Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə24/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   121

Azacıq düşündü, tökdü bir tədbir: 

"Sərvərim, kamalın olsun sənə yar, 

Zəfər dostun olsun, düşmənlərin xar. 

Üzünü çevirsən dağ-daşa belə, 

Fələkdən səadət alasan ələ.

Dünyamn pənahı ulu yaradan 

Pənahın olsun, ey böyük hökmüran. 

Qaralar zəhərli ilandır, ilan,

Bir divdir, şeytandır, deyil bir insan. 

Yeri var rumlular etsə qorxaqlıq, 

Zəncilər nəhəngdir, rumlular balıq. 

Qan içmək olduqca qorxulu bir iş, 

insanı yeməksə ondan da müdhiş. 

Onlardan bir həya gözləsən, inan,

Bizə söyləməzlər ağıllı insan.

Meydam düşmənə versək bu sayaq, 

Zəncilər göylərə sovurar torpaq. 

Rumlardan qorxsaydı vəhşi zəncilər 

Elçinin sözləri edərdi əsər.

Elçi nə edəydi o vəhşilərə,

Elçi yeyən desək yetər bir kərə. 

Düşünmək gərəkdir elə bir fikir, 

insanı yeməkçin olsun bir tədbir. 

Yollardan bir neçə zənci tutaraq 

Onlan dərgahda eylədi dustaq.

Sən otur yerində acıq, təmkinlə,

Onlan torpağa yıxsınlar kinlə.

Birinin başım dərhal üzsünlər, 

"Yemək bişsin" deyə mətbəxə göndər. 

Zəncilər dililə hökm et durmadan:

"Bu başı al, bişir, yesin hökmüran!" 

Gizlində aşpaza başqa tövr anlat:

"Bu başı güm yerə, torpaqlara qat!" 

Qara qoyun başın bişirsin bir az, 

Sümüksüz hüzura gətirsin aşpaz, 

Bişməmiş dərini hiddətlə, kinlə 

Tez götür, parçala, çeynə dişinlə:

84


Çağır ki: "Beynini gətirin görək,

Olmazmış belə bir ləzzətli yemək.

Bilsəydim ki, zənci ətindən təam 

Edərmiş vücudlu belə sapsağlam,

Rum əsirlərim bəsləməzdim mən,

Hər zaman yeyərdim zənci ətindən.

Bilsin o adaıııcıl, müdhiş canavar,

Ondan iti dişli insan yeyən var."

Bununla sönər o kin saçan ocaq,

Dəmiri dəmirlə olar yumşaltmaq.

Həyata keçirsək bu tədbiri biz,

O güclü qollan yenərik şəksiz.

Qurdluqda mümkündür qurtulmaq qurddan, 

Cəlilə qarşı verər cəhalət ziyan."

İskəndər əmr etdi: ram əsgərləri 

Gizlində dolaşsın düşmən yerləri.

Yollardan keçərkən məğrur zəncilər 

Əsir götürsünlər bir neçə nəfər.

Əmrinə igidlər baş əydi bir-bir,

Zəncidən aldılar bir neçə əsir.

Döndülər şah olan xeyməyə san,

Təslim eylədilər o düşmanlan.

Əsirlər hüzura gəldiyi zaman 

Üzləri qaraydı, başlan al qan.

Padişah yerindən tez kükrəyərək 

Şikar arxasınca düşən aslantək 

Əmr etdi, birini dərhal qapdılar,

Başım dağ kimi vumb çapdılar.

Verdilər mətbəxə ki, al bu başı,

Padşaha hazırla bir zənci aşı.

Aşpaza başqa tövr anlatdı bunu,

Nə sayaq oynasın müdhiş oyunu.

O biri zəncilər qorxaraq durmuş,

Bu qanlı adətdən boynunu burmuş.

Padişah əmr etdi: açılsın süfrə,

Hər çeşid yeməkdən düzülsün yerə.

Qoyunun pörtülmüş ətindən aşpaz

85


Süfrəyə düzdükcə keyfi oldu saz. 

Ceyran dərisini yırtantək aslan 

Dişiylə didərək başı hökmüran,

Başını oynadıb ləzzətlə yedi,

"Ox, belə bir yemək yemədim - dedi. 

Nə qədər dadlıymış zəncinin əti, 

Verməz başqa ətlər böylə ləzzəti. 

Zəncinin ətindən kabab yaxşıdır, 

Yanında qırmızı şərab yaxşıdır.

Tək zənci budundan yeyərəm kabab, 

Dadlıdır, duzludur, xoş gəlir şərab". 

Zəncilər önündə qoyun başından 

Zənci başı deyib yedi hökmüran. 

Müdhiş onda ha m görüncə belə 

O qara ilanlar dağıldı çölə.

Ordunun içinə döndü zəncilər,

O qara günlərdən verdilər xəbər:

- Əndaha yeyənmiş bu insanxəyal. 

Nəhəngdir, bizlərə verdi çox zaval.

Elə bir ləzzətlə yeyir zəncim,

Sanki zənci yeyir badam içini.

Bir zənci başım keçirsə ələ,

Qoyunun başıtək yeyir ləzzətlə. 

Zəncinin qəlbinə çökmüşdü qorxu, 

"Biz ipək sanırdıq, cod palazmış bu!.

08

 

Alovlu şölələr get-gedə söndü,



Qızğın atəşlərə soyuq göründü.

Ertəsi günü quş qanad açınca.

Fələyin başından duman uçunca, 

Gecəyə bağırdı xoruz hiddətlə,

Təbillər gurladı, coşdu şiddətlə. 

Şeypurlar kin ilə gurlar, elə bil 

Məhşərdir, şurunu çalır israfil.

O öküzquyruğu şeypurlar ötdü, 

Göydəki Öküzün partladı ödü.

Coşdu qurd gönündən olan nağara, 

Dünyamn beynini gətirdi zara.

86


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə