Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə22/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   121

Xainlər kor olar, dostlann gülər.” 

Rəhbərin əmriylə o gənc hökmüran 

Bayrağı ucaltdı Makedoniyadan. 

Topladı süngülü, qılınclı əsgər, 

Qılınc şəfəq atdı buluda qədər. 

Dənizdən quruya çıxınca ordu, 

Tərpəndi, bir daha Misirdə durdu. 

Misir xalqı ilə silahlı əskər 

Bu işi uğurlu bir fal bildilər.

Padişah əmr etdi, Nil sahilindən 

Keçərək, çöllərdə tutsunlar məskən. 

Yedəkli at ilə axsın meydana, 

Döyüşdə verməsin aman düşmana, 

igidlər düzüldü yola hər nə var, 

Zəncinin kininə bel bağladılar.

O coşğun ordunu görüncə zənci, 

Gözündə qaraldı dünya sevinci. 

Ordular çıxınca qarşı-qarşıya, 

Üzlərdən büsbütün silindi Həya.

O polad misralı atlar nalından 

Kökündən titrədi o köhnə cahan. 

Meydandan o qədər ucaldı nərə, 

Sanki göy saraldı, töküldü yerə. 

Coşdu toppuz, yağdı mancanaq daşı, 

Əyildi öküzün, balığın başı

98

, 

insanlar bağınr, kişnəyir atlar, 

Dünyamn gözü kor, qulaqları kar. 

Bu səs-küy elə bir qiyamət açdı, 

Vəhşilər qorxaraq çöllərdən qaçdı. 

Döyüşə başlarkən hər iki əsgər, 

Divləri sarsıtdı ucadan səslər.

Elə yerdə idi bu döyüş, inan,

Qubar gətirirdi adam yanğından. 

Kükürdün tozutək qupquru çöllər 

Cəhənnəm kimiydi, yanırdı ciyər. 

Sərin su yox idi ağudan başqa,

Bir də günəşdəki yanğıdan başqa.

78


Baxırdı əndaha kimi hər mağar,

O yerdə hər fitnə açmışdı bazar.

Orda ki, yaşayır qulyabamlar,

Yaşayıb, hər yerə soxulur onlar.

Ləli yer öküzü udduğu zaman 

Pusqudan sıçradı qapqara aslan”. 

Gecənin zülməti dünyam sardı,

Aslanın dişitək ulduz ağardı.

Gecənin göbəyi yayırdı ətir, 

işıqdan dünyaya açmışdı çətir.

Düşməm tanıyan növbətçi əskər 

Yollara çıxaraq keşik çəkdilər. 

Ulduzlar yer-yerdən doğmuşdu parlaq, 

Xalq oldu zəhmətdən, kədərdən uzaq. 

Qaranlıq çöküncə Rum və Zəngibar 

Vuruşdan yorulub axşamladılar.

İSKƏNDƏRİN ZƏNGİBAR ŞAHINA 

XƏBƏR GÖNDƏRMƏSİ

Ver, saqi, Rum üzlü, gülgün şərabdan, 

Təbim zənci kimi şəndir bu zaman. 

Mənimlə bu qorxu bilməyən pələng 

Olmasın Rum, zənci kimi iki rəng

100

.

Aldadan yol oldu bu uzaq yollar,

Yeddinci fələkdə ancaq işıq var

101

.

Bu yolda mələk də azar yolunu 

Çünki bir div gedər, qayıdar onu.

Bu çarsubazarda qapan işlədən 

Bir arpa almasa çəkməz iki dən.

Çalışar, hər yandan oğurlar bir az,

Ondan da qaparlar işi olsa saz.

Dönə-dönə alar qoca dehqandan,

Divana göndərər o batman-batman. 

Məndən uzaq olsun bu cürə dostlar,

79


El məni bu sözdə üzürlü tutar. 

Əxlaqca yabançı bu dostlaıı, bil, 

ikiüzlülərdə arama bir dil.

Tülkünün deşiyi ikidir əlbət,

Birisi tamahdır, birisi şəhvət.

Bir əqrəb kimidir, olsa da huşyar,

Nə qulaq, nə də göz deşikləri var.

Bu gizlin əsrarı təsvir edənlər, 

Dehqan tarixindən vermişdir xəbər. 

Çin şahı aüna qoyarkən yəhər 

Zəncinin nalına od vurdu göylər

102

. 

Günəşi pusqudan fələk sıçratdı, 

Ulduzlar üzüyü əlindən atdı

103

.

Bu dünya ordular yıxan ərlərdən 

Bir məclis bəzədi ulduz kimi şən. 

Dəvəni zəngindən, fil güzgüsündən 

Sədəf şəvə doğdu inci doğurkən

104

. 

Fil təpiklərindən yer öküzünün 

Sümüyü qırılıb məhv oldu bütün. 

Şah Kəyan rəsmim edərək yeni, 

Doldurdu təblinin səsi ölkəni.

Qurdu Rum rəsmiylə elə bir ordu, 

Sanki möhrü muma bir naxış vurdu. 

Bir rumlu var idi olduqca insan, 

Natiqdi, bir neçə dildə danışan. 

Alimdi hər fikri, sözü qurmaqda, 

Mahirdi ox atıb, qılınc vurmaqda. 

Söhbəti tutini kəməndə salmış,

Özü Tutiyanuş adım almış.

O qədər kəskindi sözü, hünəri, 

Özünə çəkərdi dinləyənləri.

Sarayda nədimdi, həm də arabir 

Ay, günəş sirrindən söhbətlər edir. 

Yanına çağırdı onu İskəndər,

Elçilik edərək aparsın xəbər.

Əmr etdi, hərəkət etsin durmadan, 

Zənci sərdarına yetirsin fərman.

80


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə