P L a n: Ümumi, peşə və məktəbdənkənar təhsil



Yüklə 43,24 Kb.
səhifə6/10
tarix18.01.2022
ölçüsü43,24 Kb.
#82955
1   2   3   4   5   6   7   8   9   10
movzu 10

Məktəbdənkənar təhsil. XIX əsrin sonu və XX əsrin əvvəllində məktəbdənxaric təhsilin canlanması müşahidə olunurdu. Bakıda, Mixaylovski şəhər məktəbinin binasında elemetar savad təlimi verən bazar günü məktəbi fəaliyyət göstərirdi ki, bu məktəb bəzi ümumtəhsilbilikləri də verirdi. Bu məktəbdə mütərəqqi əhvali-ruhiyyəli orta məktəb müəllimləri təlimlə məşğul olurdular.

1907-ci ildə “Nicat” cəmiyyəti “cümə günləri” adlanan ümumitəhsil kursları təsis etdi. Burada dinləyici kontingentinin tərkibi fəhlələrdən (59 nəfər), sənətkarlardan (70 nəfər), kiçik ticarətçilərdən (57 nəfər) və prikazçiklərdən (40 nəfər) ibarət idi. Həm bazar günü məktəbində, həm də cümə günü kurslarında təhsil alanlar əsasən 15 yaşından 25 yaşınadək olan gənclərdən ibarət idi. Bazar günü məktəbinin və “cümə günü” kurslarının şagird kateqoriyasının əsas hissəsini zəhmətkeş balaları, xüsusən fəhlələr təşkil edirdi. Bakıdakı bolşevik təşkilatlarının rəhbərləri şəhərin maarif müəssisələri ilə işdə bunu xüsusilə nəzərə alırdı.

Zəhmətkeşlər üçün nəzərdə tutulan məktəblər və kurslar son dərəcə ağir maddi şəraitdə idi. Şəhər özünüidarə orqanları bazar günü məktəblərinə ildə cəmisi 400 rubl verirdisə, kurslar bütövlükıə cəmiyyətin hesabına fəaliyyət göstərirdi. Məmurlar fəhlələr üçün açılmış məktəb və kursların inkişafına sədd çəkir, onların açılmasını ləngidir, maddi cəhətdən heç bir kömək göstərmirdilər. Fəhlələrin təkidi ilə 1908-ci ildə “Nicat” cəmiyyəti tərəfindən açılan kursları Bakı şəhər rəisi “yerli əhalinin tələblərinə və maraqlarına cavab vermir” kimi qiymətləndirmişdir.

Şəhərlərdəki və iri kəndlərdəki ibtidai məktəblərin nəzdində böyüklər və yaşlılar üçün axşam kursları yaradılırdı. Lakin onlar heç bir maddi yardım almadığı üçün, tezliklə fəaliyyətlərini dayandırmağa məcbur oldular.

1914-cü ildə Bakıda 4 açıq kitabxana, o cümlədən azərbaycanlı müəllimlər üçün “Nicat” cəmiyyətinin kitabxanası, Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində texniki ixtisaslar üzrə kitabxana fəaliyyət göstərirdi. Kitabxana-oxu zalları Bakının mədən-zavod rayonlarında açılmışdı: onlar Balaxanı, Qaraşəhər, Bibi-Heybət və bir neçə digər yerlərdə idi. Bu dövrdə muzeylər də yaradılırdı: onlardan Bakı Texniki məktəbi nəzdindəki Sənaye muzeyini, Rus Texniki Cəmiy-yətinin Bakı şöbəsi nəzdindəki Texniki muzeyi, Bakı-Dağıstan Xalq məktəbləri Direktorluğu nəzdindəki Pedaqoji muzeyi göstərmək olar.


Yüklə 43,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə