Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   26   27   28   29   30   31   32   33   34

 

67

və onların arasında yerləşən açıq rəngli lipid molekulları qatlarından ibarət olması  aşkarlanmışdır. 



Mezaksonda isə sitolemma büküş  şəklində olduğundan onların xarici zülal molekulları qatı bir-biri ilə 

birləşir və nəticədə mezaksonun mərkəzində zülal molekullarının tünd rəngli, qalın iki qatı əmələ gəlir. 

Qalın mərkəzi zülal qatının hər tərəfində isə  əvvəlcə açıq rəngli lipidlər qatı, sonra isə zülal 

molekullarının tünd rəngli nazik bir qatı yerləşir. Mielin qatının hər lövhəsi mezakson olduğundan həmin 

lövhənin quruluşu yuxarıda qeyd olunmuş şəkildə görünür. Beləliklə, elektron mikroskopunda mielin qatı 

bir-birinin üzərini örtən tünd və açıq rəngli konsentrik laylar kimi nəzərə çarpır. Osmium turşusunun 

iştirakı ilə hazırlanmış preparatlarda mielin qatı lipoproteinlərdən təşkil olunmuş adi hüceyrə qişası kimi 

tünd boyanır. Nevrilemma, ya Şvan qisası mielinli liflərin xarici qatını  təşkil edir və bu, lemmositlərin 

sitoplazmasından və nüvələrindən əmələ gəldiyi üçün osmium turşusu ilə hazırlanmış preparatlarda açıq 

görünür.  İşıq mikroskopunda xüsusi metodla hazırlanmış mielinli sinir lifi tünd rəngli uzun silindrə 

bənzəyir və onun mərkəzi ox silindrə müvafiq olaraq açıq rəngdə görünür [1, s. 163, şək. 17.14]. Belə 

preparatda mielinli sinir lifi müəyyən məsafələrdən sonra birdən-birə xeyli nazikləşir; bu yerlərə düyün 



boğazı ya daralması (isthmus nodi) deyilir. Əvvəllər bu nahiyələr Ranvye daralmaları adlanırdı. Düyün 

boğazı lemmositlərin hüdudlarına müvafiqdir. Sinir lifinin iki düyün boğazı arasında qalan hissəsi bir 

lemmositin uzunluğuna müvafiq gələrək  düyünarası seqment  (seqmentum internodale) ya mielin 

seqmenti adlanır. Hər düyünarası seqmentin müəyyən yerlərində  çəp istiqamətdə gedən açıq rəngli 

yarıqlar görünür, bunlara mielin çərtikləri  (incisio myelini) deyilir. Əvvəllər bunlar Şmidt-Lanterman 

çərtikləri adlanırdı. Elektron mikroskopu vasitəsi ilə aparılan tədqiqatlar düyün boğazı və mielin çərtikləri 

haqqında mövcud təsəvvürləri daha da genişləndirdi. Müəyyən edildi ki, boğaz nahiyəsində mielin 

lövhələrinin hamısının kənarları bilavasitə ox silindrə  təmas edir. Bunun səbəbi odur ki, mielinləşmə 

prosesi zamanı yeni mielin lövhələri əmələ gəldikcə ox silindr və lemmositlər böyümə ilə əlaqədar olaraq 

uzanır və beləliklə  də, yeni lövhənin ox silindrə bitişən yeri əvvəlkindən bir qədər aralı olur. Nəticədə 

boğaz nahiyəsində  ən dərində yerləşən lövhələrin kənarları bir-birindən səthdə yerləşən lövhələrin 

kənarlarına nisbətən daha aralı olur. Belə ki, ox silindrə bilavasitə  təmas edən dərin lövhələr  ən qısa 

lövhələrdir. Boğaz nahiyyəsində iki qonşu lemositlər barmağabənzər çıxıntılar  əmələ  gətirir. Bunların 

uzunluğu müxtəlif olur, diametri isə  təxminən 50 nm təşkil edir. Bu çıxıntılar bir-birinə hörülərək ox 

silindr ətrafında yaxa şəkilini alır və buna boğaz yaxası (focale isthmi) deyilir. Yoğun mielin liflərində 

düyün boğazı qısa olduğu üçün yaxa qalın olur, nazik liflərdə isə əksinə yaxa nazik, boğaz isə uzun olur. 

Sonuncu halda ox silindrin xarici təsirlərə daha çox məruz qala bilməsi ehtimal olunur. 

Mielin çərtikləri nahiyəsində mielin lövhələri arasındakı sahə genişdir və  həmin genişliklərdə 

sitoplazmanın miqdarı çoxdur. Osmium turşusu ilə hazırlanmış preparatda, təbiidir ki, sitoplazma 

nahiyələri pis boyandığından açıq rəngdə qalır və  işıq mikroskopunda bunlar çərtiklər kimi görünür.  

Mielinli sinir lifləri də xaricdən əsasən zar ilə örtülür. Bu zarı təşkil edən sıx nazik kollagen saplar lifin 

boyu istiqamətdə gedərək düyün boyunca kəsilmir. 

Mielinli sinir lifinin əsasını ox silindr təşkil edir. Ox silindr isə neyroplazmadan (aksoplazmadan və 

ya dendroplazmadan) və sitolemmanın davamı olan aksolemmadan ibarətdir. Aksoplazmada və 

dendroplazmada neyrofilamentlər və neyroborucuqlar (işıq mikroskopunda isə neyrofibrillər) bir-birinə 

paralel və lif boyunca istiqamətdə yerləşir. Neyroplazmada həmçinin mitoxondrilər, dənəli sitoplazmatik 

zarlar və ribosomlar vardır. Düyün boğazları  və sinir ucları nahiyələrində mitoxondrilər daha çox olur. 

Aksolemma sinir impulsunun daşınmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, Na

+

 ionları ox silindrə 



keçərək aksolemmanın daxili səthində elektrik yükünü müsbətləşdirir, bu da K

+

 ionlarını onun xarici 



səthinə çıxararaq yerli depolyarizasiyaya səbəb olur. Bu isə sinir impulsunun daşınmasını təmin edir. 

 

Sinir ucları (terminationes nervorum

 

Sinir liflərinin uclarında olan müxtəlif quruluşa və formaya malik aparatlara sinir ucları deyilir. 

Bunlar üç qrupa bölünür: hissi sinir ucları, hərəki sinir ucları və sinaptik sinir ucları. Hissi və hərəki sinir 

ucları sinir toxuma rabitələrini, sinaptik sinir ucları isə neyronarası rabitələri təmin edir. Birinci halda 

sinir ucları digər toxumalarla, yəni epitel, birləşdirici və  əzələ toxumaları ilə rabitə yaradır. Epitel və 

birləşdirici toxumada olan sinir ucları əsas etibarı ilə hissi sinir uclarıdır, bunlar müxtəlif qıcıqları qəbul 

edir və onları sinir impulsuna çevirir. Buna görə həmin sinir ucları reseptorlar da adlanır. Hissi sinir ucları 

impulsu mərkəzi sinir sisteminə doğru aparan afferent sinir lifləri ilə bilavasitə rabitədədir və çox vaxt 




 

68

afferent sinir ucları da adlanır.  Əlavə etmək lazımdır ki, afferent sinir ucları orqanizmin bütün 

toxumalarında təsadüf olunur. Hərəki sinir ucları başlıca olaraq əzələ toxuması ilə rabitədədir və sinir 

impulsunu həmin toxumaya ötürür. Bu sinir uclarına  effektor sinir ucları da deyilir. Qeyd etmək 

lazımdır ki, effektor sinir ucları, həmçinin, vəzi epiteli ilə rabitədə ola bilər. 

 

Hissi sinir ucları 

 

Hissi, və ya afferent sinir ucları, ya da reseptorlar orqanizmdə çox geniş yayılmışdır, belə ki, bu 

sinir ucları orqanizmin bütün sistem və orqanlarında, o cümlədən bütün toxumalarda təsadüf olunur. 

Lakin bədənin ayrı-ayrı yerlərində olan hissi sinir ucları çox müxtəlif olur. Bu sinir uclarınin başlıca 

quruluş xüsusiyyəti ondadır ki, bunlar sinir hüceyrəsinin dendritləri ilə rabitədədir. Hissi sinir ucları bir-

birindən nəinki topoqrafik cəhətdən, hətta morfoloji və funksional cəhətdən də  fərqlənir və prinsiplərə 

əsasən hissi sinir ucları təsnif olunur. 

Topoqrafik cəhətcə eksteroreseptor və interoreseptor sinir ucları ayırd edilir. Ekstreroreseptor sinir 

ucları orqanizmin xarici örtükləri və duyğu orqanları ilə rabitədə olub qıcıqları orqanizmi əhatə edən 

xarici mühitdən qəbul edir. İnteroreseptor sinir ucları daxili orqanlarda, habelə orqanizmin divarlarında və 

ətraflarda olan əzələlərdə, vətərlərdə, sümüklərdə, oynaqlarda və s. yerləşirərək qıcıqları orqanizmin 

daxili mühitindən qəbul edir. Daxili orqanlarda olan reseptorlar əsl interoreseptorlardır, digər yerlərdə 

olan interoreseptorlar isə  proprioreseptorlar adlanır. Reseptorların funksional təsnifatı onların qəbul 

etdiyi qıcıqların spesifikliyinə əsaslanır. Bu cəhətdən mexanoreseptorlar, yəni mexaniki qıcıqları (təmas, 

təzyiq, ağrı,vibrasiya və s.) qəbul edən reseptorlar, temperatur (istilik və soyuqluq) qıcıqlarını qəbul edən 

termoreseptorlar, kimyəvi qıcıqları  qəbul edən xemoreseptorlar, işıq qıcıqlarını  qəbul edən 

fotoreseptorlar, səs qıcıqlarını qəbul edən fonoreseptorlar və s. ayırd edilir. Mexanoreseptorların özləri də 

bir sıra digər, məsələn, baroreseptorlara (təzyiq hissini qəbul edən reseptorlara), notsireseptorlara (ağrı 

qıcıqlarını  qəbul edən reseptorlara) və s. bölünür. Morfoloji cəhətdən bütün hissi sinir ucları iki əsas 

qrupa bölünür: sərbəst və qeyri sərbəst hissi sinir ucları. Sərbəst hissi sinir ucları yalnız ox silindrin uc 

şaxələrindən ibarətdir; bunların əmələ gəlməsində qliya elementləri və birləşdirici toxuma iştirak etmir [1, 

s. 167, şək. 17.20]. Qeyri-sərbəst sinir uclarının əmələ gəlməsində isə sinir lifinin bütün komponentləri, 

yəni həm ox silindr, həm də qliya elementləri iştirak edir. Bəzən qeyri-sərbəst sinir ucları qeyd olunan 

komponentlərdən  əlavə xaricdən birləşdirici toxuma kapsulla əhatə olunur. Bu növ qeyri-sərbəst sinir 

ucları kapsullu sinir ucları adlanır. Birləşdirici toxuma iştirak etməyən qeyri-sərbəst sinir uclarına isə 

kapsulsuz sinir ucları deyilir. Sərbəst sinir ucları istər mielinli və istərsə də mielinsiz sinir lifləri hesabına 

əmələ gəlir. Bunlar çox vaxt mielinli afferent sinir liflərinin uc aparatını təşkil edir. Belə halda mielinli 

sinir lifi uc nahiyədə öz mielinini itirir, incə şaxələrə bölünərək müxtəlif formal – diffuz tor, şaxəli ağac, 

yumaqcıq və kolcuqlar şəkilli uc aparatlar əmələ gətirir. Diffuz sinir uclarında çox vaxt bir neçə sinir lifi 

iştirak edir. Sərbəst sinir uclarına dəridə, seroz qişalarda, cinsiyyət orqanlarında və s. yerlərdə rast gəlmək 

olur. Epitel və birləşdirici toxumada sərbəst sinir ucları daha çox yayılmışdır. 

Epitel toxumasında sərbəst sinir ucları bəzən lamisə meniskləri və ya Merkel hüceyrələri (meniscus 

tactus) adlanan xüsusi quruluşlu epitel hüceyrələri [1, s. 242, şək. 20.2] ilə rabitədə olur. Bu epitel 

hüceyrələrində nüvə yastılaşmış tünd rəngdə, sitoplazma isə açıq rəngdə olur. Uc sinir şaxələri adətən 

lamisə menisklərinin ətrafında zərif tor əmələ gətirir.  

Qeyri-sərbəst kapsulsuz sinir uclarına birləşdirici toxumada təsadüf olunur, çox vaxt onlar 

kolcuqlara bənzəyir. Bu kolcuqların əmələ gəlməsində ox silindrin uc şaxələrindən əlavə, onları müşayiət 

edən lemmositlər də iştirak edir. 

Qeyri-sərbəst kapsullu sinir ucları orqanizmin ayrı-ayrı nahiyələrində müxtəlif quruluşa və formaya 

malik olur. Belə reseptorların tərkibinə ox silindrin uc şaxələri və onları müşayiət edən qliya elementləri 

daxildir, xaricdən isə onlar birləşdirici toxuma kapsulu ilə  əhatə olunur. Qeyri-sərbəst kapsullu sinir 

uclarına lamisə cisimciyi, lövhəli cisimcik, soğanabənzər cisimcik, cinsiyyət (genital) cisimciyi və uc 

kolba aiddir. 

Lamisə cisimciyi  (corpusculum  tactus)  əvvəllər Meysner cisimciyi adlanırdı. Uzunsov şəkilli bu 

cisimciyin uclarından birinə adətən bir mielinli sinir lifi yaxınlaşaraq mielinini itirir və cisimciyə daxil 

olur [1, s. 168, şək. 17.21]. Cisimciyin daxilində  çılpaq ox silindr lövhəşəkilli geniş  şaxələrə bölünür: 

həmin  şaxələr cisimciyin daxilində olan oliqodendroqliya hüceyrələrinə  təmas edir. Bu hüceyrələr, 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə