P L a n: Ümumi, peşə və məktəbdənkənar təhsil


Hacı Zeynalabdin Tağıyevin maarfçilik fəaliyyəti



Yüklə 43,24 Kb.
səhifə9/10
tarix18.01.2022
ölçüsü43,24 Kb.
#82955
1   2   3   4   5   6   7   8   9   10
movzu 10

4.Hacı Zeynalabdin Tağıyevin maarfçilik fəaliyyəti.

XX əsrin sonlarında sürətlə inkişaf edən Bakıya axışan xarici sərmayədarların Azərbaycan istehsal etdikləri neft, mis. Balıq və s. milyonlara çevrilir, xarici banklara qoyulur. Yerli əhali içərisində də fərasətli, zirək və bacarıqlılar milyonlar səltənətində taxt-tac sahibi olurdular.

Bunların içərisində hələ uşaq vaxtlarında gündə bir neçə qəpiyə palçıq daşımaqla əmək fəaliyyətinə başlayan Nacı Zeynalabdin Tağı oğlu Tağıyevin (1823-1924) də vardı. İllər ötür, o öz fərasəti, əməksevərliyi nəticəsində milyonçu H.Z. Tağıyevə çevrilir.

Öz kasıb günlərini bir bir an unutmayan Hacı milyonlarını banklara qoymaqla kifayətlənmir və pullarını xalqın maariflənməsi yolunda xərcləməkdən əsirgəmir, həm də təkcə öz xalqının yox. Hacı savadsızlığın acısını duymuşdu və buna görə də xalqın maariflənməsi uğrunda xeyriyyəçilik edərək vətən övladlarının, xüsusilə kasıb, yetim oğlan və qızlarımızın təhsil almasına böyük qayğı göstərmişdi. Hacının maarif sahəsindəki xidmətlərinin coğrafiyası çox genişdir. Mərdəkanda yetim və kasıb uşaqlar üçün internat məktəbi açır, həmçinin İranda məktəblərin açılmasına, İran məşrutə hərəkatına pul və silahla yardım edir.

Böyük beynəlmiləlçi və sülh tərəfdarı olan bu böyük xeyriyyəçinin Azərbaycan xalqının rifahı naminə gördüyü işlər saysız-hesabsızdır.

Azərbaycanda milli mədəniyyətin və təhsilin inkişafında böyük rolu yerli burujuaziyanın mütərəqqi nümayəndələri oynayırdılar. Onların sırasında öz müasirlərindən son dərəcə fərqli seçilən məşhur messenat və neft sənayeçisi H.Z.Tağıyevin fəaliyyəti xüsusilə müstəsna əhəmiyyət kəsb edir. Məhşur maarifçi və mesenat Hacı Zeynalabdin Məmmədtağı oğlu Tağıyev1823-cü ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Zeynalabdin hələ kiçik yaşlarından əməyə alışmış, 10 yaşından atasının yanında şagird, bir müddətdən sonra isə günü 6 qəpiyə bənna yanında palçıq verən işləmişdi. Artıq 12 yaşında o, müstəqil olaraq daş yona bilir, 15 yaşında isə bənna sənətinin sirlərini öyrənir. Sonralar Bakıda bənna kimi xeyli ev tikərək məbləğ əldə etmiş Zeynalabdin Tağıyev 1873-cü ildə iki yaxın dostu ilə Bibi-Heybətdə torpaq icarəyə götürüb, neft çıxarmaq qərarına gəlmişdir. Lakin nə qədər çalışsalar da neft çıxmır ki, çıxmır. Zeynalabdinin dostları neft çıxmadığını görüb, öz qoyduqları paylarını alıb geri çəklisələr də, Zeynalabdin Bibi-Heybətdə öz işini davam etdirir. Nəhayət, o böyük zəhmət sayəsində istədiyinə nail olur. Neft quyuları fantn vurur və o, çox az bir zamanda varlanaraq neft maqnatına çevrilir. Son dərəcə təmkinli və zəhmətkeş olan Zeynalabdin həmişə başqalarını heyran edirdi. Hacı şikəstlərə, xəstələrə, yetimlərə və dullara daim yardım edərdi.

Neft mədənləri ilə yanaşı Zeynalabdin Kür ətrafında və Xəzər sahillərində balıq vətəgələri, iri dəyirman sahibi idi. 1904-cü ildə Bakının Zığ kəndi yaxınlığında o, böyük toxucu fabriki tikdirmişdi. Tağıyevin əlində Quba və Yevlax ətrafındakı meşə massivləri, ticarət və yük gəmiləri və digər şeylər var idi. O, nəinki Bakıda xeyli sayda saray kimi evlər tikdirmiş, hətta Moskvada, Sankt-Peterburqda, Qərbi Avropanın bir sıra şəhərlərində əzəmətli binalar ucaltmışdır.

Keçən yüzilliyin 90-cı illərinə qədər Azərbaycan tarix elmində və pedaqoji fikrində H.Z.Tağıyev şəxsiyyəti əsasən bir tərəfli işıqlandırılmışdır. O, istismarçı sinfin nümayəndəsi, kapitalist və millioner, əməkçi xalqın qanını soran kimi göstərilirdi. Lakin H.Z.Tağıyevin mesenatlıq və maarifçilik fəaliyyətindən, bəzi kiçik müstəsna ilə heç danışılmırdı. Bununla belə göstərməliyik ki, H.Z.Tağıyev sözün əsl mənasında Azərbaycan maarifçilik hərəkatında son dərəcə böyük rol oynamışdır. O, hələ 1883-cü ildə Bakıda Dram Teatrının binasını tikdirmişdir ki, burada 1908-ci ildə Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”operasının ilk qoyuluşu olmuşdur.

27 sentyabr 1894-cü ildə H.Z.Tağıyev tərəfindən maliyyələşdirilən Mərdə-kanda kənd təsərrüfatı məktəbi açlmlşdır.

1896-cı ildə Sankt-Peterburqda Müsəlman Xeyriyyəçilik cəmiyyəti binasının özülünün qoyulması üçün böyük məbləğ ayrılmışdır. İki il bundan sonra Tağıyeb “Ksapi” tipoqrafiyasını (nəşriyyatını) və eyni adlı qəzeti alıb Azərbaycanın məhşur ictimai xadimləri Əlimərdanbəy Topçubaşovun (1862-1934) və Əhmədbəy Ağayevin (1869-1939) sərəncamına verdi. Keçən əsrin axırlarında H.Z.Tağıyevin vəsaiti hesabına Tehranda “Səadət” məktəbi və gimnaziya açılmışdır. O, Gəncədə qadın məktəbinin fəaliyyət göstərməsi üçün böyük məbləğ ayırır.

1898-ci ildə Hacı Zeynalabdin Tağıyevin hesabına məktəb və dəftərxana ləvazimatları satılmaq üçün böyük passaj tikilmişdir. Oğlunun dəfn mərasimində həmin passaj binasının universitet üçün istifadəyə verilməsini təklif etmişdir. O, bu dövrdə həm də Həştərxandakı təmiri üçün böyük məbləğ sərf etmişdir.

H.Z.Tağıyev Azərbaycan tarixində Bakıda ilk qadın tədris müəssisəsinin banisi kimi tanınır. Rus qadın məktəblərinin yaranması azərbaycanlı qadınların müasir təhsilə ehtiyacı olması deyasının ortaya çıxmasına kömək etdi. Azərbaycanlı qadınların təhsilə ehtiyacını, bir tərəfdən, qabaqcıl rus məktəbi və pedaqoji fikrin güclü təsiri isə, digər tərəfdən, dövrün ictimai-mədəni ehtiyacı onun həyata keçməsini sürətləndirirdi. Bu işin, ideyanın əsas carçıları Rusiyada təhsil almış gənc azərbaycanlılar, təşəbbüskarı isə azərbaycanlılar içərisində ilk ali təhsil almış H.Zərdabi yazırdı: “Biz kişilər üçün nə qədər çox məktəblər açsaq da, öz məqsədimizə çata bilmərik. Qadınlar elm və təhsildən kənarda qalırlar. Lakin gənc nəslin tərbiyə olunmasında qadının böyük rol oynadığını bilmək lazımdır”.

Bakı şəhər idarəsi məktəb komissiyasının üzvü olaraq, o, qadın təhsilinin inkişafı uğrunda gərgin mübarizə aparırdı. 1896 – cı il yanvarın 19-da Bakı qubernatoruna ərizə ilə müraciət edərək, H.Zərdabi azərbaycanlı qızlar üçün üç illik təlim müddətli bir sinifli məktəb açılmasına icazə verilməsini xahiş edirdi. O, tədris planına aşağıdakı fənləri-şəriət, Azərbaycan dili, rus dili, hesab, kalliqrafiya, hüsnxət və əməyi daxil etməyi təklif etmişdi. Lakin H.Zərdabi siyasi cəhətdən inanılmış şəxs olmadığı üçün, onun təşəbbüsü çar məmurları tərəfindən dəstək almadı. Bununla belə göstərmək lazımdır ki, onun gərgin fəaliyyəti əbəs yerə də getmədi və azərbaycanlı qızlar üçün Bakıda qadın məktəbinin açılması sürətləndirildi. Məlumdur ki, hökümət o dövrlər xalq təhsili üçün zəruri vəsait ayırmırdı. Buna görə də yerli ziyalılar bəzən varlılara üz tuturdu. Bununla bərabər milli burcuaziyanın bəzi nümayəndələri xalq içində məşhurlaşmaq və imperatordan təşəkkür almaq üçün xeyriyyəçilik işlərində fəal iştirak edirdilər.

24 aprel 1896-cı ildə H.Z.Tağıyev tərəfindən QTD-yə öz hesabına azərbaycanlı qızlarının dünyəvi təhsil almaları üçün məktəb açılması xahiş edildi. Bu xahiş 1901-ci il oktyabrın 7-də Bakıda ilk müsəlman qadın təhsil müəssisəsinin acılması ilə nəticələndi.

Bu qapalı tədris müəssisəsi idi, lakin şagirdlərin bir hissəsi gəlib-gedən idi. Bu məktəbə yalnız 7 yaşına çatmış azərbaycanlı qızlar qəbul olunurdu. Tədris planı və proqramına görə o, bir sinifli məktəbə bərabər tutulmaqla, təlim müddəti 4 il idi.

4-cü sinif əlavə olmaqla, sənət şöbəsi adlanırdı. Müəssisənin pansionu var idi. Buraya əsasən, kasıb ailələrdən olan uşaqlar (20nəfər qız) qəbul edilirdi. H.Z.Tağıyevin vəsaiti hesabına bu qadın pansionu üçün ayrıca bina tikilərək, ona 183533 rubl sərf olunmuşdu. Bununla bərabər o, həm də fəxri qəyyum kimi bu məktəbin fonduna 125 min rubl keçirirdi. Bu məbləğin faizlərinə 20 qız şagirdi saxlanılır və öz fəaliyyətini 34 nəfərlə başlayan tədris müəssisəsinin digər xərclər ödənilirdi. Kiçik bir müddət ərzində şagirdlərin sayı 58 nəfərə, 1902- ci ildə isə 71 nəfərə çatdırıldı ki, onlardan 35-i H.Z.Tağıyevin vəsaiti hesabına təhsil alırdı. Qısa bir dövr ərzində bu müəssisə geniş əhali kütləsinin simpatiyasını qazandı. Onun ilk məzunları qadın təhsili carçıları olmaqla, yeni məktəblər yaradılması uğrunda fəal mübarizlərə çevrildilər. İnqilaba qədərki Azərbaycanın qadın ziyalılarının əsas hissəsini Bakı qadın tədris müəssisələrinin yetirmələri təşkil edirdi.

1903-cü ildə Bakıda nəşr olunmuş “Cənab Hacı Zeynalabdin Tağıyevin bioqrafiyası” kitabından məlum olur ki, XIX yüzilliyin 90-cı illərində ingilis aristokratlarından biri Hindistandan İngiltərəyə gedərkən Hacı Zeynalabdin Tağıyevin qonağı olmuşdur. Onun insansevərliyi, humanizmi və maarifpərvərliyi bu ingilisi o qədər heyran etmişdir ki, o vətəninə qayıtdıqdan sonra İngiltərənin Edinburq şəhərində öz vəsaiti hesabına Tağıyevə abidə qoydurmuşdur. Hacı Zeynalabdin Tağıyev ilk azərbaycanlıdır ki, o, vətəninə qayıtdıqdan sonra İngiltərənin Edinburq şəhərində öz vəsaiti hesabına Tağıyevə abidə qoyudurmuşdur. Hacı Zeynalabdin Tağıyev ilk azərbaycanlıdır ki, ona özü yaşadığı dövrdə abidə qoyulmuşdur.

7 iyun 1905-ci ildən Hacı Zeynalabdin Tağıyevin hesabına “Həyat” qəzeti nəşr olunurdu ki, bu qəzet Əlibəy Hüseynzadə (1864-1941) və Əhmədbəy Ağayev (1869-1939) tərəfindən redaktə edilirdi. Bundan başqa 1 noyabr 1906-cı ildən “Füyuzat” adlı həftəlik ədəbi, elmi və ictimai jurnal Əlibəy Hüseynzadənin redaktorluğu ilə yenə də Tağıyevin hesabına nəşr olunurdu.

Hacı Zeynalabdin Tağıyev İran şah rejiminə qarşı yönəldilmiş xalq qəhrəmanı Səttarxan (1867-1914) hərəkatına (1908-1911-cü illər) milli-azadlıq mübarizəsinə hərtərəfli yardım göstərir, onları böyük məbləğlə təchiz edirdi.

Demək olar ki, Azərbaycan ziyalılarının böyük bir hissəsi Hacı Zeynalabdin Tağıyevin hesabına Rusiya və Qərbi Avropanın müxtəlif ölkələrində ali təhsil alırdılar. Məsələn, Azərbaycanın istedadlı gəncləri Moskva, Kazan, Sank-Peterburq və Avropanın digər universitetlərinə onun xeyriyyəçiliyi hesabına göndərilirdi. Hacı Zeynalabdin Tağıyev məktəb binaları tikir, məktəblərə və ziyalılara hərtərəfli yardım edirdi. Hacı Zeynalabdin Tağıyev Bakı ticarət məktəbinin və rus-müsəlman məktəbinin II dərəcəli fəxri direktoru və popeçiteli idi. O, həm də Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan tələbələri də diqqətdən kənar qoymamış, onlara hərtərəfli kömək etmişdir.

Böyük insan və tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin gördüyü xeyirxah işləri sadalayıb qurtarmaq çətindir. Məsələn, o, Bakı müsəlmanları arasında təhsili yayan “Nəşri-maarif” cəmiyyətinin sədri idi. Digər tərəfdən Hacı Zeynalabdin Tağıyev Bakıda əsrin əvvəlində fəaliyyət göstərən mədəni-maarif cəmiyyətinin rəhbərlərindən biri olmaqla həmişə o, bu cəmiyyətdən fəxri nümayəndə seçilirdi. Hacı Zeynalabdin Tağıyev öz hesabına xeyli sayda Azərbaycan ziyalılarının kitablarını nəşr etdirmişdir.

Hacı Zeynalabdin Tağıyevin təklifi və məsləhəti ilə Bakı-Batumi neft kəməri səhmdar cəmiyyəti yaradılmışdır. Bu neft kəməri (onun uzunluğu 800 km idi) on il ərzində (1897-1907) tikilmişdir.

Hacı Zeynalabdin Tağıyevin rus imperiyası qarşısında xidmətləri də az deyildir. Ona mülki müşavir rütbvəsi verilmişdir ki, bu rütbə general, kontradmiral və oberprokuror rütbələrinə bərabər tutulmaqla ona böyük səlahiyyətlər verirdi.

Yüksək maarifçilik ideallarına xas olan Hacı Zeynalabdin Tağıyev 1sentyabr 1924 – cü ildə Mərdəkandakı evində 101 yaşında vəfat etmiş və öz vəsiyyətinə görə məşhur Bakı axundu Hacı Molla Abuturab Axundzadənin sərdabəsinin ayaq tərəfində dəfn edilmişdir.




Yüklə 43,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə