Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Yeddinci fələkdə ancaq işıq var



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə114/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   110   111   112   113   114   115   116   117   ...   121

Yeddinci fələkdə ancaq işıq var.

431


Yəni dünyanın çox uzun olan yolu azdıncıdır və qurtuluş işığı çox uzaqda

gorunur.

102

 

Çin şahı atına qoyarkən yəhər 

Zəncinin nalına od vurdu göylər.

Yəni səhər açılmağa başlayanda gecə atını sürətlə sürüb getdi.

103

 

Günəşi pusqudan fələk sıçratdı,

Ulduzlar üzüyü əlindən atdı.

Yəni Günəş çıxarkən ulduzlar söndü.

104

 

Dəvənin zəngindən, fil güzgüsündən 

Sədəf şəvə doğdu inci doğurkən.

Şərq mifologiyasına görə, yağış dənizə ildırımsız yağanda sədəflər dürrə, 

ildırımla yağanda isə şəvəyə hamilə qalır. Beytin mənası: müharibədə 

dəvələrin boynundan asılan zənglərin ildınm kimi səsindən, fillərin üstündə 

olan güzgülərin şimşək kimi parıltısından dəniz sədəfləri dürr əvəzinə şəvəyə 

hamilə qalırlar.

105

 

Maral buynuzuna göndər zeh çəkər,

Qarışqa başını dırnağa tikər.

Maral buynuzundan qayrılmış yay və yabanı eşşək gönündən hazırlanmış 

kirişlə elə düzgün ox atıla bilər ki, qarışqanın başını ayağına tikər.

106

 

Göylərin Harunu keşik çəkərək,

Belinə asmışdı saysız qızıl zəng.

Göy Harunu və ya hindusu - gecə qarovulçusu Zühəl ulduzudur ki, 

yeddinci fələkdə olur. Dinlər tarixinə görə, yəhudilərin peyğəmbəri Musa, 

qardaşı Haruna qarovulçuluq vəzifəsini tapşırmışdı. Harun qurşağının və 

paltarının dövrəsinə qızıl zınqırovlar asmışdı. Qarovulçu mənasında işlənən 

Harun sözü buradan alınmışdır.

107

 

Ordunun çəkisi elədikcə meyl,

Bu gözdən o gözə axıdırdı sel.

Nizami burada bir-birinə qarşı duran iki ordunu gözləri poladdan 

hazırlanmış bir tərəzinin bir-birini dartan iki gözünə bənzədir. Beytin mənası: 

poladdan silahlar daşıyan iki quüvvətli ordu iki tərəzi başı kimi bir-biri ilə 

vuruşurdu. Bu gözdən o gözə qan sel kimi axırdı.

108

 

Zəncinin qəlbinə çökmüşdü qorxu:

"Biz ipək sanırdıq, cod palazmış bu.,.”.

Yəni biz əvvəl zənn edirdik ki, İskəndər yumşaq və ədalətlidir. İndi 

görürük ki, o, çox zalım və adamyeyəndir.

109

 

Hər filin belinə taxt qoyulmuş ac,

Üstündə bir zənci, başında bir tac.

432


Yəni fillər üstündə ağ şirmayı yəhərlərdə zəncilər oturmuşdular. Onların 

başlannda qıvnm saçları müşkdən taca bənzəyirdi.

433


Fülorin yanınca gedən piyada 

Hər yerdə yüz fili salırdı bəndə.

Burada Nizami şahmat oyununun gedişlərindən istifadə edir. Şahmatda 

piyada filin yolunu kəsə bilir.

111

 

Coşarsam atından salaram Nili,

Bu rüxüm piyada buraxar fili.

Yəni mənim nərəm Nil çayının səsini batırar. Mənim heybətim fili 

dəhşətə gətirər.

112

 

Rəcəzi bitincə tərpəndi duman,

Xəznədə qıvrıldı sanki bir ilan.

Rəcəz  -  vuruşanların  mübarizəyə  girməzdən  qabaq  yüksək  tonla 

oxuduqları şeirdir. İran mifologiyasına görə, xəzinəni ilan mühafizə edir. 

Yəni ilan xəzinə sövdası ilə qıvrılan kimi, o da qalibiyyət arzusu ilə qıvrıldı.

113

 

Kəməndi tamğaclı qaşına bənzər,

Çaçlann qurduğu yay kimi çənbər.

Tamğac - Türküstan şəhərlərindən biri, Çaç isə indiki Daşkəndin yerində 

bir şəhər olmuşdur. Tamğaclılarda qaşlarını kaman kimi düzəltmək adət idi. 

Çaçlılar da yaxşı kaman qayırmaqla məşhur olmuşlar.

114

 

Mən ərəb huşlu bir Rum sərvəriyəm,

Zənci öldürən bir sübhün nuriyəm.

Ərəblər ayıqlıqları ilə seçilərdilər. Zənci qaralığından gecəyə bənzədilir. 

Rumlu da sübh kimi ağ olur. Yəni sübh gecənin qaranlığını boğan kimi mən 

də zənci öldürənəm.

115

 

Fil kəskin qolumdan bir qılınc yesə,

Filban Nil küpünə atar əlbəsə.

Yəni filə bir zərbə vursam, filin sahibi matəm paltarı geyər. Nil küpü - 

sürməyi boyaq küpü deməkdir.

116

 

Poladın açdığı dərin yaradan,

Qalmadı abinus ağacında can.

Abinus ağacı - Hindistanda bitən sərt və qara bir ağacdır; burada isə 

zəncinin vücudu deməkdir. Yəni bir zərbə ilə zənci məhv oldu.

117

 

O qara buluda qızdı hökmüran,

Çəkdi ağ nəhəngi qara qınından.

Oara bulud - zənci, ağ nəhəng - qılınc deməkdir.

Zəncilər gecəydi, rumlular çıraq,

Rumlular qarğanın gözüydü ancaq.

Yəni zəncilərin qoşunu gecə kimi qara, rumlulann qoşunu isə çıraq kimi 

(ağ) idi; yaxud zəncilər qarğa kimi qara, rumlular qarğanın gözü kimi ağ

434


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə