Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Yaxşılığım üçün hər bir diyardan



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə12/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   121

Yaxşılığım üçün hər bir diyardan 

Salamdır hey gəlir namidarlardan, 

Yaxşılıqla atsam mən bu dəzgahı,

Olaram yaxşılar ziyarətgahı.

Bir dirhəm verənə inci ataram,

Dikbaşlıq edənə qümr sataram.

Bucağa girmədim hünərsizlikdən,

Dünya yeldir, nannc qorxar küləkdən. 

Dünya şahlarından, bax, hansı biri 

Tapmışdır mən kimi incə şairi?

Bağçada, söyləyin, hansı qızılgül 

Görmüşdür mən kimi xoş səsli bülbül? 

Mənəm hər bilikdə dəftər bəzəyən,

Hər incə nüktədə qələm işlədən.

Bilikdən dünyada nur alaram mən, 

Mənəm hər bilikdə başlıca bir fənn, 

istəsəm, hər kəsi mən güldürərəm,

Bəzən də gözlərdən gülab çəkərəm.

Hər kimi buludtək ağlatsam, yəqin, 

Günəştək güldürrəm, qoymaram qəmgin. 

Şer dövlətindən əldə var kəsər,

O, bəzən ağladar, bəzən güldürər, 

istəsəm, mümkündür bu zöhdü atmaq, 

Hər bir yığıncaqda məclis parlatmaq, 

Neyləyim, ağacım bitmişdir yandan, 

Tərpətsəm kökünə yetişər ziyan.

Hər çillə qırx gündür, xəlvəti mindir,

Bu yerdən məclisə girmək çətindir

54

. 

Daşqın sel gəlirkən ağıllı kəslər 

Reydən Buxaraya eyləməz səfər.

Bu kəskin küləkdən budur məsləhət,

Gül kimi pərdədə eyləyə xəlvət.

Az bələdçilik et xalqa, dur kənar,

Humay az görünsə humayun olar. 

Yatmaqdan, çapmaqdan başım dönərkən, 

Başqa bir çarəm yox, gərəkdir ki, mən 

Hər sözdən yaradım incə bir çiçək,

42


O gülə ağlayım dərdli bülbültək. 

Görsəydim özümdən gözəl bir gülşən, 

Al, san gülünü dərməzdimmi mən? 

Hazıram budumdan kabab yeməyə, 

Günəştək getməyim dilənçiliyə

55

. 

Simurğtək çəkilim xəlvət bucağa. 

Şerimdən nəşələr verim qulağa.

Məndən bu dünyam aldı qəm, kədər, 

Mənimçün rahətdir xəlvət guşələr.

Göy kimi qapıma qıfıl vuraraq,

Oldum xalqdan uzaq, dünyadan uzaq. 

Bilmirəm nə sayaq keçir bu cahan, 

Dünyada nə vardır yaxşı-yamandan? 

Mən ölü olsam da, ən mərd kəsəm, 

Karvanda gedərəm, karvansız şəxsəm

56

. 

Min könül dərdilə nəfəs alıram, 

Yatmayım deyə hey zəngi çalıram.

Elə dost varımdır, qızğın ürəklə 

Əziz tutsun məni canından belə?

Vəfasız kəslərdən çəkərək ayaq,

Öz kimsəm özümü gördüm mən ancaq. 

Aşiqlər yanında olsa da yaman,

Özümü sevməyim yaxşıdır ondan.

Ruzi gəlməyirsə yadlar eşqindən,

Ruzini o böyük tanrıdır verən.

Daha ehtiyacım qalmasın xalqa,

Məni incitməsin qapıçı, darğa.

Elə bir ixtiyar olsaydı məndə, 

Qoymazdım bəndəyə möhtac bir bəndə. 

Tilsimli torpaqda qandan qorxaraq. 

Cızıqdan qırağa qoymaram ayaq.

Elə bir tilsimdə yaşarım insan,

Olsun qanlı cızıq ona bir zindan.

Xalq ilə söhbəti, ülfəti atdım,

Dünyada dincliklə dövlət yaratdım. 

Nəfsin noxtasını bərk tutdum qırx gün, 

Qırx günün içində hazır olur gön

57

.

43


Çünki dörd balışda görmədim səbat, 

Dörd divar içində keçirdim həyat

58

.

Hər arpa ki, atdım bu dəyirmana,

Bir inci yaratdım gövhər alana.

Eşq olsun, söz düzən böyük şairlər 

Kiçik bir arpadan yaradır gövhər. 

Saralmış çöhrəmdə quruyan yaşdan 

Çəkdim divanma palçıqlı saman. 

Vücudum burada arpayla yaşar,

Ürəyim orada xəzinə saçar.

Dünyada boşuna keçmədi ömrüm, 

Yeməkdən, içməkdən başqa iş gördüm. 

Hər gecə biliyə qapı açmadan 

Başımı yasdığa qoymadım bir an.

Qəlbim qadın deyil, çaxmaqdır, çaxmaq, 

Məryəmtək boyludur, bakirdir ancaq, 

Kişiyə getməyə nə ehtiyac var,

Onun öz daşından öz odu çıxar

59

.

Bu bakir sözləri düşüncə ilə 

Olduqca çətindir gətirmək ələ.

Bakir söz tapınca yontulur ürək.

Hər kəsin işimi incə söz demək?

Çoxları saxsım incitək dələr,

Hamamda özünə səsi xoş gələr.

Sən lakin bir geniş səhram düşün 

Ki, səsdən yırtılır boğaz büsbütün. 

Şahlar sikkəsinə qızıl vurarkən,

Elə vur, qınlsa qırılmayasan 

Yəhudi misləri qəlp qızıl etdi,

Bu işdən dükanı qarətə getdi.

Hər meyvə yeyilməz əncir adma, 

Zübeydə deyilməz hər dul qadına, 

iki hindli görsə hind ölkəsindən,

Biri darğa olar, biri yolkəsən.

Mən təmizlədim bu gümüş suyunu, 

Ayırdım torpağın tozundan onu. 

Xurmatək dəyməzsə, onu bil yəqin, 

Açmaram üzünü söz gəlininin.

44


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə