Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Dəvə karvanına yükləndi sərvət



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə30/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   121

Dəvə karvanına yükləndi sərvət. 

Yoldakı yüklərin çoxu qızıldı, 

Buxaraya qədər karvan düzüldü. 

Mərdliklə iş gördü, tədbirlər etdi, 

Köhnə ənənələr yoluyla getdi.

Dəyərli mallardan saçdı bir qədər, 

Dünyada görməmiş onu bir nəfər.

Hər cür gözəl şeylər, cavahiratlar, 

Növbənöv ətirlər, ipəklər, atlar..

Saf qızıldan başqa, xalis mötəbər,

Bir xalvar müşk ilə bir sandıq ənbər, 

Bir xırman ərinmiş saf gümüş lay-lay 

Bir otaq saf kafur, düzülmüş tay-tay, 

Ud yüklü dəvələr ucaldı dağdan,

Hər yükün təxminən vəzni yüz batman. 

Bir çox gözəl qılınc, cəvahimigar, 

Zürafə dərisi kimi xalılar,

Xidmətə yarayan vücudu sağlam. 

Gülçöhrə kənizlər, həm igid qulam.

Fil sümüklərindən naxışlı taxtlar, 

Gövhərlə işlənmiş qədərsiz tac var.

Uca fil gövdəli bir alay əsir,

Qolunda, boynunda düyümlü zəncir. 

Bir çox dəvə yükü, kəsik qulaqlar, 

Saman təpilmiş baş bir neçə xalvar. 

Yüzlərcə döyüşən, dağ heykəlli fil, 

Çarpışma zamam ən coşğun bir Nil.

Bu əntiq şeylərlə uca İskəndər 

Bir elçi göndərdi mətin, mötəbər. 

Daraya gətirdi qasid naməni,

Çəkdi hüzuruna o xəzinəm.

Dara bu bəxşişdən olmadı dilşad, 

Qorxdu, həsəd etdi qəlbim bərbad.

Bu qədər xəzinə, bu qədər sərvət 

Heyrət doğururdu, etmirdi rahət.

Bir cavab göndərdi yersiz olaraq, 

içində kin odu alovlanaraq,

104


Cavabı götürüb elçilər getdi, 

İskəndəri bundan xəbərdar etdi.

Bu işdən danldı ona İskəndər, 

Qəlbinə yükləndi gizlin bir kədər. 

Çaldığı zəfərdən alaraq təmkin 

Daraya yenə də bəsləmədi kin. 

Rumlann Zənciyə çaldığı zəfər, - 

Dünyaya yayıldı bu şanlı xəbər. 

Qasidlər gəlirdi hər padişahdan, 

Təbrik edirdi bu zəfəri cahan. 

Tənənin qapısı bağlandı artıq, 

Rumlann qəlbim sardı bir şadlıq. 

Acizlərə dövran olsa mehriban 

Qannca oxuyar ilana meydan.

Çox danə görərsən bu dəyirməndə, 

Növbətlə üyüdür unu hərbəndə

123

.

İSKƏNDƏRİN OVDA XOŞ 

FAL VURMASI

Ey saqi, mübarək şərabdan doldur, 

Mənə ver, igidlər dərmanı odur!

O mey bir halvadır dərdlilər üçün, 

Onu atəş deyil, bəsləmişdir gün.

Dünyada axtaran adamlar hədsiz, 

Biri inci arar, birisi dəniz.

Dünyada görmürəm elə bir nəfər 

Öyrədən insana o salsın nəzər.

Mən kimi bülbülə gərəkdir ancaq 

Qulaq tutanlardan çəkilsin uzaq. 

Oxuyum nəğməmi, saz çalım həzin, 

Dincəlim dərdindən çayın, dənizin. 

Arabir çıxarkən bağdan dişan, 

Əlimdə çıraqtək narınc sapsan, 

Orda görməyirəm elə bir ayıq,

105


Mən kimə verim bu nanncı artıq? 

Qaçıram dostlardan yenə bir yana, 

Qaçıram yemdən haman bostana. 

Seyr edim könlümü açan bağçam, 

Onunla şənlənsin könlümün cam.

Sözün dəsgahına şəkər səpənlər 

Keçmiş möbidlərdən belə nəql edər: 

Zənci döyüşündən olunca azad 

Dincəldi tacidar, qəlbi oldu şad.

Meyl etdi bir zaman istirahətə,

Əlinə mey aldı, daldı işrətə.

Vaxüm keyfə sərf elədi bütün,

Nəş əh çalğılar dinlədi hər gün. 

Xanəndə, gülgün mey, saqi, kamança 

Ondan ayrılmadı gecə yaünca. 

Dünyadan kam almaq onun muradı, 

Heç kəs ondan gözəl həyat qurmadı. 

Dünyam şənlədən böyük İskəndər 

Gecəni şənliklə edərdi səhər. 

Filosoflar ilə edər məsləhət,

Dünyaya ədlindən verərdi qismət. 

Ərəstu qədəhə, Əflatun cama 

Təzə mey tökürdü qan dama-dama. 

Şanlı bir zəfərlə dönmüşdü qeysər, 

Xanəndə oxuyur yeni nəğmələr:

"Ey dövlət pənahı, gənc olsun baxün! 

Əbədi yaşasın bu tacın, taxün! 

Həyaün olduqca əlinə cam al,

Qədəhi al ələ, şərab iç, kam al! 

Ərğəvan şərabdan bir büsat başla! 

Şənlik qur, gəncliyə murad bağışla! 

Gənclik var olduqca, iqbalın kömək, 

Çalğı, mey məclisi qurasan gərək! 

Qılınc meydanını qoydun bir yola, 

Cam üsuliylə də məclis hazırla! 

Taxtınla, tacınla get dünyam al,

106


Fələk də bəndəndir, sənə yox zaval! 

Qaranı tutdun da, qalmasın ağlıq, 

Alaca görünmək verər yaraşıq. 

Bayrağı göyə vur, cahan sənindir! 

Dövlətə sani ki, hər yan sənindir!” 

Misrin köməyindən, zənci hərbindən 

Şahın qolu güclü, çöhrəsi də şən. 

Zəfəri çox asan samb dururdu, 

Xorasan mülkündən xərac umurdu. 

Çıxmadı Şam ilə Rumdan bir nəfər, 

Onunla çəkidə olsun bərabər.

Daraya bir daha vermədi xərac,

Əmr etdi qayıtsın göndərdiyi bac. 

Coşurdu gəncliyin qızğın günləri, 

Fəth etmək istərdi bütün kişvəri.

Xoş baxdı iranın igidlərinə,

Hazırlıq başladı iran fəthinə.

Adətdir, ağac boy atdığı zaman 

Başqa ağaclara yetirər ziyan.

Gözəl gün seçərək şikara qoşdu,

Həm nəşəsi xoşdu, həm də gün xoşdu. 

Çöllərdən keçərkən uca hökmüdar 

Dağlarda, düzlərdə edirdi şikar. 

Fələyi andınr möhtəşəm başı,

Gah çölü gəzirdi, gah da dağ-daşı.

Bir dağa təsadüf etdi şəhriyar,

O dağda var idi hər çeşid şikar. 

Gördü iki kəklik qonmuş bir daşa, 

Kəklik kəklik ilə girmiş savaşa.

Bu onun başım deşər, dimdiklər,

O bunun döşünü caynaqla dələr. 

İskəndər at sürdü onlara san, 

Nəzərdən keçirtdi iki şikan.

Bir hesab götürdü bu çarpışmadan, 

Onlardan gözünü almadı bir an. 

Kəkliklər çarpışır elə hiddətlə, 

Qorxmayır padşahı görərkən belə.

107


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə