasının Dəvəçi kəndində rus-müsəlman məktəbi açır.

1913-cü ildə cəmiyyətin fəxri üzvü A.M.Babayev məktəb tikintisinə 15 min manat, 1914-cü ildə isə A.B.Zərbəliyev birinci kişi müsəlman sənət məktəbinin tikintisi üçün 10 min manat ianə verib.

“Şəfa”nın teatr truppası da olmuş və bu şöbəyə məşhur aktyor C.Zeynalov rəhbərlik etmişdir.

“Şəfa” cəmiyyətinin “Nicat” cəmiyyəti ilə məktəb barədəki ixtilafları işə ağır zərbə vurmuşdur.

“Şəfa” cəmiyyətinin təşəbbüsü ilə 1917-ci ilin yazında savadsız müsəlmanlar üçün Azərbaycan və rus dillərində kurslar açılmış, eyni zamanda həmin ildə (sentiyabrda) tikmə, əl işi kursu öz işinə başlamışdı. Təlim haqqı 25 manat olan həmin məktəbdə imkansız valideynlərin uşaqları pulsuz oxuyurdular. Həmin kurs 1918-ci ilin məlum hadisələrinə qədər davam etmişdir. “Şəfa”nın ən böyük xidmətlərindən biri də “Nicat”da fəaliyyət göstərən böyük sənətkarlar-H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və başqaları ilə əlaqəli işləməsidir. Azərbaycan opera sənətinin populyarlaşmasında “Səfa” cəmiyyətinin müəyyən xidmətiəri olmuşdur.

“Səfa”çılar opera müğənnilərinin səsini qrammafon vallarına yazmaqda da yardımçı olmuşlar. Bu gün biz radionun “qəzıl fondu”ndakı bəzi yadigarlara görə “Səfa”çılara borcluyuq.

S.Hüseyn “Səfa” cəmiyyətinin fəaliyyəti ilə bağlı məqalələrində cəmiyyətdə aparılan işlərin məğzini açmış, təhlil etmiş, çatışmazlıqları doğuran səbələri göstərmiş, milləti düşünməyən bəzi imkanlı adamları tənqid etməkdən belə çəkinməmişdir.

“Səadət” cəmiyyəti. Ruhani cəmiyyəti olan “Səadət” 7 iyun 1907-ci ildə yaradılmışdır. Onun yaradılmasında H.Z.Tağıyev, H.Rəsulov, M.Əfəndiyev, A.Dadaşov və b. fəal iştirak etmişdir.

“Səadət” məktəb aşmaqdan başqa, həm də müxtəlif xeyriyyə işləri də görmüşdür. Cəmiyyətin nəzdindəki məktəbdə əsasən dini tərbiyəverilirdi və 7 yaşdan-10 yaşınadək uşaqlar oxuyan həmin məktəbdə ilahiyyat elmləri öyrədilir, Azərbaycan və rus dilləri tədris edilirdi.

Məktəbdə məşhur ədəbiyyatşünas alim Əli bəy Hüseynzadə dərs deyirdi. O, məktəbin rəhbəri kimi Ü.Hacıbəyovu, F.Ağazadəni, Parisdə təhsil almış Ceyhun bəy Hacıbəylini də məktəbə cəlb etmişdi. Onlarla birgə işləyirdi.

1908-ci ildə “Səadət” cəmiyyətinin ibtidai və orta məktəblərində 132 uşaq oxuyur və 7 müəllim çalışırdı. Azərbaycanda 1905 – ci ildən sonra yaradılmış cəmiyyətlər Qafqaz Daxili İşlər Komissarlığının Tədris dairəsini çox narahat edirdi. Bakı şəhər bələdiyyə idarəsi dəfələrlə cəmiyyətlərin “kimliyi” barədə məlumat tələb edirdi.

Cəmiyyətin ümdə məqsədi Nuxa şəhərində sakin olar müsəlman camaatın arasında elm və maarifi, xüsusən ibtidai təlimi ana dilimiz olan Azərbaycan dilində tədris etmək və hər növ maarifin inkişafına yardım etməkdən ibarət idi.

Azərbaycan XX əsrin əvvəlllərində milli burjuaziya xalqın maariflənməsi üçün xeyli iş görmüş, müxtəlif cəmiyyətlər təşkil etmiş, nəşriyyatlar yaratmış, qiraətxana və kitabxanalar açmışdır.

Nəşri-maarif” cəmiyyəti. Bakının və onun ərtaf rayonlarının mədəni-maarif həyatında “Nəşri-maarif” cəmiyyəti xüsusi rol oynamışdır. Bu cəmiyyət Bakı quberniyasında müsəlmanlar arasında savad yaymaq üçün yaradılmış ikinci cəmiyyət idi.

“Nəşri-maarif” 1906-cı ildə təşkil edilmiş və həmin ilin 1-də nizamnaməsi təsdiq edilmişdir. Cəmiyyətin yaradılmasında Əsədulla Əhmədov, İsmayıl bəy, Ağa Hüseyn Tağıyev, Ağa Həsənov, M.B.Hacınski, Əliağa Həsənov fəallıq göstərmişdir.

24 noyabr 1906-cı ildəki ümumi iclasda məşhur xeyriyyəçi H.Z.Tağıyev cəmiyyətin sədri seçilmiş, katib isə A.İ.Cəfərov təyin edilmişdir.

“Nəşri-maarif” cəmiyyətinin işində N.Nərimanov, M.Axundov, M.Əzizbəyov, H.Zərdabi geniş fəaliyyət göstərmişlər.

“Nəşri-maarif” 1908-ci idən “Nicat”la birgə fəaliyyət göstərirdi.

1907-ci ildə “Nəşri-maarif” cəmiyyəti Bakıda bir sinifli 3 məktəb açır.

Ümumiyyətlə, 1907-1912-ci illərdə “Nəşri-maarif”cəmiyyəti 15 məktəb açmışdı ki, bunlarında saxlanmasına 32656 min manat pul xərcləmişdi.

Bu cəmiyyətin bütün məktəblərində təhsil pulsuz idi.

1912-ci ildə cəmiyyətin nizamnaməsində məcburi dəyişiklik edildi.

Ciddi mübahisələrdən sonra cəmiyyət öz fəaliyyətini yenidən bərpa etdi.

“Nəşr-maarif” cəmiyyətinin 1913-cü ildə 12 iclası keçirilmiş və 140 məsələ müzakirə edilmişdir. Cəmiyyət 13 tədris müəssisəsini maliyyələşdirirdi. Onun nəzdindəki məktəblərdə 940 nəfər təhsil alırdı. 1915-ci ildə cəmiyyətin maliyyələşdirdiyi məktəbin sayı 15-ə çatmışdı.

1916-cı ildən cəmiyyət sırf maarif işləri ilə məşğul olmağa başlamış və 16 məktəbi maliyyələşdirirdi ki, bunlardan 2-si qız məktəbi idi. Həmin məktəblərdə 152 qız və 979 oğlan oxuyurdu.

Cəmiyyət məktəbləri üçün 500 manatlıq abunə yazılmışdı. Bu qəzet və yurnallar aşağıdakılar idi: “Vokruq sveta”, “İzvestiə po paqodnomu obrazavanio”, “Narodnıy uçitel”, “Məktəb” və s.

Cəmiyyət kasıb uşaqlarını tədris ləvazimatı ilə, ali məktəblərdə oxuyanları isə təqaüdlə təmin edirdi.

“Nəşri-maarif” cəmiyyəti öz hesabına kənd yerlərində bir sinifli məktəblər açmışdı. 1917-ci ilin 1 yarısında 26 bu cür məktəb vardı.

“Nəşri-maarif” eyni zamanda başqa cəmiyyətlərin fəaliyyətinə də maddi və mənəvi yardım göstərirdi. Bu məqsədlə 1914-cü ilin mart ayında İrəvan Müsəlman Xeyriyyə cəmiyyətinə iki minmanat pul göndərmişdi.

Həmin dövrdə “Nəşri-maarif” nəinki Azərbaycanda, həm də Azərbaycandan kənarda təhsil alanlara kömək göstərir və təqaüd verirdi.

Cəmiyyətin təqaüd verdiyi tələblər içərisində qız məktəbinin 6 şagirdi, Tiflis Müəllimlər İnstitunun iki nəfəri, Moskva kommersiya İnstitutunun, Peterburq Mülki Mühəndislər İnstitutunun tələbələri də var idi.

Azərbaycan ziyalıları “Nəşri-maarif” cəmiyyətinin işində fəal iştirak etməkləyanaşı, həm də onları təqdir edirdı. Ziyalılarımız bu cəmiyyətə (o cümlədən “Nicat“ və “Şəfa”) böyük ümid bəsləyir, xalqın nicatını, səadətini, parlaq gələcəyini burada axtarırdılar.

Xeyriyyə cəmiyyətləri təkcə Bakı şəhərində deyil, Azərbaycanın digər bölmələrində, o cümlədən Cəncə şəhərində də yaradılmışdı. 1860-cı ildə yaradılan Gəncə xeyriyyə cəmiyyətinin məqsədi uşaqların təhsilə cəlb edilməsinə maddi kömək göstərərək, yeni məktəblər, kitabxana-qiraətxanalar açmaq, müvafiq kitablar çap etdirmək, məktəbləri müəllimlərlə təmin etmək, müəllim kadrları hazırlığına diqqət yetirmək idi.

Cəmiyyətin təşkilində şəhərin nüfuzlu ziyalılarının da, o cümlədən Ələsgər bəy Xasməmmədov. Böyükbəy Rəşidbəyov və başqalarının xüsusi xidmətləri olmuşdur.


Yüklə 43,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə