Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Dəyməmiş bir meyvə gördüyün zaman



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə13/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   121

Dəyməmiş bir meyvə gördüyün zaman 

Ağacı tərpətsən, deyərlər kalsan.

Kal əncir əzməklə əldə yumşalır, 

Yedikdə boğazı dərhal qan alır. 

Budaqda vaxünda gülərsə çiçək, 

Ağacın meyvəsi bol olur, bişəkk. 

Çınqıllıq, kol-kosluq olursa torpaq, 

Yaramaz onda şən bir bina qurmaq. 

Vüqarla vuraram başa bu işi, 

Vüqarsız bir işi görərmi kişi?

Taxıldan bir fayda gəlirsə ələ,

Əkinçi əkinə başlar həvəslə.

Taxılın azalsa qədri, qiyməti,

Əkinçi buraxar işi, zəhməti.

Dastanı sevənlər, şeri duyanlar 

Nəğmələr dinləmir bir çox zaman var. 

Yazmalı elə bir uğurlu dastan,

Onda bir incəlik duysun oxuyan. 

Bildim ki, bu naxşı bəyənər dostlar, 

Verdim bu dastanı yazmağa qərar. 

Doğrular yamnda varımdır bundan 

Daha xoş şimalı, sevimli dastan?

Başqa dastanları arasan bir az, 

Millətlər yamnda doğru sayılmaz. 

Kəskin qələmlərlə ciddi yazılan 

Bu dastanda yoxdur azacıq yalan. 

Kəskin qələmlərin gücüylə bu gün 

Başqa dastanlara olmuşdur üstün. 

Şahanə şərabla dolmuş badəsi, 

Aldanmış "Şahlann Şərəfnaməsi". 

Köhnə söz ustası, o tuslu şair 

Söz gəlinlərini bəzədi bir-bir.

Düzdü dastanlara çox inci, gövhər, 

Yenə də qaldı çox bakirə sözlər. 

Yazsaydı tarixdə bütün olam,

Çox uzun sürərdi onun dastanı. 

Sevmədiklərinə etmədi hörmət,

45


Bəyəndiklərinə göstərdi rəğbət. 

Dostlara o paydan ayırdı bir az, 

Halvanı təklikdə yemək yaramaz. 

Nizami bu sapa düzərkən gövhər, 

Qələmdən silindi qələm görənlər

60

. 

Hansı bir incini keçirdi ələ,

Onlan çəkdi öz söz çəkisiylə. 

Uğurla ucaltdı "Şərəfnamə"ni, 

Köhnəm bununla eylədi yeni.

XIZRIN NİZAMİYƏ TƏLİMİ

Ey saqi, amandır, ver gülgün şərab, 

Eylə mən sərxoşu o meylə xərab!

O xərabəlikdə qoparım fəğan, 

Xərabat əhlini səsləyim burdan.

Cismani qulaqla duya bilməyən 

Bir sirri mənə Xızr öyrətdi dünən.

Ey tədbirlərimə xas bəndə olan,

Söz qədəhlərimdən dadımlıq alan. 

Süsəntək bəndəlik ilini atan,

Dirilik suyundan rütubət tutan, 

Eşitdim şahları nəzmə çəkərək,

Sözlər yaradırsan axıcı sutək. 

Dəyərsiz sözlərdən uzaq ol bir az, 

Əyri pərdələrdə çalğı çalınmaz.

Ən incə sözlər tap, olasan dilbər, 

Görüncə bəyənsin söz bəyənənlər. 

Şübhəsiz xoşdur hər sınaqlı şəxsə:

Ən çirkin bir üzü görməkdən isə 

Əndahalar hücum etsinlər ona,

Ya müdhiş bir nəhəng çəksin kamına. 

Keçmişlər deyəni eləmə təkrar, 

inciyə, bax, iki dəlik açmazlar.

Ancaq sözü sözə bağlamaq üçün,

46


Bəzən, nə eybi var, təkrar da mümkün. 

Ən yeni ustasan sən bu sənətdə, 

Köhnələr izində getmə, əlbəttə.

Səndə ki bakir söz xəzinəsi var,

Dul sözə əl atmaq nəyinə yarar? 

Danlma: "Bu ovu vurmadım” deyə, 

Vaxünda ona da tək sənsən yiyə.

Asan yaradılmaz daşda cəvahir,

Onu daşdan almaq asan deyildir.

Hər şey parça-parça olunca belə,

Bərk yerdən çıxar çox çətinlik ilə. 

Cəvahir asudə tapılmaz, bişəkk,

Hər gümüş butada saflansm gərək. 

Qumda, dənizdə kim çəksə zəhmət, 

Balıqdan dürr alar, öküzdən sərvət

61

. 

Gümüş küp, ya qızıl bir teşt istəsən, 

İraq torpağından uzaq getmə sən

62

. 

Reydən Cənd, Dehistan, Xarəzmə qədər 

Yoxdur sel izindən başqa bir əsər. 

Buxaralı, gilək, kürd və xəzərli 

Bir parça çörəyi tutmuş dörd əlli.

Başqa ot göyərməz Mazandaranda, 

Tikanlı qanqallar göyərir onda.

Tək iki şey çıxar Mazandarandan:

Biri div, o biri divqılıq insan.

Yaşasın qəlb açan sevimli İraq,

Ondan şerin səsi ucalmış ancaq.

Ətirli çiçəklər atınca Hicab,

O güldən İraqda çəkilir gülab.

Ey sənət qasidi, məsləhət budur, 

Dünyam yel kimi dolaşma, otur. 

Cavahir yonmağa al kəskin kəsər,

Söz gəlinlərinə saç noğul, şəkər.

Gövhər qaz İskəndər mədənlərindən, 

Gövhəri İskəndər alacaq səndən. 

Gövhərə müştəri çıxar cahandar, 

Dünyada tezliklə diləyin parlar.

47


Qapına qiymətlə gəlsə müştəri, 

Buraxma, sat ona, qaytarma geri. 

Dənizlər soltanı alsa bir gövhər,

Hər daşa bir gəmi cavahir verər. 

Xəzinə gizlətmə belə dənizdən,

Ondan dürr alaraq, cavahir ver sən.

01 doğru miyançı, düzəlsin hər iş, 

Ortada nə kabab yansın, nə də şiş. 

Xıznn sözlərim eşidincə mən, 

Beynimdə bir xəyal doğdu yemdən. 

Qəlbimdə yer tutdu, qəbuldur, deyə, 

Ürəkdən doğan söz yatar ürəyə.

Mənə bu saf öyüd əsər edincə, 

inciyə dil açdım incədən-incə. 

Yaratmaq fikriylə yeni "Şahnamə", 

Açdım hər şivədən böyük həngamə.

O heyrət veriri əfsanələrdən 

Şahlann adma qitə çəkirkən 

Zehnimdə hər güzgü parlatdımsa mən 

İskəndər xəyalı keçdi önümdən.

Boş baxma sən buna, uca şəhriyar 

Həm qılınc vurandır, həm də tacidar. 

Xalq ona taxt-tac sahibi deyir,

Ölkələr fəth böyük cahangir.

Vəziri həkim bir şəxs olduğundan 

Ona da hikmətdən yazıldı fərman. 

Baxanlar görüncə onu dinpərvər,

Ona da peyğəmbər adı verdilər. 

Bilənlər əkdiyi üç toxumdan mən 

Bir ağac əkərəm həm uca, həm şən

63

. 

Öncə söz açaram padşahlığından, 

Cahangirliyini edərəm elan.

Hikmətlə bəzəkli söz yazaram mən, 

Köhnə tarixləri tazalaram mən. 

Döyərəm qapım peyğəmbərliyə,

Tanrı da bəyənmiş "peyğəmbər" deyə. 

Üç qapı tikdim, üç xəzinə demək,

48


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə