Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə18/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   121

O körpə güllərə göstər məhəbbət, 

Nazım çəkərək eyləmə qəflət.

Mən kimi sövdası aşıb-daşandan 

Salam ver gülzara girdiyin zaman. 

Hava çox ilıqdır, gözəldir bostan, 

Dostların qəlbi də xoşlamr bundan. 

Vermişdir ağaclar bağa yüz bəzək, 

Parlaq bir çıraqdır hər gül, hər çiçək, 

Ey bağban, xəbər ver o susan quşa: 

Ötərək başlasın yeni uçuşa.

Bahardır, bir daha nalə etsin çəng, 

Gətirsin qəlbimi rəqsə o ahəng.

O dilbər zülfündən bir zəncir yarat, 

Zənciri yemdən, gəl, boynuma at.

Gözəl dəstələr tut yaşıl reyhandan,

Saç sərvin başına, şənlənsin hər an. 

Bahar çiçəyindən dağıt arxlara, 

Gümüşə bənzəyir ağ çiçəkpara.

Hər gölün, çeşmənin ətəklərinə 

Süsəndən ipək bir xalça sal yenə. 

Şahanə məclisdə sən, ey saqi, dur, 

Şahanə bir meylə badəmi doldur.

Dur, saqi, alışdım şərab içməyə, 

Atəşdən yanıram, ver bu təşnəyə.

O köhnə dostlan yad edim bu gün. 

Qalmamış bir nəfər, köçmüşdür bütün. 

Bu dövran da gedər, qalmaz o bizə, 

Gələnlər içərlər xatirəmizə.

Bostanın belə bir gözəl çağında 

Oturdum uca bir sərv ayağında.

Çinar kölgəsindən, gül qoxusundan 

ilham aldı bülbül, başladı dastan.

Bir gəlin gül üçün sallandı bağa,

Gül üzü bənzərdi işıq - çırağa.

Saçlan tökülmüş topuğa qədər,

Üzü gül səpərdi, dodağı şəkər.

Şehli gül üzündən kam verdi mənə,

62


içi meylə dolu cam verdi mənə.

Dedi: "Al, qəlbində nə varsa unut, 

Padişah eşqinə əldə qədəh tut."

Oturdum sınanmış kəslərlə hər an, 

Böyüklər adından yazdım bir dastan. 

Beynimin, qanımın çeşmələrindən 

Bu qədər incə söz sıxıb süzdüm mən. 

Doymadım, ilhamım yenə də qaynar, 

Qılıncım kəskindir, hələ gücüm var.

Nə qədər dəyərli xəzinə qurdum,

Hər birində yeni nüktələr vurdum. 

Yorulmaq bilmədən gündüz və gecə 

"Məxzənül əsrar"ı yazdım əvvəlcə, 

incəlik, şirinlik yığaraq ondan,

"Xosrov və Şirin"çin düzdüm bir dastan. 

Soma başqa yerdə çadın vurdum,

"Leyli və MəcnmTun eşqini qurdum. 

Bitirdim dastanı, bir nəş ə tapdım,

Aümı "Həft peykər" üstünə çapdım, 

indi söz mülkündə büsat quraram, 

İskəndər dövründən təbil vuraram. 

Yazaram mən onun şan-şövkətindən, 

Taxtının, tacımn əzəmətindən.

Ölüb getmişsə də, dirildim onu,

Verim axtardığı həyat suyunu.

İskəndər bir böyük yol təqib etdi,

Dirilik suyunun dalınca getdi.

Əbədi qalmaqçın həyat suyundan,

Çox gəzdi, dolaşdı heç yorulmadan. 

Dirilik suyunun olmadı sonu,

Ancaq indi tapdı həyat suyunu

85

.

Sözlər padşahının bir məsəli var:

Nə gözəl söyləmiş: "Axtaran tapar." 

Nizami, içərkən mey İskəndərlə,

Bəxtiyar olmaqçın ədəbi gözlə!

Xızır bu süfrəndə olmuş həmsüfrən, 

Yetmiş yeddi suda ağzım yu sən!

86

63


64


DASTANIN BAŞLANĞICI

Saqi, dur, gətir o həyat suyunu! 

İskəndər şövkətli şaha ver onu.

Şahın dövlətini öpsün o badən,

Odur İskəndərin irsini yeyən.

Şahnamə yazanlar saçaraq bilik,

Vermiş söz nəzminə belə yenilik:

Yunan ölkəsinin padşahlarından 

Vardı bir gənc dövlət, böyük hökmüran, 

Şöhrətli şah idi, adı Feyləqus, 

itaət edərdi ona ram və rus.

Yunanıstan idi onun məskəni, 

Makedoniyaydı doğma vətəni.

Qanunlar qoyardı yeni və parlaq,

Ulu babasıydı Eys ibn-Ishaq.

Ədalət o qədər yaxınmış ona,

Qurdları bağlarmış qoyun buduna. 

Zülmün boğazım elə sıxmışdı,

Dara həsədindən rəqib çıxmışdı.

Üstün olmaq üçün qılıncı, tacı,

Bir elçi göndərdi, alsın xəracı.

Ağıl sahibiydi rumlu hökmüran,

Xəracı göndərdi, olmadı düşman.

Taleyi yar olan məsud kimsəyə 

Kim cəsarət edər, düşmənəm deyə? 

Bəxşişlər göndərdi böyük dərbara, 

Düşmənlik yolundan əl çəkdi Dara- 

Rum şahı oldu bu bəxşişdən çox şən, 

Mumunu qorudu yanar atəşdən

87

. 

İskəndər başlarkən fəthə hər yeri, 

Döndü birdən-birə çərxin işləri.

Daraya nə dövlət qoydu, nə dövran, 

Süngüsü keçirdi çaxmaq daşından.

Bu dastan haqqında rəvayət çoxdur,

Hər kəsi dinlərəm, inadım yoxdur.

65


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə