Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Tapırdı ən incə, mənalı sözlər



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə20/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   121

Tapırdı ən incə, mənalı sözlər.

Hər incə mənam edərkən bəyan,

Sözləri su kimi olurdu rəvan.

Həmdərsi Ərəstu, bir qardaş deyə, 

Ürəkdən bağlıydı bu şahzadəyə.

Ərəstu aldıqca bilik atadan,

Ona öyrədirdi hər an, hər zaman.

Yəqindi bilikli həkim ustadə 

Tacidar olacaq bir gün şahzadə.

Onun təliminə verdi çox diqqət,

Kişini şad edər qorunsa sərvət.

Bəxtim oxudu parlaq almndan,

Verdi oğluna da ondan bir ünvan

90

.

Tale xidmətində duran zamanda,

Söz qaşı möhrünü vuran zamanda 

Oğlunu tapşırdı gənc şahzadəyə,

And verdi, söz aldı: "Peyman ver, - deyir, 

Məktəbdən meydana sən at sürərkən, 

Şahanə başım göydə görərkən,

Başım əyərkən köhnə dünyanın,

Hər səmtə gedərkən hökmün, fərmanın, 

Taxüm tacınla məsud edərsən,

Xərac göndərərlər yeddi kişvərdən. 

Dünyaya şövkətlə verərsən fərman, 

Padişah olarsan uzun bir zaman.

Bu dərsi, təlimi tut xatirində,

Qızıla, gümüşə çox olma bəndə!

O zaman oğlumdan götürmə nəzər, 

Haqqıma, sözümə bir hörmət göstər. 

Onunla et çətin işdə məşvərət,

Qılıncdan kəskindir gözəl məsləhət.

Səndə dövlət vardır, onda da hünər, 

Hünərlə dövlət bir çəkiyə girər.

Hər yerdə hünərə verilmiş qiymət,

O yerdə gün-gündən ucalmış dövlət.

Hər yerdə şərəfli bir dövlət vardır,

Ucalar fikrindən ucalanlardır.

70


Ayda öz taxtını qurmaq istəyən, 

Gərəkdir yüksəlsin bu pillələrdən”. 

Şahzadə söz verdi öz ustadına:

”Hər əmrin qəbuldur, - söylədi ona, - 

Taxtımla, tacımla olsam padişah, 

Ərəstu vəzirim olacaq, billah! 

Sözündən, fikrindən dönməz İskəndər, 

Onun hər əmrinə bağlaram kəmər.” 

Elə ki, taleyi oldu ona yar,

İskəndər sözündə qaldı bərqərar. 

Ustadı bilirdi: bir gün bu uşaq 

Dünya şahlarına fərman yazacaq.

Bir şəkil çəkdi o, həndəsi hərfdən, 

Qalibi, məğlubu etdi müəyyən.

Dedi: ”Al, bir qəza üz versə sana,

Hərfi say, həm düşmən, həm öz adma. 

Adın dairədə qalsa müzəffər,

Əmin ol bəxtinə, sənindir zəfər.

Bu sayda üstünlük göstərsə düşman,

O qalib kişidən çəkin hər zaman.” 

İskəndər qocadan o şəkli aldı,

Bu faydalı işdən sevincə daldı.

Yazanda həndəsi hərfi İskəndər,

Hər zaman zəfərdən tutardı xəbər. 

Əqliylə bəxtiyar yaşardı hər an,

Onun hər elmindən qaynardı qazan. 

Tədbirli, bilici olmaqla yenə 

Baş əydi bilici şəxsin fikrinə.

Alimlər sözünü tutaraq getdi,

Əqliylə özünü bəxtiyar etdi.

Ustadın oğlu da alim bir kəsdi,

Onunla həm yaşıd, həm də həmdərsdi. 

Şahzadə daima ona mehriban,

O da şahzadədən aynlmaz bir an. 

Ərəstu razılıq verməzsə işə,

İskəndər bir quş da taxmazdı şişə.

O tədbir vermədən tutmazdı bir iş,

71


Hər işdə alardı ondan göstəriş.

Bu çarxın pərgan döndü çox zaman. 

Dünya çox seyr etdi dağdan, səhradan. 

Feyləqus dünyam tərk etdi daha, 

Taxüm tapşırdı gənc padişaha.

Gəl, qorx bu dünyanın fitnə, felindən, 

Qurtar öz camm onun əlindən. 

Ağacdır, dörd kökü, ahı böyrü var, 

Çoxunu boğmuşdur bu qorxulu da/

2

. 

Şiddətli küləklər qopduğu zaman 

Düşər yarpağımız bir-bir ağacdan.

Bu bağda əbədi yaşamaz bir kəs,

Hər gələn burada çəkər bir nəfəs. 

Yetişər bu bağda hər gün bir nobər, 

Birisi gəlirkən o biri gedər.

Dünyadan gedərsən istər-istəməz,

Bu tədbir, bu təlaş bir şeyə dəyməz.

Bu dünya mülkündə yox belə bazar 

Varım özilə alsın tamahkar.

Dünya salmış tora, çünki borclusan, 

Borcunu tez ol ver, qurtul bu tordan. 

Nalbəndlə palançı eşşəyə bir gün:

- Nal, palan pulunu ver,- dedi,- bütün, 

Topal ayağından, yağır dalından 

Nalım, palam atdı o heyvan.

Eşşək öz borcundan olunca azad, 

Olduqca dincəldi, qəlbi oldu şad.

Sən də, ey tozlara bulaşmış insan, 

Borcunu ver, qurtul bu toz-torpaqdan.

İSKƏNDƏRİN TAXTA ÇIXMASI

Ey saqi, dur məni qurtar mənlikdən, 

işıqlı badəndən işıqlanım mən.

Bir mey ki, dağıdar qəmi, kədəri, 

Sağaldar mumyatək bu xəstələri.

72


Əlində tərəzi mahir söz ölçən 

Saxta əşrəfini saldı rövnəqdən

93

.

Saxta olduğunu artıq bilincə,

Elə bir sikkəni vermədim xərcə.

Hər hərfin üstünə barmaq bassam mən, 

Tapılmaz üstündə qələm işlədən

94

.

Elə ki, gücləndi arxam və adım, 

Kimsənin hərfinə barmaq basmadım. 

Yamanlıq görmədi məndən bir insan, 

Mənim də düşmənim vardır hər zaman. 

Tutduğum yol deyil, zəhər içməkdir, 

Hünər aramaqdır, eybi örtməkdir. 

Düzlükdə əvvəldən göstərdim hünər, 

Qələmi düz atdım sonuna qədər.

Elə bir dabbaqlıq etdim bu gönə, 

Mətanət göstərsin hər ağır günə

95

.

O böyük tanrıdan budur diləyim:

Bir an da bu doğm yoldan dönməyim. 

Sizə nəql etdiyim həmin rəvayət 

Usta bir nəqqaşın işidir əlbət.

Elə ki, Rum şahı taxta oturdu,

Dünyaya mum kimi bir naxış vurdu, 

Bütün ölkələrə ədli səs-saldı,

Rum taxü onunla yeni rəng aldı.

Atadan gördüyü rəsmi, ayini 

Seçərək saxladı bəyəndiyim.

Köhnə adətləri möhkəm saxladı,

Keçmiş qanunları bərk qucaqladı. 

Daraya xəracı verirdi yenə,

Ölkədə hakimdi köhnə ən ənə.

Feyləqus əmrində olan hər diyar 

Onun da əmrinə boyun qoydular. 

Dostluqda atadan daha da mətin, 

Düşmənin məhvində qılıncı kəskin, 

igidlər qorxardı: "Güclüdür", deyə, 

Onunla girməzdi bir tərəziyə.

Onda ki, qolunun gücün yoxlardı,

73


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə