Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Bir sərraf dükanı gördü çox geniş



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə10/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   121

Bir sərraf dükanı gördü çox geniş,

Bir yerdə bu qədər qızıl görməmiş.

Bir yığın qızıl var günəşdən parlaq, 

Hər yan əşrəfidir bir neçə qalaq. 

Xəzinə xülyası beyninə batdı,

Qızılı xəzinə üstünə atdı.

Əlindən uçunca dəyərli van,

Yüyürdü qalanmış qızıla san.

Qızılı atmaqdan oldu peşiman,

Birə yüz almağa tapmadı imkan.

Qızılı aünca qəm çökdü gözə,

Nə üçün bir qızıl qanşdı yüzə?

Fəryada başladı "qızılım" deyə, 

Yalvardı cəvahir satan kişiyə:

- Bu ömrüm uzunu hey çalışaraq, 

Əhmə bir qızıl keçirdim ancaq.

Mənə söyləmişdi axmaq bir nəfər: 

"Zəri - zər, xəzinə - xəzinə çəkər". 

Həmin bu qızıllı dükana çatdım,

Qızılı qızılın üstünə atdım.

Atdım ki, əşrəfi çəksin xəzinə,

Çox qızıl onu da çəkdi özünə.

Gülərək o sənaf, o azad insan,

Söz açdı qızılın qanşmasından:

- Çox gedə bilərmi azın üstünə?

Yüz getməz, bir gedər yüzün üstünə. 

Kim ki sərvətimi çapmaq istəyir, 

Yolumda bu məsəl bir keşikçidir: 

Dəyirman bu qədər hay-küy qoparır, 

Muzdurdur, ununu divan apanr. 

Oğrudan əlmüzdüm budur nəhayət: 

"Oğrudur" deməyə etməz cəsarət. 

Baxsana, yol kəsər quldur-qaralar, 

Dünyam ki, qara rəng ilə boyar. 

Gündüzlər: "Göz gözdən utanır" deyə, 

Talam, qarəti qoyar gecəyə.

Ancaq söz quldum şəfəq sökərkən,

34


Qələmi yontaraq müşkin söyüddən 

Fikrimi qapırlar, könlüm əmindir, 

Buxaraya getsə o, Gəncənindir. 

Gizlində mətaha çıxmaz müştəri, 

Oğurluq bir malın olmaz dəyəri. 

Ayıblar açığa çıxdığı zaman 

Əlin də, qəlbin də dərdlənir bundan. 

Oğurluq maldan səs çıxmazsa, bişəkk, 

O malı darğalar aparmış demək.

Göz yumdum bu işə, çünki ruzigar 

Hər yaxşı-yamam edər aşikar. 

Dövranın çəkisi çəkər hər işi,

Çəkiyə girməmiş qalmaz bir kişi.

ÖZ HALINA VƏ ZƏMANƏNİN 

GEDİŞİNƏ DAİR

O gülgün şərabdan, saqi, ver nişan, 

Ver mənə sərxoşlar içən dərmandan. 

O acı dərmanla məst olum bu gün, 

Özümü unudum bəlkə büsbütün. 

Nizami, yetər bu şöhrət qazanmaq, 

Qocaldın, gəncliyi daha gəl burax. 

Qızmış aslan kimi pəncə aç, artıq 

Özünə tülkütək vermə yaraşıq... 

Eşitdim, rəng sevən bir rus tülküsü 

Özünə verərmiş bir gəlin süsü, 

Qopunca toz, külək, yağış, burağan, 

Tükünü çıxarmaz o gün yuvadan. 

Qucaqlar deşiyin bir bucağım, 

Acından yalar öz əl-ayağım.

Sorar öz qamm dəri ahından,

O dəri becərər, başqa kəslər can.

Elə ki, əcəli yetişər birdən,

Dərisi canına kəsilər düşmən.

35


Dərinin eşqinə edərlər şikar,

Bəslənmiş dərisi başından çıxar.

Dünyada bir büsat qurmaq nə mümkün, 

Bu yurddan çarəsiz köçərsən bir gün. 

Özünə yaraşıq verməyən heyvan 

Təmahkar kəslərdən görməz bir ziyan. 

Yeddi rəng pərdədən qurtul birtəhər, 

Güzgü pas altında çirkin görünər. 

Qurduğun cadular yetişər, burax, 

Kimsəyə cadutək tor atma nahaq.

Al kükürd deyilsən, ağ ləl deyilsən, 

Arayan ümidsiz qayıtsın səndən, 

insansan, insana qaüş hər zaman, 

insanla yaşayar hər zaman insan. 

Əlçatmaz xəzinə olsan da, ancaq 

Çox belə xəzinə gizləmiş torpaq.

Ağacdan uzaqsa meyvə qoparan,

Fərqi yox, o xurma versin ya tikan.

Həyat yox, gəncliyi alınca xəzan,

Gənclik qalmayınca qalmasın cahan. 

Gənclikdir insana gözəllik verən, 

Gözəllik sönərsə qəlb olurmu şən? 

Sümüyün çürüyüb, süst olsa arxan, 

Mərdlikdən, hünərdən qurma bir dastan. 

O gün ki, gəncliyin qüruru sönər,

Iş görməz daha bu cəsarət, hünər.

Bağ, bağça gözəldir, şəndir gülüstan 

Sərv ilə lalələr güldüyü zaman.

Elə ki, bağlara boz xəzan girər,

Bülbül öz yerini qarğaya verər. 

Bağbanlar qəlbim dərdü qəm yaxar,

Uca budaqlardan düşər yarpaqlar. 

Bostanlar pozular, reyhanlar qalmaz, 

Bağın açarım soruşan olmaz.

Durma, gəl naləyə, ey qoca bülbül,

Al güllər saraldı, tutuldu könül.

Ucaboy sərvlər oldu ikiqat,

36


Bağban da kölgədən çəkildi heyhat.

Əlliyə çatınca dəyişir əhval,

Dəyişir yaşayış, dəyişir hər hal.

Baş, ağır yüklərdən daşa vuruldu,

Bu dar keçidlərdə dəvəni yoruldu, 

Qollanm titrəyir qədəh tutarkən,

Ayağım büdrəyir qalxıb durarkən, 

Vücudum lacivərd rəng aldı artıq.

Qırmızı güllərim saraldı artıq.

Yollarda qaldı bu yürüyən aüm,

Baş düşdü yastığa, söndü həyaüm. 

Çövkanlar atdığım yel ayaqlı at 

Yüz çövkan vursan da tərpənməz, heyhat, 

itdi meyxanada şənlik açan

45

,

Tövbələr çulğadı bu ruzigan.

Dağlara buludlar ağ kafur saçdı,

Ac torpaq ağzım kafurçün açdı.

Gah könül köçməyə tərpəniş edir,

Gah başım yuxuya pərəstiş edir.

Qulağım eşitmir gəlin qəmzəsi,

Qədəh boş, kəsildi saqinin səsi.

Qulaq eşitməkdən, baş kefdən qaldı,

Köç vaxü yaxındır, ömrüm azaldı.

Bu zaman bir bucaq xoşdur saraydan, 

Oyuncaq əlini uzadar dövran

46

.

Gecə şam nə qədər şən-şən gülümsər, 

Pərvanə seyri də o qədər sürər.

Otaq boş qalınca işıqlı şamdan 

Qalmaz pərvanədən daha bir nişan. 

Uşaqlıq və gənclik dövrü çaünca,

Özümü göstərdim düşgün bir qoca, 

indi bu dərd ilə göstərsəm şənlik,

Qocaya uyarmı bu gənclik, mənlik? 

Düşmüşəm bir çürük çöp kimi bağda, 

Gecələr şam kimi parlar bucaqda.

Atəşli böcəklər gecələr parlar,

Qaranlıq gecədə nurdan dəm vurar.

37


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə