Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Yəni mənim bu taxt-taca malik olmağını "Bir hind oğrusunun paltarını



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə120/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   121

Yəni mənim bu taxt-taca malik olmağını "Bir hind oğrusunun paltarını 

başqa bir hind oğrusunun oğurlaması" hekayəsinə bənzər.

Önünə çıxarkən bir atəşkədə 

Ondan buz yaratdı atəşpərəstə.

Yəni bütün atəşkədələri dağıdıb xaraba qoydu.

212

 

Orada bir bahar vardı qəlb açan,

Güllərin dimağı acıydı ondan.

Burada bahar - atəşkədə mənasındadır. Yəni orada bir atəşkədə vardı ki, 

qızıl gül onun rənginə paxıllıq etdiyindən acı olmuşdu. Qızılgülün dadı acı 

olur.

213

 

Hurini cənnətdən atdı dişarı,

Qovdu cəhənnəmə dost olanları.

Yəni hurilər yaşayan cənnəti hurisiz qoyub, hurilərini dağıtdı, cəhənnəm 

əhli olanları da cəhənnəmdən qovdu. Burada cənnət - atəşkədə, huri - od, 

cəhənnəmə dost olanlar - muğlardır.

214

 

Saqi, ver ərinmiş o saf qızıldan,

Qırmızı kükürdü odur doğuran.

Qırmızı kükürd - əski kimyagərlərin fikrincə, elə bir maddədir ki, hər 

hansı maddəyə vurulsa qızıla çevirər.

215

 

Mənə ver, dərmantək tutiya edim,

Misimi onunla kimiya edim.

O iksiri mənə ver ki, mis vücudumu onunla qızıla döndərim.

216

 

Ulduzu ona yar olduğu gündə.

Yəni bəxti açıldığı, xoşbəxt olduğu zaman.

217

 

Uca fil başına kəmənd atım mən,

Qandan bixi-ruyən çıxarım nildən.

Bixi-ruyən - boyaqçıların işlətdiyi qırmızı kök, nil isə Hindisanda bitən 

qara otdur.

Beytin mənası: Hindistanda o qədər qan töküm ki, qara ot (nil) əvəzinə 

qırmızı boya kökü bitsin.

218

 

Örtülü sərvətə növbət gəlincə,

Hinddə Çin çinisi göründü incə.

Örtülü sərvət - Keydin qızı deməkdir. Yəni əsmər gözəllər ölkəsi olan 

Hindistandan Çinin ağ gözəli göründü.

219

 

Baş vermiş arpadır müşkin buğdadan,

Deyil buğda, deyə, boz arpa satan.

454


Yəni o əsmər gözəlin arpa boyda xalı buğdadan bitmişdi, buğdayı rəngli 

gözəl üzündə idi. Bu, arpanı buğda yerinə satıb aldadanlardan deyildi. 

Demək, bunun zahiri buğda, əsli arpa deyil, əksinə, zahiri arpa, əsli buğda idi; 

saf və təbii gözəl idi.

220

 

Türk şimalı idi o hindli afət,

Şaha Hind elindən vermişdi cənnət.

Yəni o gözəl türk şimalı, ağüzlü idisə də, özü hind qızı idi, şah üçün 

cənnəti Hindistanda yaratmışdı.

221

 

O rumi üzüylə, hindli diliylə 

Etmiş Rum şahını özünə kölə.

Yəni o Rum (ağ) üzlü və hind dilli, hindcə danışan gözəl Rum şahını 

özünə qulam etmişdi.

222

 

Oxundan torpağa üz qoyan ceyran,

Gözündə tiryəktək görünür cahan.

Yəni onun oxu ilə yıxılan ceyranın gözündə dünya qaralırdı; yaxud, 

tiryəkdən məst olan kimi, gözləri süzülüb qalırdı.

223

 

Atlar dırnağından ipək çöl, çəmən 

"Ceyrangöz" olmuşdu ceyran gözündən.

"Ceyrangöz" - bir növ ipək parça adıdır; üstündə ceyran gözü kimi 

naxışlar olduğu üçün belə adlanır. Beytin mənası: o qədər ceyran ovlanmış 

ki, yer "ceyrangöz" parçası şəklində idi.

224

 

Sübhün gözəli zər xal-xalı ilə,

Göyün xeyməsinə saçarkən şölə...

Sübh gözəli - Günəş; zər xalxal - Günəşin nuru; göyün xeyməsi - göy 

qübbəsi,  səma  deməkdir.  Beytin  mənası:  səhər  açılıb  Günəş  göydə 

görünməyə başlarkən...

225

 

Qara müşk ağacı əkmişəm Hinddə,

Fikrim ağ yasəmən tikməkdir Çində.

Yəni Hindistanı fəth etmişəm, indi Çini də fəth etmək istəyirəm. Burada 

qara müşk - hindlilərin qaralığına, ağ yasəmən isə çinlilərin ağlığına 

işarədir.

226

 

Xəbər ver, hesabdan qalmayım geri,

Səbətdə ilandır, ya sümükləri?

İlan kin və ədavət rəmzidir. İlanın bel sümüyünü isə qədim iranlılar 

dostluq  üçün  özlərində  saxlardılar.  Beytin  mənası:  söylə  görüm,  arada 

dostluq var, ya düşmənlik?

227

 

Əfrasiyab mülkünün varisi erkən,

455


Başını günəştək ucaltdı Çindən.

Burada Əfrasiyab mülkünün varisi İskəndərdir. Əfrasiyab mülkü ifadəsi 

- bir zaman Əfrasiyabın İranı zəbt edərək ona hakim olmasına işarədir.

228

 

Zəxirə - ərzaq, sursat.

229

 

Düşünmə, lacivərd boyalı paltar,

Hər şəxsə göylərdən gəlir, ey salar!

Yəni zənn etmə ki, kişinin başına gələn bəla göydən gəlir.

230

 

Sarsılmaz qolumdan qorxmadınmı sən?

Mənim tərəzimə torpaq tökürsən!

456


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə