İMAM HÜSEYNİN
QİYAMI
VƏ
ONU DOĞURAN SƏBƏBLƏR
2
2
MÜƏLLİF: USTAD ŞƏHİD
MÜRTƏZA MÜTƏHHƏRİ
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
İMAM HÜSEYNİN QİYAMI
VƏ
ONUN DOĞURAN SƏBƏBLƏR
3
3
4
4
Kitabın adı:...İmam Hüseynin qiyamı və
onu doğuran səbəblər
Müəllif:.................Ustad Şəhid Mürtəza
Mütəhhəri
Tərcümə edən:......................Tərcümə heyəti
Kompyuterə yığan:...............Məşədi Ramiz
Tiraj:...........................................................3000
Çap .övbəsi:........................................İkinci
Çap tarixi....................................2000 Bahar
5
5
MÜQƏDDİMƏ
İnsan öz həyatında qarşılıqlı əlaqələr yaradıb
ictimai şəkildə yaşamağa meyl göstərən bir
vücuddur. Onun ictimai yaşayışı həqiqətən zati,
təbii və fitri bir məsələdir. Buna əsasən onun dağlar
qoynunda, səhralarda və meşələrdə təkcə yaşaması
öz fitrətinə zidd və əslində qeyri-mümkün olan bir
işdir.
Həmin məsələ ilə əlaqədar olaraq hikmət alimləri
demişlər ki, insan təbii və fitri cəhətdən mədəni və
ictimai bir məxluq kimi yaranmışdır. Cəmiyyət
qurmaq, başqalarının qeydinə qalmaq, onların həyat
və yaşayışları ilə maraqlanmaq, təsir edib təsirə
məruz qalmaq, başqa insanlarla həmkarlıq edib
yaşayış
problemlərini
həll
etmək,
yaşadığı
cəmiyyətdə maddi və mənəvi çətinlikləri aradan
qaldırmaq və bəzən də cəmiyyətin ümumi
mənafeyinə, özünün şəxsi hüquqlarına təcavüz
olunduqda müdafiə mövqeyi seçmək və nəticədə öz
dünyasının
təmin
olması
və
axirətinin
6
6
abadlaşmasında əsas rol oynayan bu kimi əməl və
hərəkətlər onun fitrətində və təbiətindədir.
Belə bir şəkildə təşkil edilmiş hər hansı bir
cəmiyyət öz həyatını davam etdirmək üçün orada
hakim olan din və qayda-qanunları da qorumalıdır.
Həmin
din,
ayin
və
qayda-qanunuların
qorunmasının yollarından biri də əmr be məruf
(yaxşı işlərə dəvət) və nəhy əz münkər (pis işlərdən
çəkindirmək) mövzusudur. Cəmiyyət üzvlərindən
kimsə hər hansı bir qanuna və ya dinə zidd hərəkət
edib
hakim
qanunlara
hörmətsizlik
etdikdə
cəmiyyətin bütün üzvləri onu qorumaq məqsədi ilə
həmin şəxsi bu kimi işlərdən çəkindirməlidir.
Cəmiyyət üzvləri ümumi prinsipləri qorusunlar
deyə, qanuna zidd olan hər hansı bir hərəkətin
qarşısını almalı və öz məsuliyyətli öyüd-nəsihətləri
ilə onları yaxşı işlərə tərəf yönəltməli və pis işlərdən
çəkindirməlidirlər.
Həzrət əli (ə) bu barədə belə buyurubdur:
İslam şəriətinin davam etməsi əmr be məruf və
nəhy əz münkərdən asılıdır.
Həmin səbəbə görədir ki, əmr be məruf əməllərin
ən fəzilətlisi kimi tanıtdırılmışdır.
Həzrət əli (ə) buyurdu:
7
7
əmr be məruf insanların ən yaxşı əməlidir. Hər
bir cəmiyyətin sabitliyi onda əmr be məruf
məsələsinə necə yanaşılmasından asılıdır.
Beşinci imam Məhəmməd Baqir (ə) həmin məsələ
haqda buyurur:
“əmr be məruf və nəhy əz münkər Allahın
işlərindəndir ki, ona yardım edən şəxsi Allah əziz
edər, əməl etməyib onu sayamayan şəxsi isə zəlil
edər.”
Həqiqətən insanın dünya və axirət xoşbəxtliyi
əmr be məruf və nəhy əz münkərlə təmin olunur.
İmam Rza (ə) buyurub:
Əmr be məruf və nəhy əz münkəri tərk etməyin,
əks təqdirdə Allah-təala pis adamları sizə hakim
edər və sonra hər nə qədər dua etsəniz qəbul
olunmaz.
Əmr be məruf və nəhy əz münkər lazım və zəruri
məsələlərdəndir ki, Qurani-kərim
müxtəlif ayələrdə
ona təkid edir və imamlar da bu barədə yüzlərlə hədis
buyurmuşlar. Böyük ustad
şəhid Mürtəza Mütəhhəri
də bu məsələyə xüsusi diqqət yetirmiş, onu müxtəlif
cəhətlərdən
araşdıraraq
“İmam
Hüseyn
(ə)
qiyamında əmr be məruf və nəhy əz münkər amili”
adlı bir kitab toplamışdır.
Bu kitab Azərbaycan xalqının istifadəsinə
verilmək məqsədi ilə Ümumdünya əhli-beyt
Dostları ilə paylaş: |