Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə1/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
  1   2   3   4   5   6   7   8   9   ...   179


 

AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI  



A.A. BAKIXANOV ADINA TARĠX ĠNSTĠTUTU 

 

 



 

 

QAFAR CƏBĠYEV 



 

 

 

 

 

 

GĠRDĠMAN TARĠXĠ 

 

(IV-IX əsrlər) 

 

 

 

 

 

 

 

 

 

«ġərq-Qərb"  

BAKI - 2010 

 


 

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına  



Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunur 

 

 

Redaktor: 

Y.M.Mahmudov 

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor 

 

Rəyçilər: 

İ.A.Babayev 

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor 

 

V.H.Əliyev 



AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor 

 

 



 

 

Q. C. Cəbiyev. Girdiman tarixi (IV-IX əsrlər). Bakı, «ġərq-Qərb»,  

2010, 616 səh. 

 

Əsərdə  erkən  orta  əsrlərdə  Qafqaz  Albaniyasında  mövcud  olan  inzibati-



siyasi  vahidlərdən  birinin  -  Girdiman  vilayətinin  tarixindən  bəhs  olunur.  Yazılı 

mənbələrin məlumatları,  arxeoloji  materiallar,  qədim  toponimlər  və  etnik-mədəni 

reallıqlar  əsasında  Girdiman  ərazilərinin  indiyədək  güman  edildiyi  kimi 

Albaniyanın  qərbində,  yaxud  da  Ģimal-qərbində  deyil,  ġirvan  ərazisində  olduğu 

əsaslandırılır.  Ərazinin  təbii-coğrafi  xarakteristikası  və  əhalinin  məskunlaĢma 

dinamikası  verilməklə  maddi-mədəniyyət  abidələri  və  təsərrüfat  həyatından  bəhs 

olunur.  Girdiman  vilayətinin  Albaniyanın  iqtisadi,  siyasi,  hərbi,  dini  və  mədəni 

həyatında  yeri  və  rolu  araĢdırılır.  Bir  sözlə,  bu  kitab  Albaniyanın  inzibati-siyasi 

vahidlərindən  biri  olan  Girdiman  vilayətinin  tarixinə  həsr  olunmuĢ  ilk  xüsusi 

tədqiqat əsəridir. 

 

 

ISBN 978-9952-448-99-3 



 

© Qafar Cəbiyev, 2010 




 

GĠRDĠMANIN GERÇƏK TARĠXĠ 

 

XX əsrin 50-ci illərinədək respublikamızda nüfuzlu albanĢünaslıq  məktəbi 



hələ  formalaĢmadığından  antik  dövrdə  ġimali  Azərbaycan  ərazisində  təĢəkkül 

tapmıĢ  Albaniya  dövlətinin  tarixi ilə  daha  çox  Azərbaycandan  kənarda  olan  elmi 

mərkəzlərdə  məĢğul  olublar.  Bu  səbəbdən  də  30-40-cı  illərdə  SSRĠ  xalqlarının 

tarixinə  dair  Moskvada,  yaxud  da  Moskvanın  sifariĢi  ilə  aparılan  tədqiqatlar 

ermənilərin və onların təsiri altına düĢən ifrat ermənipərəst dairələrin nəzarətində 

olub.  O  illərdə  SSRĠ  tarixinə  dair  ümumiləĢdirici  əsərlərin  Qafqaz  Albaniyası 

tarixinə  dair  fəsil  və  bölmələrinin  yazılmasının  Moskva  tərəfindən  məhz 

S.T.Yeremyana  həvalə  edilməsi  də  buna  sübutdur.  Təbiidir  ki,  bu  qəbildən  olan 

əsər  və  tədqiqatlarda  Albaniya  tarixinin  bir  sıra  prinsipial  məsələləri  bilərəkdən, 

həm  də  məqsədli  Ģəkildə  təhrif  olunaraq  saxtalaĢdırılmıĢdır.  Girdiman  tarixi  və 

Girdiman  ərazilərinin  lokalizəsi  ilə  bağlı  əvvəlcə  SSRĠ  tarixĢünaslığında,  daha 

sonra  isə  Azərbaycan  tarixĢünaslığında  özünə  yer  alan  və  uzun  illər  ərzində 

tədqiqatçılar arasında çox ciddi polemikaya səbəb  olan yanaĢma və ehtimallar da 

məhz bu zəmində meydana gəlmiĢdir. 

Ötən əsrin 50-ci illərindən baĢlayaraq Azərbaycan albanĢünasları tərəfindən 

Albaniya tarixi həm arxeoloji, həm də mənbəĢünaslıq baxımından intensiv surətdə 

öyrənilməkdədir.  Z.M.Bünyadovun,  Ġ.H.Əliyevin,  M.X.ġəriflinin,  Y.A.Paxomo- 

vun, Z.Ġ.Yampolskinin, R.B.GöyüĢovun, C.Ə.Xəlilovun, A.B.Nuriyevin, Q.Ə.Qey- 

bullayevin,  N.Ġ.Rzayevin,  K.H.Əliyevin,  T.M.Məmmədovun,  S.M.Qazıyevin, 

Ö.ġ.Ġsmizadənin, R.M.Vahidovun, F.L.Osmanovun və qeyrilərinin tədqiqatlarında 

bu  araĢdırmalar  xüsusilə  geniĢ  spektrdə  aparılmıĢdır.  Bununla  belə  Albaniyada 

mövcud  olmuĢ  inzibati-siyasi  vahidlərdən  heç  birinin  tarixi  indiyədək  xüsusi 

tədqiqat  mövzusu  olmamıĢdır.  Girdiman  tarixi  barədə  isə  bu  və  ya  digər əsər  və 

tədqiqatlar  çərçivəsində  olduqca  yığcam,  bir  çox  hallarda  ziddiyyətli  məlumatlar 

verilməklə  kifayətlənilmiĢdir.  Bu  baxımdan  tarix  elmləri  doktoru  Q.C.Cəbiyevin 

oxuculara  təqdim  olunan  «Girdiman  tarixi  (IV-IX  əsrlər)»  əsəri  Albaniyada 

mövcud olmuĢ inzibati-siyasi vahidlərdən birinin - Girdiman vilayətinin erkən orta 

əsrlər tarixinə həsr olunmuĢ ilk monoqrafik tədqiqat əsəridir. 

Əsərdə irəli sürülən və Azərbaycan tarix elmi üçün tamamilə yeni olan bəzi 

məqamlar  üzərində  xüsusi  dayanmaq  istərdim.  Əvvəla  Girdiman  vilayətinin 

lokalizəsi barədə. Məlum olduğu kimi, Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və 

mədəni  həyatında  aparıcı  mövqe  tutan  Girdiman  vilayətinin  lokalizəsi  ilə  bağlı 

tədqiqatçılar  arasında  bu  günədək  çox  ciddi  fikir  ayrılıqları  mövcuddur.  Belə  ki, 

əksər  tədqiqatçılar  Girdiman  vilayəti  ərazilərini  Albaniyanın  qərbində  lokalizə 

ediblər.  Ġlk  dəfə  məhz  Q.C.Cəbiyev  Girdimanın  ġirvan  ərazisində,  daha  konkret 

desək  Ağsuçay,  Girdimançay  və  Göyçay  çayları  hövzəsində  lokalizəsinə  dair 

mülahizəni  bir  sıra  çox  ciddi  elmi  dəlillər əsasında  sübuta yetirməyə  çalıĢmıĢ  və 

buna  müvəffəq  olmuĢdur.  Koryunun,  M.Kalankatuklunun,  habelə  orta  əsr  ərəb 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə