Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə1/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
  1   2   3   4   5   6   7   8   9   ...   135


Milli Kitabxana

1

SÜLEYMAN SANİ AXUNDOV



SEÇİLMİŞ

ƏSƏRLƏRİ

"ŞƏRQ-QƏRB"

BAKI-2005



Milli Kitabxana

2

Bu kitab "Süleyman Sani Axundov. Seçilmiş əsərləri.



İki cilddə " (Bakı, Gənclik, 1968) nəşri əsasında təkrar nəşrə hazırlanmısdır

Tərtib edəni və

ön sözün müəllifi:

Nadir Vəlixanov

Redaktoru:



Şamil Vəliyev

894.3613 - dc 21 AZE

Süleyman  Sani  Axundov.  Seçilmiş əsərləri. Bakı,  "Şərq-Qərb",  2005,  448

səh.


Maarifpərvər ədib Süleyman  Sani  Axundovun bədii əsərlərində, pedaqoji-elmi

fəaliyyətində və vətəndaşlıq əməlləri  ilə zəngin  olan  ictimai  həyatında işıqlı

fikirlərin təsdiqi, nurlu, xeyirxah əməllərin təbliği onun başlıca yaradıcılıq idealları

kimi meydana  çıxmışdır.  Müəllimlərlə maarifçilər,  xeyirxah  ziyalılarla  nəcib

tələbələr,  məsum  uşaqlarla  müdrik  qocalar - Süleyman  Saninin  məktəbə,  elmə və

təhsilə çağıran əsərlərinin əsas,  nümunəvi  qəhrəmanları  olmuşdur.  Həyatdakı

fənalıq  və eybəcərliyə qarşı  mübarizədə təmiz  fikirlərin,  saf  və xeyirxah  hisslərin

ziyasını təsirli  mənəvi  vasitə hesab  edən  yazıçının  nəsr əsərlərinin  çoxusunda,

eləcə də müəyyən  qisim  səhnə əsərlərində bir-biri  ilə daima  mübarizə edən  və

rəmzi şəkildə mənalandırılan iki qüvvə mövcuddur: qaranlıq və işıq.

Bu  kitabda ədibin  zəngin ədəbi  irsindən  seçmələr - müəllifin  maarifçi

ideallarının təsdiqi olan bədii nəsr əsərləri (hekayələr) və pyeslər toplanmışdır.



ISBN 9952-418-39-3

© "ŞƏRQ-QƏRB", 2005




Milli Kitabxana

3



Milli Kitabxana

4

ÖN SÖZ

Azərbaycan realist nəsrinin böyük nümayəndələrindən olan maarifpərvər yazıçı

Süleyman  Sani  Axundov  40  illik  yaradıcılıq  yolu  keçmişdir.  M.F.Axundovla

başlanan  nəsr  və dramaturgiya  yolunu  davam  etdirən  N.Vəzirov, Ə.Haqverdiyev,

C.Məmmədquluzadə kimi böyük yazıçılar sırasında Süleyman Sani orijinal bir yer

tutur.  Həm  ictimai, həm də ədəbi  fəaliyyəti  ilə o,  böyük  demokrat,  yorulmaz

maarifçi,  istedadlı  sənətkar  kimi  XX əsr  Azərbaycan ədəbiyyatı  tarixində şöhrət

qazanmışdır.

Süleyman  Sani  Rzaqulu  bəy  oğlu  Axundov  1875-ci  il  oktyabr  ayının  21-də

Şuşa  şəhərində bəy  ailəsində doğulmuşdur.  Hələ körpə ikən  atasız  qalan

Süleymanın təlim-tərbiyəsi  ilə bilavasitə dayısı,  görkəmli  maarif  xadimi  Səfərəli

bəy  Vəlibəyov  (1861-1902)  məşğul  olmuşdur.  Süleyman  Sani  1885-ci  ildə Qori

müəllimlər  seminariyasına  daxil  olmuş,  burada  milli,  klassik  rus  və dünya

ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir göstərmişdir.

1894-cü ildə seminariyanı bitirən Süleyman Sani Bakıdakı III dərəcəli rus-tatar

məktəbinə müəllim  təyin  edilmişdir.  Həmin ildən  o,  tərəqqipərvər maarifçilərlə

birlikdə


xalqı  cəhalətdən  qurtarmaq,  gənc  nəsli  mütərəqqi  ideyalarla

tərbiyələndirmək  işində var  qüvvəsi  ilə çalışmışdır.  Süleyman  Sani ədəbi-ictimai,

pedaqoji fəaliyyətinin bütün dövrlərində xalq mənafeyini müdafiə etmişdir.

1906-cı ildə Bakıda  çağırılan  müəllimlər  qurultayında  fəal  iştirak  edən

Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərmiş, həmin

qurultayda  ana  dilində proqram  tərtib  etmək  üçün  ayrılan  komissiyaya  seçilmiş,

1908-ci  ildə A.Şaiq,  M.Mahmudbəyov  və başqa  qabaqcıl  maarif  xadimləri  ilə

birlikdə Azərbaycan  pedaqoji  fikri  tarixində mütərəqqi  bir  hadisə olan  məşhur

"İkinci  il"  dərsliyini  tərtib  etmişdir.  Dərsliyin  müəllifləri  yenicə oxuyub  yazmağa

başlayan  azəri  balalarına  çatdırmaq  istədikləri  tərbiyəvi  fikirləri  sadə,  aydın,  usaq

təfəkkürünün tez dərk edə biləcəyi bir üslubda qələmə almışdılar. Bununla həm də

dilimizin  alınmalarla  doldurulmasına  qarşı  çıxaraq  azəri  dilinin  saflığını  qoruyub

saxlamışlar.

Süleyman Sani olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad müəllim

idi.  Bu  keyfiyyət  onun  geniş  psixoloji,  pedaqoji  biliyə malik  olmasından  irəli

gəlirdi. Bakıdakı yoxsul ailələrdən olan yüzlərlə uşaq




Milli Kitabxana

5

onun dostu idi. O özünün yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik



biliyi,  ciddiliyi,  səmimiliyi,  tələbkarlığı ilə ictimaiyyətin  dərin  hörmətini

qazanmışdır. Təsadüfi deyildir ki, Süleyman Saninin direktor olduğu məktəb onun

adı ilə çağırılırdı.

1918-ci  ildə Bakıda sovet hakimiyyəti  qurulanda  o,  Azərbaycanda  ilk  maarif

komissarı  kimi  maarif  sahəsində böyük  həvəslə çalışmışdır.  Xalq  maarifi  işində

Süleyman  Saninin  xidməti  onun  ictimai-pedaqoji  fəaliyyətində parlaq,  şərəfli

hadisədir. O, tərcümeyi-halında yazır: "1918-ci ildə mən cəlb olunmuş üzv sifəti ilə

xalq  maarifi  işində işləmişəm...  Buradakı əsas  işim - zəhmət  məktəbləri  üçün

proqram  düzəltmək,  məktəbləri  avadanlıqla  təchiz  etmək,  Bakı  şəhəri  və

rayonlarındakı maarifçilərin bütün həyətini siyahıya alıb yoxlamaqdan ibarət idi".

1920-ci il mayn 25-də Gəncə qiyamı  yatırıldıqdan  sonra  həmin  il iyun  ayının

əvvəlində belə bir  qiyam  Qarabağda  baş verir.  Qiyamı  yatırmaq üçün  ciddi

tədbirlər hazırlanır. XI Ordu hissələri Qarabağa gəlir. AK(b)P MK və Azərbaycan

İnqilab  Komitəsi  Dadaş  Bünyadzadə və Çingiz ildırımı  Qarabağa  göndərir.

Azərbaycan  İnqilab  Komitəsi  tərəfindən  göndərilən  nümayəndələr  sırasında

Süleyman Sani də vardı.

1920-ci  ildə Qarabağ  İnqilab  Komitəsinin  qərarı ilə Süleyman  Sani  bir  sıra

partiya  və dövlət  tapşırıqlarını  yerinə yetirir.  Həmin  il avqustun  9-da  Qarabağ

vilayəti  maarif  şöbəsinə müdir  təyin  edilir.  O,  maarif  işində həvəslə işləyir;

Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif

ocaqlarının açılmasında  fəal  iştirak  edir.  Azərbaycanda  mədəni  maarif  işlərinin

möhkəmlənməsinə çalışır.

1922-ci  ildə S.Sani  M.Mahmudbəyov,  S.Əbdürrəhmanzadə,  F.Ağazadə,

A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə "Yeni  türk  (Azərbaycan - N.V.) əlifbası"

dərsliyini  yazır.  Həmin  ildə o,  "Azərbaycan ədib  və şairlər  ittifaqının  sədrliyinə

seçilir və ədəbi gəncliyin tərbiyələnməsi üçün böyük əmək sərf edir. 1923-cü ildən

nəşrə başlayan  "Maarif  və mədəniyyət", "Şərq  qadını"  jurnallarında  dövrün

tələbləri ilə səsləşən bir sıra hekayələrini çap etdirir.

S.S.Axundov  Azərbaycan  teatrının əlli  illiyi münasibəti  ilə Ə.Haqverdiyev,

N.Vəzirov,  T.Şahbazi,  S.Qənizadə, Ə.Cəfərzadə ilə birlikdə "Azərbaycan-türk

teatrosunun müxtəsər tarixçəsi"ni  yazır. 1923-cü ildə Bakıda Azərnəşrin nəzdində

məktəbdənkənar oxu kitabları tərtib edən komissiyanın işində fəal çalışır. Bütün bu

və başqa  dəlillər  göstərir  ki,  20-ci  illərdə Süleyman  Sani  xalqın  ictimai-mədəni

inkişafı  üçün  böyük əmək  sərf  etmiş, ictimai  xadim  kimi  xalqın etimadını

qazanmışdır.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə