Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   26   27   28   29   30   31   32   33   34

 

63

müşahidə olunur, heç vaxt neyritdə  və onun əsasında təsadüf olunmur. İşıq mikroskopunda bu maddə 



əsasən boyaqlarla (metilen abısı, tionin və s) rənglənmiş preparatlarda aşkar edilir və dənələr, ya onların 

qaymacıq şəklində toplantıları kimi görünür. Belə mənzərə neyroplazmaya ləkəli şəkil verərək onu pələng 

dərisinə oxşadır ki, buradan da tiqroid (rusca tiqr – “pələng” və yunanca eidos – “bənzər”) maddə termini 

yaranmışdır.  

Bazofil maddə haqqında  əsl təsəvvür elektron mikroskopunun tətbiqindən sonra yaranmışdır və 

müəyyən edilmişdir ki, bu maddə digər hüceyrələrin dənəli sitoplazmatik toruna müvafiqdir [1, s. 155, 

şək. 17.6]. Neyroplazmanın bazofil maddəsi aşkar edilən yerləri ribosomlarla zəngin olan nahiyələrdir, 

buna  əsasən də, bazofil maddə qaymacıqları toplanan nahiyələrdə zülalın fəal sintez olunduğunu 

düşünmək olar. Həmin zülal neyronun spesifik funksiyası ilə  əlaqədardır. Beləliklə, bazofil maddə 

nahiyəsində histokimyəvi cəhətdən RNT-dən əlavə, əsas zülalların olduğu aşkarlanmışdır, burada bəzən 

(məsələn, hərəki neyronlarda) qlikogen də aşkar edilir.  

Müxtəlif neyronlarda bazofil maddənin morfologiyası eyni deyildir. Məsələn, onurğa beyinin hərəki 

sinir hüceyrələrində bazofil maddə böyük qaymacıqlar şəklində olur və bilavasitə nüvə ətrafında daha sıx 

yerləşir. Periferiyada və dendritlərdə bazofil maddə kiçik dənələr şəklində olub bir-birindən aralı yerləşir. 

Onurğa beyninin hissi neyronlarında isə bu maddənin dənələri daha narın olur və bərabər surətdə bütün 

perikarionda (onun periferik ensiz hissəsindən başqa) paylanır. Vegetativ sinir hüceyrələrində də bazofil 

maddə narın dənələr  şəklində olur, lakin onlar bərabər paylanmır və görünüşcə tora bənzəyir. Belə 

mənzərəyə simpatik qanqlionların çoxunda təsadüf olunur. Günəş kələfi qanqlionu hüceyrələrində, habelə 

ulduzabənzər qanqlionda əksinə, bazofil maddə kobud qaymacıqlar şəklində nəinki perikarionda, habelə 

dendritlərdə də olur. 

Bazofil maddənin morfofiziologiyası sinir hüceyrələrinin funksional halından asılı olaraq dəyişir. 

Hüceyrənin spesifik fəaliyyəti optimal dərəcədə artdıqda, neyroplazmanın bazofil maddə olan yerləri 

daha intensiv boyanır və qaymacıqlar yaxşı nəzərə çarpır. Lakin sinir hüceyrələrinin həddən artıq gərgin 

fəaliyyəti zamanı, travma şəraitində (məs.: sinir hüceyrəsi çıxıntıları  kəsildikdə), zəhərlənmə zamanı, 

oksigen aclığı olduqda və s. şəraitdə bazofil maddə qaymacıqları parçalanır, onların miqdarı azalır və 

tədricən  əriyib yoxa çıxır. Belə hala xromatoliz, ya tiqroliz deyilir. Bu zaman bazofil maddə  əvvəlcə 

dendritlərdən, sonra isə perikariondan itir. Xromatoliz prosesində nüvə bir qayda olaraq, ekssentrik 

vəziyyət alır.  Əgər bu hadisəyə  səbəb olan amillər aradan götürülərsə bazofil maddə yenidən bərpa 

olunur. Beləliklə, bu maddənin miqdarı, forması  və yerləşmə xüsusiyyətləri neyronun funksional halını 

əks etdirir.  

Neyroplazmada dənəsiz sitoplazmatik tora da təsadüf olunur. O, dar borucuqlar və qovucuqlar 

şəklində görünür. 

Sinir hüceyrələrinin xarakterizə edən digər spesifik orqanellərə  işıq mikroskopunda xüsusi üsulla 

(gümüşləmə) hazırlanmış preparatlarda aşkar edilən  neyrofibrillər  (neurofibrilli) aiddir. Neyrofibrillər 

hüceyrənin həm cismində, həm də çıxıntılarda müşahidə olunur. Hüceyrənin cismində, habelə dendritlərin 

başlanğıcında neyrofibrillər müxtəlif istiqamətlərdə gedərək çox sıx və incə tor təşkil edir; neyrit və 

dendritlərin periferik hissəsində isə onlar boylama istiqamətdə bir-birinə paralel yerləşir. Neyrofibrillər 

neyroplazmanın xətti istiqamətdə düzülən zülal molekullarından ibarətdir. Bunlar çox mütəhərrikdir və 

sinir hüceyrəsinin oyanma halı dəyişdikdə neyrofibrillər də dəyişir; güclü oyanmalar zamanı onlar hətta 

itə bilər.Qış yuxusuna gedən heyvanlarda sinir hüceyrələri cismində neyrofibrillər tor şəklində deyil, ayrı-

ayrı dəstələr şəklində yerləşir. 

Qeyd etmək lazımdır ki, neyrofibrillər yalnız optik mikroskopda görünür, elektron mikroskopunda 

isə bunların  əvəzində çox nazik saplar – neyrofilamentlər  (neurofilamenti) və borucuqlar – 

neyroborucuqlar (neurotubuli) aşkar edilir [1, s. 39, şək. 5.15]. Neyrofilamentlərin qalınlığı 6,0-10 nm 

neyroborucuqların diametri isə 20-300 nm-dir. İşıq mikroskopu üçün hazırlanan preparatda fiksasiya 

zamanı saplar və borucuqlar bir-birinə çox yaxın olduğundan onlar bütöv və nisbətən qalın dəstələr 

şəklində müşahidə edilir və gümüşlə boyadıqda qara rəng alır. 

Neyrofibrillərin funksional əhəmiyyəti dəqiq müəyyən edilməmişdir. Mövcud olan mülahizələrdən 

birinə görə neyrofibrillər oyanmanın nəql olunmasında bilavasitə  iştirak edir. Bəzi müəlliflərin fikrincə 

neyrofibrillər istinad vəzifəsini icra edərək, sinir hüceyrəsinin skeletini (sitoskeleti) əmələ  gətirir. Sinir 

hüceyrəsinin histokimyəvi tədqiqi göstərmişdir ki, onun hialoplazmasında qlikogen, lipidlər, C vitamini, 




 

64

müxtəlif amin turşuları  və s. vardır. Bunlarla yanaşı hialoplazmada və neyroplazmanın zarlı 



strukturlarında müxtəlif fermentlər (oksidaza, peroksidaza, fosfataza, fosforilaza, xolinesteraz və s.) 

müəyyən edilmişdir. Sinir hüceyrələrində piqment əlavələri də  aşkar edilmişdir. Bunlar iki növdür: 

melanin və lipofussin. Melanin qara rəngdə olub, müxtəlif ölçülü dənələr şəkilində sinir sisteminin yalnız 

bəzi yerlərində (azan sinirin dorzal qanqlionunda, beynin qara maddəsinin və göy yerin neyronlarında) 

təsadüf olunur; bu hüceyrələr neyromelanositlər adlanır. Lipoffusin sarı piqment olub, tərkibində lipoid 

maddələr vardır və ona kiçik dənələr şəklində, demək olar ki, bütün sinir hüceyrələrində rast gəlmək olur. 

Əvvəllər lipofussinin qoca yaşlar üşün xarakter olduğu etiraf olunurdu, indi isə müəyyən edilmişdir ki, bu 

piqmentə uşaqlarda da (7 yaşından sonra) təsadüf olunur.  



 

NEYROSEKRETOR HÜCEYRƏLƏR 

 

Neyrosektor hüceyrə, və ya sekretor neyrosit (neurocytus secretorius) sekretor fəaliyyətə malik 

sinir hüceyrəsinə deyilir. Onlar nisbətən böyük multipoliyar sinir hüceyrələridir, perikarionda bazofil 

maddənin miqdarı azdır və onlar adətən, periferik hissədə yerləşir. Nüvələri çox vaxt qeyri düzgün 

formaya malik olur ki, bu da onların yüksək funksional fəallığını göstərir. Perikarionda və neyritdə 

müxtəlif ölçülü sekret dənələrinə təsadüf olunur. Bunlar zülaldan, lipoidlərdən və polisaxaridlərdən təşkil 

olunur. Neyrosekret dənələri spirtdə və suda həll olmur. Neyrosekretor hüceyrələr hipotalamusun (görmə 

qabaraltının) başlıca olaraq iki nüvəsində – görməüstü və mədəcikyanı nüvələrdə olur. Burada hasil olan 

neyrosekret neyritlər vasitəsi ilə hipofizin arxa payına və boz qabar nahiyyəsinə çataraq, orada 

kapilyarlara ifraz olunur, həmin sekretlərin tərkibində antidiuretik hormon, oksitosin və vazopressin 

müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, hipotalamusun ventromedial, dorsomedial və arkuat 

nüvələrində  də kicik neyrosekretor hüceyrələr yerləşirlər. Bu hüceyrələr tərəfindən liberin və statinlər 

sintez olunurlar.  



NEYROQLİYA (NEUROGLİA

 

Neyroqliya, ya qliya (yunanca glia  – yapışqan deməkdir) neyronlarla birlikdə sinir toxumasını 

təşkil edir. Spesifik sinir fəaliyyətini icra edən neyronlardan fərqli olaraq, neyroqliya yardımçı  vəzifə 

daşıyır. Buraya istinad, trofik, ayrıcı (hüdudi), sekretor və mühafizə  vəzifələri aiddir. Neyroqliya, 

müxtəlif formaya, vəzifəyə və mənşəyə malik çoxlu hüceyrə elementlərindən ibarətdir. Bu hüceyrələr iki 

qrupa bölünür: qliositlər,və qliya makrofaqları. 

Qliositlər (gliocyti) əvvəllər makroqliya, qliya makrofaqları (macrophagus) mikroqliya adlanırdı. 

Qliositlər sinir borusunun spongioblast adlanan hüceyrələrindən, qliya makrofaqları isə mezinximdən 

inkişaf edir. Qliositlər üç növdür: astrositlər, ependimositlər və oliqodendroqliositlər Astrositlər 

(astrocyti) çoxlu çıxıntılara malik xırda ulduzşəkilli (yunanca aster-ulduz) hüceyrələrdir. Çıxıntılar  şüa 

kimi hər tərəfə yayılır [1, s. 153-156, şək. 17.4 və 17.7]. Nüvələri girdə ya oval şəkildə olur və onlarda 

nüvəcik müəyyən edilmir. Sitoplazmada adi hüceyrələrdə müşahidə olunan orqanellərə  təsadüf olunur. 

Lakin sitoplazmatik tor aparat zəif nəzərə çarpır. Çıxıntıların forma və quruluşundan asılı olaraq, əsasən 

iki növ astrosit lifli astrositlər (astrociti fibrosi) və plazmatik astrositlər (astrociti plazmatici).müəyyən 

edilir;  

Lifli ya uzunşüalı astrositlərin çıxıntıları uzun, hamar və  zəif  şaxəli olur. Bunlar bir-biri ilə 

çarpazlaşaraq sıx tor əmələ gətirir ki, bu da beyin üçün istinad vəzifəsini görür. Lifli astrositlər başlıca 

olaraq beynin ağ maddəsində yerləşir. Qan damarları  ətrafında çıxıntılar genişlənərək hüdudi zar təşkil 

edir və onlara qliyavaskulyar zar deyilir.  

Plazmatik astrositlər beynin boz maddəsi üçün daha xarakterdir. Bunların çıxıntıları nisbətən qısa, 

qalın və çoxşaxəli olur. Sitoplazmada mitoxondrilər çoxdur, buna görə həmin astrositlər istinad vəzifəsi 

ilə yanaşı mübadilə prosesində də iştirak edir. Bunlar çox sıx yerləşir, çıxıntılar çarpazlaşaraq keçəşəkilli 

zəif struktur əmələ gətirir; bunların ilgəklərində neyronlar yerləşir. Plazmatik astrositlər iri, girdə və az 

xromatinli nüvəyə malikdir. Qeyd olunan formalardan əlavə bəzi astrositlər keçid forma təşkil edərək lifli 



plazmatik astrositlər (astrocyti fibroplasmatici) adlanır. Beləliklə, astrositlər mərkəzi sinir sistemi üçün 

istinad, trofik və hüdudi funksiya daşıyır. 

Ependimositlər  və ya ependim hüceyrələri (ependimocti) bir-biri ilə sıx təmas edərək ependim qatı 

şəklində beynin bütün mədəciklərini və onurğa beyni kanalını daxildən ötürür [1, s. 153, şək. 17.4]. Aşağı 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə