Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Yəni baş kəsilmiş olduğu üçün danışa bilməyən bir dil başı ağılsız



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə116/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   121

Yəni baş kəsilmiş olduğu üçün danışa bilməyən bir dil başı ağılsız, 

biliksiz olanın dilindən yaxşıdır. Demək, yersiz danışmaq lal olmaqdan 

pisdir.

136

 

Məclis qur, ulduzlar nur verdi yerə,

Firiştə qapını açmış göylərə.

Böyüklərlə məsləhətləş, müharibə və sülh məsələsini müzakirə və həll et. 

Tale ulduzları göydən baxır, qədər mələkləri asimanda qapıları açıb gözləyir.

137

 

Çəmşid tarixini oxu bir daha,

O ayı gör necə uddu , əjdaha.

İran mifologiyasında deyilir ki, çiyinlərində iki ilan bitmiş Zöhhak 

Cəmşidin taxtını əlindən almışdı. Burada əjdaha - Zöhhak, ay isə - 

Cəmşiddir.

138

 

Haman əjdahaya sonra Firidun,

Əjdaha gücüylə açdı nə oyun?

Yəni sonra Cəmşidin nəvəsi Firidun böyük bir qüvvətlə hücuma keçib, 

Zöhhakı məğlub etdi.

139

 

Öz mülkümdən mənə iqta göstərmə,

Süheylə baratı Yəməndən vermə.

Burada İskəndər Daraya cavab verir ki, öz ölkəmdən mənə pay vermə. 

Süheyl ulduzu özü Yəməndədir, yəni Yəmənə məxsusdur, ona Yəməndən 

barat verilməz.

140

 

Divlərlə oturub dursa Süleyman,

Qalmaz barmağında üzüyü, İnan!

Ehtiras və tamah divi ilə dostluq etmə, yoxsa Süleyman kimi padşahlıq 

üzüyünü itirmiş olarsan.

Şərq mifologiyasından məlumdur ki, Süleyman Bilqeysə aşiq olmuşdu və 

ona sonsuz dövlət və sərvət verməyə hazır idi. Bilqeys də Süleymandan 

yalnız üzüyünü istəmiş (Süleymanın üzüyü "Möhri-Süleymani" adı ilə 

məşhurdur; güya o, bütün aləmə həmin üzüyün vasitəsi və gücü ilə hökm 

edirmiş), o da üzüyü vermiş, Bilqeys isə onu alıb yanından keçən arxın içinə 

atmışdı.

141

 

Çıxarkən bir sənlik, mənlik ortaya,

Ah, necə doymasın cana bu dünya?!

Yəni dünyanın işləri ona görə düzəlmir, insanlar ona görə cana gəlmişdir 

ki, mən və sən bir zamanda yaşayırıq, heç birimiz bir-birimizi bəyənmirik, 

xudbinlikdən əl çəkmirik.

142

 

Bilirəm, bax, budur, fikrinin canı:

439


Tutmaz bir tərəzi iki batmanı.

Yəni iki düşmən iki batmanlıq daş kimidir ki, hərəsi tərəzinin bir gözündə 

bir-birinə qarşı durmuş, biri o birisindən aşağı və ya yuxarı olmur.

143

 

Məni öz daşınla gəl çəkmə daha,

Bəhməni bununçün vurdu əjdaha.

440


Yəni sən özünü mənimlə müqayisə etmə, sən mənə bərabər deyilsən; mən 

sənin nəzərində kiçiyəmsə də, sən belə imtahana girmə, çünki Bəhmən belə 

imtahanda əjdaha tərəfindən uduldu. Bu, ehtimal ki, Bəhmən Ərdəşir ilə 

yeznəsi və sərkərdəsi Mekabizin əhvalatına işarədir. Qüdrət və əzəmətinə 

güvənən Bəhmən ona qarşı üsyan edən Mekabizin əlində aciz qalmışdı.

144

 

Cavabda daş, dəniz atsan ortaya,

Dağ kimi daşımı ataram suya.

Yəni əgər özünü dağ və dəniz kimi əzəmətli sayaraq mənə meydan 

oxusan, mən də daşdan olan kökümü dənizdə yerləşdirib, dağ kimi sənə qarşı 

duraram.

145

 

Çin şahı şəhərə nəfəs verərkən,

Ulduzu Günəşə dəyişdi Ədən.

Yəni səhər açılıb Günəş çıxınca, Ədən dənizinə bənzəyən göy ulduzlarım 

verib, onun əvəzinə Günəşi aldı.

146

 

Y ollara töküldü dəmirdən tikan.

Qədim  Şərqdə  (hətta  orta  əsrlərdə  Avropada  da)  müharibə  zamanı 

düşmənin  dəvələrini,  atlarını  zəif  salmaq  üçün  onlann  keçdiyi  yollarda 

ayaqları altına üçkünc dəmir tikanlar tökərdilər.

147

 

Davullar gurlarkən dəhşət verərək,

Təbilin dodağından öpürdü fələk.

Yəni təbillərin gurultusu göylərə qalxmışdı, fitnəkar fələk fitnə 

qoparmaqda öz havadarı olan davulların, təbillərin ağzından öpürdü.

148

 

O qədər toz qonmuş tərkə, yəhərə,

Yer göyə dönmüşdü, göy isə yerə.

Yəni döyüş zamanı heyvanların ayaqları altından göyə o qədər toz 

qalxmışdı ki, göy yer kimi tozlu idi. Atlıların parıldayan əsləhə və yaraqları 

isə yeri ulduzlu göyə bənzədirdi.

149

 

Zənci öz tacma düzüncə gövhər,

Çin şahı taxtından düşdü dərbədər.

Bu beytdə zənci - axşam, gecə; tac - göy, səma; gövhər - ulduz; Çin şahı 

- Günəş; taxt (orijinalda: ağ taxt) - gündüz, yaxud gündüzün işıqlı səması; 

düşdü dərbədər - (Günəş) batdı deməkdir. Yəni gündüz keçdi, axşam oldu.

150

 

Günəş yaqutunu oğru çalınca,

Bu dünya düşmüşdü yaqut dalınca,

Məhtabı tutaraq dedilər: "Oğru,

Günəşdən gövhəri oğurlamış bu!"

Yəni Günəş batdı, insanlar onun işığını Aydan almağa başladılar. Ayın 

Günəşdən gövhər oğurlaması - işığı Günəşdən almasına işarədir.

441


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə