Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Ulduzşünaslıqda Dəlv bürcü Günəşin "ev"lərindən biri saydır. Günəş bu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə119/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   121

Ulduzşünaslıqda Dəlv bürcü Günəşin "ev"lərindən biri saydır. Günəş bu 

bürcə yanvar ayında girir. Hut, yəni 

Balıq

 və ya 

Su bürcünə

 isə Günəş fevral 

ayında girir. Yəni bu məclis düzələn zamanda il yanvardan fevrala keçirdi.

450


Buzlamış ceyranın kabablıq budu,

Sulann bağrına hey duz vururdu.

Yəni ceyranlar qışın bərk soyuğundan donub ölmüş, buz bağlamış və 

suyun bağn onların halına yanmışdı. Demək, ceyranlar odda deyil, suda 

kabab olmuşdu.

195

 

Buludlar o qədər sıx kafur saçmış.

Çinann qolları ağ çiçək açmış.

Burada kafur sözü qar mənasında işlənmişdir. Yəni çinann budaqları 

qardan ağ çiçək açmışdı.

196

 

Ya qoca insafsız, rəhmsiz məcus 

Əmr etmiş həbəşi qarət etsin rus.

Yeni od yandıran qoca atəşpərəst həbəşin qaranlığını - kömürü rusun 

qırmızılığına - oda qarət etdirdi.

197

 

Muğ arpa yerinə əkmiş ərğəvan,

Bənövşə düşürmüş biçdiyi zaman.

Yəni muğ (atəşpərəst) arpa əvəzinə ərğəvan əkmiş və bənövşə rəngində 

gül biçilmişdir. Ağacın yanmasına işarə olunur.

198

 

Katibin dalından göyərmiş qələm,

Barmağında müşkin qələmlər möhkəm.

Burada katib manqal, onun barmaqlarında tutduğu manqalın içində olan 

qara kömür lülələri mənasında işlənmişdir.

199

 

Reyhanla bəzənmiş saxsı güldandır,

Ancaq bu, meşədən çıxan reyhandır.

Saxsı güldan - burada saxsıdan qaynlmış manqal, onun reyhan gülləri də 

manqalın içindəki odlardır. Meşədən çıxan reyhan - kömürdən əmələ gələn 

odlar deməkdir.

200

 

Ey saqi, qırmızı süddən ver ki hər 

Civəyə əks etsə, ona can verər.

Ver mənə, dönmüşdür qanım civəyə,

Söz düzüm dırnaqdan keçən riştəyə.

Dırnaqdan keçən riştə - zərif keçi tükündən və ya yundan əldə əyrilmiş 

iplikdir ki, bu, baş barmağın uzadılmış dırnağından keçirilib əyirilir. Belə 

iplik cəhrə ipliyindən daha incə və saf olur. Mətnin mənası: "Ey saqi, o 

qırmızı süd olan şərabdan mənə ver ki, sanlıq xəstəliyinə tutulanlar onu civə 

kimi içərkən rəngləri qan kimi qızarır. Mən bu saat qəmdən qana dönmüş 

titrəyən civəyə bənzəyirəm, dərdimi sözün dırnaqdan keçən incə və saf 

ipliyinə düzürəm".

201

 

Elə ki İskəndər çadırı qurdu,

451


Quldurlar çadırı yuxan vurdu. 

Yəni quldurlar baş qaldınb, ona itaətsizlik etdilər.

452


202

 

Sürmədən Günəş mil çəkdi gözünə,

Batdı bir al gövhər Nil dənizinə.

Burada Günəş gözə bənzədilir. Yəni göyün gözü olan Günəş gecənin 

sürməsindən çəkdi, özünü onun qaranlığı ilə gizlətdi, göyün mavi dənizinə 

batıb getdi - Günəş batdı, gecə düşdü.

203

 

Onda çöl xalqının axınlarından 

Rahatlıq içində dincələr xəzran.

Xəzran - yəni xəzərlilər. Xəzər dənizinin şimal-qərbində və Volqa 

çayının hər iki sahilində yerləşən türk qəbilələrindən biri olmuşdur.

204

 

Gündüz qarğa rəngli qara gecədən,

Çıxmış Zəngibardan kafur kimi şən.

Burada ağlıq mənasını verən kafur Zəngibarda və Həbəşistanda istehsal 

edilir. Yəni səhər açılmışdı.

205

 

Yaşıl donlu tovuz humay quşundan 

Ağ parlaq sümüyü qapdığı zaman...

Yaşıl donlu tovuz - göy, səma; humay quşu - günəş; ağ parlaq sümük - 

sübh, səhər deməkdir. Yəni göy Günəşdən sübhü aldı, - səhər açıldı.

206

 

Nəfsinin ağacı yamyaşıl durur,

Başını burmadan, başını sən bur!

Yəni həvəs və ehtiras sənin qapında durmuşdur. O sənə qalib gəlmədən 

sən ona qalib gəl - nəfsini öldür.

207

 

İndi ki, zəfəran yemədən şadsan,

Yemə zəfəranı, ölərsən, inan!

Zəfəran yemək, deyilənə görə, adamı gülməyə sövq edir. Burada zəfəran 

bu cəhətdən şərabla müqayisə edilir və zəfəran sözü altında şərab nəzərdə 

tutulur. Yəni əgər şərab içmədən şadsan, kefin yaxşıdırsa, onda şərab içmə, 

çünki sərxoşluqdan və lüzumsuz yerə çox gülməkdən məhv ola bilərsən.

208

 

O ceyran otaran çobanlar belə 

Çomağın yerinə ox almış ələ.

Yəni çobanlar da çobanlıq ağacını atıb, əllərinə silah almışlar, yollarından 

azmışlar.

209

 

Kiçikdən ən böyük bir fitnə doğur,

Hər qurdun sümüyü ayağa oxdur.

Deyirlər, qurd topuğunun sümüyü zəhərli olur. Beytin mənası: xırda bir 

şeydən çox vaxt böyük bir ziyan baş verə bilər. Qurd topuğunun bir sümük 

qırıntısı ayağa batsa, bir oxun başı qədər yara salıb əzab verər.

210

 

Bənzər o dastana bu tac, taxt, ordu,

"Hindudan sərvəti çalar bir hindu”.

453


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə