Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   26   27   28   29   30   31   32   33   34

 

61

Neyronda hüceyrə cismindən  əlavə  çıxıntılar ayırd edilir [1, s. 154-157, şək. 17.5-17.8]. Sinir 



hüceyrəsinin çıxıntıları iki növdür: neyrit, ya, akson  (neuritum) və  dendrit  (dendritum). Neyrit, və ya 

akson (latınca axis – “ox”) sinir impulsunu hüceyrə cismindən (perikariondan) işçi orqanlara (əzələlərə, 

vəzilərə) və ya digər neyronlara aparır, dendritlər isə  əksinə impulsu periferiyadan perikariona doğru 

aparır. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti olub, bir ya bir neçə dendriti ola bilər. Beləliklə, 

çıxıntıların ümumi miqdarı ayrı-ayrı neyronlarda eyni deyildir və bundan asılı olaraq üç növ neyron [1, s. 

151, şək. 17.3] ayırd edilir: birçıxıntılı, və ya unipolyar neyron (neurocutis unipolaris), ikiçıxıntılı və ya 

biopolyar neyron (neurocytus  bipolaris) və çoxçıxıntılı, və ya multipolyar neyron (neurocytus 

multipolaris). Bunlardan əlavə, bir də psevdounipoiyar və ya yalan birçıxıntılı  (neurocytus 

pseudounipolaris) hüceyrələr müəyyən edilir. Bu neyronların cismindən bir çıxıntı başlayır və tezliklə 

"T" hərfi kimi ikiyə bölünür. Deməli, psevdounipolyar hüceyrələr əslində ikiçıxıntılıdır, lakin başlanğıcda 

bu çıxıntılar bir-biri ilə birləşmiş olur. Psevdounipolyar neyronların çıxıntılardan biri dendritə, digəri isə 

neyritə uyğundur.  İnsanda defintiv halda əsil unipolyar sinir hüceyrəsinə  təsadüf olunmur. Unipolyar 

neyronda olan cəmi bir çıxıntı neyritdən ibarətdir, onun dentriti olmur. Embrional dövrdə unipolyar 

neyronlar olur, lakin insanda embrional inkişafın sonrakı  mərhələlərində bunlar tezliklə iki ya, 

çoxçıxıntılı neyronlara diferensiasiya edir. Bu onunla izah olunur ki, rüşeym dövründə inkişaf etmədə 

olan sinir hüceyrəsində əvvəl neyrit meydana çıxır, dentritlər isə daha sonra əmələ gəlir. 

Bipolyar və ya ikiçıxıntılı neyronların çıxıntılarından biri dendrit, digəri isə neyritdir və onlar adətən 

hüceyrənin  əks qütblərindən başlayır.  İnsanda  əsil ikiçıxıntılı sinir hüceyrələrinə çox az təsadüf olur. 

Bunlara gözün tor qişasındakı ara neyronlar, qoxu neyronları  və spinal qanqlionun (eşitmə orqanında) 

neyronları aiddir. Qeyd olunduğu kimi bipolyar neyronlara bir də psevdounipolyar neyronları aid etmək 

olar. Bunlara isə  əksinə insanda çox təsadüf olunur, belə ki, onurğa beyni qanqlionlarını  təşkil edən 

neyronlar başlıca olaraq psevdounipolyar hüceyrələrdir. 

Multipolyar sinir hüceyrələrinin çıxıntıları üç və ya daha çox olur, lakin bunlardan yalnız biri neyrit 

olub, qalanları isə dendritlərdir. Multipolyar neyronlar insanda və digər məməlilərdə sinir hüceyrələrinin 

ən geniş yayılmış formasıdır. Onlara onurğa beynin ön buynuzlarının neyronlarını tipik misal kimi 

göstərmək olar. Bu neyronların neyriti adətən çox uzun olub, insanda bəzən bir metrdən də artıq olur. 

Belə neyrona uzun aksonlu  multipolyar neyron  (neurocytus  multipolarus longi axonicus) deyilir. 

Aksonları qısa olan multipolyar neyronlar da (neurocytus multipolaris brev iaxonicus) vardır.  

Dendritlər (yunanca dendron – “ağac”) çox vaxt qısa çıxıntılardır və bunlar bir qayda olaraq ağac 

kimi  şaxələnir. Onların uzunluğu bəzən mikronlarla ölçülür, lakin psevdounipolyar hüceyrələrdə 

dendritlər çox uzun çıxıntılardır və insanda uzunluqları  hətta bir metrə  qədər çatır. Dendritlər hüceyrə 

cismi yaxınlığında nisbətən qalın olur və oradan uzaqlaşdıqca nazikləşir. Neyrit nazik çıxıntıdır və bütün 

uzunluğu boyu öz qalınlığını  dəyişmir. Lakin başlanğıcda neyrit konusa bənzəyir, buna neyrit və ya 



akson  əsası  (basis  axonis) ya akson təpəciyi deyilir. Dendritlərin  şaxələri üzərində dendrit tikanları 

(spinula dendriti) adlanan çıxıntılara rast gəlmək olur. Dendrit periferik ucunda adətən şaxələnir, bir sıra 

təsadüflərdə  həmin  şaxələr üzərində spesifik quruluşlu xüsusu qəbuledici aparatlara və ya hissi sinir 

uclarına (reseptorlara) təsadüf olunur. Neyritlər isə effektor adlanan uc aparatla işçi orqanlarında qurtarır, 

digər təsadüflərdə isə neyritin ucları başqa neyronla sinaptik rabitələrlə təmasa gəlir. 

Neyronlar morfofizioloji quruluşundan  əlavə (çıxıntıların sayına görə) həmçinin funksional 

cəhətdən təsnif olunur. Bu cəhətdən hissi (afferent və ya affektor, ya da reseptor) neyronlar, ara 

(assosiativ) neyronlar və  hərəki (efferent, və ya effektor, ya da motor) neyronlar ayırd edilir. Hissi 

neyronlar reseptorlar vasitəsi ilə qəbul olunmuş qıcıqları sinir impulsu şəklində mərkəzi sinir sisteminə 

doğru aparır. Assosiativ neyronlar müxtəlif neyronlar arasında rabitələr yaradır. Hərəki neyronlar mərkəzi 

sinir sistemindən oyanmanı işçi orqanlara ötürür. 

Sinir hüceyrələrinin cismi müxtəlif formaya və ölçülərə malikdir. Formaca girdə, çoxbucaqlı, 

piramidəbənzər, armudşəkilli, iyəbənzər və s. hüceyrələr müəyyən edilir. Adətən, insanda hissi sinir 

hüceyrələrinin cismi girdə olur, hərəki neyronlar isə sinir sisteminin ayrı-ayrı nahiyələrində eyni olmayıb 

spesifik formaya malik olur; məs.: beyin qabığının hüceyrələri çox vaxt piramidə  bənzəyir, beyincik 

qabığında isə armudşəkllidirlər. Bir qayda olaraq insanın onurğa beyninin ön buynuzundakı  hərəki 

hüceyrələr multipolyar və ya çoxbucaqlı  şəkildə olur. Sinir hüceyrələri cisminin ölçüləri də ayrı-ayrı 

yerdə müxtəlif olur, bu ölçülər çox geniş diapazonda tərəddüd edir (4-30 mikron). Ən böyük hüceyrələrə 




 

62

insanın beyin qabığında,  ən kiçik hüceyrələrə isə beyincik qabığında rast gəlmək olur (dənə-sinir 



hüceyrələri). Lakin qeyd etmək lazımdır ki, beyin qabığında,  əksinə, kiçik hüceyrələrə  və beyincik 

qabığında böyük hüceyrələrə (armudabənzər hüceyrələr) də təsadüf olunur.  

 

Sinir hüceyrəsinin daxili quruluşu 

 

Sinir hüceyrəsi cismində neyroplazma (perikarion), nüvə, ümumi və spesifik orqanellər ayırd edilir 



[1, s. 155, şək. 17.6]. İnsanın sinir hüceyrəsində adətən bir nüvə olur, çox nadir hallarda isə iki və hətta 

çox nüvəyə rast gəlmək olur. Çoxnüvəli sinir hüceyrələri (vegetativ sinir hüceyrələri) vegetativ sinir 

sisteminin bəzi nahiyələrində, məsələn, intramural sinir qanqlionlarında (uşaqlıq boynunda, prostat 

vəzində  və s.) müşahidə olunur. Həmin yerlərdə hüceyrə nüvələrinin sayı  bəzən 15-ə  qədər çata bilir. 

Nüvə çox vaxt girdə olub, qovuqcuğa bənzəyir və hüceyrənin mərkəzində yerləşir, ekssentrik vəziyyətdə 

olan nüvəyə az təsadüf olunur. Xromatin az olduğundan nüvə açıq boyanır və onun içərisində nüvəcik 

aydın nəzərə çarpır. Nüvəcik adətən iri və bir ədəd olur, bəzən iki ya üç nüvəciyə  də  təsadüf edilir. 

Nüvəcik RNT ilə zəngindir. Nüvə və nüvəciyin böyüklüyü neyronun funksional halından asılıdır; fəallıq 

artdıqca onlar böyüyür, nüvəcik miqdarca çoxala bilir. 

Elektron mikroskopu vasitəsiləsinir hüceyrəsi nüvəsinin  ətrafında tipik iki zar aşkar edilmişdir, 

həmin zarların arasındakı məsafə 20 nm-ə bərabərdir. Nüvə zarı üzərində dəliklər vardır. 

Sinir hüceyrəsinin sitoplazmatik maddəsi, və ya neyroplazma onun həm cismində, həm də 

çıxıntılarında paylanmışdır; hüceyrə cismində o perikarion  (pericaryon) adlanır, aksonun plazmasına 

aksoplazma, dendritdə isə ona dendroplazma deyilir. Neyroplazmada ümumi xarakterli orqanellərdən 

(lövhəli kompleks, mitoxondrilər, hüceyrə  mərkəzi, sitoplazmatik top, ribosomlar) əlavə spesifik 

orqanellər də (bazofil maddə və neyrofibrillər) vardır; həm də onlar neyroplazmanın müxtəlif yerlərində 

miqdarca və quruluşca fərqlənir.  

Lövhəli kompleks sinir hüceyrələrində çox yaxşı nəzərə çarpır və heç də təsadüfi deyildir ki, o ilk 

dəfə Holci tərəfindən 1989-cu ildə məhz bu hüceyrələrdə kəşf olunmuşdur. İşıq mikroskopunda lövhəli 

kompleks bəzi sinir hüceyrələrində nüvə  ətrafında yerləşən səbətə  bənzəyir, digər hüceyrələrdə, o ayrı-

ayrı hüceyrələrə bölünərək neyroplazmanın demək olar ki, bütün hissəsini (periferik hissədən başqa) 

tutur. Bəzi müəlliflərin fikrincə lövhəli kompleksin hissələrə bölünməsi hüceyrənin zədələnməsinin 

nəticəsidir. 

Neyroplazmada mitoxondrulər çoxdur, onlar həm perikarionda, həm də akson və dendroplazmada 

təsadüf olunur. Akson əsasında və sinir çıxıntılarının uclarında, xüsusuiə, neyronarası sinapslar 

nahiyəsində mitoxondrlar daha çox olur. İşıq mikroskopunda bunlar dənələr, saplar və çöplər  şəklində 

görünür.  

Hüceyrə  mərkəzi sinir sisteminin demək olar ki, hər yerində perikarionda müşahidə edilmişdir. 

Əvvəllər bu orqanel yalnız bəzi neyronlarda, o cümlədən beyinciyin bir sıra hüceyrələrində  aşkar 

edilmişdi; beyin qabığında, habelə onurğa beyni hüceyrələrində hüceyrə  mərkəzinin olmadığı  zənn 

edilirdi. Hal-hazırkı dövürdə bu fikir özünü doğrultmamışdır. İnkişaf etməkdə olan sinir hüceyrələrində 

hüceyrə  mərkəzi adətən neyritin meydana çıxdığı nahiyədə yerləşir. Definitiv sinir hüceyrələrində isə 

buna dendritlərlə nüvə arasında təsadüf olunur, həm də onlar nüvəyə daha yaxın olur. 

Sitoplazmatik tor iki konturlu dənəli zarlardan təşkil olunmuş sisternlər, qovuqcuqlar və kanalcıqlar 

sistemindən ibarət olub, bir-biri ilə rabitəlidir. Bu strukturların diametri sitoplazmatik torun ayrı-ayrı 

yerlərində müxtəlif olub 30-20 nm arasında tərəddüd edilir. Onurğa beyni neyronlarinda kanalcıqlar və 

sisternlər müəyyən nizamla düzülmüşdür, digər neyronlarda isə bunlar nisbətən pərakəndə yerləşir. 

Hüceyrənin fizioloji halından asılı olaraq sitoplazmatik torun forması  və lokalizasiyası  dəyişir. Sinir 

hüceyrələrinin hamısı ribosomlarla zəngindir. Onlar dənələr  şəklində olub, diametrləri 15-35 nm-ə 

bərabərdir. Ribosomlarda çoxlu miqdarda RNT və onunla bağlı  əsas zülallar vardır. Diferensiasiya 

etməmiş sinir hüceyrələrində, yəni neyroblastlarda ribosomların çoxu sərbəst halda olur, bunlar ya tək-

tək, ya da kiçik qruplarla (poliribosomlar şəklində) yerləşir. Yetişmiş sinir hüceyrələrində isə 

ribosomların xeyli hissəsi sərbəst deyil, dənəli sitoplazmatik torun tərkibinə daxildir. 



Bazofil maddə  (substantio  basophila) sinir hüceyrəsinin daimi spesifik strukdurdur. Bu maddə 

ədəbiyyatda müxtəlif adlarla məhşurdur: tiqroid və ya pələngvari maddə, Nisel qaymacıqları, ya da 

maddəsi və xromatofil maddə [1, s. 154, şək. 17.5]. Bazofil maddə perikarionda, habelə dendritlərdə 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə