Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə23/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   121

Kəskin qılıncım anlatsın ona,

Qayıtsın bəlkə öz doğru yoluna.

Zəncicə anlatsın, göstərsin tədbir,

Atəşi gördükcə yumşalar dəmir.

Gül üzlü, o şümşad boylu hünərvər 

Rumludan zənciyə apardı xəbər:

"Təxti var, tacı var bəxtitək parlaq, 

Qılıncın gücüylə ucaltmış sancaq. 

Şövkətli, qüvvətli, həm də sərkəşdir, 

Bəzən də acığı yanar atəşdir.

Maral buynuzuna göndən zeh çəkər, 

Qarışqa başım dırnağa tikər.

Onunla müdam eylə, ey salar,

Ağlayıb üzr istə, get ona yalvar, 

inan ki, bu atəş olsa şöləvər,

Sönməz, üzərinə dəniz töksələr. 

Dostluqla yaxınlaş, kinindən çəkil. 

Onunla düşmənlik faydalı deyil.

Kin ilə, sülh ilə sınanmış cahan, 

Sülhündən xeyr almış, kinindən ziyan". 

Bu fikri qaralar şahı eşitcək 

Dəhşətdən qıvrıldı qara ilantək.

Kininin atəşi beynini yaxdı,

Şimşəkli buludtək gurladı, çaxdı.

Acıqlı əmr etdi: Tutiyanuşu 

Kəssinlər, bədəndən ayrılsın huşu.

Div kimi qapdılar o pəhləvanı,

Necə ki, kəhrəba qapar samam.

Qızıl teşt içində kəsildi başı,

Al qana bulaşdı şahın sirdaşı.

Qızıl teşt qan ilə dolduğu zaman 

Zənci şah su kimi içdi o qandan.

Onunla gedənlər gözlərində yaş 

İskəndər yanına qayıtdı birbaş.

Həsrətlə döndülər şahın yanına,

Bu qanlı xəbəri verdilər ona.

O gözəl rumlunun zənci şahından

81


Gördüyü dəhşəti etdilər bəyan. 

İskəndər o şümşad rəngli sərv üçün 

Atəşdə ox kimi yandı ki, neçin 

Elə bir suçsuzun töküldü qam?

And içdi məhv etsin azğın düşmam. 

Çaünca qoşuna bu dəhşətli iş, 

Rumlular qorxaraq etdilər təşviş.

Bu işdən zəncinin dişi ağardı, 

Rumlunun qəlbim bir qorxu sardı. 

Gecənin dişləri örtülməlidir,

Ancaq ölən zaman o gülməlidir. 

İskəndər susaraq üç gün, üç gecə, 

Kinini söndürdü parlaq düşüncə. 

Dağların üstünü alınca duman,

Quşlar bu ahəngə düzdü bir dastan. 

Göylərin Harunu keşik çəkərək,

Belinə asmışdı saysız qızıl zəng

106

. 

Keşikçi zəng çalıb səsləndi birdən: 

"Yaşasın tacidar, qəhr olsun düşmən!” 

Dişan çıxaraq kəşfiyyat qolu.

Növbətlə qarovul güdərdi yolu.

Ertəsi günü bu səbirsiz dövran 

Göstərdi günəşi dağ arxasından.

Nay, təbil gurladı şah qapısından, 

Zənglərin səsindən titrədi cahan. 

Təbilçi sür ətlə qalın xam göndən 

Gecənin ağzına vurdu bir yüyən. 

Coşaraq inləyir neyin nəfəsi,

Nağara əl çalır, yüksəlir səsi

107

. 

Ordunun çəkisi elədikcə meyl,

Bu gözdən o gözə axıdırdı sel.

Süngülər kaftanı dələrək hər an 

Çıxırdı göbəyin tam ortasından.

Qılınc, ox yağarkən şaraqhaşaraq 

Parça-parça oldu geyim və qalpaq. 

Qılıncın dəhşətiə çalhaçalından 

Buludun qəlbində su olurdu qan.

82


Üz-üzə gəlincə hər iki ordu 

Elə bil iki qoç üz-üzə durdu, 

igidlər döyüşdü uzun bir zaman. 

Meydana sel kimi axıtdılar qan. 

Rumlan zəncilər əzdiyi zaman 

Sanki bir maralı ovlardı aslan. 

Rumlara zəncilər verdi tələfat,

Hər yeri bürüdü dəhşətli heyhat. 

Zəncinin etdiyi Tutiyanuşə 

Rumlan salmışdı böyük təşvişə. 

Kasaya doldurmuş günahsız qam,

Su kimi başına çəkmiş kasam. 

Zəncilər oynayan qorxunc oyundan 

Qorxaraq, rumlara daraldı meydan. 

İskəndər bildi mm, zəncidən ürkmüş, 

Əskərin qəlbinə bir qorxu çökmüş. 

Meydanda əskərə üz versə qorxu, 

Cəza bir iş verməz, dağılar ordu. 

Çağırdı bilikli böyük vəziri,

Gizlincə anlatdı ona bu sirri: 

"Müzəffər ordumuz olmuş pərişan, 

Bir qılınc yemədən doymuş savaşdan. 

Döyüşə qəhrəman bir ordu gərək,

Bir atlı od olsa, verməz bir kömək. 

Elçinin qamm içərkən düşman 

Əskərim məhv olur can qorxusundan. 

Orduda apardın qorxu izi var,

Qorxaq kimsələrdən, söylə, nə çıxar? 

Meydanda düşməndən qorxarsa ordu, 

Su gətir, zəfərdən əllərim yu.

Zəncilər hər yanda meydan sulayır, 

Qızmış fillər kimi hey baş bulayır. 

Yaratmaq gərəkdir elə bir dəstan, 

Zəncinin ordusu məhv olsun ondan. 

Ortaya elə bir sağlam fikir at,

Bizə bu qorxudan versin bir nicat". 

Sınanmış, ağıllı, hünərli vəzir

83


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə