Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

 

52

1/2 I diski 



A diski

H zolağı




2

4

4

3

3

 

A



B

Şəkil 2. A - Sarkomerin quruluşu: 1 – Z-xətti; 2 – mezofraqma; 3 – aktin filamenti;  

 

    4 – miozin filamenti; 5 – titin fibril. 



 

B Aktin-miozin kompleksinin boşalmış vəziyyətinin sxemi: 1 – Z-xətti;  

 

      2 – mezofraqma – meomiozin; 3 – miozin II minifilamenti 



 

Beləliklə, sarkomerin strukturunda nazik (aktin) və yoğun (miozin) sapları – filamentlər nizamla 

yerləşirlər. Yoğun saplar mezofraqma ilə birləşərək A-diskini, nazik saplar telofraqmaya birləşərək  İ-

diskini əmələ gətirir ki, bu da hissəvi olaraq A-diskinə daxil olur. Sarkomerdə yüzlərlə yoğun filamentlər 

olur ki, hər bir yoğun filament 6 nazik filamentlə  əhatə olunur, nazik filamentlər sayca üstünlük təşkil 

edirlər. 



Miozin filamentini  təşkiledən miozin molekullarında ağır və yüngül meromiozin hissələr ayırd 

edilir. Ağır meromiozin 2 subfraqmentdən (S

1

, S


2

) təşkil olunmuşdur. S

1

-subfraqmenti miozinin qlobulyar 



başcıqlarını  təşkil edir, S

2

 isə elastik komponent olub S



1

-fraqmentinin hərəkətini təmin edir. Yüngül 

meromiozin miozin molekulunun uc quyruq sapını  əmələ  gətirir (uzunluğu 100 nm). Miozin 

molekulunun, onun öz konformasiyasını dəyişməyə imkan verən 2 şarnir hissələri vardır. Birinci şarnir 

hissə ağır və yüngül meromiozinin arasında, o biri isə S

1

-S



2

 birləşməsində yerləşir (şək. 3).  

 

A B 

Şəkil. 3. Saya əzələ hüceyrəsinin təqəllüsü sxemi (A) və miozin molekulunun quruluş sxemi (B




 

53

 



Miozin molekullarının yüngül meromiozin hissələri yoğun sapların əsasını - milini təşkil edir, ağır 

meromiozin isə (şarnir hissələr hesabına) yoğun sapın üzərində yerləşir (şək. 4). 

 

 

 



A B 

Şəkil. 4. Saya əzələ və skelet toxumasında miozin saplarının müqayisəsi (A) və miozin 

filamentinin (yoğun sap) sxemi (B

 

Miozin molekullarının başcıqları ATF-aza aktivliyinə malikdir. 



Nazik filamentlər. Nazik filamentlər aktin zülalından və iki requlyator zülaldan – troponin və 

tropomiozin zülallarından təşkil olunmuşdur. Məhz bu requlyator zülalların olması onu sitoplazmatik 

mikrofilamentlərdən fərqləndirir.  

Aktin molekulu diametri 4-5 nm olan qlobulyar subvahidlərdən (G-aktin) təşkil olunmuşdur. Aktin 

molekulunun miozinlə birləşə bilən aktiv mərkəzləri vardır. G-aktin polimerləşərək F-aktini, yəni fibrilyar 

aktini  əmələ  gətirir. Nazik filament spiral şəklində burulmuş iki F-aktin zəncirindən ibarətdir. 

Tropomiozin – fibrilyar zülaldır, spiral şəklində yerləşmiş iki polipeptid zəncirdən ibarətdir, F-aktin 

zəncirinə sarılmışdır. Troponin – qlobulyar zülaldır, 3 subvahiddən təşkil olunmuşdur: TnC – kalsium 

Ca

2+

 ionu ilə birləşən hissə; TnT - toropomiozinə birləşən; Tnİ - miozinlə aktinin birləşməsini blokada 



edən subvahidlər. Troponin 40 nm interval ilə tropomiozin molekuluna birləşmiş olur (şək. 5).  

 

Şəkil. 5. Aktin filamenti (nazik sap) 



 

Sarkoplazmatik tor 

 

Skelet əzələ toxumasında hamar endoplazmatik tor sarkoplazmatik tor adlanır. Hər bir miofibril 

requlyar olaraq təkrarlanan sarkoplazmatik tor elementləri ilə - anastomozlaşan membran borucuqlar və 

terminal sisternlərlə əhatə olunmuşdur. Tünd və açıq disklərin sərhəddində 2 qonşu terminal sisternlər (L-

lateral sisternlər) T-borucuqlarla əlaqələnərək  triadalar  əmələ  gətirirlər. Sarkoplazmatik tor – hamar 

endoplazmatik şəbəkə Ca

2+

 deposu rolunu oynayır. Sarkoplazmatik torun içərisində Ca



2+

 birləşdirici zülal 

- kalsekvestrin yerləşir.  Əzələ lifi təqəllüsü prosesində Ca

2+

-ionları kalsium kanalları vasitəsi ilə 



depolardan sarkoplazmaya çıxır.  Əzələ boşalarkən Ca

2+

-ATF-azası  iştirakı ilə Ca



2+

ionları yenidən 

sarkoplazmadan depolara qayıdır.  

T-borucuqlar – əzələ lifinin sarkolemması daxilə doğru çoxlu miqdarda köndələn borucuqlar 

şəklində çökəkliklər  əmələ  gətirir, onlar sarkoplazmatik torun terminal sisternaları arasında yerləşərək 

triadaları əmələ gətirirlər. Triadaların T-borucuqlarında dehidropiridin reseptorları yerləşir. bu reseptorlar 

membran potensialı dəyişikliklərini qeydə alır (əzələyə impuls verildikdə membran potensialı dəyişir) və 

sarkoplazmatik torun rianodin reseptorlarını aktivləşdirirlər, Ca

2+

 kanalları açılır. Nəticədə Ca



2+

 ionları 

sarkoplazmatik tordan sarkoplazmaya keçir. 

 

 



ƏZƏLƏ TƏQƏLLÜSÜNÜN MEXANİZMİ 

 

Sürüşən saplar modeli ilk dəfə 1957-ci ildə Xyu-Xaksli tərəfindən təklif olunmuşdur. Nazik sapların 

yoğun saplar üzərində nisbi sürüşməsi nəticəsində Z-xəttləri arasında məsafə  qısalır, bu da lifin 



 

54

qısalmasına səbəb olur (çünki lif boyu bütün sarkomerlərdə bu sürüşmə baş verir). Təqəllüs zamanı 



sakomerin ümumi eni azalsa da A diskinin ölcüsü dəyişmir, İ yarımdiski isə kiçilərək demək olar ki, itir. 

A diskinin ortasındakı nisbi açıq görünən H zonanın da eni çox azalır.  

İmpuls hərəki neyronların aksonları ilə sinir-əzələ sinapsına verildikdə  əzələ lifi təqəllüs edir. Bu 

təqəllüs sinir-əzələ sinaptik keçiriciliyi ilə vasitələnir.  Əzələ lifi təqəllüsü yoğun və nazik sapların 

qarşılıqlı əlaqəsi nəticəsində baş verir.  

Əzələ lifi sakitlik halında olanda yoğun və nazik saplar əlaqədə ola bilmir, çünki aktinin aktiv 

səthləri (miozinlə birləşə bilən) tropomiozinlə blokada olunmuş  vəziyyətdə olur. Sarkoplazmada Ca

2+

 



ionlarının konsentrasiyası yüksəldikdə  (əzələ lifinə impuls verildikdə), bu ionlar TnC ilə birləşir, onda 

tropomiozinin konformasiyasını dəyişir, nəticədə aktinin miozinlə birləşən aktiv mərkəzləri açılır. Miozin 

başcıqları aktinlə birləşir, öz konformasiyasını dəyişir, dartıcı qüvvə yaradır. Nazik saplar yoğun sapların 

arasında sürüşməyə başlayır. Miozin başcıqları yenidən ATF-lə birləşdikdə ATF molekulunun ADF və 

fosfata parçalanması baş verir ki, nəticədə miozin başcığı aktindən ayrılır və yenidən aktinlə birləşmək 

üçün aktiv vəziyyətə düşür. Bu qarmaqvari hərəkət təkrarlandıqca aktin sapları ilə miozin daha cox bir-

birinə qarşı sürüşür. 

Əzələ lifi boşalarkən sarkoplazmatik torda olan Ca

2+

-ATF-aza fermenti Ca



2+

 ionlarını 

sarkoplazmadan sisternlərə – depolara qovur və burada Ca

2+ 


ionları kalsekvestrinlə birləşir. 

Sarkoplazmada Ca

2+

 ionlarının konsentrasiyası azaldıqda, tropomiozin yenidən aktinin miozinlə birləşən 



aktiv mərkəzlərini qapayır və aktinlə miozinin qarşılıqlı əlaqəsinə imkan vermir. Ölüm baş verdikdə əzələ 

liflərində ATF miqdarı onun sintezi getmədiyi üçün azalır, miozin başcıqları nazik saplarla möhkəm 

birləşmiş olaraq qalır. Ca

2+

 -ATF-aza nasosu da fəaliyyət göstərmədiyi üçün sitozolda Ca



2+

 ionlarının 

miqdarı çoxalır. Ona görə  də nazik və yogun filamentlər bir-biri ilə  əlaqəli  şəkildə qalırlar və aktin-

miozin körpüləri ayrıla bilmədiyindən  əzələlər gərgin vəziyyətdə olurlar – bu meyit qatıması adlanır. 

Yalnız bir neçə saatdan sonra autoliz başladıqda əzələlər boşalmağa başlayır. 

Skelet əzələləri və onu əmələ gətirən əzələ lifləri bir çox parametrlərinə görə – təqəllüsün sürətinə, 

gücünə, rənginə görə  və s. fərqlənirlər.  Əzələnin rəngi bir sıra səbəblərdən asılıdır: mitoxondrilərin 

sayından, mioqlobinin miqdarından, qan kapillyarlarının sıxlığından və s. Bir qayda olaraq qırmızı və ağ, 

həmçinin gec və tez yığılan əzələ lifi tipləri ayırd edirlər. Hər bir əzələnin tərkibində müxtəlif tip əzələ 

lifləri olur. Əzələnin tipi də çoxluq təşkil edən əzələ lifi tipindən asılıdır. 

Əzələ lifi tiplərinin təsnifatında əsas götürülən kriteriyalar bunlardır: təqəllüsün xarakteri, təqəllüsün 

sürəti, oksidləşmənin tipi. Histokimyəvi olaraq əzələ liflərinin tipləri miozin-ATF-aza və SDH aktivliyi 

ilə müəyyən edilir. 

Təqəllüsün xarakterindən asılı olaraq fazalı və tonik liflər ayırd edilir. Fazalı liflər daha çox enerjili 

möhkəm təqəllüsü, tonik liflər isə statik gərginliyi, tonusu təmin edən liflərdir. Fazalı əzələ lifləri demək 

olar ki, bütün skelet əzələlərinin  əsasında durur, tonik əzələ liflərinə yalnız xarici qulaq və xarici göz 

əzələlərində rast gəlmək olar.  

Təqəllüsün sürəti miozinin tipi ilə müəyyən edilir. Yüksək təqəllüs sürətini təmin edən miozinin 

izoformu – tez miozin (yüksək ATF-aza aktivliyi xarakterdir), aztəqəllüs sürətini təmin edən miozin 

izoformu – gec miozin (ATF-aza aktivliyi azdır) adlanır. Deməli, miozin ATF-aza aktivliyi skelet 

əzələlərinin təqəllüs sürətini səciyyələndirir. Yüksək ATF-aza aktivliyinə malik olan əzələ lifləri tez 

sürətlə, az ATF-aza aktivliyinə malik olan əzələ lifləri gec, yavaş  təqəllüs edirlər.  İnsanda elə  əzələ 

yoxdur ki, yalnız tez və ya gec liflərdən ibarət olsun, adətən, əzələlərdə həm tez, həm də gec yığılan liflər 

olur. 


Əzələ liflərində ATF sintezi ya oksidləşmə, ya da qlikolitik proseslərlə baş verir. Aerob oksidləşmə 

zamanı 1 mol qlükozadan 38 mol ATF və su, karbon qazı yaranır (bu tip mübadilə qırmızı liflər qrupuna 

xarakterdir). Anaerob tip mübadilədə isə 1 molekul qlükozadan 2 mol ATF, həmçinin süd turşusu yaranır 

(bu tip mübadilə ağ liflər üçün xarakterdir).  

Qırmızı  əzələ liflərinin diametri kiçikdir, çoxlu mioqlobini var, külli miqdarda kapilyar toru ilə 

əhatə olunurlar. Sarkoplazmada mitoxondrilərin sayı çoxdur və oksidləşdirici fermentlərin (məs.: SDH) 

aktivliyi yüksəkdir.  

Ağ əzələ liflərinin diametri böyükdür, sarkoplazmada çoxlu qlikogen ehtiyatı olur, mitoxondrilərin 

sayı nisbətən azdır. Oksidləşdirici fermentlərin aktivliyi azdır,  əksinə, qlikolitik fermentlərin aktivliyi 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə