Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   26   27   28   29   30   31   32   33   34

 

65

sinif onurğalılarda ependim daha yaxşı inkişaf etmişdir; insanda və digər ali onurğalılarda ependimositlər 



inkişafın erkən mərhələlərində böyüklərə nisbətən daha yaxşı nəzərə çarpır. 

Ependim hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir, beləki onların apikal və bazal hissələri bir-

birindən fərqlənir. Yeni doğulmuş uşaqlarda hüceyrənin apikal səthində çoxlu kirpiklərə təsadüf olunur, 

yaşa dolduqca onlar aradan çıxır və yalnız bəzi yerlərdə, məsələn, orta beynin su yolunda qalır. Ependim 

hüceyrələrinin bazal tərəfindən uzun çıxıntılar başlayır, onlar şaxələnərək sinir borusunun bütün 

qalınlığını keçir və onun xarici səthində hüdudi zar (membrana limitans glialis extuna) əmələ  gətirir. 

Erkən yaşlarda ependim hüceyrələri silindrik olur, yaşa dolduqca onlar yastılaşaraq kubabənzər şəkil alır. 

Ependim hüceyrələri həm istinad, həm də hüdudi (ayrıcı) vəzifə icra edir. Lakin yaşa dolduqca bunların 

istinad vəzifəsi zəifləyir. Bu hüceyrələrin bəziləri sekretor fəaliyyət göstərir, yəni onlar bilavasitə beyin 

mədəciklərinə  və  hətta qana fəal maddələr ifraz edir. Ependimositlər serebrospinal mayenin əmələ 

gəlməsində də iştirak edir. 

Elektron mikroskopu vasitəsilə, ependim hüceyrələrinin bazal səthində sitolemma çoxsaylı və dərin 

büküşlər  əmələ  gətirməsi, apikal səthində isə kirpiklər  əvəzində sitoplazmatik çıxıntılar olur. 

Sitoplazmada iri mitoxondrilər və müxtəlif əlavələr (lipidlər, piqmentlər) təsadüf olunur. 

Oliqodendroqliostlər və ya oliqodendroqliya hüceyrələri (oliqodendroqliocyti) neyroqliyanın ən çox 

yayılmış hüceyrələri olub, həm mərkəzi, həm də periferik sinir sistemində müşahidə edilir. Onlar boz 

maddədə  əsasən neyronun cismi ətrafında yerləşir, ağ maddədə  və periferik sinirlərdə neyronun 

çıxıntılarını xaricdən  əhatə edərək sinir liflərini  əmələ  gətirir və  nəhayət qeyri-sərbəst sinir uclarının 

əmələ  gəlməsində  iştirak edir. Boz maddədə olan oliqodendroqliya hüceyrələri xırda olub, qısa və  zəif 

şaxəli çıxıntılara malikdir; çıxıntılarının qısalığı  və azlığı ilə onlar astrositlərdən fərqlənir. Adətən, 

hüceyrələrin cismi oval ya çoxbucaqlı şəkildə olur. Periferik sinir düyünlərində onlar qanqlioz hüceyrələri 

hər tərəfdən əhatə edir və manti hüceyrələri (satellitlər) adlanır. 

Elektron mikroskopu vasitəsi ilə oliqodendroqliya hüceyrələrində yaxşı nəzərə çarpan sitoplazmatik 

tor müəyyən edilmişdir, bu isə, həmin hüceyrələrin zülal və lipid sintezində  iştirak etdiyini göstərir. 

Sitoplazmanın elektron sıxlığına görə oliqodendroqliya hüceyrələri sinir hüceyrələrinə çox oxşayır, lakin 

neyrofilamentlərin olmaması ilə onlardan fərqlənir. 

Oliqodendroqliya sinir toxuması üçün mühüm əhəmiyyətə malikdir. Onlar trofik fəaliyyətlə yanaşı 

sinir liflərində ayrıcı (hüdudi) və istinad vəzifələrini görür, həmin liflərin regenerasiya prosesində iştirak 

edir. Sinir uclarında oliqodendroqliya hüceyrələri qıcıqların qəbul edilib sinir impulsuna çevrilməsində və 

onun sinir lifinə ötürülməsində də iştirak edir. Həmçinin, bu hüceyrələrdə zülal və lipidlərin sintezi baş 

verir. 

Qliya makrofaqları və ya mikroqliya, ya mezoqliya, ya da Horteq hüceyrələri, qeyd olunduğu kimi, 



mezenxim mənşəli olması ilə bütün digər qliya hüceyrələrindən fərqlənir. Bunlar girdə və ya ovalşəkilli 

hüceyrələr olub, 2 ya 3 qısa çıxıntılara malikdir. Çıxıntılar iki və ya üç sıra şaxələrə bölünür. Nüvələri çox 

vaxt girdə görünür, xromatin az olduğundan açıq rəngə boyanır və nüvəciklər aydın nəzərə çarpır. Qliya 

makrofaqları faqositoz qabiliyyətinə  və amöbvarı  hərəkətə malikdir. Faqositoz prosesində  və 

qıcıqlanmalar zamanı çıxıntılar hüceyrəyə doğru dartılır və nəticədə girdələşərək dənəli kürələr adlanır. 

Qliya makrofaqları toxumanın dağılmış elementlərini və müxtəlif yad maddələri udur. 



 

SİNİR LİFLƏRİ (NEUROFİBRAE

 

Mərkəzi sinir sisteminin ağ maddəsinin və bütün periferik sinirlərin  əsas quruluş  və funksional 

elementini sinir lifləri təşkil edir. Sinir lifinin əmələ gəlməsində sinir hüceyrəsinin çıxıntıları (akson ya 

uzun dendritlər) və qliya elementləri (oliqodendroqliya) iştirak edir. Sinir hüceyrəsinin çıxıntısı  hər bir 

sinir lifinin əsasını təşkil edir və ox silindr (cylindraxis) adlanır; oliqodendroqliya hüceyrələri ox silindri 

qişa kimi əhatə edir lemmositlər (lemmocyti) adlanır. Əvvəllər lemositlərə Şvann hüceyrələri və onların 

əmələ  gətirdiyi qişaya  Şvann qişası deyilirdi. Beləliklə, sinir hüceyrəsinin çıxıntısı onu örtən qişalarla 

birlikdə sinir lifi adlanır. Sinir sisteminin müxtəlif nahiyyələrində sinir lifini örtən qliya qişasının 

quruluşu eyni deyildir, bəzi yerlərdə o sadə, digər yerlərdə isə çox mürəkkəb quruluşa malikdir. Buna 

müvafiq olaraq sinir lifləri başlıca olaraq iki qrupa bölünür: mielinli və mielinsiz sinir lifləri. Sinir 

liflərinin quruluşu haqqında daha düzgün təsəvvür elektron mikroskopunun tətbiqindən sonra əldə 

edilmişdir.  




 

66

Mielinsiz sinir lifləri (neurofibra amyelinta



 

Mielinsiz sinir lifi ox silindrdən və yalnız bir qişadan nevrilemmadan ibarətdir. Nevrilemma ox 

silindr boyu bir-birinə sıx söykənmiş lemmositlərin sitoplazmatik uzantısıdır. Onların nüvələri uzununa 

dartılmış oval şəkildə bir-birindən müəyən məsafədə ox silindr boyu yerləşir [1, s. 160-162, şək. 17.11-

17.13]. Mielinsiz sinir lifləri adətən poliaksial liflər olur. Poliaksial sinir lifində bir neçə, bəzən 20-yə 

qədər silindr müəyyən edilir. Bu liflərin quruluşunu elektron mikroskopunda onların köndələn kəsiyində 

daha aydın görmək olar. Qeyd etmək lazımdır ki, ox silindr heç vaxt lemmositin sitoplazmasının 

içərisindən keçmir və onun qişasına yalnız xaricdən təmas edir [1, s. 161-162, şək. 17.12-17.13]. İnkişaf 

prosesində ox silindr sitolemma ilə birlikdə lemositin içərisinə doğru basılır və bu zaman sitolemma ox 

silindri hər tərəfdən  əhatə edərək iki qatdan ibarət müsariqəşəkilli büküş  əmələ  gətirir. Bu büküşə 



mezakson, ya akson çözü (müsariqəsi) deyilir. Beləliklə, mezakson (mesaxon) ikiqat sistolemmadan 

əmələ  gələrək bayır ucunda lemmositin xarici səthinə keçir, içəridə isə ox silindri əhatə edir. 

Mezaksonun, sitolemmanın iki qat büküşü olduğuna baxmayaraq işıq mikroskopunda o görünmür, çünki 

sitolemma submikroskopik qalınlığa malikdir. Nəticədə lemmositlərin sitoplazmatik uzantısı olan 

mielinsiz sinir lifinin qişası homogen zolaq kimi müəyyən edilir. Sinir lifi xaricdən əsas və ya bazal zarla 

örtülmüşdür. Poliaksial mielinsiz sinir lifində hər bir lemmositin içərisinə doğru bir neçə ox silindr basılır 

və  nəticədə onların miqdarı  qədər mezakson əmələ  gəlir. Belə mielinsiz sinir lifləri kabel tipli liflər 

adlanır.  

Ali onurğalılarda lemmositlər birnüvəlidir, onların sitoplazmasında dənəli sitoplazmatik tor və 

lövhəli kompleks yaxşı  nəzərə çarpır, çoxlu mitoxondrilər vardır. Bu orqanellərin mövcudluğu həmin 

hüceyrələrin yüksək metabolik fəallığa malik olmasını göstərir. Mielinsiz sinir lifləri vegetativ sinir 

sistemi üçün daha xarakterdir. Bu lifləri ilk dəfə 1838-ci ildə Remak müşahidə etmişdir və buna görə 

həmin liflər əvvəllər Remak lifləri də adlanırdı. Uşaqlarda erkən yaşlarda mielinsiz sinir liflərinin miqdarı 

çox olur, bunlara hətta animal sinir sistemində  də  təsadüf olunur. Yaşa dolduqca həmin liflər tədricən 

mielinləşmə prosesinə məruz qalır. 

 

Mielinli sinir lifləri (neurofibra myelinata

 

Ali onurğalılarda sinir liflərinin  əksəriyyəti mielinli sinir lifləridir. Animal və vegetativ sinirlərin 

xeyli qismi mielinli sinir liflərindən təşkil olunmuşdur. 

Mielinli sinir lifi daha mürəkkəb quruluşa malikdir. Burada da lifin əsasını ox silindr təşkil edir, 

lakin onun üzəri xaricdən yalnız nevrilemma ilə deyil, həm də mielin qatı  (stratum  myelini) ilə 

örtülmüşdür [1, s. 163-165, şək. 17.15-17.18]. Mielin qatı vasitəsilə ox silindri örtülür, nevrilemma isə 

mielini xaricdən əhatə edir. Mielinli sinir lifləri daha yoğun olur, bunların diametri çox vaxt 1-15 mikron 

arasında tərəddüd edir. Yoğunluğundan asılı olaraq mielinli sinir liflərini nazik (diametri1-3 mikron) , 

orta (diametri3,1-5 mikron) , yoğğun (diametri 5,1-10 mikron) və çox yoğun (diametri 10 mikrondan çox 

olanlar) liflərə bölürlər. Lifin yoğunluğu bir tərəfdən ox silindrin özünün nisbətən yoğun olması, digər 

tərəfdən isə mielin qatının qalınlığı hesabınadır. 

Mielinli sinir lifləri mielinsiz sinir liflərinə nisbətən yüksək diferensiasiya etmişdir, sinir impulsunu 

daha sürətlə ötürür. Lakin ayrı-ayrı mielinli sinir liflərinin impulsu ötürmə sürəti eyni deyildir. Müəyyən 

edilmişdir ki, yoğun mielinli sinir lifləri impulsu böyük sürətlə (5-120 metr/san) , nazik liflər isə nisbətən 

kiçik sürətlə (1-2 metr/san) ötürür. İnkişaf prosesində mielinli sinir lifləri mielinsiz sinir liflərindən sonra 

meydana çıxır. Buna görə  də kiçik uşaqlarda mielinli sinir liflərinin miqdarı az olur və yaşa dolduqca 

mielinsiz liflərin mielinləşməsi hesabına onların miqdarı artır. 

Mielinli sinir lifləri həmişə monoaksial olur, belə ki, bu liflərdə bir ox silindr olur. Mielin qatının 

əmələ gəlməsi mezaksonun getdikcə uzanması ilə əlaqədardır. Mezakson uzandıqca ox silindrin ətrafında 

dolanır və  nəticədə onun üzərində konsentrik lövhələr  əmələ  gətirir [1, s. 164, şək. 17.17]. Ox silindr 

ətrafında mezakson hər dəfə dolandıqca bir konsentrik lövhə meydana çıxır, getdikcə lövhələrin miqdarı 

artır və onlar ox silindr ətrafında sıx qat əmələ gətirir ki, buna da mielin qatı deyilir. Beləliklə, mielin qatı 

mezakson hesabına  əmələ  gəlir, mezakson isə sitolemmanın iki qatlı törəməsi olduğu üçün mielinin 

kimyəvi tərkibi sitolemmanın tərkibi ilə eynidir. Lakin burada lipid və zülal molekulları qatlarının sayı 

daha da artır. Elektron mikroskopu vasitəsilə sitolemmanın xarici və daxili tünd zülal molekulları qatları 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə