İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin nəzərindən



Yüklə 351,99 Kb.
səhifə1/17
tarix14.04.2018
ölçüsü351,99 Kb.
#38366
  1   2   3   4   5   6   7   8   9   ...   17


Azadlıq

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin nəzərindən

Kitаbın аdı:...........................................Azadlıq

Tərtib edən:...........................Doktor Mənuçöhr

Tәrcümә еdәn:............................İbrahim Mirzə

Nәşr еdәn:..................................."Üfüqe-fərda"

Çаp tаriхi:..................................................2012

Çаp növbәsi:...........................................Birinci

Tirаj:..........................................................3000




Birinci fəsil: Azadlığın tərifi

Azadlıq nə deməkdir?


Mövzunun aydınlaşması üçün “azadlıq” sözünün mənası və İslamın bu barədə görüşü haqda danışmaq zərurəti yaranır. Ümid edirəm söhbətlərin məcmusu ictimaiyyətin məlumatlandırılması, habelə bizim kimi məsul şəxslərin əməl etməsi üçün faydalı olacaq.

İlk öncə azadlığın mənasını aydınlaşdırmalıyıq. Azadlıq nə deməkdir? Dünyada adlı-sanlı dövlətlərin təxminən hamısı, Şərq və Qərb blokları azadlıqdan ağız dolusu danışır. Həm Qərb demokratiyası azadlıq iddiasındadır (əlbəttə, Qərbdəki azadlıq fərdi azadlıqdır), həm də Şərq bloku ölkələri, sosialist quruluşları, yaxud sosializm iddiasında olanlar azadlıq və demokratiyadan dəm vururlar. Şərq ölkələrinin əksəri dövlətin adına azadlıq mənasını ifadə edən “demokratik” sözünü əlavə edirlər. İddia edirlər ki, bu quruluşlarda əsas məqsədlərdən biri də azadlıqdır. Əlbəttə, azadlıq dedikdə onların məqsədi fərdi yox, cəmiyyət miqyasında azadlıqdır. Yəni fərdi azadlığın ictimai azadlıq saydıqları bir şeydə qarışıb həll olması.

Görürsünüz ki, dünyada azadlıq iddiası var; hər dövlət, hər rejim, hər məktəb, hər quruluş azadlığa xüsusi tərzdə tərif verir və hamı iddia edir ki, öz cəmiyyətlərində azadlığı təmin etmişlər. İslam cəmiyyətləri daxilində, o cümlədən bizim cəmiyyətimizdə də bəziləri azadlıqdan dəm vururlar. Bunların arasında olan inqilabçı və mömin adamlar azadlıq sözünü müqəddəs bir söz kimi işlədirlər. Onlar müxtəlif formalarda olan siyasi, iqtisadi və digər azadlıqların təmin edilməsinin tərəfdarıdırlar. Həmçinin onların sırasında azadlığı və azadlıq tələblərini, siyasi məqsədlərini ört-basdır etmək üçün vasitə edənlər də var.

Ölkə daxilində ziyalı qrupları və bu günlər Allahın lütfü ilə yüksək siyasi bilgilərə yiyələnmiş adi xalq arasında azadlıq sözü müxtəlif mənalarda işlənir. Hər kəsin zehnində azadlığın bir mənası canlanır, onun çərçivəsi müəyyən deyil.

Əlbəttə, müxtəlif pozğunluqların - cinsi və əxalqi pozğunluqların tərəfdarı olan bəzi insanlar azadlıq şüarı ilə və “biz azadıq, istədiyimiz hər bir işi görə bilərik!” – deyə, təəssüf ki, Qərbdə azadlıq adlandırılan mövzunu ortaya atırlar. Bizim cəmiyyətdə də çox vaxt azadlıq deyəndə Qərbin bu növ azadlığı yada düşür.

Dünyada azadlıq haqqında iddiaların çoxu sual altındadır. Yəni nə Qərb ölkələrində, nə bu demokratik quruluşlarda, nə də qəzetlərin zahiri baxımdan hər bir sözü yazdığı və televiziya kanallarının hər bir sözü dediyi yerlərdə həqiqi azadlıq var. Orada azadlığın görüntüsü mövcuddur, oradakı totalitar rejimlərin və diktatorların çirkin üzünə çəkilmiş qalın kosmetik bəzəkdir əslində. Orada da əsl azadlıq yoxdur. Bu mövzu, necə deyərlər, azad olan çox ölkələrin xalqları üçün ipucu ola bilər ki, özlərinin azad olmalarına şəkk etsinlər və azadlıqlarını tələb eləsinlər.1

“Azadlığın fəlsəfəsi nədir?” və “İnsan nə üçün azad olmalıdır?” suallarının mahiyyəti, kökü və sübutu olmalıdır. Müxtəlif sözlər deyilib: fayda, ümumi xeyir, ümumi ləzzət və maksimum, mədəni hüquqlardan biri. Bunların hamısına irad tutmaq olar. Onların özləri də irad tuturlar.

Əgər son illər liberalizm haqqında yazılanlara baxsanız, görərsiniz ki, azadlıq barəsində nə qədər əbəs, faydasız və orta əsrlər dövrünə aid sözlər deyilib. Biri bir söz deyib, o birisi cavab verib. Sonra daha biri gəlib və onun cavabına şərh verib. Doğrudan da, üçüncü dünya ziyalıları üçün pis əyləncə deyil: biri bu nəzəriyyənin tərəfdarı olsun, biri də o nəzəriyyənin; biri bunun arqumentlərini qəbul etsin, biri onun dəlillərini izah etsin, başqa biri də nəzəriyyəni öz adından başqasına sırısın. Ən çoxu budur ki, azadlığın fəlsəfəsi və mənşəyi bir insani hüquqdur.2

Azadlıq Allahın və inqilabın hədiyyəsidir. Azadlıq xalqa məxsusdur və xalqın fitri duyğularındandır.3

Azadlıq və istiqlaliyyət


Azadlıq mövzusunda danışarkən, bizim şüarlarımızdan olan istiqlaliyyət sözünü işlətməliyik; yəni müstəqil düşünək, düşüncədə təqlidçi olmayaq. Əgər əksər problemlərimizin və inkişafımızın bünövrəsi olan bu sahədə başqalarını yamsılasaq, gözlərimizi təkcə qərb təfəkkürünü göstərən bacaya açsaq, böyük səhv etmiş olacağıq və bizi acı nəticələr gözləyəcək.1

Nə istiqlaliyyət azadlığın qarşısını ala bilər, nə azadlıq istiqlaliyyətin. Bu, çox möhkəm prinsipdir. Əgər kimlərsə azadlıq adı ilə, azadlıq şüarı ilə düşmənə yol açmaq istəsə, bu, azadlıq deyil, düşmənin istəyidir, düşmənin qurduğu tələdir. Bu gün çox həssas gündür. Bu dövr həssas dövrdür.2


Azadlıq - verilməli, alınmalı, yoxsa öyrənməli?


Bu gün universitetdə azadlıq məsələsi çox müzakirə olunur. Bəzən deyirlər ki, azadlıq verilmir, alınır. Mən deyirəm azadlıq həm verilir, həm alınır, həm də öyrənilir. “Azadlıq verilir” nə deməkdir? Bu o deməkdir ki, hökumət məmurlarının təbii azadlıq haqqını, yəni qanuni azadlıqları heç kimdən almağa ixtiyarları yoxdur. Əlbəttə, bu, hökumətlər tərəfindən bir mərhəmət deyil. Onlar azadlığı təmin etməyə borcludurlar. Bu, onların vəzifəsidir.

“Azadlıq alınır” nə deməkdir? Yəni cəmiyyətdə hər bir agah və şüurlu insan öz azadlıq haqqı və hüdudları ilə tanış olmalı, onları tələb etməli və almalıdır. “Azadlıq öyrənilir” nə deməkdir? Yəni azadlığın mədəniyyəti və qayda-qanunları var. Bunları öyrənmək lazımdır. Azadlıq mədəniyyəti və qaydaları olmadan bu böyük nemət heç kəs üçün, heç bir cəmiyyət üçün lazımi həddə mövcud olmayacaq. Əgər cəmiyyətdə azadlıq qaydaları olmasa və insanlar bundan istifadə qaydasını öyrənməzsə, heç şübhəsiz, fəal, çalışqan və öncül bir cəmiyyət üçün zəruri olan azadlıq əldən veriləcək. İslam nöqteyi-nəzərindən bu, bir cəmiyyət üçün faciədir. Azadlığın əldən çıxması faciədir.

İslamda hər növ avtoritarizm və diktatura – fərdi, yaxud ictimai diktatura (ictimai diktatura da fərdi diktatura kimidir, partiya diktaturası da belədir, bəzən bundan da pisdir), yəni bir nəfərin öz nəfs istəkləri əsasında xalqa hakimiyyəti ələ alması qəbuledilməzdir. Bu, hər hansı bir yerdə görünsə faciədir. Əgər azadlıqla davranmaq qaydalarını və mədəniyyətini bilməsək, belə olacaq. Bəziləri də məhz belə olmasını istəyir.

Bəziləri istəmir ki, biz azadlıq mədəniyyəti ilə tanış olaq, onlar da aranı qarışdırıb, xalqda güclü bir müstəbidə meyl yaratsınlar. Bəzi cəmiyyətlərdə hərc-mərclik, nizam-intizamsızlıq və iğtişaşlar elə bir həddə çatır ki, xalq güclü despotun meydana çıxıb nizam-intizam yaratmasını arzulayır. Bəziləri cəmiyyəti sözügedən vəziyyətə aparmaq istəyirlər: azadlıqdan ən pis və yanlış şəkildə istifadə edir, xalqın imanı, duyğuları və düşüncələri ilə, cəmiyyətin ehtiyacları ilə oynayıb, onu təlatümə gətirirlər. Bunlar azadlığın düşmənləridirlər. Azadlığı bədnam etmək olmaz. Azadlıqdan süngü düzəldib, onun əsil keşikçilərinin sinəsini hədəfə almaq olmaz. Azadlıqla oynamaq olmaz. Azadlığı vasitəyə çevirib, onun mədəniyyətinə əsla tabe olmayan şəxslər azadlığa zərbə vururlar. Onlar azadlıq tərəfdarı deyillər, azadlığa xəyanət edirlər. Azadlıq qanunları pozmaq və İslam Respublikası sisteminin kökünə balta çalmaq üçün vasitə edilməməlidir! Dünyanın şərq və qərbində heç bir quruluş, onun kökünü kəsmək istəyənlərə hörmət etmir. Amma İslam Respublikası bu hörməti etdi. Uzun müddət bəzi şəxslər azadlıq adı altında xalqın imanına və müqəddəsliklərinə istədiklərini etdilər. İslam Respublikası isə hər hansı səbəbə görə susdu, hakimiyyət dözdü və hörmət göstərdi.1



Yüklə 351,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə