Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Belə nəql edir bu vəqəni ramlar



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə19/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   121

Belə nəql edir bu vəqəni ramlar:

Bir qadın var imiş çox yoxsul, dindar, 

ikicanlı idi, tapmadı çarə, 

Yurdundan, ərindən düşdü avarə. 

Doğmağın zamanı yetişdi artıq,

Kəsdi taqətim ikicanlılıq.

Doğarkən can verdi bir xərabədə, 

Ölürkən körpəm andı yenə də: 

"Məndən soma səni kim bəsləyəcək? 

Hansı bir canavar səni yeyəcək?"

O zənn etməyirdi ki, pərvərdigar 

Bir zaman edəcək onu tacidar.

Nə qədər xəzinə güləcək ona, 

iqbal qonacaqdır şən qucağına. 

Həsrətlər içində qadın verdi can, 

Köməksiz uşağa yar oldu yəzdan. 

Şüurla, hünərlə işlətdi qafa.

Dünyam fəth etdi o Qafdan-Qafa. 

Feyləqus çıxarkən ov üçün düzə, 

Qadın ölən yerlə gəldi üz-üzə.

Gördü bir qadındır yurdsuz, yuvasız, 

Başımn üstündə bir körpə yalqız. 

Sorar barmağım o körpə uşaq,

Ana həsrətiylə dişləyir barmaq. 

Nökərlərə əmr verdi tacidar;

Qadının dəfninə məşğul oldular. 

Kimsəsiz körpəm götürdü yoldan. 

Daldı bu heyrətli işə bir zaman, 

Böyütdü, bəslədi, verdi tərbiyə, 

Vəliəhd eylədi "Oğlumdur" deyə. 

Zərdüştilərdə var başqa rəvayət. 

Verir Iskəndəri Daraya nisbət. 

Vurdum tarixləri mən bir-birinə, 

Baxdım Firdovsinin öz əsərinə.

Hər iki rəvayət məncə pozuqdur, 

Uydurma sözlərdir, həqiqət yoxdur. 

Doğrusu budur ki, bilir hər diyar,

66


Feyləqus oğludur böyük tacidar. 

Bunlarda həqiqət görmədim bir az, 

Tarixçi bunlan qələmə almaz.

Ən yaxşı bir qoca rəvayət edir,

O köhnə şahlardan hekayət edir: 

Feyləqus qəsrində bir gözəl varmış, 

Bəzəkli gəlintək azad yaşarmış. 

Baxışı can alan, qaməti bülənd, 

Qaşlan kamandı, saçları kəmənd. 

Sanki bir sərv imiş, yetirmiş çəmən, 

Telləri bənövşə, çöhrəsi səmən. 

Camalı parlaq bir günəşdən təmiz,

O süzgün gözləri qəmzəli nərgiz! 

Qıvırcıq saçlan qara bir ənbər, 

Saray bu dilbərlə olmuş müəttər. 

Rum şahı vurulmuş ayüzlü qıza, 

Dilinin əzbəri parlaq ulduza.

Bir gecə bağnna basdı hökmüran, 

Şahın xurmasından bar verdi fidan. 

Neysan buludundan sədəf tutdu bar, 

Ən parlaq bir inci oldu aşikar.

Keçdi bu vəqədən doqquz ay ancaq, 

Ananın bətnində tərpəndi uşaq. 

Padşah əmr etdi ki, münəccimlər 

Baxıb ulduzlara versinlər xəbər.

Bir xəbər versinlər bu gizlin işdən, 

Rahatlıq versinlər bu tərpənişdən. 

Bilikli münəccim başladı işə, 

Baxdılar fələkdə olan gərdişə. 

Göyləri seyr üçün məclis düzəltdi, 

Ulduz tərəzisi ortaya gəldi,

Taleyi göründü Əsəd bürcündən

88

, 

Düşmənlər kor oldu onun gücündən. 

Günəş yaxınlaşdı o gün Həmalə, 

Gedirdi elmdən çatsın əmələ

89

. 

Ütarid və Covza qonmuş bir yerə, 

Sovrda məskən etmiş Ay ilə Zöhrə.

67


Qövsi də Müştəri bəzəmiş gözəl, 

Mizanın bürcündə oynardı Zühəl. 

Altıncı xanəni tutmuşdu Bəhram, 

Xidmət göstərməyə olmuşdu qulam. 

Taleyi göründü nurdan da parlaq, 

Nə deyim, o yaman gözlərdən İraq. 

Belə xoş fal ilə dünyaya gəldi,

O bağda belə bir fidan yüksəldi. 

Təqvimdən bəxtim təyin etdilər, 

Qoyuldu uşağın adı İskəndər.

Bu yeddi ülkərdən oldu aşikar, 

Açan verəcək ona ruzigar. 

Münəccim tale dən verincə xəbər, 

Feyləqus şükr etdi, silindi kədər. 

Bəxtiyar çocuğa etdi məhəbbət, 

Taxtına oturdu, payladı xələt.

Artıq yol vermədi qəmə, kədərə, 

Cəvahir payladı istəyənlərə.

O müşk ətirlinin güləndə baxtı 

Meyi də, müşkü də seltək axıtdı.

O sərvin budağı bəsləndi nazla, 

Turactək səkərək səsləndi nazla. 

Meydan axtanrdı beşikdə ikən, 

Yəhərə atıldı öz beşiyindən. 

Dayədən istədi ox ilə kaman,

Kağızı, ipəyi hey aldı nişan.

Böyüdü, öyrəndi qılınc vurmağı, 

Qızmış aslanlara qarşı durmağı.

At minmək zövqündən ləzzət alınca 

Düşdü şəhriyarlıq, şahlıq dalınca.

İSKƏNDƏRİN TƏLİM ALMASI

Ey saqi, reyhandan çəkilmiş mey ver, 

Cənnəti yad etdim, dur, peyapey ver! 

Abad olsun gəmim o badələrdən, 

Cənnətə düşərəm qərq olsam da mən.

68


Nə qədər məsuddur şən həyat quran, 

Tamah süfrəsindən az bir şey uman, 

Malı olsa belə, kifayət qədər,

Yenə iş adamı çalışar, işlər. 

Naz-nemət içində rahatlıq tapar, 

Tələsməz, aüm astadan çapar.

Nə həddindən artıq paylar malım,

Nə də xəsisliklə pozar halım.

Çətinlik çox xəsis olmaqdan doğar, 

Qapım qırsamz hədsiz odun var.

Çox yaşa, ömürdən faydalan özün, 

Çalış özgəyə də ziyan dəyməsin. 

Tarixin yığılmış tumarlığından 

Keçmişi belə nəql edir bir dehqan: 

Elə ki, Feyləqus təzə gəlintək 

Vurdu bu dünyanın mülkünə bəzək. 

Ağıllı övladla ata fəxr edər,

Çünki mübarəkdir seçilmiş gövhər. 

Dünyada ataya varımdır, gerçək, 

Ağıllı oğuldan başqa bir istək, 

Oturtdu öyrənsin ədəblə hünər, 

Günəş eylər daşı qiymətli gövhər. 

Niqumaş alimdi, biliklə dolu,

Alimin oğluydu həkim Ərəstu.

Təlim işlərində çəkdi çox əmək, 

Hikmətlər öyrətdi ona sevərək. 

Şahanə tərbiyə, hünər, nəzakət 

Ağıla nur verir, ürəyə qüvvət.

Hər əqlə sığışan hünər, bilikdən 

Bir məna çıxanr mənam bilən. 

Ulduzlar bəzəyən kimi göyləri 

Bəzədi pak olan yeni gövhəri. 

Çatdırdı onu hər gizlin biliyə,

Hansı bir gənc almış belə tərbiyə? 

Şahzadə illərlə çox çalışdı, çox, 

Qulağı elm aldı, başqa heç nə yox.

Öz ağlı, zəkası olunca rəhbər,

69


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə