Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
  1   2   3   4   5   6   7   8   9   ...   34


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

2

Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona 



görə histologiyanın toxumalardan bəhs edən  şöbəsini  ümumi histologiya adlandırırlar. Ayrı-ayrı 

toxumaların təsvirinə keçməmişdən əvvəl son Beynəlxalq Histoloji Nomenklaturaya (BHN) daxil edilmiş, 

istər orqanların normal quruluşunun və onların yaş xüsusiyyətlərinin, istərsə də patoloji proseslərin şərhi 

zamanı tez-tez rast gəlinən terminlərin lüğəti mənaları haqqında qısa məlumatların verilməsi məqsədə-

uyğundur. 

Parenxima termini orqanların yalnız onlara xas olan funksiyalarının yerinə yetirilməsində  iştirak 

edən strukturları göstərmək üçün istifadə edilir. Məs.: beyində sinir hüceyrələri və ya neyronlar, ürəkdə 

ürək  əzələ hüceyrələri – kardiomiositlər, skelet əzələlərində eninəzolaqlı  əzələ lifləri – ağciyərlərdə 

ağciyər alveolları yerləşən törəmələr (terminal bronxiollar, tənəffüs bronxiolları, alveol axacaqları  və 

alveol kisəcikləri), böyrəklərdə nefronlar, mədəaltı  vəzidə asinuslar və Langerhans adacıqları, dalaqda 

limfoid follikullar və s. 



Stroma termini ilə (yunanca stroma "yataq, döşək") ayrı-ayrı hüceyrə, toxuma və üzvlər üçün 

istinad rolunu oynayan, əksərən kövşək birləşdirici toxuma elementlərindən təşkil olunmuş törəmələr 

göstərilir.  

Kapsul parenxima elemenləri üstünlük təşkil edən orqanları xaricdən örtən sıx birləşdirici toxuma 

səfhəsinə deyilir. Kapsuldan başlayan atmalar parenximatoz orqanlarin daxilində onları paylara, 

seqmentlərə və paycıqlara bölürlər. 

Bazal zar – yalnız epitel toxuması ilə  əlaqəli olmadığını  nəzərə alaraq son BHN-da onu ümumi 

terminlər sırasına daxil edilib. Son vaxtlara qədər yalnız dərsliklərdə deyil, elmi məqalələrdə də bazal zar 

və bazal səfhə terminləri demək olar ki, sinonim kimi işlədilirdi. Qeyd etmək lazımdır ki, hal-hazırda 

ancaq elektron mikroskopu vastəsi ilə  aşkar edilən epitel, əzələ, sinir toxumaları, piy hüceyrələri və 

perisitləri ətraf birləşdirici toxuma elementlərindən ayıran, açıq (şəffaf) və tünd qatlardan təşkil olunmuş 

torəmələri bazal səfhə adlandırmaq qəbul olunmuşdur.  Əgər yuxarıda göstərilən qatlarla yanaşı bazal 

səfhə fibroretikulyar qat (lövhəcik) vasitəsi ilə qalınlaşarsa və ya iki bazal səfhə bir-biri ilə birləşərsə, 

xüsusi üsullarla rəngləndikdən sonra (Şiff-yod turşusu reaksiyası – ŞYT; PAS; ШЙК) işıq 

mikroskopunda da aşkar edilə bilən strukturu - bazal zarı əmələ gətirirlər. Bazal səfhənin qatları onların 

əhatə etdiyi hüceyrələrin özləri tərəfindən sintez olunduğu halda, fibroretikulyar qat (lövhəcik) birləşdirici 

toxuma hüceyrələri, ələlxüsus fibroblastlar tərəfindən sintez olunurlar. Qeyd olunduğu kimi, bazal səfhə 

açıq və tünd qatlardan təşkil olunmuşdur. Qatların adı onlara elektron mikroskopunda tədqiq etmək üçün 

ultranazik kəsiklərin rənglənməsində istifadə olunan ağır metallarla (qurğuşun və osmium) birləşmə 

qabliyyətindən asılı olaraq verilmişdir. Belə ki, açıq qatın təşkilində  iştirak edən molekullar ağır 

metallarla birləşmədiyindən elektron mikroskopunda şəffaf, əksinə tünd qatı təşkil edən molekullar ağır 

metallarla birləşdiyindən tünd zolaq şəklində görünürlər. 40-120 nm qalınlığında olan bazal səfhə 

tərkibində laminin, perlekan (heparan sulfat, proteoqlikan-2) və entaktin (nidogen-1) ilə yanaşı laminin 

molekulları üçün reseptor rolunu oynayan, inteqrin ailəsinə daxil olan zülallar və distroqlikan aşkar 

edilmişdir. Sonuncular hüceyrə zarlarının bazal səfhəyə söykənən hissələrində yerləşən inteqral zulallara 

aid olub sitoplazmatik ucları sitoskelet elementləri, xarici ucları isə laminin vasitəsi ilə bazal səfhənin 

tərkibinə daxil olan digər molekullarla birləşirlər. Beləliklə, bazal səfhə hüceyrələri  ətraf birləşdirici 

toxuma elementləri ilə birləşdirməklə yanaşı, qəbul olunmuş siqnalları iki istiqamətdə daşıyan molekulyar 

əlaqələrin yaradılmasında iştirak edir. 

Müəyyən edilmişdir ki, bazal səfhənin formalaşmasının ilk mərhələsində laminin molekullarının 

Ca

+2

 asılı polimerizasiyası  nəticəsində torşəkilli struktur əmələ  gətirməklə yanaşı, onlar inteqrin və 



distroqlikan molekulları ilə əlaqə yaradaraq hüceyrə zarı ilə birləşirlər. Demək olar ki, eyni zamanda üç 

ədəd IV tip kollagen molekullarının bir-birinin ətrafına dolanaraq (superqıvrım) spiralşəkilli 

məftiləbənzər liflər  əmələ  gətirirlər. Digər lifli quruluşa malik kollagen liflərindən fərqli olaraq onlar 

sintez olunduqdan sonra COOH uclarının bir hissəsini itirmirlər və  qıvrımları bir-birinə möhkəm 

birləşdirən hər üçüncü təkrar olunan molekulun qlisin amin turşusu qalığı olmur. Nəticədə IV tip kollagen 

lifləri yan-yana yox, baş-başa  əlaqələr yaratmaqla yanaşı gedişi boyu 20-yə  qədər dizəbənzər  əyriliklər 

əmələ gətirirlər. Sadalanan xüsusiyyətlər nəticədə IV tip kollagen fibrillər submikroskopik ölçüyə malik 

məsamələri olan təbəqəşəkilli tor əmələ  gətirir. Qeyd etmək lazımdır ki, bazal səfhənin tərkibinə daxil 




 

3

olan zülalların orta hesabla 50%-ni təşkil edən IV tip kollagendən bazal səfhənin tünd hissəsinin  əsas 



kütləsi formalaşır. 

Hüceyrə qütblülüyü termini son zamanlara qədər  əsasən epitel hüceyrələrində apikal və bazo-

lateral səthlərini örtən plazmolemmaların tərkibində (bir-birindən sıx əlaqələr vasitəsilə ayrılmış) lipid və 

zülal molekullarının müxtəlif tərkibə malik olmalarını  və  hərəkətli hüceyrələrin daxilində sitoskelet 

elementlərinin yerləşmələrində olan müxtəliflikləri göstərmək üçün işlədilirdi. Ancaq son 20 il ərzində 

molekulyar biologiya səhəsində istifadə olunan müasir metodların köməkliyi ilə müəyyən edilmişdir ki, 

istər tək, istərsə də çoxhüceyrəli orqanizmlərdə hüceyrələrin tərkibinə daxil olan komponent və strukturlar 

asimmetrik vəziyyətdə yerləşərək, onların polyarlığını  təmin edirlər. Polyarlıq nəticəsində hüceyrələrin 

normal fəaliyyətləri üçün vacib olan proseslər (siqnalların qəbulu və nəqli, zarlı strukturların dövriyyəsi, 

sitoskelet elementlərinin dinamikliyi və s.) hüdüdsüz dəqiqliklə tənzimlənir. 

Aplaziya (yunanca a - inkar; plasis – “qəlibləmək, formalaşmaq”) termini toxuma və ya orqanların 

anadangəlmə olmamasını  və ya inkişaf pozulmalarını göstərmək üçün istifadə edilir. Məs.: dəri 

aplaziyaları – yenidoğulmuşlarda əsasən kəllə qapağında, nadir hallarda isə bədənin digər hissələridə 0,5 

sm-dən 10 sm-ə  qədər ölçüdə  dəri örtüyünün olmamasıdır; süd vəzisi aplaziyası – süd vəzisinin 

bütövlükdə, döş  məməciyinin və  məməcikətrafı meydançanın bir və ya ikitərəfli anadangəlmə inkişaf 

etməməsidir. 



Atrofiya (yunanca atrophos sözündən götürülüb a - inkar; trephein-"qidalanma") – hüceyrə, toxuma 

və ya bütöv orqanın həcmcə kiçilməsi deməkdir. Bu zaman hüceyrə səviyyəsində onların ümümi sayının 

və ya tərkib hissələrinin azalması baş verir. Atrofiya prosesi inkişaf pozğunluğu nəticəsində orqanların 

normal olçülərə  qədər böyüməməsi, hüceyrələrin ölümü və reabsorbsiyası (sorulması), proliferasiyanın 

azalması, oksigen və qida çatışmamazlığı, hormonal dəyişikliklər, orqanların sinir elementləri təchizatının 

tam, ya da hissəvi pozulması və s. nəticəsində inkişaf edir. Atrofiya normal (fizioloji) və patoloji olaraq 2 

qrupa bölünür. Birincilərə timusun uşaqlarda cinsi yetişkənlik dövründən sonra, badamcıqların isə yaşlı 

şəxslərdə atrofiyaya məruz qalmasını gostərmək olar. Qeyd etmək lazımdır ki, orqanlar öz funksiyalarını 

lazımi səviyyədə yerinə yetirə bilmədikdə də atrofiyaya uğrayırlar. Məs.: müxtəlif mənşəli ifliclər zamani 

skelet əzələləri yığıla bilmədiklərindən onların ölçüləri kəskin şəkildə azalır (patoloji atrofiya). 



Hiperplaziya – (yunanca hyper  – hədsiz, çoxlu; plasis – "qəlibləmək, formalaşmaq") toxuma və 

orqanların tərkibinə daxil olan hüceyrələrin, eləcə  də hüceyrədaxili ultrastruktur orqanellərin ümümi 

sayının artmasıdır.  Əgər hüceyrələrin sayının artması müəyən təsirlərin nəticəsində (məs.: peşə  və 

idmanla  əlaqədar) baş verirsə  və orqanizmin ümumi tənzimləyici mexanizmlərinin nəzarətindən kənara 

çıxmırsa, buna fizioloji (normal) hiperplaziya deyilir. Əksinə, sayı artmış hüceyrələr onlara məxsus 

spesifik siqnallara cavab vermirsə  və genetik olaraq qeyri-normal hüceyrələrin proliferasiysı ilə 

nəticələnirsə (məs.: bəd xassəli şişlərin inkişafı zamanı), buna patoloji hiperplaziya deyilir. 

Hipertrofiya - (yunanca hyper- “hədsiz, çoxlu”; trephein – “qidalanma”) hiperplaziyanın  əksinə 

olaraq struktur elementlərinin sayının deyil, onların ölçülərinin artmasına, həcmcə böyüməsinə deyilir. Bu 

isə toxuma və orqanların ümumi həcm (eninə zolaqlı əzələ liflərinin qalınlaşması) və kütlələrinin artması 

ilə nəticələnir. Qeyd etmək lazımdır ki, hamiləlik zamanı uşaqlığın həcminin və kütləsinin artması əsasən 

saya  əzələ hüceyrələrinin eyni zamanda həm saylarının çoxalması (hiperplaziya), həm də ölçülərinin 

(hipertrofiya) artması hesabına baş verir. 

Hipertrofiya həqiqi və yalançı olmaqla 2 qrupa bölünür. Yalançı hipertrofiya zamanı orqanların ölçü 

və çəkiləri piy toxumasının, həqiqi hipertrofiya isə onların təşkilində iştirak edən hüceyrələrin hesabına 

artır. Həqiqi hipertrofiyaya fiziki işlə və idmanla məşğul olan şəxslərdə əzələlərin güclü inkişafını misal 

gostərmək olar. 



Hipoplaziya – (yunanca hypo- “az”; plasis – “qəlibləmək, formalaşmaq”) aplaziyanın nisbətən 

yüngul formasıdir. Bu zaman anadangəlmə olaraq hüceyrəvi elementlərin saylarının nəzərəçarpacaq 

dərəcədə azalması nəticəsində toxuma və orqanların tam inkışaf etməməsi və ya inkişaf pozğunluğu aşkar 

edilir. 


Hipoplaziya əlamətlərinə demək olar ki, orqanizmin təşkilində iştirak edən bütün toxuma növlərində 

və orqanlarda rast gəlinir. Məs.: diş emalının, süd vəzisinin, yumurtalıqların, xayaların, timusun, 

beyinciyin, görmə sinirinin, oma sümüyünün, barmaqların və s. hipoplaziyaları. Bu hipoplaziyaların hər 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə